Azərbaycan-Böyük Britaniya
münasibətlərinin inkişafında Ulu
Öndər Heydər Əliyevin tarixi səfərinin
rolu (1998-ci il 19-24 iyul)
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Toni Bleyrin dəvəti ilə iyulun 19-24-də Böyük Britaniyada rəsmi səfərdə olmuşdur. Prezident Heydər Əliyev Londona yola düşməzdən əvvəl, hava limanında kütləvi informasiya nümayəndələrinin suallarına cavab verərkən Azərbaycanla Britaniya əlaqələri və bu səfər haqqında fikirlərini bildirərək demişdir:
"... bizim ölkələrimiz arasında münasibətlər çox yaxşıdır. Bunların əsasını 1994-cü ilin fevral ayında mənim Böyük Britaniyaya ilk səfərim zamanı qoymuşuq.
Biz o vaxt dostluq və əməkdaşlıq haqqında birgə bəyanat və bir çox müqavilələr, sazişlər imzalamışıq. Ona görə də bizim ölkələrimiz, dövlətimiz arasında bütün sahələrdə əməkdaşlıq etmək üçün lazımi, yetərli qədər hüquqi-normativ baza vardır. Bunun əsasında da bu əməkdaşlıq ötən illər inkişaf edibdir və bütün nəticələri göz qabağındadır.
Böyük Britaniyanın çoxsaylı şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Böyük Britaniya öz şirkətləri vasitəsilə Azərbaycana böyük sərmayələr, investisiyalar qoyur. İndi bu əlaqələri daha da yüksəyə qaldırmaq, inkişaf etdirmək üçün, şübhəsiz ki, bu səfər əhəmiyyətlidir. Məni baş nazir cənab Toni Bleyr dəvət edibdir. Mən bu dəvəti qəbul etmişəm və bu gün oraya gedirəm. Bizim görüşlərimiz, danışıqlarımız olacaqdır və hesab edirəm ki, yaxşı nəticələr verəcəkdir".
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Toni Bleyrin dəvəti ilə iyulun 19-da bu ölkəyə rəsmi səfərə gələn Azərbaycan Prezidenti Heydər Əliyevi Londonun Hitrou hava limanında Əlahəzrət Kraliçanın qarşılama və yola salma üzrə rəsmi nümayəndəsi Lord Strabolçi, xarici işlər və birlik işləri üzrə dövlət katibinin xüsusi nümayəndəsi Ser Maykl Payk, Azərbaycanın Böyük Britaniyadakı səfiri Mahmud Məmməd-Quliyev və digər rəsmi şəxslər qarşılamışlar.
Azərbaycan və Böyük Britaniyanın dövlət bayraqları ilə bəzədilmiş hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüş, orkestr müstəqil Azərbaycan Respublikasının himnini ifa etmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Böyük Britaniyaya rəsmi səfəri zamanı, iyulun 20-də Londonda "Klaricis" mehmanxanasında ölkənin aparıcı kütləvi informasiya vasitələrinin yüksək vəzifəli nümayəndələri ilə görüşmüşdür.
Görüşdə "Tayms" qəzeti redaktorunun xarici məsələlər üzrə müavini Riçard Biston, "Qardian" qəzetinin diplomatik redaktoru Yan Börkl, "İnterneşnl Herald Tribun" qəzetinin London redaktoru Tom Börkl, "Observer" qəzetinin xarici xəbərlər üzrə redaktoru Leonard Doyl, "Yuropian" qəzetinin xarici xəbərlər üzrə redaktoru Robert Foks, "Si-En-En" televiziyasının büro rəisi Çarlz Hof, "Deyli Teleqraf" qəzetinin diplomatik redaktoru Kristofer Lokvud, həmin qəzetin aparıcı jurnalisti Saymon Skott Plamer, "Radfo 4" stansiyasının aparıcısı, "Ceyms informeşn qrup"un direktoru Alfred Rolinqton, "Ekonomist" jumalının Avropa üzrə redaktoru Ksən Smayli, "Müstəqil televiziya xəbərləri"nin İTN-in baş redaktoru Riçard Teyt, "Faynenşl Tayms" qəzetinin xarici məsələlər üzrə nümayəndəsi Stefan Uoqstil, həmin qəzetin neft və qaz məsələləri üzrə müxbiri Robert Korzayn, Böyük Britaniya xarici işlər nazirliyi informasiya idarəsinin nümayəndəsi Çarlz Hey və başqaları ştirak etmişlər.
Səfər çərçivəsində söylədiyi nitqlərin birində Ulu Öndər demişdir: "Mən Sizi səmimi qəlbdən salamlayıram və Birləşmiş Krallığa başlayan rəsmi səfərimdən çox məmnun olduğumu bildirmək istəyirəm.
Birləşmiş Krallıq ilə Azərbaycan arasında yaranmış dostluq əlaqələrinin və əməkdaşlığın tarixi vardır. 1991-ci ildə respublikamız dövlət müstəqilliyini əldə edən kimi Birləşmiş Krallıq Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdən biri olmuşdur. 1992-ci ilin mart ayında Birləşmiş Krallıq ilə Azərbaycan arasında diplomatik əlaqələr yaranmışdır. 1993-cü ildə Birləşmiş Krallığın Azərbaycanda səfirliyi açılmış və 1994-cü ilin yanvar ayında respublikamızın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfirliyi açılmışdır. Azərbaycanın Prezidenti kimi mən 1994-cü ilin fevral ayında Birləşmiş Krallığa ilk dəfə rəsmi səfərə gəlmişdim. Həmin səfər zamanı Birləşmiş Krallıq ilə Azərbaycan arasında əlaqələrin yaranması və inkişaf etdirilməsi üçün vacib əhəmiyyət kəsb edən bir çox sənədlər imzalanmışdır. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri ilə mən, Azərbaycan Prezidenti, Birləşmiş Krallıq ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında birgə bəyanat imzalamışıq. Birləşmiş Krallıq və Azərbaycan arasında energetika, turizm, telekommunikasiya və başqa sahələrdə əməkdaşlıq haqqında və iqtisadi məsələlərə aid bir çox digərmüqavilələrimzalanmışdır. BirləşmişKrallıqiləAzərbaycan arasında o vaxtdan indiyədək hökumətlərarası 14 müqavilə, saziş, memorandum imzalanmışdır. Bunların bir hissəsi Londonda, bir hissəsi isə Birləşmiş Krallığın xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri zamanı imzalanmışdır. Beləliklə, Birləşmiş Krallıqla Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsı üçün yetərli hüquqi-normativ sənədlər imzalanmış, baza yaranmışdır.
Mən hesab edirəm ki. bizim əməkdaşlığımız ötən illər bütün sahələrdə uğurlu olmuşdur. Mən dəvəti böyük məmnuniyyətlə qəbul edib bu gün Londonda, Birləşmiş Krallıqda rəsmi səfərə başlamışam.
Mən hesab edirəm ki, bu günlər keçirəcəyimiz görüşlər, imzaladığımız sənədlər ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsini gələcəkdə daha da yüksəklərə qaldıracaqdır. Biz əvvəlki sənədləri ölkənizin keçmiş hökuməti ilə imzalamışıq. Birləşmiş Krallığın keçən il yeni hökuməti yaranmışdır.Mən çox məmnunam ki, bizim əlaqələrimiz yeni hökumət ilə davam edir. Yeni hökumət, yeni baş nazir, nazirlər və hökumətinbütünüzvləriiləşəxsiəlaqələryaratmaqda mənimüçün- Azərbaycan Prezidentı üçün çox əhəmiyyətlidir.
BirləşmişKrallığınbaşnaziriilə sabahnəzərdətutulmuşgörüşümüvə danışıqlarımı çox əhəmiyyətli hesab edirəm. Şübhəsiz ki, Birləşmiş Krallığın kraliçası ilə mənim görüşüm tarixi bir hadisə olacaqdır. Nazirlərlə, hökumət üzvləri və şirkət rəhbərləri ilə görüşlərim Azərbaycan ilə Birləşmiş Krallıq arasında bütün sahələrdə əlaqələrin inkişaf etməsi üçün bizə kömək edəcəkdir.
Azərbaycan arasında bütün sahələrdə əlaqələr inkişaf etdirilməlidir. Ancaq siyasi sahədə əməkdaşlığımızın daha da inkişaf etdirilməsi çox əhəmiyyətlidir. Güman edirəm ki, biz bu günlər bu məsələlərə çox ciddi fikir verəcəyik. Fikir mübadiləsı aparacaq və bu sahələrdə işlərimizi gələcəkdə yaxşı iinkişaf etdirmək üçün imkanlar əldə edəcəyik.
Mən çox məmnunam ki, bir neçə il bundan əvvəl tanış olduğum. Yaxın əlaqələr yaratdığım cənab Terri Adamsı, cənab Riçardsı burada görürəm. Amma mən yeni dostlarla da tanışlığıma çox məmnunam. Mən, o cümlədən, sizinlə bugünkü görüşümü əhəmiyyətli hesab edirəm. Sizin Azərbaycana gəlmək arzunuzu çox yüksək qiymətləndirirəm. Mən də öz tərəfimdən sizi Azərbaycana dəvət edirəm. Biz Birləşmiş Krallığın Parlamenti ilə Azərbaycan Parlamentı arasındakı əlaqələri də inkişaf etdirmək üçün bu günlər əhəmiyyətli addımlar ata biləcəyik. Məni müşayiət edənlərin arasında Azərbaycan Parlamentinin üzvləri də vardır. Onların bir neçəsi burada, bu görüşdə iştirak edirlər.
Mən bugünkü görüş üçün sizə təşəkkür edirəm. Güman edirəm ki, bizim danışıqlarımız bu günlərdə görəcəyimiz işlər üçün yaxşı bir əsas yaradacaqdır."
Britaniya-AzərbaycanCəmiyyətiLondondaAzərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şərəfinə rəsmi qəbul təşkil etmişdir. Rəsmi qəbulda Britaniya Azərbaycan Cəmiyyətinin rəhbərləri, nazirlər, ölkənin ictimai-siyasi xadimləri, diplomatlar, bir sıra şirkətlərin rəhbərləri və Azərbaycan nümayəndə heyətinin üzvləri iştirak etmişlər. Azərbaycan Prezidenti Heydər Əliyev rəsmi qəbulda geniş nitq söyləmişdir. Rəsmi qəbulda, həmçinin, Böyük Britaniyanın keçmiş xarici işlər naziri Duqlas Hörd, "Britiş Petroleum" şirkətinin təmsilçisi Tik Over, Böyük Britaniyanın Azərbaycandakı səfiri Rocer Tomas çıxış etmişlər.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Londonda Britaniya Şurasının baş direktoru doktor Deyvid Driyuri ilə görüşmüşdür. Cənab Driyurini mehribanlıqla salamlayan Prezident Heydər Əliyev Azərbaycan ilə Britaniya arasında sıx əlaqələr olmasından razı qaldığını bildirmişdir.
Səfər proqramının gərginliyinə baxmayaraq, vaxt tapıb onu qəbul etdiyinə görə, Prezident Heydər Əliyevə təşəkkürünü bildirən cənab Driyuri başçısı olduğu şuranın fəaliyyəti barədə respublikamızın rəhbərinə ətraflı məlumat vermişdir.
O demişdir ki, bu şura Azərbaycanla 1994-ci ildən əməkdaşlıq edir. Bizim məqsədimiz gənc, müstəqil Azərbaycan Respublikasının zəngin tarixi, mədəniyyəti, ənənələri barədə dünya ictimaiyyətinə geniş məlumat çatdırmaqdan və onları təbliğ etməkdən ibarətdir. Britaniya Şurasının 1994-cü ildən Azərbaycanda daimi nümayəndəliyi və qərargahı fəaliyyət göstərir. Şura Azərbaycanla əlaqələrin ardıcıl surətdə inkişaf etdirilməsinə daim xüsusi diqqət yetirir.
Cənab Driyuri daha sonra məlumat vermişdir ki, Britaniya Şurasının səyyar incəsənət şöbəsi dünya xalqlarının ən görkəmli mədəniyyət, incəsənət xadimlərinin Böyük Britaniyaya səfərlərini təşkil edir. Londonun və digər şəhərlərin böyük salonlarında konsertlər, sərgilər keçirir. O bildirmişdir ki, Azərbaycanın mədəniyyət və incəsənət xadimləri də məhz bu şuranın xətti ilə dəfələrlə Böyük Britaniyanın bir sıra şəhərlərində səfərlərdə olmuşlar.
Azərbaycanda təhsil sahəsində islahatın aparılmasına əməli kömək göstərmək niyyətində olduqlarını bildirən cənab Driyuri bununla əlaqədar keçirilmiş seminarların işindən söhbət açmışdır. Onun fikrincə, azərbaycanlı gənc alimlərlə birlikdə elmi tədqiqat işlərinin aparılması da çox mühümdür və şura bu məsələlərə xüsusi əhəmiyyət verir. O bildirmişdir ki, Britaniya Şurası bütün bu tədbirlərin həyata keçirilməsində respublikamıza maliyyə yardımını bundan sonra da davam etdirməyə hazırdır.
Cənab Driyuri Britaniya Şurasının Azərbaycanda elm, mədəniyyət sahələrinə və peşə strukturlarının inkişafına göstərdiyi yardımdan da geniş söhbət açmışdır.
Bakıda ingilis dili kursları açılmasının da çox əhəmiyyətli olduğunu söyləyən cənab Driyuri bu kursların fəaliyyət dairəsini genişləndirmək niyyətlərindən bəhs etmişdir. O, Britaniya Şurasına Azərbaycanda yaradılmış şəraitə görə, dövlətimizin başçısı Heydər Əliyevə dərin minnətdarlığını bildirdi.
Cənab Driyurinin məlumatını diqqətlə dinləyən və görülmüş işlərə görə Britaniya Şurasının rəhbərliyinə teşəkkür edən Prezident Heydər Əliyev bu şuranın böyük imkanlara malik olmasından çox məmnun olduğunu vurğulamışdır.
Demokratik inkişaf, bazar münasibətləri yolunu seçmiş müstəqil Azərbaycan Respublikasında elm, mədəniyyət, təhsil sahələrinin də ardıcıl surətdə inkişaf etməsinə ehtiyac duyulduğunu nəzərə çarpdıran Azərbaycanın Prezidentı Britaniya Şurasının göstərdiyi köməkdən razılıqla bəhs etmişdir.
Azərbaycan mədəniyyətinin, incəsənətinin geniş təbliğ edilməsinin çox vacıb olduğunu vurğulayan Prezident Heydər Əliyev Britaniya xalqının qədim tarixi ənənələrinə xalqımızın böyük maraq göstərdiyini bildirmişdir.
İngilis yazıçılarının, şairlərinin, mədəniyyət və incəsənət xadimlərinin əsərlərinin Azərbaycanda da çox məşhur olduğunu və bütün bunların xalqımız tərəfindən yüksək qiymətləndirildiyini nəzərə çarpdıran Prezident Heydər Əliyev Britaniya Şurasının baş direktorunu respublikamıza rəsmi səfərə dəvət etmişdir.
Prezident demişdir ki, cənab Driyuri, siz Azərbaycana gəlib bütün bunları öz gözlərinizlə görəcəksiniz.
Cənab Driyuri Prezident Heydər Əliyevin dəvətini məmnunluqla qəbul etmiş və mütləq Azərbaycana səfərə gələcəyini bildirmişdir. Daha sonra Azərbaycan Prezidenti Heydər Əliyev Londonda Böyük Britaniyanın Monument Oyl ənd Qaz" şirkətinin baş direktoru Tim Eqqar və bu şirkətin icraçı direktoru Terri Adams ilə görüşmüşdür.
Respublikamızın rəhbəri Heydər Əliyevin Böyük Britaniyaya 1994-cü ildəki rəsmi səfəri zamanı Londonda onunla görüşünü məmnunluqla yada salan cənab Eqqar demişdir: "Cənab Prezident, xatırlayırsınızsa, həmin görüşünüzdə Sizə söylədim ki, mənim məqsədim Böyük Britaniyanın xeyli şirkətinin Azərbaycanda fəaliyyət göstərməsidir.O vaxt Siz mənə dediniz ki, kim istəyirsə, gəlsin, xoş gəliblər. İndi həddindən çox xoşbəxtəm ki, Böyük Britaniyadan Azərbaycana sonuncu gələn neft şirkətinin rəhbəri mən özüməm".
Tim Eqqarın bu sözlərini çox məmnunluqla dinləyən Prezident Heydər Əliyev demişdir: "Siz, əvvəlcədən başqalarını göndərdiniz, işləri təşkil etdiniz. Bizim həmin görüşümüzdən 4 il keçir. İndi isə yəni bir neft şirkətinin rəhbəri kimi Siz özünüz Azərbaycana gəlirsiniz. Çox gözəl, mən bunların hamısını xatırlayıram. Biz sizinlə Bakıda da çox görüşmüşük. Mən sizinlə görüşümdən həmişə məmnun olmuşam. Aramızda yaxşı münasibətlər yaranmışdır. Siz İngiltərədə Azərbaycanın ən böyük dostusunuz".
Azərbaycanın İngiltərədə daha bir dostu Terri Adamsı səmimi salamlayan Prezident Heydər Əliyev demişdir. Cənab Adams 4 il Azərbaycanda yaşayıbdır. Mən sizə bir neçə dəfə demişəm, - Terri Adams Azərbaycanda çox populyar adamlardan biridir, onu ölkəmizdə çox sevirlər. Çünki yaxşı işlər görübdür, millətimizə, xalqımıza böyük hörmətlə xidmət göstəribdir. Mən çox məmnunam ki, mənim iki dostum - cənab Tim Eqqar və Terri Adams indi birləşiblər. Biz sizinlə sabah bir sazış imzalayacağıq. Cənab Eqqar, əvvələr siz Böyük Britaniyanın neft şirkətləri ilə ARDNŞ arasında sazişlərin yaranmasını təşkil edirdiniz, indi isə özünüzün rəhbərlik etdiyiniz şirkətlə saziş imzalanacaqdır.
"Monument oyl ənd qaz" şirkəti ilə ARDNŞ arasında 1998-ci il iyulun 21-də bağlanmalı olan sazişin imzalanma mərasiminin yadda qalması üçün xüsusi bir iş görmək istədiklərini bildirən Tim Eqqar demişdir: "Cənab Prezident, əgər icazə versəniz, həmin mərasimdə bəyan edərdik ki, biz Prezident Heydər Əliyev adına təqaüd təsis edirik ki, geosiyasət, politologiya, diplomatiya və iqtisadiyyat üzrə təhsil almaq üçün London Universitetinə oxumağa tələbələr göndərilsin. Həmin təqaüd Prezident Heydər Əliyevin beynəlxalq işlərin regional inkişafına və Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmlənməsinə verdiyi töhfənin etiraf edilməsi əlaməti kimi təsis olunmuşdur. Beləliklə, "Monument Oyl ənd Qaz" şirkətinin rəhbərliyi Prezident Heydər Əliyevin siyasi rəhbərliyi altında Azərbaycanda əldə olunmuş görkəmli nailiyyətləri yüksək dəyərləndirdiyini ifadə edir".
Tim Eqqar daha sonra demişdir: London Universitetində təhsil alacaq gənc orada bir məsələ üzərində elmi tədqiqat işi aparacaq, sonra isə həmin iş çap ediləcəkdir. Cənab Prezident, adınızdan istifadə etməyimiz üçün biz Sizdən icazə istəyirik".
Prezident Heydər Əliyev belə bir təqaüdün təsis edilməsinə razılıq verərək demişdir ki, mən Azərbaycandan daha çox gəncin Böyük Britaniyada təhsil almasına xüsusi əhəmiyyət verirəm. "Monument oyl ənd qaz" şirkətinin Azərbaycanla sıx əlaqələr qurmağa böyük maraq göstərməsini yüksək qiymətləndirən Azərbaycan Prezidenti əmin olduğunu bildirmişdir ki, iyulun 21-də Londonda imzalanacaq sənədlər ölkəmizin qarşılıqlı surətdə faydalı əlaqələrinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaqdır.
Rəhbərlik etdiyi şirkətə göstərilən diqqətə görə Prezident Heydər Əliyevə minnətdarlığını bildirən cənab Eqqar demişdir: "Cənab Prezident, biz çox xoşbəxtik ki, Azərbaycanda Sizin müdrik rəhbərliyiniz altında işləyəcəyik. Çalışacağıq ki, "Monument oyl ənd qaz" müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafına layiqli kömək göstərə bilsin".
İyulun 21-də Londonda ARDNŞ, ABŞ-ın "AMOKO", Böyük Britaniyanın "Monument oyl ənd qaz" şirkətləri, Rusiyanın "Mərkəzi Yanacaq" şirkəti arasında imzalanacaq sazişibeynəlmiləl saziş adlandıranPrezident Heydər Əliyev demişdir ki,belə birgə işlər xalqlarımız və ölkələrimiz arasında qarşılıqlısurətdə faydalı əlaqələrin daha da möhkəmləndirilməsi üçün çox vacibdir.
VAHİD ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2013.- 14 fevral.- S.14.