Bu gün sahibkarlığın
inkişafı ilə bağlı Azərbaycan dövləti
öz iradəsini nümayiş etdirir
Müsahibimiz Azərbaycan
Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının Prezidenti Məmməd Musayevdir
- Məmməd
müəllim, Azərbaycanda sahibkarlıq fəaliyyəti
zaman-zaman inkişaf edərək iqtisadi inkişafın, əhalinin
həyat şəraitinin yaxşılaşmasında xüsusi
rol oynamışdır. Azərbaycanda müasir
sahibkarlığın formalaşması və inkişafı
barədə nə deyərdiniz ?
- Azərbaycanda
müasir milli sahibkarlığın inkişafı bilavasitə
1993-cü ilin ortalarından başlamışdır.
Həmin
dövdə ümümilli lider H.Əliyev demokratik həyat tərzinin
diqtə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə
sadiq qalaraq Azərbaycanın yeni dövr üçün
prioritetlərini müəyyənləşdirmiş və
ölkənin iqtisadi siyasətinin təməlini qoymuşdur.
Azərbaycanda ardıcıl həyata keçirilən
islahatlar nəticəsində bütün istiqamətlərdə
olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələr
əldə edilmiş, sahibkarlığın inkişafı
istiqamətində də bir sıra önəmli addımlar
atılmış, bu da sağlam biznes mühitinin daha da əlverişli
olmasına real şərait yaratmışdır. Son illərdə
Azərbaycan iqtisadiyyatının neft sektorundan
asılılığının azalması, yeni istehsal müəssisələrinin
istifadəyə verilməsi, işsizliyin aradan
qaldırılması və sair sosial yönümlü problemlərin
həlli sahibkarlığın inkişafı ilə əhəmiyyətli
dərəcədə bağlıdır.
Bu
gün sahibkarlığın inkişafı ilə
bağlı Azərbaycan dövləti öz iradəsini
nümayiş etdirir. Sahibkarlara daim diqqət göstərilir,
onlara güzəştli kreditlərin, texnikanın lizinq yolu ilə
verilməsi, fermerlərə subsidiyaların ayrılması,
bütövlükdə kənd təsərrüfatını,
eləcə də sahibkarlığı stimullaşdıran əsas
amillərdəndir.
-
Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu
uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev
bütün sahələrdə olduğu kimi ölkə
sahibkarlarına da diqqət və qayğısını əsirgəmir.
Təbii ki, bu münasibət ölkədə
sahibkarlığın inkişafına müsbət təsir
göstərir...
-
Sahibkarlığa dövlət dəstəyinin bariz
nümünəsi kimi, 12 fevral 2013-cü il tarixdə Bakı
Biznes Mərkəzində “Azərbaycan Respublikası
Regionlarının 2009-2013 illərdə sosial-iqtisadi
inkişafı dövlət proqramının
dördüncü ilinin yekunlarına həsr olunmuş
konfransda Prezident İlham Əliyevin cıxışını
qeyd etmək olar. O qeyd etdi ki, “Həm bölgələrdə,
həm böyük şəhərlərdə
sahibkarlığın inkişafı ölkəmizin uğurlu
inkişafını təmin edəcəkdir. Bizim secdiyimiz yol
bazar iqtisadiyyatı, liberal iqtisadiyyat yoludur.”
Prezident
İlham Əliyevin sədrliyi ilə kecirilmiş Nazirlər Kabinetinin
2012-ci ilin sosial – iqtisadi inkşafının yekunlarına və
2013-cü ildə qarşıda duran vəzifələrə həsr
olunmuş iclasdakı cıxışında O, qeyd etmişdir
ki, “həm iri sənaye müəssisələrinin
yaradılması, eyni zamanda, kiçik və orta
sahibkarlığın inkişafı istiqamətində
çox böyük işlər
görülmüşdür. Sahibkarlara verilən kreditlərin
həcmi artır və bu il də artacaqdır. Bu, real
iqtisadiyyata verilən böyük töhfədir və eyni
zamanda, Azərbaycan dövlətinin sahibkarlıqla, özəl
sektorun inkişafı ilə bağlı siyasətinin təzahürüdür”.
Ötən
il sahibkarlığın maliyyə təminatı
yaxşılaşmış, güzəştli kreditlərin
həcmi artmış, Sahibkarlığa Kömək Milli
Fondunun vəsaitləri hesabına 2419 sahibkarlıq subyektinə
218 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da
128 milyon manatı və ya təqribən 60 faizi qaytarılan vəsaitlər
hesabına olmuşdur. Kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi
isə sənaye və turizmin inkişafına
ayrılmışdır. Bu kreditlər hesabına 9100-dək
yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Görülmüş
tədbirlərin nəticəsidir ki, 2012-ci ildə ölkə
iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi
22.1 milyard ABŞ dolları olmuş, bundan 13.3 milyardı
daxili, 8.8 milyard dolları isə xarici investorların vəsaiti
olmuşdur.
Eyni
zamanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramının icrası davam etdirilmiş,
bu dövrdə kənd təsərrüfatı sahəsində
5,8 faiz artıma nail olunmuş, bu sektora güzəştli
kreditlərin, vergi güzəştlərinin, subsidiyaların
verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və
digər dövlət dəstəyi tədbirləri davam
etdirilmişdir. Quşçuluq, heyvandarlıq,
taxılçılıq, üzümçülük təsərrüfatları,
kənd təsərrüfatı məhsullarının
istehsalı, tədarükü, saxlanması, emalı və
satışı kompleksləri, aqroservislər
yaradılmış, su təminatı və meliorativ tədbirlər
görülmüş, bir sıra ərzaq məhsulları
üzrə daxili istehsal artmış, mövsümlə əlaqədar
istehlak qiymətləri kəskin dəyişməmiş və
bu sahədə sabitliyə nail olunmuşdur.
Ümumdünya
Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan
iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə
46-cı, MDB məkanında 1-ci yerdədir.
Həyata
keçirilən tədbirlər, ölkə Prezidenti tərəfindən
təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə
baxış” inkişaf konsepsiyasında müəyyən
olunan hədəflər bir daha göstərir ki, bütün
sahələri əhatə edən irimiqyaslı tədbirlərin
həyata keçirilməsi bundan sonra da ölkəmizin
davamlı inkişafını, onun dünyada mövqeyinin daha
da möhkəmlənməsini və xalqımızın sosial
–iqtisadi vəziyyətinin davamlı olaraq
yaxşılaşmasını təmin edəcəkdir.
Bu il
sahibkarlara 250 milyon manat güzəştli kredit verilməsi nəzərdə
tutulur ki, bu vəsaitin 83% regionlar ücün nəzərdə
tutulmuşdur.
Ölkədə
aparılan sosial – iqtisadi siyasətin strateji məqsədləri
bazar münasuibətlərinə və özünü
inkişaf qabiliyyətinə malik olan sosial yönümlü,
diversifikasiya olunmuş milli iqtisadiyyatın
formalaşdırılması və dünya təcrübəsinə
inteqrasiyanın təmin edilməsidir. Respublikada həyata
keçirilən məqsədyönlü islahatlar nəticəsində
ötən 2012-ci ildə ümumi daxili məhsul 2,2 faiz,
qeyri-neft sektoru 9,7 faiz, kənd təsərrüfatı 6 faiz
artmışdır. Əhalinin pul gəlirləri isə 13,8
faiz çoxalmışdır.
Bu
uğurların qazanılmasında təbii ki, sahibkarların
rolu danılmazdır. Həyata keçirilmiş digər tədbirlərlə
yanaşı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası da müəyyən
işlər görmüş, iş adamlarını beynəlxalq
aləmdə baş verən iqtisadi proseslər ətrafında
daima maarifləndirməyə , onlara lazımı dəstək
göstərməyə çalışmışdır. Belə
ki, ASK həm Azərbaycanda, həm də xarici ölkələrdə
(Türkiyə, Rusiya, İran, Pakistan, Çin,
Gürcüstan, İtaliya, İspaniya, Yunanıstan və digər
Avropa və Asiya ölkələri) keçirilən beynəlxalq
sərgilər, seminarlar, konfranslar və digər tədbirlərlə
bağlı sahibkarlar arasında zəruri materiallar yaymış,
2012-ci ildə 100-dən artıq sahibkarların həmin tədbirlərdə
iştirakını təmin etmişdir.
Həmçinin
regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə
iqtisadiyyatın ayrı-ayrı sahələrinin
inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin
bərpası və daha da genişləndirilməsi, ixrac
yönümlü məhsul istehsalının
stimullaşdırılması və sahibakarlıq fəaliyyətinin
artırılması kimi vacib istiqamətdə də əməli
işlər görülür.
- Məmməd
müəllim, bu gün Azərbaycan regionda ən güclü
dövlət kimi sürətlə Avroatlantik məkana
inteqrasiya olunur. Bu mənada Azərbaycan sahibkarlarının,
konkret olaraq rəhbərlik etdiyiniz Konfederasiyanın beynəlxalq
əlaqələri də genişlənir. Bu istiqamətdə
aparılan işlərdən Azərbaycan Sahibkarlar (işəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının beynəlxalq əlaqəri
haqqında nə deyə bilərsiniz?
- Azərbaycan
Sahibkarlar (işəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının sahibkarlarla,dövlət
orqanları ilə, yerli qurumlarla birgə işi ilə
yanaşı, beynəlxalq qurumlarla o cümlədən Beynəlxalq
işəgötürənlər Təşkilatında, Sənayeçilərin
və Sahibkarların Beynəlxalq Konqresində
üzvlüyü davam etdirməklə, respublikada fəaliyyət
göstərən bir çox dövlətlərin və Azərbaycanın
xaricdəki səfirlikləri ilə, beynəlxalq təşkilatlarla
əməkdaşlığı daha da genişləndirilmişdir.
Beynəlxalq
əlaqələrimiz zəngin və çoxşaxəlidir.
Azərbaycandakı xarici ölkə səfirlikləri və
Azərbaycanın xaricdəki səfirlikləri ilə iş,
beynəlxalq təşkilatlar və beynəlxalq maliyyə
qurumları ilə əməkdaşlıq, beynəlxalq və
ölkələr arası ikitərəfli biznes forum və sərgilərdə
iştirak etmək, Azərbaycan Sahibkarlarını beynəlxalq
aləmdə keçirilən tədbirlərdə təmsil
etmək, ASK üzvlərinin beynəlxalq sərgi və
forumlarda iştirakına yaxından kömək etmək və
sair məsələlər beynəlxalq əlaqələrimizin
əsas ana xəttini təşkil edir.
Kecən
müddət ətzində Konfederasiya beynəlxalq təşkilatlarla,
o cümlədən Dünya Bankı, Beynəlxalq Maliyyə
Korporasiyası, Avropa Birliyinin Komissiyaları və təşkilatları
ilə, Qara Dəniz iqtisadi Əməkdaşlıq Təşkilatının
Biznes Şurası ilə əməkdaşlığı daha
da genişləndirmişdir.
Yerli
sahibkarların potensial imkanlarının
reallaşdırılmasına dəstək və biznesin
müasir formalarının təşviq edilməsi, xarici əlaqələrin
genişləndirilməsi məqsədilə 2012-ci il ərzində
ölkə Sahibkarlarının iştirakı ilə Azərbaycanda
200-dən cox, xarici ölkələrdə 40-dan cox biznes forum
və konfrans kecirilmiş, eləcə də qeyri–neft məhsullarının
satış bazarlarının genişləndirilməsi məqsədi
ilə Amerika, Avropa, Yaxın Şərq ölkələrində,
Rusiyada kecirilmiş sərgilərdə Azərbaycan Sahibkarlarının
iştirakı təmin edilmişdir.
Ölkədə
istehsal olunan rəqabətqabiliyyətli qeyri-neft məhsullarının
mövcud və potensial xarici bazarlara ixrac imkanlarının
daha da genişləndirilməsi məqsədi ilə ötən
il yerli və xarici iş adamlarının və beynəlxalq tərəfdaşların
iştirakı ilə 107-si xaricdə, 201-i isə daxildə
olmaqla 308 tədbir keçirilmişdir.
Azərbaycan
Sahibkarlar Konfederasiyası 2012-ci ildə İqtisadi
İnkişaf Nazirliyinin təşkilatçılığı
ilə keçirilmiş Biznes –Forumlarda, Vergilər Nazirliyinin
keçirdiyi birgə seminarlarda, Beynəlxalq Sərgilərdə,
Xarici ölkələrdən gəlmiş iş adamları ilə
görüşlərdə, Azərbaycanın rayonlarında və
iqtisadi zonalarında keçirilmiş tədbirlərdə, səfirliklərdə
keçirilmiş qəbulda, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi elmi-praktiki
konfranslarda, hüquqi məsələlərin müzakirəsində,
videokonfranslarda, məzun yarmarkalarında və digər
görüşlərdə yaxından iştirak etmişdir.
Qeyd
edim ki, son illər ASK dünyanın müxtəlif ölkələrində
fəaliyyət göstərən 30-dan çox İşəgötürənlər
Təşkilatları və Assosasiyaları ilə Əməkdaşlıq
Müqaviləsi imzalamışdır. Bu müqavilələr
ölkələrimiz arasında biznes əlaqələrinin
genişlənməsi və daha səmərəli nəticə
verməsi istiqamətində mühüm rol oynayır.
Ötən
il ərzində ASK nümayəndələri Moskvada
MKPP-nın iclasında, Litvada təşkil olunan iqtisadi zonalara
səfərdə, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının iclasında, Türkiyədə İqtisadi
Əməkdaşlıq Təşkilatının 2-ci
iclasında, TUSİAD-ın İstanbulda keçirilən
seminarında, Sənayeçilərin və Sahibkarların
Beynəlxalq Konqresinin Makedoniyada keçirilən
toplantısında, Beynəlxalq Əmək Təşkilatının
növbəti 101-ci sessiyasında iştirak etmişlər. Bu
dövrdə həmçinin ASK-nın üzvləri Azərbaycan
–Xorvatiya biznes forumunda, Azərbaycan-İsrail dəyirmi
masasında, Azərbaycan-Bolqarıstan İşgüzar
görüşündə, Azərbaycan-Ukrayna işgüzar
görüşündə, Azərbaycan-Serbiya Biznes Forumunda,
Azərbaycan-Almaniya İşgüzar Görüşündə
və Azərbaycan-Portuqaliya Biznes Forumunda təmsil
olunmuşlar.
Ötən
ilin əlamətdar hadisələri sıyahısında ilk dəfə
olaraq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının
Biznes Şurasının Baş Katibi vəzifəsinə Azərbaycan
təmsilçisinin seçilməsini xüsusi ilə
vurğulamaq olar.
Səfirliklərlə
fəaliyyətə gəlincə, deyə bilərik ki,
müxtəlif ölkələrin keçirdiyi tədbirlədə
Türkiyə, Belorusiya, Litva, Hindistan, Pakistan, Misir, İtaliya,
Macarıstan, İsveçrə, İngiltərə, Almaniya,
Koreya, Çin kimi ölkələrin səfirləri ilə
ikitərəfli görüşlər keçirərək
sahibkarlar üçün biznes imkanlarının
araşdırılması və prioritet sahələr üzrə,
xüsusi ilə də, qeyri-neft sektoru üzrə əməkdaşlıq
sahəsində müzakirələr
aparılmışdır.
Konfederasiyanın
beynəlxalq təşkilatlarla birgə həyata keçirdiyi
layihələrə gəlincə, Almaniyanın “Bildunqsverk der
Virşaft” təşkilatı ilə birlikdə yerinə
yetirilən Cənubi Qafqaz Tərəfdaşlığı
layihəsini, Şərq İnvest proqramı çərçivəsində
icra olunan Tvinninq və East-İnvest layihələrini qeyd etmək
lazımdır. Hər bir layihə çərçivəsində
təşkil olunan seminar, treyninq, təlim səfərlərində
əməkdaşlarımızla yanaşı üzvlərimiz
də fəal iştirak etmişdir.
Beynəlxalq
əlaqələrimizin bundan sonra daha da genişləndirilməsini
planlaşdırırıq. Hesab edirik ki, bu yolla azərbaycan
sahibkarlarının istehsal etdiyi məhsulların dünya
bazarına cıxarılmasını, ölkəyə yeni
texnologiyaların gətirilməsini, investisiya
yatırımına nail olmaq olar.
- Məmməd
müəllim, Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası fəaliyyətini
daha da genişləndirməkdədir. Sahibkarların maraq və
mənafelərinin qorunması istiqamətində nə kimi
addımlar atılır?
- Bu
sahədə təkliflər çoxdur, lakin onların
çoxunun icrası təbii ki, uzun zaman tələb edir.
Bildiyiniz
kimi, Azərbaycan hökuməti, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar
(işəgötürənlər) Təşkilatları Milli
Konfederasiya arasında 2012- 2013-cü illər üzrə
bağlanmış Baş Kollektiv Saziş ölkənin
sosial-iqtisadi siyasəti və sosial əmək münasibətləri
üzrə razılaşdırılmış mövqeyini əks
etdirir.
Konfederasiya
Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial
dialoq məsələlərinə önəm verir. Biz
yalnız sahibkarlara dəstək verməklə kifayətlənmirik,
müvafiq dövlət qurumları, Həmkarlar
İttifaqları ilə əməkdaşlıq çərçivəsində
ölkədə əmək münasibətlərinin tənzimlənməsində
də fəal iştirak edirik. Eyni zamanda əmək
hüquqlarının müdafiəsi, əməyin mühafizəsi,
texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti
ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.
Bununla əlaqədar 27 yanvar 2012-ci il tarixdə
keçirilmiş iclasda Azərbaycan Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası və Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi arasında “Təhlükəsiz və
Sağlam əmək şəraiti“ üzrə Milli
Üçtərəfli Sosial Şuranın yaradılması
haqqında Qərar imzalanmış və onun Əsasnaməsi
təsdiq edilmişdir. Təhlükəsiz və Sağlam əmək
şəraiti bütün səviyyələrdə sosial
dialoq üçün yaxşı başlanğıc nöqtəsidir
və yeni yaradılmış Şura bu istiqamətdə vacib
platforma olacaq.
Konfederasiya
olaraq sahibkarların maraq və mənafelərinin qorunması
fəaliyyətimizin əsas istiqamətlərindən biridir.
Sahibkarların ümumi problemlərinin öyrənilməsi
üçün onlarla görüşlər keçirilir,
aparılan sorğuların nəticələri ümumiləşdirilərək
həll olunması üçün müvafiq dövlət
orqanları qarşısında məsələlər
qaldırılır.
Konfederasiya
həmçinin sahibkarlığın inkişafı ilə
bağlı sosial-iqtisadi yönümlü müxtəlif sahə,
regional və ölkə miqyaslı proqramların
hazırlanmasında və həyata keçirilməsində
iştirak edir, sahibkarlığın inkişafı ilə
bağlı və sosial-iqtisadi yönümlü qanun və
digər normativ-hüquqi aktların layihələrinin işlənib
hazırlanmasında lazımı təşəbbüskarlıq
göstərir.
Sahibkarlıqla
məşğul olmaq üçün təkcə ilkin kapital
kifayət deyil. Düşünülmüş, sınaqdan
keçmiş və beynəlxalq təcrübəyə əsaslanan
biznes plan da lazımdır. Konfederasiya bu sahədə
sahibkarlara öz yardımını əsirgəmir. Həm
güzəştli kreditlər, eyni zamanda, müxtəlif layihələrin
uğurla icra edilməsi üçün tövsiyələrini
verir, perspektivli istiqamətləri müəyyən edir. Eyni
zamanda, sahibkarlara göstərilən dövlət dəstəyi
və Prezident tərəfindən göstərilən
yardım əlbəttə ki, sahibkarları həm
ruhlandırır, həm də onların işləməsi
üçün münasib şərait yaradır.
Səmərəli
idarəetməni təşkil etmək məqsədilə
Konfederasiyanın yanında yaranmış 10 daimi komissiya, sahələr
üzrə respublikanın bütün bölgələrini əhatə
edən 10 regional nümayəndəlik regional idarəetməni
təmin edir. Bu, regionlarda sahibkarlığın
inkişafına dəstək verilməsi işini xeyli
asanlaşdırmış, nümayəndəliklər vasitəsilə
sahibkarlara göstərilən xidmətlərin və informasiya
təminatının yaxşılaşdırılmasına və
təkmilləşdirilməsinə, sahibkarlığın
inkişafı istiqamətində proqramların tərtib edilməsinə
və həyata keçirilməsinə şərait
yaratmışdır.
Azərbaycanda
sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar
üçün münbit şərait yaradılmış,
qanunvericilik bazası təkmilləşdirilmişdir. Təbii
ki, bunlardan səmərəli istifadə olunmalıdır .
-
Sahibkarlığın inkişafında normativ bazanın zənginləşdirilməsi,
sahibkarların maarifləndirilməsi istiqamətində
görülən işlər xüsusi önəm
daşıyır. Bu sahədə hansı tədbirlər
görülür?
-
Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə
bağlı yeni dövrün tələblərinə cavab verən
qanunvericilik bazasının yaradılması təbii ki, zəruri
məsələlərdən biridir. Bu sənədlərdə
bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına
şərait yaradılması, sahibkarlığa hüquqi təminatın
verilməsi, rəqabət mexanizminin formalaşması, həmçinin
rəqabətin qorunması ilə bağlı müddəalar
əksini tapmalıdır. Bu sənədlər bir qayda olaraq
ölkə iqtisadiyyatının strukturunun təkmilləşdirilməsi,
rəqabət mühitinin və özəl mükliyyətçilər
təbəqəsinin formalaşdırılması məqsədi
ilə qəbul edilmişdir.
Sahibkarlığın
inkişafının ən vacib komponentlərindən biri də
sahibkarların maarifləndirilməsi, beynəlxalq təcrübənin
öyrənilməsi, konsaltinq və innovasiya xidmətlərinin
göstərilməsidir. Bu məqsədlə ötən il ərzində
İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə
Respublikada 144 tədbir kecirilmişdir ki, onlardan 80-i regionlarda
yerli iş adamlarının iştirakı ilə təşkil
edilmiş, sahibkarların və gənc menecerlərin bir qrupu
bilik və bacarıqlarını artırmaq, inkişaf
etmiş ölkələrdə mövcud texnologiya və
işin qurulması mexanizmlrini mənimsəmək məqsədilə
Almaniyada müvafiq müəssisələrdə təcrübə
kecmək ücün göndərilmişlər.
Qeyd
etmək lazımdır ki, hazirda ölkəmizdə 60-a
yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir.
Bütün bu mühüm hüquqi-normativ və proqram sənədlərinin
yeni konsepsiya ilə əsaslı şəkildə əlaqələndirilməsi
əldə olunan nailiyyətlərin təminatcısına
cevriləcəkdir.
Ölkə
sahibkarlarının maarifləndirilməsi sahəsində bir
çox seminar, konfrans və dəyirmi masalar
keçirilmiş, kitabçalar dərc olunaraq sahibkarlara
çatdırılması təmin edilmiş, onların
ölkə daxilində və xaricdə keçirilən biznes
forumlarda iştirak etmələrini imkan daxilində təmin
etməyə çalışmışıq.
Bu məqsədlə
Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları
Milli Konfederasiyanın orqanı olan “Biznes Həyatı”
jurnalı müntəzəm dərc olunur. Hesab edirik ki, bu
jurnal sahibkarların maarifləndirilməsi istiqamətində
öz sözünü deyəcək, sahibkarların
tribunasına cevriləcəkdir.
Konfederasiya
öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti
orqanları, Milli Məclis, mətbuat və beynəlxalq təşkilatlarla
əlaqəli şəkildə quraraq ölkədə sosial tərəfdaş
kimi üzərinə düşən vəzifələri
layiqincə yerinə yetirmiş, bir sıra nüfuzlu beynəlxalq
təşkilatlar ilə əməkdaşlığı davam
etdirərək ölkədə sahibkarlığın
inkişafına dəstək vermişdir. Regionlarda mövcud
potensialdan səmərəli istifadə etməklə
iqtisadiyyatın ayrı-ayrı sahələrinin
inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin
bərpası və daha da genişləndirilməsinə,
ixrac yönümlü məhsul istehsalının
stimullaşdırılması və sahibkalıq fəaliyyətinin
artırılmasına xüsusi diqqət verilmişdir.
Ötən
ildən başlayaraq Vergilər Nazirliyi tərəfindən fərdi
sahibkarlarla yanaşı, hüquqi şəxslərin də
qeydiyyatı elektron qaydada həyata keçirilir. Vergi Məcəlləsinə
edilmiş dəyişikliklərə əsasən fiziki şəxslərin
gəlir vergisi üzrə vergi dərəcələri
azaldılmış, sənaye və texnologiyalar parklarına
vergi güzəştləri nəzərdə tutulmuşdur.
Biznes
mühitinin yaxşılaşdırılması məqsədilə
vergi məcəlləsinə dəyişiklik və əlavələr
edilməsi üçün sahibkarlardan daxil olmuş təkliflər
ümumiləşdirilərək Vergilər Nazirliyinə təqdim
olunmuşdur. Vergilər Nazirliyi ilə bağlanmış əməkdaşlıq
müqaviləsinə uyğun olaraq vergi xidmət mərkəzlərində
sahibkarlara xidmət işi
yaxşılaşdırılmışdır.
Konfederasiya
sahibkarlığın inkişafı ilə bağlı
qanunvericilik bazasının təkimləşdirilməsi
üzrə dövlət hakimiyyəti orqanlarına təkliflər
verməklə (Əmək məcəlləsinin 211-ci «Əməyin
mühafizəsinin normativ hüquqi tənzimlənməsi və
241-ci “Qadın əməyinin tətbiqi” qadağan olunan iş
yerləri və işlər» maddələrinə edilən dəyişikliklər
barədə) qanun və digər normativ aktların, layihələrinin
hazırlanmasında və icrasında yaxından iştirak
edir. Konfederasiya Azərbaycan Respublikasının Rəqabət
Məcəlləsinin qəbul olunmasının sürətləndirilməsi,
Beynəlxalq Əmək Təşkilatının dəstəyini
almış «İşəgötürənlər birlikləri
haqqında» qanun layihələrinin qəbul olunması
üçün səylər göstərir.
Sahibkarların
maarifləndirilməsində ASK-nın yeniləşmiş
saytı da mühüm rol oynayır. Burada sahibkarlıq fəaliyyəti
ilə əlaqədar yeni qəbul olunmuş normativ hüquqi
aktlar, töfsiyyələr, beynəlxalq təcrübənin
öyrənilməsi və s. öz əksini tapır.
- Məmməd
müəllim, Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası ölkəmizdə
sahibkarlığin inkişafı ilə bağlı daha
hansı təklifləri irəli sürmək niyyətindədir?
-
Fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident
İlham Əliyevin sədrliyi ilə "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
icrasının dördüncü ilinin yekunlarına həsr
olunmuş konfransda ölkə Prezidentinin
cıxışında qeyd olundu ki, “Əvvəlki dövrdə
başlanmış və indi davam edən layihələr
öz bəhrəsini verir, qeyri-neft potensialımız daha da
artır, Sahibkarlığın inkişafı
üçün bütün imkanlar vardır. Ümumiyyətlə
ümumi daxili məhsulumuz son 8 il ərzində 3 dəfə
artmışdır. Bir daha demək istəyirəm ki,
inkişaf etmiş ölkəyə çevrilmək
üçün biz siyasətimizi davam etdirəcəyik”.
Ölkə
Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan
-2020: gələcəyə baxış” inkişaf
konsepsiyası ölkəmizin əldə etdiyi nailiyyətlərin
növbəti illərdə daha da möhkəmlənməsini,
növbəti 10 ildə qeyri neft sektoru hesabına ümumi
daxili məhsulun 2 dəfə artırılması nəzərdə
tutulur. Qarşıda duran hədəflərə nail
olunması ücün Azərbaycan Sahibkarlar Konfederasiyası
müvafiq tədbirlərin görülməsini nəzərdə
tutmuşdur.
Nəzərdə
tutulan strateji hədəflərə catmaq ücün konkret
icra mexanizmləri və maliyyə resursları olmaqla
yanaşı əlbəttə ki, peşəkarlıq da tələb
olunur. Ardıcıl olaraq bu amillərə doğru gediş
istənilən məsələni həll etməyə bizə
imkan vərəcəkdir.
Bildiyiniz
kimi, keçən il 117 min yeni iş yeri
açılmışdır ki, onlardan 93 mini daimi iş
yeridir. “Azərbaycan Respublikası Regionlarının 2009-2013
illərdə sosial-iqtisadi inkişafı dövlət
Proqramı”nın icraya başladığı vaxtdan 1milyon 200
min yeni iş yeri açılmışdır ki, bu da öz
növbəsində, işsizliyin azaldılmasına xidmət
göstərmişdir. İşsizliyin səviyyəsi 2012-ci
ildə də bir qədər aşağı
düşmüş və indi 5,2 faiz səviyyəsindədir.
İşsizliklə bilavasitə bağlı olan yoxsulluğun
səviyyəsi də 7,6 faizdən 6 faizə
düşmüşdür.
Hesab
edirik ki, “Azərbaycan Respublikası Regionlarının 2009-2013
illərdə sosial-iqtisadi inkişafı dövlət
proqramının başa catması ilə əlaqədar
2014-2018-ci illəri əhatə edəcək növbəti
beşillik Dövlət İnkişaf Proqramı qəbul edilərkən,
dövlət və özəl qurumların birgə fəaliyyəti
üzrə strateji istiqamətlərin yenidən hazırlanmasında
ASK-nın yaxından iştirakı təmin olunacaqdır. Nəzərə
almalıyıq ki, özəl sektor kecən dövr ərzində
artıq dayanıqlı, güclü bir sektora cevrilmiş və
görüləcək tədbirlər nəticəsində
daha da güclənəcək, Azərbaycanın iqtisadi
baxımdan daha da güclü ölkəyə çevirilməsində
öz sözünü deyəcəkdir.
Ölkə
Prezidenti tərəfindən yeni qəbul edilmiş
"2012-2020-ci illərdə Azərbaycan Respublikasında
üzümçülüyün inkişafına dair Dövlət
Proqramı" da kənd təsərrüfatının bir
istiqaməti olan üzümçülük və şərabçılığın
kompleks inkişafına yönəlmiş və sahibkarlar
ücün bu ustiqamətdə yol acılmişdır.
Haqqında
qeyd etmək istədiyim məsələlərdən biri də
nağdsız ödənişlərin həyata keçirilməsi
ilə bağlıdır. Nağdsız ödənişlərin
inkişafının ümumilikdə ölkə
iqtisadiyyatında xüsusi yeri vardır.
Ticarət,
iaşə və başqa obyektlərdə bu işin təşkili
məqsədilə post terminallar quraşdırılmalı və
ödənişlərin inkişaf etmiş ölkələrdə
olduğu kimi plastik kartlar vasitəsilə aparılması təmin
edilməlidir. Bu həm nağd pul kütləsinə tələbatı
azaldar, vətəndaşların pulunun təhlükəsizliyinə
imkan yaradar, həm də vergidən yayınma hallarının
qarşısını almaqla korrupsiyaya qarşı mübarizə
tədbirlərindən birinə çevrilə bilər.
Bu
işdə dövlət qurumlarının, yerli idarəetmə
təşkilatlarının, ictimaiyyətin və
sahibkarların birgə fəaliyyəti zəruridir.
Biz
“Sosial Partnyorluq” və “İşəgötürənlər
birlikləri haqqında” qanunların qəbul ediməsini və
sosial partnyorluq sistemini tənzimləyən Milli Sosial
Şuranın yaradılmasını mümkün və
vaxtı çatmış məsələ hesab edirik.
Sahibkarlığın
inkişafına yaxından dəstək verilməsi məqsədilə
sahə və ərazi assosasiyalarının yaradılması
bizim qarşımızda duran aktual məsələlərdəndir.
Qadın sahibkarlığın inkişaf etdirilməsi, texniki
peşə təhsilinin daha da
yaxşılaşdırılması, ixraca dəstək verilməsi
sahəsində təkliflərimiz vardır. Azərbaycan
Respublikasının Rəqabət Məcəlləsinin qəbul
edilməsinin surətləndirilməsi də
sahibkarlığın inkişafına təkan verən
güclü vasitədir. Bu sahədə də tədbirlər
nəzərdə tutulmuşdur.
Bunula
bağlı ölkədə sahibkarlığı daha da
inkişaf etdirmək üçün xüsusi razılıq
(lisenziya) tələb olunan fəaliyyət növlərinin
yenidən nəzərdən keçirilməsi və
sayının azaldılması, çox illik əkmələrin,
o cümlədən üzüm bağlarının və
plantasiyalarının salınması üçün
investisiya yönümlü layihələrin maliyyələşdirilməsinə
verilən kreditlərin güzəştli şərtlərlə
ayrılması məqsədə müvafiq olardı.
Təbii
ki, Konfederasiya öz fəaliyyətini daha da
canlandırmalı, müasir dövrün tələbləri
ilə uyğunlaşan iş ahənginə malik
olmalıdır.
Ölkəmizdə
biznes mühitinin yaxşılaşdırılması və
sahibkarlığın inkişafı da əsas fəaliyyət
istiqamətlərindəndir, ASK bununla bağlı silsilə və
ardıcıl tədbirlər həyata keçirir. Bu, istər
qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər
sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar
təşkilatlar tərəfindən onların həllinə
nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi
işinin daha da dərinləşdirilməsi ilə
bağlıdır.
Biz
Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq cənab Prezident
İlham Əliyevin apardığı iqtisadi siyasəti dəstəkləyir,
ölkənin dinamik inkişafına yönəlmiş
bütün tədbirlərin həyata keçirilməsi
prosesində yaxından iştirak etməklə öz tövhəmizi
verməyə hazırıq.
Səs.- 2013.- 16
fevral.- S.11.