Azərbaycan - Böyük
Britaniya iqtisadi
inkişafında Ulu Öndər Heydər
Əliyevin rolu
23
yanvar 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev Böyük Britaniya kraliçasının
xüsusi müşaviri, "Britiş Petroleum Kompani
p.l.c." Korporasiyasının Direktorlar Şurasının sədri
Lord Eşberton başda olmaqla nümayəndə heyətini qəbul
etmişdir. Ölkə başçısı
"Bı-Pi" ilə ARDNŞ arasındakı əlaqələrin Azərbaycan-Böyük
Britaniya münasibətlərinin daha da genişləndirilməsində
böyük əhəmiyyət kəsb etdiyini nəzərə
çarpdırmış, bu səfərin neft müqaviləsinın
həyata keçirilməsində başlanğıc kimi qiymətləndirmişdir.
Respublikamıza gəlməkdən çox məmnun
qaldığını bildirən qonaq demişdir ki, səfərimizin
əsas məqsədi "Bi Pi"-nin bu müqavilə ilə
əlaqədar üzərinə götürdüyü
öhdəlikləri bir daha vurğulamaqdır.
Söhbət
zamanı o, belə bir maraqlı faktı qeyd etmişdir ki,
Bakı nefti haqqında hələ 5 yaşında ikən
uşaq ensiklopediyasındakı şəkillərdən məlumat
almış, Azərbaycanı şəxsən görməkdən
çox böyük məmnunluq duyduğunu bir daha nəzərə
çarpdırmışdır. O, ümid etdiyini
bildirmişdir ki, yaxın bir neçə ay ərzində bir
sıra məsələlər, o cümlədən, neft kəməri
marşrutunun müəyyən edilməsi məsələsi həll
olunacaq. 24 yanvar 1995-cı ildə Bakıda Tarix Muzeyinin
möhtəşəm salonunda neft
müqaviləsini həyata keçirən rəhbər
komitənin ilk iclası işə başlamışdır.
İclası giriş sözü ilə açmış
ARDNŞ-nin prezidenti Natiq Əliyev məlumat vermişdir ki,
neft müqaviləsinin imzalanmasından sonra
danışıqlar davam etdirilərək nəinki maliyyələşdirmə
və təşkilati işlər görülmüş,
müqaviləni həyata keçirən rəhbər komitə,
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, Məsləhət
Şurası, bir sıra məsələlərlə əlaqədar ekspert
qrupları da yaradılmışdır? AzərbaycanRespublikasının Prezidenti
Heydər Əliyevin, Böyük Britaniya
kraliçasının xüsusi müşaviri,
"Britiş Petroleum" Korporasiyası Direktorlar
Şurasının sədri Lord
Eşbertonun iştirak etdiyi
ilk iclasda 1995-ci il üçün Məcburi İşlərin
Minimum Proqramı və 105 mln. dollar məbləğində
büdcə təsdiq edilmişdir. Mərasimdə
çıxış edən ölkə başçımız
demişdir: "Qeyd etmək
lazımdır ki, müqavilənin hazırlanması
prosesi nə qədər ağır yollardan keçmiş
olsa da, onun həyata keçirilməsi bundan da çətin
olacaqdır. Qarşıda çox gərgin, çox
mühüm işlər durur. Mən əminəm ki, müqavilədə
iştirak edən konsorsium şirkətlərinin nümayəndələri
və rəhbərləri ARDNŞ ilə bərabər bu məsələlərin
ardıcıl surətdə, davamlı olaraq, gecikmədən
həll olunmasını təmin edəcəklər".
Respublika
Prezidenti Heydər Əliyev müqavilə ətrafında, onun
haqqında müxtəlif dairələrdə, mətbuatda, müxtəlif ölkələrdə
gedən
danışıqları,
şayiələri nəzərə alaraq rica etmişdir
ki, müqavilənin həyata keçirilməsi sahəsində
ilk 3-4 illik proqram çox dəqiq olsun və onun əvvəllər
nəzərdə tutulandan da tez yerinə yetirilməsi
üçün lazımi tədbirlər görülsün.
O, müqavilə hazırlanarkən və onu Prezident kimi
imzalayarkən ölkənin bu günü və gələcəyi
haqqında düşündüyünü bir daha
vurğulamış, müqavilənin həyata keçirilməsinin
respublikanın böhran vəzıyyətində olan
iqtisadiyyatında qarşıdakı illərdə
böyük dəyişikliklər edilməsində, ölkəmizin
gələcək inkişaf prespektivlərı
üçün böyük əhəmiyyət kəsb
etdiyini qeyd etmişdir.
1995-ci
il oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev Prezident Sarayında "Əsrin müqaviləsi"
üzrə neft konsorsiumunun beynəlxalq Rəhbər Komitəsinin
üzvlərini qəbul etmişdir. Ölkə
başçısı "Əsrin müqaviləsi"nin
imzalanmasından indiyədək bütün şirkətlərin,
ümumən konsorsiumun Beynəlxalq Rəhbər Komitəsinin
gördüyü işlərin hamısını məmnuniyyətlə
qəbul etdiyini bildirmiş, onları bu nailiyyətlər
münasibəti ilə təbrik etmişdir. Rəhbər Komitənin
sədri Terri Adams həmin gün Rəhbər Komitənin
keçirilmiş iclasında hasil ediləcək ilkin neftin
ixracı ilə əlaqədar neft kəmərləri barədə,
"Çıraq-1" platformasının köməyi ilə
ildə 5 mln. ton neft hasil etmək öhdəliyinin
götürülməsi haqqında qərar qəbul edildiyini
bildirmiş. Məcburi İşlərin Minimum Proqramı və
dəniz yataqları ehtiyatlarının qiymətləndirilməsi
işlərinə 1995-1996-cı illər üçün səhmdarların
700 mln. dollar məbləğində büdcənin, ilkin neftin
hasilatı və ixracı üçün isə 450 mln.
dollar məbləğində büdcənin bəyənildiyi
barədə məlumat vermişdir. O, qarşıda duran
böyük vəzifələrin ARDNŞ ilə səmimi
etimad və əməkdaşlıq şəraitində yerinə
yetiriləcəyinə əmin olduğunu bildirmişdir.
Qeyd
etmək lazımdır ki, Məcburi İşlərin Minimum
Proqramı çərçivəsində
aşağıdakı tədbirlər həyata
keçirilmişdir. 1995-cı ildə
"Çıraq-1" platformasının qiymətləndirilməsi,
platformanın və dayaq blokunun hərtərəfli
yoxlanılması, texniki və kompüter modernləşdirilməsi
üçün tədqiqat işləri
aparılmışdır. Avqustun 10-dan noyabrın 30-dək Xəzər
dənizində üçölçülü seysmik kəşfiyyat
işləri aparılmış, ilin əvvəlindən ABƏŞ
mühəndis geologiyasi, geofiziki tədqiqatlar sahəsində
işə başlamışdır. Kəşfiyyat quyuları
qazılmış, "Çıraq-1" platforması
rayonunda geotexniki tədqiqat işləri aparılmış,
müqavilənin əhatə etdiyi sahənin və boru kəməri
marşrutlarının texniki şəkilləri çəkilmiş,
ətraf mühitin qorunması və müqavilənin əhatə
etdiyi sahənin neft-qaz ehtiyatlarının mənimsənilməsi
prosesində baş verəcək qəzaların vaxtında ləğv
edilməsi sahəsində tədbirlər həyata
keçirilmişdir. Bu ildə ARDNŞ və ABƏŞ Azərbaycan
neftinin Şimal və Qərb marşrutları ilə dünya
bazarına çıxarılmasını nəzərdə
tutan neftin ilkin çıxarılması layihəsinin həyata
keçirilməsi barədə qərar qəbul etmişdir.
16 fevral 1996-cı ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası hökuməti
arasında ilkin neftin Rusiya ərazisi ilə nəql olunması
haqqında müqavilə, ABƏŞ ilə Rusiya
Federasiyasının "Transneft" neft şirkəti
arasında ilkin neftin Rusiya ərizisiylə nəqlinə
yardım haqqında müqavilə imzalanmışdır.
4
iyun 1995-cı ildə Azərbaycanın neft sənayesi tarixində
yeni hadisə baş vermiş, Bakıda
"Gülüstan" sarayında Xəzərin Azərbaycan
sektorunda yerləşən "Şahdəniz" perspektivli
sahəsinin kəşfiyyatı, müştərək işlənməsı
və hasilatın pay bölgüsü haqqında ARDNŞ ilə
"Bİ-Pİ Eksploreyşn (Azərbaycan) limited",
"Elf Petroleum Azərbaycan B.V", "LUKoyl internəşnl",
"Statoyl Azərbaycan A.S.", "Oyl indastrız
İnjinirinq-end Konstrakşn", "Turkiş Petroleum Oversiz
Kompani Limited" şirkətlərı arasında saziş
imzalanmışdır. Qeyd etmək lazımdır ki, layihədə
"Bi-Pi"nin iştirakçı payı 25,5 faizdir.
Müqavilədə "Şahdəniz" yatağında
500 milyard kubmetr qaz və 190 milyon ton neft ehtiyatı olduğu
göstərilmişdir. Qeyd etmək lazımdır ki,
Bakıdan 55 km cənub-şərqdə yerləşən bu
yataq hələ Sovet ittifaqı zamanı Azərbaycan
neftçiləri tərəfindən kəşf
olunmuşdur. Sazişin imzalanması mərasimində
çıxış edən Böyük Britaniyanın sənaye
və energetika naziri Tim Eqqaf demişdir: "Cənab Prezident,
biz Sizin mülahizənizə və müdrik zəkanıza
inanırıq və konsorsiuma başçılıq edən
"Bi-Pi" şirkətinə, əvvəllər olduğu
kimi, yenə də etimad və dəstək göstəririk".
"Bi-Pi Eksploreyşn" şirkətinin vitse-prezidenti Bayron
Qrout öz çıxışında, demişdir. "Bu
potensial respublikanın ehtiyaclarını ödəməyə
yeni imkanlar yaradacaq və Azərbaycan
üçün yeni gəlir mənbəyinə çevriləcəkdir.
Bu son dərəcə vacibdir. Lakin məsələnin daha
vacib tərəfi də vardır. Bu müqavilə Azərbaycan
ilə onun tərəfdaşları arasında əlaqələri
daha da gücləndirəcəkdir".
24
avqusl 1996-cı ildə Azərbaycanla
"Britiş-Petroleum" arasında mövcud olan münasibətlərdə
iki mühüm hadisə baş vermişir. Həmin gün Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin
iştirakı ilə "Dədə Qorqud" yarımdalma
üzən qazma qurğusunun yenidən qurulduqdan və təmir
edildikdən sonra rəsmi açılışı
olmuşdur. Bu mühüm iqtisadi obyekt 1976-cı ildə, o
zaman ölkəmizə rəhbərlik edən Heydər Əliyevin
şəxsi təşəbbüsü ilə inşa
olunmuş və 1981-ci ildə istismara verilmişdir. 15 iyun
1995-ci ildə ARDNŞ ilə ABƏŞ arasında
imzalanmış müqaviləyə əsasən "Xəzər
dəniz neft" üzən qazma qurğusu icarəyə
verilmiş, sentyabr 1995-ci ildən "Şelflayihə Tikinti" İstehsalat Birliyində təmir işlərinə başlanmış,
podratçı ABŞ-ın "Santa fe" şirkətinin
iştirakı ilə modernləşdirmə və yenidənqurma
işləri uğurla başa
çatdırılmışdır. Təmir və modernləşdirmə
işlərində 356 nəfər
çalışmışdır ki, onların böyük əksəriyyəti
yerli mütəxəssislər olmuşdur. İş prosesində
onlar qabaqcıl üsulların təlimi və ingilis dili
kurslarını bitirmiş, xarici ölkələrdə təcrübə
keçmişdir. Onu qeyd etmək lazımdır ki, məhz
"Dədə Qorqud" üzən qazma qurğusu
"Çıraq" yatağında 1996-cı ilin
sentyabrında 1 nömrəli kəşfiyyat quyusu
qazılmağa başlamışdır. Bu obyektlə
yanaşı ABƏŞ "Xəzər dəniz neft qaz
donanma"nın gəmiqayırma zavodunun və tərsanəsinin
də modernləşdirilməsini həyata
keçirmişdir.
Elə həmin gün Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin
iştirakı ilə Bakının Bayıl yaşayış
sahəsində ABƏŞ-in ofisinin rəsmi
açılış mərasimi keçirilmişdir. Mərasimdə
çıxış edən ABƏŞ-in prezidenti Terri Adams
qeyd etmişdir ki, ofis binasının adlandığı
"Villa Petrola" Nobellər ailəsinin Qara şəhərdə
olmuş, bu gün də qalan binasının adıdır. Onu
qeyd edək ki, bu bina Azərbaycan Sovet İttifaqı tərkibində
olduğu zaman rus sovet memarları Vesninlərin layihəsı əsasında
İliç adına mədəniyyət sarayı kimi
inşa edilmiş, sonradan ABƏŞ tərəfindən təmir
və modernləşdirmə işləri
aparılmışdır.
9
oktyabr 1996-cı ildə Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyev ölkəmizə səfər
etmiş "BP" Korporasiyasının Direktorlar
Şurasının sədri Deyvid Seymonu qəbul etmişdir.
Söhbət zamanı Azərbaycan Prezidenti Xəzərin Azərbaycan
sektorundakı neft yataqlarının birgə işlənməsi
sahəsində fəaliyyət göstərən nüfuzlu
xarici şirkətlər sırasında "Bi-Pi"nin
payının hamıdan çox olduğunu, onun "Əsrin
Müqaviləsi"ndə fəal iştirakını
xüsusən vurğulamışdır. "Əsrin
Müqaviləsi"ndən sonra ötən iki ildə
yaxşı nəticələr əldə edildiyini xüsusi
qeyd edən qonaq ikitərəfli əlaqələrin
inkişafında Prezıdent Heydər Əliyevin diqqət və
qayğısının mühüm rol
oynadığını nəzərə
çarpdırmışdır. O, "Şahdənız"in
birgə işlənməsi barədə layihənin uğurla
həyata keçiriləcəyi fikrində olduğunu
bildirmişdir.
Həmin
gün Heydər Əliyev Neft Konsorsiumunun Rəhbər Komitəsinin
və Direktorlar Şurasının üzvlərini qəbul
etmişdir. ABƏŞ-in prezidenti Terri Adams məlumat
vermişdir ki, Direktorlar Şurası növbəti il
üçün 221 mln. dollar məbləğində olan
büdcəni təsdiq etmişdir. Görülmüş
işlərin qrafikinə uyğun olaraq 28 avqust 1996-cı ildə
ilkin neftin ixracına başlanacağı, ilkin neftin ixracı
üçün 668 mln. dollar məbləğində büdcənin
nəzərdə tutulduğu qeyd edilmişdir. O, "Əsrin
Müqaviləsi" ilə əlaqədar 2 hissəli layihənin
həyata keçirilməsi üçün qarşıda
duran 10 əsas məqsəddən 7-nin artıq yerinə
yetirilməsi, Şimal və Qərb boru kəmərinin
inşası istiqamətində tədbirlər
görüldüyü barədə məlumat vermişdir. Cənab
Adamsın məlumatlarından məmnun
qaldığını söyləyən ölkə
başçısı əmin olduğunu bildirmişdir ki, nəzərdə
tutulan işlər vaxtından əvvəl yerinə yetıriləcək.
10
oktyabr 1996-cı ildə Prezident Sarayında Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin yanında
"Əsrin Müqaviləsi'nin yerinə yetirilməsi ilə
əlaqədar yaradılmış ABƏŞ-in iki illik fəaliyyətinin
yekunlarına həsr edilmiş müşavirə
keçirilmişdir.
"Dan
Ulduzu" və "Əşrəfi". "BP"nin
ölkəmizdəki fəaliyyətində onun Xəzərin
Azərbaycan sektorunda yerləşən "Dan Ulduzu" və
"Əşrəfi" perspektivli strukturlarının birgə
işlənməsi sahəsində imzalanmış müqavilədə
önəmli fəaliyyəti mühüm yer tutur. Bakıda
"Gülüstan" sarayında 1996-cı il dekabrın
14-də qeyd edilən perspektivli strukturların kəşfiyyatı,
birgə işlənməsi və hasilatın pay
bölgüsü haqqında ARDNŞ ilə "Amoko Nord
Abşeron Petroleum LTD", "Yunokal Xəzər LTD",
"Delta oyl Kompani LTD", "İtoçu Oyl
Eksploreyşen (Kaspian) ink" şirkətləri arasında
saziş imzalanmışdır. Saziş üzrə potensial
investisiyalar 2 mild. dollar məbləğində qiymətləndirilir.
Onu qeyd etmək lazımdır ki, adıçəkilən
perspektiv strukturlar Abşeron yarımadasının
şimal-şərqində, sahildən 70 km məsafədə
yerləşir və 1970-ci illərdə
Azərbaycan neftçi-geoloq alimləri tərəfindən kəşf
olunmuş, 1982-1985-ci illərdə bu yataqlardan istifadə etmək
üçün müəyyən addımlar atılsa da, bu məsələ
o vaxt başa çatdırılmamışdır. Öncə
qeyd etdiyimiz kimi, 11 avqust 1998-ci ildə "Britiş
Petroleum" ABŞ-ın "AMOKO" şirkəti ilə
birləşmək haqqında müqavilə bağlayandan
sonra hazırda 25 illik dövr üçün
imzalanmış bu sazişdə "Bi-Pi" "Amoko"
ilə birlikdə 30 faiz iştirakçı payına
malikdir. "Bi-Pi Amoko" sazişinin reallaşması üçün
xarici şirkətlərin yaratdığı konsorsiumun
"Şimal Abşeron Əməliyyat Şirkəti"nin çərçivəsində fəaliyyət göstərir. Saziş 25 fevral
1997-cı ildə Azərbaycan Respublikasının parlamenti tərəfindən
ratifikasiya edildikdən sonra qüvvəyə minmişdir.
Azərbaycan
Prezidenti Heydər Əliyev 28 yanvar 1997-cı ildə Prezident
Sarayında Böyük Britaniyanın "Britiş
Petroleum" və Norveçın "Statoyl" şirkətlərinin
vitse-prezidentləri Bayron Qroutu və Rolf Maqne Larseni qəbul
etmişdir. Görüş üçün minnətdarlıq
edən cənab Qrout söhbət zamanı demişdir:
"Bizim nümayəndələrimiz şirkətlərimizin
buradakı fəaliyyəti üçün cavabdeh olmaqla
yanaşı, həm də "Şahdəniz" layihəsinin
əlaqələndiriciləridir". Qonaq bildirmışdir
ki, Bakıda olduqları üç gün ərzində
ARDNŞ-nin prezidenti Natiq Əliyev və ABƏŞ-in
prezidenti Terri Adams ilə görüşmüş, öz
şirkətlərinin burada gördüyü işlərlə
tanış olmuşlar. Dövlət başçısı
şirkətlərin rəhbərlərinin
vaxtaşırı Bakıya gələrək öz nümayəndələrinin
fəaliyyəti ilə
tanış olmasını bizim müştərək
işimizin sürətlənməsi üçün vacib amil
olduğunu qeyd etmiş, nəzərədə tutulan
planların ardıcıl surətdə həyata
keçirildiyini bildirmişdir. Azərbaycan Prezidenti qonaqlara
müraciətlə xüsusi olaraq vurğulamışdır
ki, "Şahdəniz" yatağı ilə bağlı
müqavilənin həyata keçirilməsinə gəldikdə,
bu məsələdə məsuliyyət sizin şirkətlərin
üzərinə düşür, çünki burada əsas
pay sizindir və layihənin opertorları da sizsiniz. Dövlət
başçısının fikrincə, ABƏŞ-in
yaradılması yaxşı təcrübədir.
"Şahdəniz" müqaviləsində altı şirkətdən
ibarət konsorsium yaranıb, onun ofisi işə tam rəhbərlik
edən bir şəxsi olmalıdır. Prezident Heydər Əliyevə
məlumat verilmişdir ki, "Brıtış
PetroleunV"un nümayəndəsi Mayk Şerman "Şahdəniz"
layihəsinin rəhbəri təyin edilmişdir. Dövlətimizin
başçısı şirkətlərin nümayəndələrinə
demişdir ki, siz bu il, habelə, 1998-ci il, 1999-cu illərdə
hansı işləri görəcəyiniz barədə proqram
hazırlamalısınız. Mən işin əməli surətdə
necə təşkil edildiyini bilmək istəyirəm. Belə
proqramın hazırlandığı respublikanın rəhbərinə
bildirildikdə Prezident Heydər Əliyev təklif etmişdi
ki, onu əvvəlcə Azərbaycan Dövlət Neft Şirkəti
ilə müzakirə edin, sonra mən onunla tanış olaram
və sizin konsorsiumda iştirak edən bütün şirkətlərin
nümayəndələrini qəbul edib öz fikrimi söyləyərəm.
Bayron Qrout Azərbaycan Prezidentinin fikirləri ilə
razılaşaraq demişdir ki, onlar ABƏŞ-in təcrübəsindən
istifadə edəcəklər və ondan daha yaxşı
işləməyə çalışacaqlar, çünki
onun səhvlərini də nəzərə alacaqlar.
Görüşün
sonunda dövlət başçımız bir daha
xatırlatmışdır ki, hər bir müqavilənin, necə
deyərlər, öz Terrı Adamsı, yəni işlərə
konkret rəhbərlik edən nümayəndəsi
olmalıdır.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2013.- 19 fevral.- S.14.