"Prezident İlham Əliyevin müşavirədə tarixi çıxışı bir daha sübut etdi ki, biz sivil, demokratik ölkədə yaşayırıq"

 

Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyevin SİA-ya müsahibəsi

 

- Asəf müəllim, ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının 4-cü ilinin yekunlarına həsr olunmuş müşavirəni ümumilikdə necə dəyərləndirərdiniz?

- Ümumiyyətlə, ilk əvvəl son illərdə Azərbaycanın qazandığı nailiyyətlərindən başlamaq istərdim. Bildiyimiz kimi, ən böyük nailiyyətlərdən birifevral ayının 6-da orbitə buraxılan ilk telekommunikasiya peykimiz oldu. Bu, çox önəmli bir hadisədir və Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmalıdır. Peykin orbitə çıxması üçün təkcə maliyyə vəsaiti tələb olunmur, buna həm də yüksək intellekt sərf etmək lazım idi. Bu da Azərbaycanda informasiya texnologiyalarının yüksək səviyyəsindən xəbər verir. Bu münasibətlə də bütün Azərbaycan xalqını təbrik edirəm.

Hər il olduğu kimi, bu il də Dövlət Proqramının yekunlarına aid müşavirədə bir sıra məsələlər müzakirə olundu. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bütün bölgələrdə sürətlə inkişaf gedirbunu hər birimiz görürük. Əgər on il bundan öncə bu sürətli inkişafı paytaxt Bakıda görürdüksə, bu gün artıq bütün rayonlarda bunu müşahidə edirik. Müşavirədə Cənab Prezident bəzi çatışmazlıqlardan danışdı, xüsusilə də, məmur özbaşınalıqlarını, onların yaxın qohumlarının və övladlarının tərbiyəsizliyini, etdiyi hərəkətləri qeyd etdi. İnsan dünyaya gələn gündən çalışır ki, fərqlənsin, ancaq bu fərqlənmə müsbət olmalıdır ki, hər kəs, yaxşı mənada, o insanla fəxr etsin. Mən anlaya bilmirəm avtoxuliqanlıq etməklə, maşınlarına plyonkalar çəkməklə bir insan necə fərqlənə bilir? Yəni bunu edəndə düşünmür ki, bunun ailəsi var, yaxınları var, dostları var, bunların imicinə nə qədər xələl gətirir? Ona görə də valideynlər uşaqları ilə ciddi şəkildə məşğul olmalıdırlar. Cənab Prezident ciddi şəkildə xəbərdarlıq etdi ki, belə hallar təkrar olunsa, çox sərt addımlar atılacaq. Bu xəbərdarlıq nəinki məmurlar üçün, eləcə də, bütün Azərbaycan vətəndaşları üçün ibrət dərsi olmalıdır.

Ölkə başçısı onu da qeyd etdi ki, özünün 50 illik yubileyini Ağcabədidə qaçqınlarla qeyd edib. Bəs, bu məmurlar kimdən fərqlənirlər? Belə insanların qarşısı alınmasa, ölkədə xaos ola bilər. İlk dəfə Cənab İlham Əliyev prezident seçiləndə vurğuladı ki, "Mən Azərbaycanın hər vətəndaşının prezidenti olacağam". Bu, o deməkdir ki, hər kəs cənab Prezidentdən nümunə götürməlidir. Müşavirədə ölkə başçısının tarixi çıxışı bir daha sübut etdi ki, biz sivil, demokratik ölkədə yaşayırıq, uğurlarımızla yanaşı, çatışmazlıqları da qeyd edirik ki, onları aradan qaldıraq.

 - Cənab Prezident qeyd etdi ki, bölgələrdə sahibkarlara qarşı süni maneələr yaradılır. Bu, bir daha sahibkarların dövlətin daim diqqət və qayğısı altında olmasının göstəricisi sayıla bilərmi? 

- Hər cəmiyyətin aparıcı gücü əsasən orta təbəqədir, sahibkarlardır. Bölgələrdə, rayonlarda sahibkarlara lazımi şərait yaradılmalıdır ki, onların biznesi inkişaf etsin, sərmayələr yatırılsın. Əgər sərmayələr olmasa, sözsüz ki, inkişafdan söz gedə bilməz. Bu kimi halların aradan qaldırılması üçün ölkə başçısı müşavirədə çox ciddi fikirlər səsləndirdi. Lazımi orqanlara göstərişlərini verdi. 

- Üçüncü Dövlət Proqramının qəbulu gözlənilir. Birinciİkinci Dövlət Proqamlarında məqsəd və hədəflər bəlli idi. Üçüncü Dövlət Proqramından gözləntilərimiz hansılardır?

 - Son illər dünya böhran içərisindədir. İnkişaf etmiş ölkələrdə nələrin baş verdiyini hər kəs görür. Hakimiyyət dəyişiklikləri, iqtisadi böhranlar yaşanır. Misal olaraq Yunanıstanı, İspaniyanı göstərə bilərik ki, hər iki dövlət Avropa Birliyinin üzvü olmasına baxmayaraq, böyük böhranlar yaşadı. Azərbaycan isə dünyadakı böhrana baxmayaraq, çox uğurlu layihələrə imza atıb. Sözsüz ki, onu da anlamaq lazımdır ki, dünyada baş verən proseslər az da olsa bizə təsirini göstərir. Bu baxımdan da yeni proqramdan gözləntimiz odur ki, gələcəkdə ölkənin inkişafı ən azından belə templə irəlİləsin.

 

 

İntizarə Məmmədova

 

Səs.- 2013.- 20 fevral.- S.6.