Böyük Britaniyanın "Şell" şirkətinin Azərbaycanda fəaliyyəti
Dünya
iqtisadiyyatında ən iri neft şirkətlərindən biri
kimi özünə əbədi şöhrət
qazanmış "Royal Datç / Şell Qrupu" və ya
iqtisadi ədəbiyyatda qısa adla tanınan
"Şell" Böyük Britaniya-Niderland müştərək
konserni Azərbaycanda da özünəməxsus yer tutur.
"Şell"
özünün tarixini 1833-cü ildə Markus Semuelin Londonda,
"İst-Enddə" çox da böyük olmayan
mağaza açması ilə başlayır. O,
dünyanın müxtəlif yerlərindən dənizçilərin
gətirdikləri nadir mallar və balıqqulağı satmaqla
məşğul olmuş, hətta bu ticarət o qədər
gəlirli olmuşdur ki, Markus Semuel bu nemətlərin mütəmadi
olaraq Uzaq Şərqdən gətirilməsini təşkil
etmiş, qısa müddət ərzində kiçik
kommersiya işi çiçəklənən idxal-ixrac biznesinə
çevrilmişdir. Onun ölümündən sonra
övladları Markus və Sem atalarının işini davam
etdirərək 1878-ci ildə Londonda "Markus Semuel end
Kompani", Yaponiyada isə "Semuel-Semuel end Kompani"-
firmalarını təsis etmişlər. Onlar Şərqdə
bizneslə məşğul olaraq, dəniz limanları
arasında qısa məsafədə kommersiya
daşımalarını təşkil etmişlər. Markus
Semuel, nəhayət, 18 oktyabr 1897-ci ildə apardığı
biznes fəaliyyətinin genişlənməsi nəticəsində
ayrıca bir şirkət "Şell Transport end Treydinq Kompani
Limited" ("Şell" sözü ingiliscə
"balıqqulağı" deməkdir) şirkətini
yaratmışdır.
"Şell"in
sonralar vahid konserndə iştirakçı ortağı
olmuş, "Royal Datç Petroleum Kompani" şirkəti
16 iyun 1890-cı ildə istedadlı iş adamı Ayelko Yane
Zilker tərəfindən yaradılmış və şirkətin
ilkin tam adı "Ost Hind Holland" müstəmləkələrində
neft quyularının istismarı üzrə "Kral Holland
Şirkəti" olmuşdur. Belə ki, Ayelko Zilker Ost-Hind
müstəmləkələrindən olan Sumatra adasına səfərlərindən
birində neft izlərini aşkar etmiş, sonra quyu
qazılmış və 1885-ci ildə neft fontan vurmuşdur.
Neft biznesində rəqabət aparmaq üçün Ayelko
Zilkerin şirkəti 1896-cı ildə tankerlər, rezervuar
parkları tikməyə başlayır və
özünün paylaşdırıcı şəbəkəsini
yaradır. Onu qeyd etmək lazımdır ki, bəhs edilən
dövrdə Markus Semuel və "Royal Datç Petroleum"
şirkəti "Standart Oyl" amerikan nəhəngi ilə
rəqabət aparırdılar.
"Şell
Transport end Treydinq" şirkətinin prezidenti Markus Semuel
"Royal Datç Petroleum"un prezidenti Henri Deterdinqlə 19
yanvar 1907-ci ildə öz maraq və kapitallarını birləşdirmək,
lakin eyni zamanda, öz fərdi xüsusiyyətlərini qoruyub
saxlamaq məqsədi ilə saziş imzalamış, beləliklə,
müasir dövrdə fəaliyyət göstərən
konsernin bünövrəsini qoymuşlar.
Bu
gün konsernə daxil olan şirkətlər demək olar ki,
bütün Yer kürəsi boyunca 130-dan çox ölkədə
100 mindən artıq əməkdaş ilə olduqca uğurlu
fəaliyyət göstərərək, gəlir əldə
edir. Konsern təşkilatı quruluş baxımından
öz biznes fəaliyyətini beş əsas istiqamətdə
kəşfiyyat və hasilat, neft məhsulları, neft
kimyası, təbii qaz və elektroenergetika və bərpa edilə
bilən enerji resursları kimi önəmli sahələr
üzrə qurur. Qeyd edilən hər bir əsas biznes istiqamətində
öz konkret fəaliyyət sahəsi üzrə
genişmiqyaslı məsuliyyət daşıyan baş
icraçı direktor rəhbərlik edir. Baş
icraçı direktorlar isə öz növbəsində
konsernin iki ana şirkətinin Direktorlar Şurasının
üzvü olan icraçı direktorların daxil olduğu Sərəncamçı
Direktorlar Komitəsinə tabedir. Ana şirkətlər
"Şell Transport end Treydinq" və "Royal Datç
Petroleum" birbaşa istehsal və işgüzar fəaliyyətdə
iştirak etmir. Bu, açıq tipli səhmdar şirkətlərinin
səhmləri dünyanın müxtəlif birjalarında
dövr edir. Bilavasitə və ya dolayı olaraq ana şirkətlərə
üç holdinq şirkətinin səhmləri məxsusdur və
bundan dividend şəklində böyük miqdarda gəlir əldə
edirlər.
Azərbaycan
Prezidenti Heydər Əliyev ABŞ-a rəsmi səfərı
vaxtı (23 ıyul-7 avqust 1997-ci il) Hyuston şəhərində
avqustun 3-də onun üçün ayrılmış iqamətgahda
konsernin kəşfiyyat və hasilat məsələləri
üzrə icraçı direktoru Fil Vats ilə
qarşılıqlı anlaşma və səmimiyyət şəraitində
keçmiş ilk görüşdə cənab Vats dəniz
yataqlarının işlənilməsi sahəsində
böyük təcrübəyə malik olduqlarını
vurğulamış. Azərbaycanla uzunmüddətli əlaqələr
qurulması və investisiya qoyuluşu imkanları barədə
təkliflər etmiş, neft-qaz kəmərlərinin çəkilişi
üzrə layihələri həyata keçirməyə
hazır olduqlarını bildirmişdir. Dövlət
başçımız isə, öz növbəsində,
ölkəmizin bu şirkətlə sıx əlaqələr
qurmasının hər iki tərəf üçün
faydalı olduğunu qeyd etmiş, neft sektorunda əməkdaşlıqla
yanaşı, ölkəmizdə yeni iş yerləri yaratmaq,
mədəniyyət, təhsil sahələrinin
inkişafına yardım etmək barəsində edilmiş təklifləri
yüksək qiymətləndirmişdir.
Bəhs
etdiyimiz rəsmi səfər çərçivəsində
Vaşinqtonda Ağ Evin Franklin Ruzvelt otağında Prezident
Heydər Əliyev və ABŞ-ın vitse-prezidenti Albert Qorun
iştirakı ilə 1 avqust 1997-ci ildə bir neçə
neft sazişi, o cümlədən, ABŞ-ın "Amoko"
şirkətı ilə Xəzərin Azərbaycan
sektorundakı "İnam" perspektivli strukturunun
müştərək kəşfiyyatı, işlənməsı
və hasilatın pay bölgüsü haqqında saziş
imzalanmışdır. Hazırkı dövrdə "Bi-Pi
/Amoko" (iştirakçı payı 25% ) və ARDNŞ
(iştırakçı payı 50%) ilə birgə ötən
ilin mart ayında 25% iştirakçı payı olaraq layihə
qoymuş "Şell" beş Xəzəryanı ölkədə
fəaliyyət göstərən beynalxalq şirkət statusuna
çatmışdır. Azərbaycan Respublikası Dövlət
Neft Fonduna daxil olmuş vəsaitlər haqqında 3 yanvar 2001
-ci ildə verilən məlumata əsasən bu anlaşma
üzrə "Şell" tərəfindən 2 mln. ABŞ
dolları məbləğində bonus ödənilmişdir.
Dövlət
başçımızın rəsmi dəvətinə əsasən
ölkəmizə səfər etmiş "Şell"in kəşfiyyat
və hasilat məsələləri üzrə
icraçı direktoru Fil Vatsın başçılıq
etdiyi nümayəndə heyəti 6 oktyabr 1997-ci ildə
Prezident Heydər Əliyev tərəfindən qəbul
edilmişdir. Nümayəndə heyətinə konsernin MDB və
Avropa regionları üzrə vitse-prezident Tuqrul Tusun, konsernin
Azərbaycandakı nümayəndəliyinin
başçısı Jan Lui Turle, Niderlandın Ankara və
Bakıda akkreditə edilmiş fövqəladə və səlahiyyətli
səfiri Nikolas Van Damm daxil olmuşdur. Cənab Vats Azərbaycanın
neft və qaz sənayesinin inkişafına öz töhfələrini
vermək arzusunda olduqlarını xüsusən
vurğulamış, görüşdə iştirak edən
ARDNŞ-ın prezidenti Natiq Əliyev ölkə
başçısına "Şell"in Xəzərin Azərbaycan
sektorundakı "Kürdaşı" blokunun işlənilməsində
iştirak etməyə, habelə, digər sahələrdə
əməkdaşlığa maraq göstərməsi barədə
məlumat vermışdir.
28
may 1918-ci ildə Azərbaycan Demokratik Respublikası
yarandıqdan sonra, Böyük Britaniya onu rəsmən
tanımış və müxtəlif sahələrdə əməkdaşlıq
əlaqələri qurulmuşdur. ADR hökuməti Bakıda
öz hakimiyyətini bərqərar etdikdən sonra qeyd edilən
bədnam qərarı ləğv etmiş, xüsüsi
mülkiyyət və o cümlədən, xarici şirkətlərin
fəaliyyəti bərpa edilmişdir. Bundan sonra isə
"Şell" mütəxəssisləri yeni layihə və
planlar üzərində düşünməyə
başlamışdır. Bu layihələr sırasında
regionda yeni təkmilləşdirilmiş buruq qazıma
texnologiyalarının tətbiqi, Qroznıdan Qara dənizə
boru kəməri xəttinin çəkilməsi, xüsusən,
diqqəti cəlb edir. Lakin çox təəssüf ki, 28
aprel 1920-ci ildə Sovet Rusiyasının Azərbaycana təcavüzü
və ADR-in 23 aylıq iqtidarının süqutu nəticəsində
sərt bolşevik rejimi şəraitində digər xarici
şirkətlər kimi "Şell"in də,
bütünlükdə Qafqaz regionunda neft yataqlarının
işlənməsi və investisiya qoyuluşu üzrə
çoxillik fəaliyyətinə son qoyuldu.
Müasir
dövrdə yenidən öz dövlət müstəqilliyini
əldə etmiş Azərbaycan Respublikasının
Böyük Britaniya ilə qarşılıqlı münasibətlərində
"Royal Datç - Şell Qrup" konserninin ölkəmizdə
apardığı uğurlu işgüzar fəaliyyətinin
özünəməxsus yeri vardır. Uzun müddətli fasilədən
sonra 1 may 1993-cü ildə konsernin respublikamızda nümayəndəliyi
fəaliyyətə başlamışdır. Nüfuzlu ingilis
neft şirkətləri cərgəsinə "Şell"in
daxil olması və ötən qısa müddət ərzində
gördüyü işlər, fikrimizcə, iki ölkə
arasında mövcud olan xarici iqtisadi əlaqələrin
inkişafında diqqətə layiq rol oynayır.
Hələ
yeddi il öncə müstəqil Azərbaycan
Respublikasının tarixində ilk dəfə olaraq
bütün dünyada "Əsrin Müqaviləsi"
adı ilə şöhrətlənmiş beynalxalq neft
müqaviləsinin imzalanması və Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin ölkə daxilində xarici neft
şirkətləri üçün yaratdığı əlverişli
şəraitdən bəhrələnmiş "Şell"
də, respublikamızda fəaliyyətini aktivləşdirdi.
Belə ki, "Əsrin Müqaviləsi"nin
imzalanmasından və ratifikasiya edilərək qüvvəyə
minməsindən sonra Azərbaycana işgüzar səfər
etmiş konsernin Direktorlar Şurasının vitse-prezidenti Mark
Mudi Stüartın başçılıq etdiyi nümayəndə
heyəti Bakıda Prezident sarayında ölkə
başçısı tərəfindən 13 yanvar 1995-ci ildə
qəbul edilmişdir. Qarşılıqlı anlaşma və
səmimiyyət şəraitində keçmiş ilk
görüşdə Prezident Heydər Əliyev konsernin hələ
XIX əsrin sonlarında Azərbaycanda fəaliyyətə
başladığını xatırlatmış, lakin
müasir dövrdə ölkəmizlə əməkdaşlıq
sahəsində gecikdiyini vurğulamışdır. Mark Mudi
Stüart öz növbəsində təmsil etdiyi konsernin
"Əsrin Müqaviləsi" çərçivəsində
fəaliyyət göstərmək barədə niyyətini
açıqlamışdır.
Bu
ilk yüksək səviyyəli görüşün bir
növ davamı olaraq doktor Fil Vats başda olmaqla ölkəmizə
səfər etmiş yeni nümayəndə heyəti 4 fevral
1995-ci ildə Prezident Heydər Əliyev tərəfindən qəbul
edilmişdir. Görüşdə cənab Vats "Əsrin
Müqaviləsi" çərçivəsində Xəzərin
Azərbaycan sektorundakı "Azəri",
"Çıraq" və "Günəşli"
yataqlarının dərinlikdə olan hissəsinin birgə
işlənməsində iştirak etmək RİTA-SÖTA
agentliyinın 1998-ci ilin fevralında Londondan verdiyi xəbərdə
Britaniya paytaxtında "Royal Datç-Şell" ilə
ABŞ-ın "Şevron" şirkəti arasında Xəzər
bölgəsində yeni energetika layihələrində əməkdaşlıq
və birgə fəaliyyət haqqında saziş
imzalanmasından bəhs edilmişdir. Sənəd xam neftin, təbii
qazın və qaz kondensatının hasilatı, nəqli və
satışı kimi sahələrdə müxtəlif layihələrin
birgə öyrənilməsi və həyata keçirilməsi
zamanı hər iki şirkətin əsas tutacağı şərtləri
və parametrləri müəyyənləşdirir. Konsernin
Direktorlar Şurasının vitse-prezidenti Mark Mudi Stüart sənədin
imzalanması mərasimində demişdir: "Bu bölgədə
"Şevron"un topladığı iş təcrübəsinin
və qlobal nəqletmə sistemlərinin inkişafına dair
planlarmızı nəzərə alsaq, görərik ki,
şirkətlərimiz üçün iri müştərək
layihələrin həyata keçirilməsində yeni imkanlar
açılır". Ümumiyyətlə, saziş
iştirakçılarının fikrincə, bu sənəd Xəzərin
zəngin ehliyatlarının işlənməsi və
onların dünya bazarlarına çatdırılması sahəsində
yeni əlavə imkanlar açacaqdır.
Azərbaycan
Prezidentinin Böyük Britaniyaya rəsmi səfəri
vaxtı (19-24 iyul, 1998-ci il) Londonda onun üçün
ayrılmış iqamətgahda 20 iyul 1998-ci ildə Fil Vaisi qəbul
etmişdir. Dövlət başçımız
"Şell"in digər ingilis neft şirkətlərinə
nisbətən ölkəmizə bir qədər gec gəlməsinə
rəğmən, əmin olduğunu bildirib ki,
qarşılıqlı əlaqələr getdikcə daha da,
möhkəmlənəcək. Cənab Vats 1998-ci ildə
Hyustonda və Bakıda keçirilmiş görüşlərini
məmnunluqla xatırlayaraq, əlaqələrin
sıxlaşdırılmasına böyük maraq göstərdiyini
vurğulamış, kadrların ixtisasının
artırılmasında, istedadlı gənclərə
qayğı məsələlərində lazımi kömək
göstərəcəklərini bildirmişdir. O, Prezident Heydər
Əliyevə "Şell"in yaradılmasının
100-cü ildönümünün tamam olması ilə əlaqədar
şirkətin fəaliyyətini əks etdirən kitab hədiyyə
etmişdir.
"Şell
" ölkəmizin neft sənayesində səmərəli fəaliyyətlə
yanaşı, marketinq və məhsul satışı ilə
məşqul olur. Azərbaycanda olan rəsmi distribyuterləri,
o cümlədən, "Daniz Lubricants" və "CSL"
(Consolidated Suppliers International) şirkətləri vasitəsilə
neft məhsulları - avtomobil, aviasiya və dəniz
yanacağı, eyni zamanda, yağlayıcı materialların
reallaşdırılması sahəsində fəaliyyət
göstərir.
"Royal
Datç-Şell" konserninin icraçı direktoru Fil
Vatsın Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə
anadan olmasının 75-ci ildönümü münasibəti
ilə göndərdiyi təbrik məktubunda konsernin ölkəmizdə
gələcək fəaliyyət perspektivlərindən bəhs
edilmiş, "Şell"in "Kürdaşı" bloku
və "D" bloku üzrə birgə fəaliyyət
göstərmək üçün ARDNŞ-ə müvafiq təklifinın
təqdim edilməsi, habelə, Xəzərin cənub hissəsindəki karbohidrogen ehtiyatlarının kəşfiyyatı
və işlənməsi layihələrinə qoşulmaq niyyətləri barədə
qeydlər edilmişdir.
Xüsusən,
təqdirəlayiq haldır ki, "Şell" ölkəmizdə
yalnız iqtisadi fəaliyyətlə məhdudlaşmır,
respublikanın ictimai həyatında aktiv fəaliyyət
göstərir. Bu cəhətdən "Şell"in Azərbaycanda
həyata keçirdiyi aşağıdakı sosial-mədəni
layihələri göstərmək olar:
-
"Şell" "Qaynaq" Gənclik Fondunun əsas
sponsorlarından biri olaraq bu fondla birgə Səbail rayonunda
qaçqın düşərgəsində "Mən
dünyanı necə görürəm? " mövzusunda
müsabiqə keçirmişdir.
-
"Şell" istedadlı pianoçu Rəna Rzayevanın
Niderlandda "Slavyan Ekspressionizm"i festivalına səfərini
təşkil etmişdır.
-
Neftçilər xəstəxanasında modern göz klinikasının
açılması üçün 40 min ABŞ dolları məbləğində
yardım etmişdir.
-
UNICEF və ABƏŞ ilə birlikdə əlil və kimsəsız
uşaqların Poçt və Telefon Xidməti Təşkilatının
(YAPS) sponsorlarındandır.
-
"Şell", "Bİ-Pİ/Amoko", " Mobil",
" Viklo" və digər şirkətlərlə birgə
Mirzə Fətəli Axundov adına Akademik Opera və Balet
Teatrının təsısedici dəstək fondunun
üzvü olaraq son 3 il ərzində (1998-2000 il) bu fonda 90 min
ABŞ dolları məbləğində yardım etmişdir.
-
"Şell" mütəmadi olaraq Beynəlxalq Qadın
klubuna dəstək vermiş, habelə, Ramanadakı kimsəsiz
uşaqlara yardım etmişdir.
-
" Şell" "Sərhədsiz
həkimlər" humanitar təşkilatı ilə birgə respublikanın müxtəlif
regionlarında (Sumqayıt, İmışli, Saatlı) tədbirlər
keçirmişdir.
-
" Şell" Dünya çempionu, 4 dəfə Avropa
çempionu, 2 dəfə Beynəlxalq qrossmeyster
normasını ödəmiş 13 yaşlı istedadlı
şahmatçı Teymur Rəcəbovun Niderlandda
keçirilmiş Beynəlxalq Şahmat Turnirində
iştirakını təmin etmişdir.
-
" Şell" Neft, Qaz və Kimyanın Geotexnoloji Problemləri
Elmi Tədqiqat institutu ilə birlikdə Azərbaycan Dövlət
Neft Akademiyasının 3 tələbəsinin Britaniya
Şurasında ingilis dilini öyrənməsinə sponsorluq
edir və yaxın perspektivdə onların Böyük
Britaniyadakı İmperial Kollecə təhsillərini davam
etdirməyə göndərilməsi nəzərdə
tutulmuşdur.
-
"Şell" fitri istedada malik olan şair, rəssam və
musiqiçi uşaqlara dəstək verilməsini
qarşısında əsəs məqsəd kimi qoymuş və
Bayandur Mehdiyevin prezidenti olduğu Xeyriyyə Fondunun təsisçilərindəndır.
"Şell"
USIAD, AIOC, Statoil və Norveçin ölkəmizdəki səfirliyi
ilə birlikdə "ISAR" Azərbaycan"ın 25-26 may
2001-ci ildə yerli QHT-lərin II Ümumrespublika sərgisinə
sponsorluq etmişdir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2013.- 21 fevral.- S.14.