Böyük Britaniyanın "BP" və "RAMKO" şirkətlərinin Azərbaycanda humanitar fəaliyyəti

 

"BP" ölkəmizdə öz fəaliyyətini yalnız neft sektorunda məhdudlaşdırmayaraq, respublikanın mədəni-ictimai həyatında fəal iştirak edərək geniş sponsorluq fəaliyyəti aparır. 1992-ci ildə ölkəmizə gəlmiş "Bi-Pi/Statoyl" Alyansının Xəzər dənizi bölgəsində neft kəşfiyyatı və hasilatı idarəsinin müdiri Piter Uellz "Azərinform"un müxbiri ilə söhbət zamanı Qarabağdan olan qaçqın uşaqlara humanitar yardımın təşkil edilməsi məqsədi ilə öz vətənindəki "Uşaqları Xilasetmə Fondu" Xeyriyyə Təşkilatı ilə əqalə yaratmaq niyyətini açıqlamışdır.

1993-cü ildə "Bi-Pi/Statoyl" Alyansı Bakıda "Gənc istedadlara baxış" adlı musiqi müsabiqəsi keçirmiş və onun qaliblərinin "İncə" rəqs ansamblının Böyük Britaniyada, Aberdin şəhərində keçirilmiş Gənclər festivalında iştirakını təşkil etmişdir. 1993-cü ildə azərbaycanlı incəsənət xadimlərinin Aberdin şəhərində olduğu vaxt orada keçirilən nigah mərasimində iştirak etmiş, şotlandiyalı bəy və gəlin "Vağzalı" Azərbaycan milli musiqisinin sədaları altında rəqs etmiş, rəqqaslarımız şotlandiyalı ər-arvada Azərbaycan qaydası ilə xeyir-dua vermiş, görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyev sarışın şotland gözəlinin belinə qırmızı kəlağayı bağlamışdır.

10 noyabr 1993-cü ildə Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov "Britiş Petroleum- Azərbaycan" şirkətinin prezidenti Terri Adamsı qəbul etmişdir. Görüşdə iki ölkə arasında mədəni əlaqələrin vəziyyəti, eyni zamanda, qaçqınlara yardım məsələləri müzakirə olunmuşdur. Cənab Adams klassik Azərbaycan poeziyasının ingilis dilinə tərcüməsi və nəşri ilə bağlı şirkətin xətti ilə keçirilən tədbirlər barədə məlumat vermişdir.

Azərbaycan Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin Böyük Britaniya parlamentinin üzvü Harold Elletsona rəsmi müraciətinə əsasən Britaniya hökumətinin "Nou Hau" Fondu ölkəmizdə işlənib hazırlanmış "Ətraf mühit haqqında" Qanunun maliyyələşdirilməsində fəal iştirak etmişdir.

24 yanvar 1995-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında "Bi-Pi/Statoyl" tərəfindən əsaslı təmir edilmiş Nəsirəddin Tusi adına otaqların açılış mərasimi olmuşdur. Mərasimdə ölkəmizə səfərə gəlmiş Böyük Britaniya kraliçasının xüsusi müşaviri, "Britiş Petroleum Kompani p.l.c." Korporasiyanın Direktorlar Şurasının sədri Lord Eşberton iştirak və çıxış etmişdir. O demişdir: "Sevindirici haldır ki, otaqların açılış mərasimi EA-nın 50 illik yubileyi vaxtına düşüb. Bu illər ərzində Azərbaycan alimlərinin elmi nailiyyətləri az olmayıb. Otaqlara Nəsirəddin Tusinin adının verilməsi isə onunla bağlıdır ki, XIII əsrdə yaşamış bu məşhur alimin əvəzsiz xidmətləri olmuşdur. Ümid edirəm ki, EA ilə şirkətimiz arasında mövcud olan əməkdaşlıq hər iki tərəf üçün səmərəli olacaqdır".

İngilis yazıçısı Tomas Volfun "Hörümçək" adlı romanı ABƏŞ-in sponsorluğu ilə Bakıdakı Ədəbi Tərcümə Mərkəzi tərəfindən tərcümə edilmiş və nəşr edilmişdir.

26 yanvar 1996-cı ildə ABƏŞ-in sponsorluğu ilə M.F.Axundov adına Akademik OperaBalet Teatrında ABƏŞ, ARDNŞ və Bakı Musiqi Akademiyası ilə birlikdə peşəkar musiqiçi, professor Fəridə Quliyevanın anadan olmasının 70-ci, musiqiçi fəaliyyətinin 45-ci ildönümünə həsr olunmuş konsert tədbiri keçirilmişdir. Tədbirdə yubilyarın tələbələri gənc pianoçular Zülfiyyə Sadıqova, İradə Səlimova və Zümrüd Əliyeva Corc GerşvinSergey Raxmaninovun əsərlərini ifa etmişlər.

6 mart 1996-cı ildə ABƏŞ ARDNŞ ilə birlikdə M.F.Axundov adına Akademik OperaBalet Teatrında "Operada caz" adlı konsert tədbiri keçirmişdir. Tədbirdə gənc vokalçı və caz ifaçısı Əzizə Mustafazadənin üç caz orkestrinin müşayiəti ilə ifaları dinlənilmişdir.     

28 mart 1996-cı ildə Bakıda alman kilsəsinin binasında ABƏŞ-in "Gənc istedadlar konserti" adlı tədbir keçirilmişdir. Bakı musiqi məktəbindən olan gənc ifaçılar xüsusi münsiflər heyəti tərəfindən seçilmişdir. Londonda musiqi məktəbində təhsil almış 8 yaşlı istedadlı skripkaçı Nəzrin Raşidovanın və anası pionoçu Sədaqət Məmmədovanın Qara Qarayev adına Dövlət Simfonik Orkestrin müşayiəti ilə ifa etdikləri musiqi əsərlərini dinləyicilər hərarətlə qarşılamışlar. ABƏŞ Azərbaycanda orqan, pianosimli ifaçıların iştirak etdiyi "İlin Gənc musiqiçisi" proqramını həyata keçirmişdir. Bu məqsədlə 27 aprel 1996-cı ildə alman kilsəsinin binasında ilk orqan, mayında piano, noyabrında isə simli musiqi alətləri üzrə müsabiqə keçirilmişdir.

20 sentyabr 1996-cı ildə İçərişəhərdəki Karvansarada ABƏŞ-in sponsorluğu ilə Milli Muğam müsabiqəsi keçirilmişdir. 1996-cı ildən ABƏŞ-in sponsorluğu ilə "Təhsildə yüksək keyfiyyət" proqramı həyata keçirilmişbu proqramla ən yüksək təhsil standartlarına nail olmuş ilin məktəbi, məktəb müəllimi, şagirdi mükafatları təsis edilmişmükafatlara layiq görülmüşdür. 1996-cı ildə ABƏŞ Azərbaycan Dövlət Neft Akademiyasının 20 istedadlı tələbəsinə təqaüdlər təqdim etmişdir. 2 dekabr 1997-ci ildə ABƏŞ ARDNŞ-nin "Qipromorneftqaz" İnstitutunun kitabxanasını yeni texniki kitablar, kompüterlər, çap maşınları, kondisionerlər və s. ilə təchiz etmişdir.

ABƏŞ görkəmli kinossenariçirejissor Nazim Rza İsrafiloğlunun müəllifi olduğu 12 seriyalı "Odlu məmləkət" sənədli televiziya filminin sponsorudur. 1999-cü ildə "Avropa" mehmanxanasında "Bi-Pi/AMOKO"nun sponsorluğu ilə nəşr olunmuş "Azərbaycan Xalçası" kitabının təqdimat mərasimi keçirilmişdir. 1999-cu ildə "Bi-Pi/AMOKO"nun sponsorluğu ilə 400-ə yaxın muğamxalq musiqisi ifaçılarının iştirak etdiyi üçüncü muğam festivalı keçirilmişdir.

"Bi-Pi/AMOKO"nun sponsorluğu ilə 1999-cu ildə 12 gənc şahmatçı Yunanıstana Avropa Gənc Şahmatçılar Çempionatına göndərilmişdir. Teymur Rəcəbov və Nicat Məmmədov qızıl medal, Vüqar Həşimov isə gümüş medal almışdır. "Bi-Pi/AMOKO"nun sporsorluğu ilə 1999-cu ildə 900 qaçqın birinci sinif şagirdləri üçün 20 min "Əlifba" kitabı nəşr olunmuşdur. Bundan başqa 5-9-cu sinif şagirdləri dərsliklər və digər tədris materialları ilə təmin edilmişdir. "Bi-Pi/AMOKO"nun operatoru olduğu ABƏŞ-in sponsorluğu ilə 1999-cu ildə üçüncü elmi-tədqiqat müsabiqəsi keçirilmişdir. "Bi-Pi/AMOKO", həmçinin, Bakı KimyaBiologiya Litseyinin şagirdləri üçün kompüter kursları açmışdır. ABƏŞ-in sponsorluğu ilə 2000-ci ilin iyulunda Sabirabad rayonunda Qalağayın çadır düşərgəsində bağça kitabxanasının binası açılmışdır.

"Bi-Pi/AMOKO" 2000-ci ildə Bakı Dövlət Universitetinin yaradılmasının 80-ci ildönümü münasibəti ilə universitetin elmi kitabxanasına çap olunmuş səkkiz adda kitabın 300 nüsxəsini hədiyyə etmişdir. "Bi-Pi/AMOKO" BDU, Azərbaycan EA və Respublika Təhsil Nazirliyi ilə birlikdə hər il, ənənəvi olaraq, neft mövzusunda tədqiqat aparan gənc alim və tələbələr arasında müsabiqə keçirir və qalibləri mükafatlandırır.

"Britiş Petroleum" digər şirkətlərlə birgə hər il "Bakılı" Mədəni Cəmiyyəti tərəfindən təqdim edilən "Humay" ictimai mükafatının sponsorlarındandır. "Bi-Pi/AMOKO" 2000-ci ilin martında görkəmli Azərbaycan caz musiqiçi, pianoçu və bəstəkar Rafiq Babayevin xatirəsinə həsr olunmuş caz konsertinin keçirilməsinə sponsorluq etmişdir.

Gördüyünüz kimi, 1992-ci ildən bəri "Britiş Petroleum" Azərbaycanda bir sıra humanitar layihələrin həyata keçirilməsində aparıcı rol oynamışdır. Və biz bu mühüm tədbirlərin yalnız bir hissəsini qeyd etdik. "Bi-Pi/AMOKO"-nunonun operatoru olduğu ABƏŞ-in  ölkəmizdəki  mədəni-ictimai  fəaliyyəti  diqqətdən kənarda qalmır. 27 fevral 2001-ci ildə Təhsil Nazirliyində nazir Misir Mərdanovun təşəbbüsü ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan neft şirkətinin rəhbərləri ilə görüş keçirilmişdir. Təhsil naziri Misir Mərdanov ABƏŞ-in Azərbaycanda təhsilin inkişafına verdiyi töhfələrə görə, şirkətin prezidenti Deyvid Vidvorda nazirliyin təsis etdiyi fəxri fərmanı təqdim etmişdir. Cənab D.Vidvord qiymətli mükafata görə minnətdarlığını bildirərək demişdir: "Mən bu mükafatı bütün səhmdarlarımızın adından qəbul edərək bizim xidmətlərimizi yüksək qiymətləndirdiyinizə görə, sizə öz təşəkkürümü bildirirəm. Təhsil inkişafın açarıdır və şirkətimiz Azərbaycanda təhsilin inkişafına kömək göstərmək məqsədi ilə Təhsil Nazirliyi və tədris ocaqları ilə sıx təmasda işləməkdən qürur duyur."

1920-ci ildən sonra Azərbaycan neftinin istismarına ilk maraq göstərən Qərb neft kompaniyası, 1989-cu ildə ölkəmizə gəlmiş Britaniyanın "Ramko"  şirkəti oimuşdur. Bu şirkətin sədri və icraçı direktoru Stiv Remp Azərbaycan neftinə maraq göstərən ilk Qərb neft sənayeçisi hesab edilir. "Ramko" şirkətinin tarixindən bəhs edərkən qeyd etmək lazımdır ki, şirkətin sədri və icraçı direktoru Stiv Remp Amerika vətəndaşıdır. Onun neft sənayesi ilə bağlı qədim ailə ənənələri olmuşdur. Stiv Rempin Britaniyanın "Sunday Herald" qəzetinə verdiy müsahibəyə görə, onun ulu babası Qərbi Virciniyada neft biznesinə hələ 1905-ci ildə başlamışdır.

Bu ənənələrin Stiv Rempin neft biznesi ilə yaxınlaşmasında böyük təsiri olmuşdur. "Ramko" şirkətini Stiv Remp 1977-ci ildə Stüart Kaminqom ilə Şimal Dənizində neft xidməti şirkəti kimi yaratmışdır. Britaniyanın bu yeni şirkətinin yaradılması barədə Stiv Remp belə demişdir: "Mən Aberdinə (Şotlandiyada Şimal Dənizi Sahilində şəhər, "Ramko"nun baş ofisi burada yerləşir) 70-ci illərin əvvəllərində Şimal dənizində neft sənayesi işə düşəndə gəlmişəm. 1977-ci ildə neft xidməti kimi Britaniya sərmayəçiləri ilə "Ramko" özəl şirkətini yaratmışam ki, o da 1984-cü ildən London ümumi bazarına daxildir".

"Ramko" şirkəti, həmçinin, "Günəşli" yatağının dayaz hissəsində müstəsna hüquqlara malikdir. "Günəşli" yatağının dayaz hissəsi ARDNŞ-nin operatorluğu ilə 1981-ci ildən istifadə olunur. "Günəşli" yatağının dayaz hissəsi ABƏŞ tərəfindən işlənən "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin hissəsindən şimal-qərbdə yerləşir və onlarla həmsərhəddir. İndiyə qədər neft yatağından 500 mln. barrel neft hasil edilmişdir. Hazırkı hasilat sutkada təqribən 110 barrel təşkil edir, "Günəşli" yatağının dayaz hissəsinin bərpası haqqında təklifi 1990-cı ildə "Ramko" vermişdir. 1994-cü ildə ARDNŞ, Penzoyl və "Ramko" arasında bağlanmış sazişə uyğun olaraq, "Ramko" "Günəşli" yatağının dayaz hissəsinin işlənməsi üçün 50 milyon dollar dəyərindən yuxarı olan hər hansı bir layihədə ARDNŞ-dən başqa yeni bir şirkət cəlb olunarsa, iştirak etmək hüququnu özündə saxlayır. Bu layihədə "Ramko" "Total FinaElf" ilə birgə əməkdaşlıq edir.

ABƏŞ-in səhmdarlarından  biri kimi  "RAMKO"  Azərbaycanda konsorsium tərəfindən keçirilən xeyriyyə tədbirləri ilə yanaşı Azərbaycanda səhiyyənin, idmanın, sosial həyatın inkişafı məqsədi ilə keçirilən xeyriyyə tədbirlərində də müstəqil şəkildə yaxından iştirak etmişdir. 1995-ci ilin sentyabrında şirkət 750 dollar həcmində "İNSAN" (Talasemiyaya tutulmuş uşaqlara yardım üçün) cəmiyyəti tərəfindən mütəxəssis xərclərinə yardım etmişdir.

1998-ci ilin oktyabrında, Bakıda içərişəhərin su təchizatının bərpa olunmasına şirkət 1500 dollar miqdarında yardım etmişdir. 1998-ci ilin oktyabrında, karate üzrə keçirilən çempionata dəstək məqsədi ilə şirkət 5000 dollar yardım etmişdir.

YUNİSEF tərəfindən kimsəsizlər və fiziki çatışmamazlıqdan əziyyət çəkənlərdən təşkil olunmuş Bakı daxilində kuryer xidməti göstərən müəssisənin yaradılmasına yardım məqsədi ilə şirkət 1000 dollar miqdarında yardım etmişdir. Lənkəranda daşqın nəticəsində ziyan çəkənlərə yardım məqsədi ilə şirkət 50.000 dollar miqdarında yardım etmişdir. 1991-2000-ci illərdə "Ramko" Azərbaycanlı uşaqların Birləşmiş Krallıqda tibbi müalicə kursunu keçməsinə sponsorluq etmişdir.

1999-cu ildə "Ramko" Qarabağ müharibəsi qəhrəmanının, gözündə Köln şəhərində tibbi əməliyyat aparılmasına və sonrakı tibbi müalicəsinə sponsorluq etmişdir.

Britaniya hakimiyyəti və BMT ilə birgə "Ramko" 1997-ci ilin iyulunda Qobustan rayonunun Xilmilli kəndindəki zəlzələ və su daşqınları nəticəsində dağılmış xəstəxananın yerində 25 çarpayılıq yeni xəstəxananın tikilməsini maliyyələşdirmişdir. Bu xəstəxana ambulatorstasionar müalicə üçün avadanlıqlarla təchiz edilmişdir, ginekoloji və stomatolojı şöbələri vardır. Bu xəstəxanada hal-hazırda terapevtlər və pediatr daxil olmaqla 5 həkim çalışır. 8 may 1999-cu ildə xəstəxananın açılışında baş nazirin müavini Abid Şərifov, Britaniya səfiri Rocer Tomas, BMT-nin rezident əlaqələndiricisi Ercan Murat və "Ramko" şirkətinin nümayəndəsi iştirak etmişlər, Şirkət bu layihə üçün 50.000 dollar dəyərində yardım etmişdir.

"Azərbaycana Birgə Yardım Fondu"nun fəaliyyətə başlaması üçün ofis sahəsinin ayrılması və xeyriyyəçilik tədbirlərinə köməklik göstərilmişdir. "Azərbaycana Birgə Yardım Xeyriyyə Fondu"nun maliyyələşdirilməsindən əlavə olaraq Bakının Şüvəlan qəsəbəsindəki polimelitlə xəstə uşaqlar üçün 16 saylı uşaq evində əsaslı təmiri həyata keçirmişdir. "Azərbaycana Birgə Yardım Fondu"na kömək məqsədilə 2000-ci ilin mart ayında "Ramko" şirkəti ianə yığma tədbirinə 2000 dollar dəyərində bilet almışdır və həmçinin, bu tədbirin təşkilini təmin etmişdir. "Ramko" şirkətinin əsas məqsədlərindən biri ayrı-ayrı xeyriyyə işərinə kömək göstərmək olan Britaniya-Azərbaycan Cəmiyyətində sponsorluq və köməklik göstərir. 2000-ci ilin iyun ayında şirkət cəmiyyətin xeyriyyə ziyafətinə 4500 dollar dəyərində bilet almış və mükafat hədiyyə etmişdir.

Xüsusilə, qeyd etmək lazımdır ki, 1998-ci ilin yanvarından başlayaraq, 2000-ci ilin dekabrına qədər "Ramko" şirkəti Azərbaycanın çoxsaylı və çoxtərəfli siyasi, strateji-iqtisadhumanitar maraqlarını yüksək səviyyədə təmsil etmək məqsədi ilə Birləşmiş Krallıqda keçirilən "Tərəfdaşlıq siyasəti" Proqramının sponsoru kimi çıxış etmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 17 yanvar 2000-ci ildə "Ramko" şirkətinin Direktorlar Şurasının üzvü, Britaniyanın keçmiş xarici işlər naziri ser Malkolm Rifkindi və şirkətin prezidenti Stiv Rempi qəbul edərkən bu simpoziuma öz xeyir-duasını vermişdir. Malkolm Rifkind görüşdə, həmçinin, "Ramko"nun Londonda Azərbaycan haqqında keçirdiyi konfrans haqqında məlumat vermişdir. Görüşdə Azərbaycan Prezidenti Heydər Əliyev "Ramko"nun bu sahəyə diqqət yönəltməsindən xüsusi bəhs edərək demişdir: "Böyük Britaniyada Azərbaycanın yaxşı tanınması üçün Azərbaycanın bugünkü gününü ölkənizin vətəndaşlarına daha da obyektiv çatdırmaq üçün gördüyünüz işlər bizdən ötrü çox əhəmiyyətlidir. Ona görə cənab Rifkind verdiyiniz məlumatlar məni çox məmnun etdigüman edirəm ki, siz bu işi bundan sonra da davam etdirəcəksiniz. Ümumiyyətlə, demək istəyirəm ki, biz indi dünyanın bir çox şirkətləri ilə əməkdaşlıq edirik. Hətta çox böyük nəhəng şirkətlərlə. Amma bu sahədə "Ramko" şirkəti hamısından çox görür. Mən bunu çox qiymətləndirirəm. O nəhənglər belə şeylərə bir az fikir vermirlər. Amma sizin bu sahəyə diqqət yetirməyiniz həqiqətən Azərbaycana olan dostluq, səmimilik münasibətini nümayiş etdirir".

Bu görüşdə, həmçinin, "Ramko" şirkətinin icraçı direktoru Stiv Remp dövlətimizin başçısı Heydər Əliyevə Londonda ingilis dilində "Ramko"nun sponsorluğu ilə nəfis şəkildə buraxılmış Azərbaycan haqqında kitabı təqdim etmişdir. Stiv Remp kitab haqqında demişdir: "Cənab Prezident, bu kitab Azərbaycan həyatının bütün sahələrini əks etdirir və 40 min nüsxə tirajla nəşr olunmuşdur. Burada Sizin rəhbərliyiniz altında Azərbaycanda son dövrlərdə qazanılmış nailiyyətlərdən, ölkənizin ictimai-siyasi həyatının bugünkü reallıqlarından bəhs edilir. Kitabda qaçqınların, məcburi köçkünlərin düşdüyü ağır vəziyyət, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin 20 faizini işğal etməsi barədə məlumatlar dərc edilmişişğal olunmuş ərazilər xəritə vasitəsi ilə göstərilmişdir."

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 22 fevral.- S.14.