Ulu öndər Heydər Əliyev ötən
əsrin 70-80-ci illərində neft-kimya sənayesinin
bugünkü inkişafının yüksək təməlini
qoymuşdur
Müsahibimiz ARDNŞ in “Azərikimya”
İsehsalat Birliyinin Müşahidə Şurasının sədri,
Milli Məclisin deputatı Muxtar Babayevdir
-
Sizcə, ölkəmizin neft-kimya kompleksinin yeniləşmə,
rekonstruksiya işləri bu gün neft-kimya sənayesinin
qarşısında duran vəzifələrin yerinə
yetiril¬məsinə nə dərəcədə müsbət
təsir göstərmişdir? Ümumiyyətlə, son illərdə
“Azərikimya”nın müasir tələblər səviyyəsində
yenidən qurulması sahəsində hansı mühüm tədbirlər
həyata keçiril¬mişdir?
-
Ölkəmizin neft-kimya sənayesinin qarşısında duran
əsas vəzifələr perspektivi olan istehsalat sahələrinin
innovativ texnologiyalar əsasında yenidən qurulmasını,
tullan¬tısız, ekoloji təmiz texnologiyaların tətbiqini,
ağır əl əməyinin tətbiq edildiyi sahələrin
avtomatlaşdırma və kompüter sistemləri tətbiq
olunmaqla idarə olunmasını tələb edir.
Azər¬baycan
Dövlət Neft Şirkətinin tapşırığı və
maddi-texniki dəstəyi ilə Birliyin əsas müəssisələrindən
olan Etilen-polietilen zavodunun EP-300 kompleksinin texnoloji
avadan¬lığı¬¬nın, sutəmizləyici və
susoyuducu qurğularının əsaslı təmiri,
Polimir-120 kompleksində müasir tipli, kompüter sistemi ilə
idarə olunan qablaşdırma və paletləmə
qurğularının istis¬mara verilməsi və s.
qarşıya qoyulmuş vəzifələrin
reallaşdırılmasının ilkin və mühüm mər¬hə¬¬lə¬lərini
təşkil edir. Birlik müəssisələrinin
enerjidaşıyıcılar və avtomatika komplek¬sinin mütərəqqi
texnologiyalar və avadan¬lıqlar, təhlükəsizlik və
nəzarət sistemi tətbiq edil¬məklə yenidən, daha
etibarlı şəkildə qurulması da bilavasitə
neft-kimya kompleksinin inno¬vativ texnologiyalar və yeniliklər
üzərində inkişafının təmin edilməsi
prinsipindən irəli gəlir.
«Azərikimya»nın
perspektivdə kimya müəssisələrinin daha səmərəli
fəaliyyə¬tinin təmininə yönəlmiş
bütün bu həlli vacib tədbirlərin uğurla yerinə
yetirilməsinə nail olmaq üçün Birliyimiz Almaniya,
Türkiyə , Rusiya, Ukrayna, İtaliya, Fransa və digər
ölkələrin neft-kimya sahəsində zəngin təcrübəyə
malik aparıcı elmi-tədqiqat institutları və
maşınqayırma müəssisələri ilə texniki əməkdaşlıq
edir. Bu əməkdaşlığın nəticəsi olaraq
ötən ilin sonlarında kompüter sistemi üzrə
işləyən qablaşdırma və paletləmə
qurğuları istismara verilmişdir. Bugünlərdə isə
Fransa tərəfdaşlarımızın layihəsi,
texnologiyası və avadanlığı əsasında
Etilen-polietilen zavodunda yeni susoyutma qurğusunun inşası
başa çatdırılmış, Ukrayna tərəfdaşlarımızın
layihəsi və avadanlığı əsasında yeni
azot-oksigen qurğusunun inşasına başlanılmışdır.
Rusiyanın VNİİOS elmi-tədqiqat İnstitutunun EP-300
kompleksinin rekonstruksiyası və texnologiyasının təkmilləşdirilməsi,
optimallaşdırılması üzrə texniki
konsepsiyası işləri də artıq tam
yekunlaşmışdır. Onun layihə işlərini
Ufanın «Başqipronef¬texim» İnstitutu yerinə yetirir.
Birliyin
daha bir mühüm istehsalat kompleksinin – Polimir-120 qurğusunun
da istehsal gücünün artırılması və
rekonstruksiyası üzərində iş aparılır.
Bununla bağlı layihələndirmə işlərini
Sankt-Peterburqun «Plastpolimer» İnstitutu yerinə yetirir.
Yeri
gəlmişkən qeyd etmək istərdim ki, bu gün «Azərikimya»nın
mühüm istehsalat kompleksləri olan EP-300 və Polimir-120
qurğuları Sumqayıtda məhz Ulu öndərimiz Heydər
Əliyevin təşəbbüsü və gərgin səyləri
sayəsində, həm də böyük uzaqgörənliklə
ötən əsrin 80-ci illərində inşa edilərək,
istismara verilmişdir. Müdrik rəhbər Azərbaycanın
gənc səna¬ye mərkəzi kimi Sumqayıtın sosial-mədəni
inkişafına, onun sənaye potensialının güc¬lən¬diril¬məsinə
daim diqqət və qayğı göstərmiş, ölkəmizin
neft-kimya sənayesinin sabahını, onun perspektiv
inkişafını düşünərək, dəfələrlə
şəhərimizin müxtəlif kimya müəssisələrində
olmuş, bu sahənin problem və qayğıları ilə
yaxından maraqlanmış, onların təxirə
salınma¬dan həllinə, yeni və müasir istehsalat sahələrinin
yaradılmasına, yüksək məhsuldarlıqlı
texno¬loji qurğuların inşa edilməsinə nail
olmuşdur. Kimyaçılarımız bu gün də
böyük minnət¬darlıq hissi ilə xatırlayırlar
ki, Ulu öndər hələ ötən əsrin 70-80-ci illərində
neft-kimya sənayesinin bugünkü inkişafının yüksək
təməlini qoymuşdur. Bu gün yeni yaradılan hər nə
varsa – bütün kiçik və böyük layihələr
məhz həmin möhkəm özül üzərində
qurulur.
Yaxın
dövr üçün böyük perspektivlər vəd edən
belə layihələrdən biri də Azərbaycanda ilk dəfə
olaraq qiymətli kimya məhsulu olan polipropilenin
istehsalını təmin edəcək tex¬noloji qurğu ilə
bağlıdır. Onun avadanlıqlarının
alınması, həmçinin aşağı təzyiqli
polietilen istehsalı üçün nəzərdə
tutulmuş qurğunun layihələndirilməsi və
müvafiq avadanlığın isteh¬salı ilə
bağlı artıq İtaliyanın «Tecnimont» şirkəti
ilə müvafiq müqavilələr imzalanmışdır.
Hə¬min qurğuların 2013-2015-ci illərdə
planlaşdırılmış inşası ilə Azərbaycan
daxili və dünya baza¬rında tələbatın yüksək
olduğu daha iki kimyəvi məhsulun istehsalını təmin
etmiş olacaqdır.
Təqdirəlayiqdir
ki, müəssisələrimizdə aparılan geniş
miqyaslı yeniləşmə və rekonstruk¬siya işlərinin
əksəriyyəti - layihələr, təmir,
quraşdırma, xüsusi texnika və sair sahələr
üzrə işlər «Azərikimya»nın öz qüvvələri
hesabına yerinə yetirilir.
- Bu
gün Sumqayıtın neft-kimya müəssisələrinin həm
xammal təminatı, həm də hazır məhsulun
ixracı sahəsində vəziyyəti necədir?
-
ARDNŞ-in sayəsində Birlik müəssisələrinin
xammalla təchizatının diversifikasiyasına nail
olunmuşdur və hazırda polietilen istehsalatında ənənəvi
xammal olan nafta – ilkin emal benzini ilə yanaşı Bakı Neft
emalı zavodundan və Qaradağ Qaz Emalı zavodundan quru və
maye qazlar, qaz benzini də alınır ki, bu da Birliyimizin xammal
təminatında imkanlarımızı
artırmışdır. Məhsullarımızın
ixracına gəlincə isə, burada da çoxşaxəliliyiə
nail olunmuşdur. Otən ildə ARDNŞ-in Qara dənizin
sahilində fəaliyyət göstərən Kulevi
terminalında yeni qaz boşaltma-doldurma terminalı istismara
verildi. Bu terminal vasitəsi ilə istehsal etdiyimiz propilen və
BBF qaz məhsullarını artıq Avropadakı
alıcılarımıza çatdırmağa
başlamışıq. İstehsal etdiyimiz məhsulların
ixrac coğrafiyası genişlənir. MDB ölkələri,
Türkiyə, Çin, Rumıniya, Avropa ölkələri məhsullarımızın
daimi alıcıları sırasındadırlar.
- “Azərikimya”
İB-nin istehsalat sahələrində aparılan yeniləşmə,
müasirləşmə işlərinin tərkib hissəsi
olan müasir tex¬noloji avadanlıqları idarə edə biləcək
yüksək ixtisaslı mühən¬dis və fəhlə
kadrların hazırlığı nə səviyyədədir?
Bu mühüm, aktual məsələnin həlli «Azəri¬kimya»da
necə tənzimlənir?
- Təbii
ki, «Azərikimya»da müəssisələrin yeni¬dən
qurul¬ması, müasir və modern istehsalat sahələrinin
yaradılması ilə para¬¬lel olaraq müasir tex¬noloji
avadanlıqları idarə edə bilən gənc mütəxəssislərin
- yüksək ixtisaslı mühən¬dis və fəhlə
kadrların hazırlanması artıq üçüncü
ildir ki, xüsusi diqqət mərkəzindədir. Bütün
hallarda neft-kimya sənayesi üçün bu sahədə əsas
meyar, əlbəttə ki, ixtisas üzrə bilik, təcrübə
və peşəkarlıqdır.
2011-2012-ci
illərdə gənc mühəndislərin Birlik müəssisələrinə
işə qəbulu bu meyarlar əsasında, test-imtahan
üsulu ilə aparılmış və 200-dən artıq
istedadlı gənc işə qəbul edil¬mişdir.
Həmin
gənclərin və Birlikdə çalışan digər gənc
mütəxəssislərin daha geniş təcrübə əldə
etməsi, mütərəqqi texnologiyaların tətbiq
olunduğu muasir qurğu və avadanlıqların iş
prinsipinə dərindən yiyələnmələri məqsədilə
artıq 60-dan artıq gənc işçimizin
ayrı-ayrı qrup¬lar halında Türkiyənin müasir
neft-kimya şirkəti olan «Petkim»də, hər işçinin
50-60 gün ərzində işləmələri təmin
edilmişdir.
İstedadlı
gənc kadrlar axtarışında olan Birliyimiz
respublika¬mızın nüfuzlu ali məktəbləri olan,
neft-kimya sənayesi üçün yüksək ixtisaslı
mühəndis və iqtisadçı kadr¬lar hazırlayan, Azərbaycan
Dövlət Neft Akademiyası, “Qafqaz” Universiteti, Bakı Ali
Neft Məktəbi və Sum¬qayıt Dövlət Universiteti,
Moskva Dövlət Universitetinin Bakı filialı ilə
qarşılıqlı əməkdaşlıq edir.
Daha
yüksək bilik və bacarığa malik gənc
kadrların hazır¬lan¬masını, istehsalata istedadlı gənclərin
cəlb olunmasını vacib sayan Birliyimiz üçtərəfli
«Azərikimya» - «Qafqaz» Universiteti – «Petkim» əməkdaşlıq
mü¬qa¬viləsi çərçivəsində ARDNŞ nin
təşkilati dəstəyi ilə «Qafqaz» Universitetinin bir
qrup tələbəsinin ilk dəfə olaraq «Petkim»in
müasir texnologiyalara, yüksək məhsuldarlıqlı
unikal avadanlıqlara malik müəssisələrin¬də
çoxgünlük təcrübə keçməsinə
nail olmuşdur. Ötən il isə adı çəkilən
təhsil ocaqlarının tələbə və məzunları
Birliyimizin müəssisələrində iki aylıq istehsalat
təcrübəsi keçmişlər. Onların bir qisminə
ilk əmək kitabçaları verilmişdir. Təcrübə
müddətində istehsalat-əmək şərai¬tindən
məmnun qalmış həmin gənclər ali təhsili
başa vurduqdan sonra «Azərikim¬ya»da işləmək arzusunda
olduqlarını bildirmişlər.
Yüksək
peşəkar¬lığa və texniki biliyə malik fəhlə
kadr¬ların hazırlanması və təkmilləş¬dirilməsi
də «Azərikimya»nın diqqət mərkəzindədir. Bu
baxımdan ARDNŞ-in tapşırığı və dəstəyi
ilə Sumqayıtda ilk dəfə ola¬raq yaradılmış
mü¬asir tipli Təlim-Tədris Mərkəzi (TTM) xüsusi əhəmiyyətə
malikdir. Orada hər il yüzlərlə ixtisaslı gənc fəhlə
kadrlar hazır¬lan¬acaq, həmçinin bu gün istehsalatda
çalışan kimyaçılar öz ixtisas və
peşə¬karlıq səviyyələrini artıra biləcəklər.
Ötən ilin sentyabrında TTM-də fəhlə
ixtisasına yiyələnmək, peşəkar kadr kimi kimya
müəssisələrində çalışmaq istəyi
ilə 300-ə qədər gənc test imtahanı vermiş,
onlardan 100 nəfəri daha yüksək bilik və bacarıq
nümayiş etdirərək, TTM-ə qəbul olunmuşdur.
Onların ilk qrupu – tornaçılar artıq ikinci aydır
ki, Birliyin müəssisələrində istehsalat təcrübəsi
keçirlər. Martın ortalarında buraxılış
imtahanları verdikdən sonra onlar kimya müəssisə¬lərində
işə qəbul olunacaqlar.
- Bir
zamanlar keçmiş SSRİ-nin ekoloji baxımdan ən
çirkli və zəhərli şəhərlərindən
sayılan Sumqayıtın ekologiyasının qorunması və
ətraf mühitin mühafizə olunması baxımından
«Azərikimya»nın həyata keçirdiyi tədbirlər bu
gün nə dərəcədə qane¬edicidir?
- Bu
artıq danılmaz bir həqiqətdir ki, Sumqa¬yıtın
havası bu gün kifayət qədər təmizdir və əvvəlki
illərdə olduğu kimi havanın çirklənməsi
halları daha müşahidə olunmur.
ARDNŞ-nin
tapşırığı və hərtərəfli dəstəyi
ilə Birlik müəssisələrində tətbiqi
genişləndirilən mütərəqqi texnologiyaların
sayəsində şəhərmizdə ekoloji gərginlik və
narahatçılıq gözlənilmir. Bir zamanlar «Azərikimya»nın
bəzi müəssisələrində fəaliyyət
göstərən zərərli istehsalat sahələri –
şəhərin ekologiyası və sağlamlıq
üçün xüsusilə ziyanlı olan xlor
istehsalatı və digər ekoloji cəhətdən təhlükəli
istehsalatlar bağlanılmış və demontaj edilmişdir.
Onların qalıqları və uzun illər ərzində
müəssisələrin ərazilərində yığılıb
qalmış külli miqdarda yararsız, həm də təhlükəli
olan tullantılar Sumqa¬yıtın zərərli tullantılar
poliqonuna daşı¬nılır və zərərsizləşdirilir.
Ləğv olunmuş istehsalat¬ların yerində geniş
abadlıq işləri aparılır, yaşıllıq sahələri
salınır.
Diqqətəlayiqdir
ki, kimyaçılarımız tərəfindən son
üç ilə yaxın müddətdə zavod və zavodətrafı
ərazilərdə, həmçinin Sumqayıt-Quba yolu boyunca
150 mindən artıq ağac əkilmişdir.
- Bu
gün işçilərin əməyinin mühafizəsi
qaydalarına riayət olun¬ması bütün dünya üzrə
1 ¹-li məsələ kimi qalmaqdadır. İstehsalatda baş
verməsi mümkün olan xoşa¬gəlməz halların, bədbəxt
hadisələrin qarşısının alınması istiqamətində
«Azərikim¬ya»da hansı tədbirlər həyata
keçirilir?
- Təbii
ki, ARDNŞ-in bütün struktur sahələrində əməyin
mühafizəsi, işçilərin təhlükə¬siz¬liyinin
təmin edilməsi daim diqqət mərkəzində
saxlanıldığı kimi, Birliyimizdə də bu
mühüm məsələyə xüsusi məsuliyyətlə
yanaşılır. Artıq üç ilə yaxındır
ki, «Azərikimya»nın bütün müəs¬¬sisə və
idarələrində əməyin mühafizəsi, xüsusən
də yük¬sək¬¬likdə işin təhlü¬kə¬siz
görülməsi, bu sahədə mövcud qaydalara ciddi əməl
edilməsi istiqa¬mə¬tin¬də müvafiq tədbir¬lərin
keçirilməsi və qarşıya çıxa bilən
problemlərin həlli yolları ilə bağlı təqdimat
xarakterli treninqlərin təşkili müntəzəm xarakter,
ardıcıl bir sistem halını almışdır.
Müəssisə
və idarə rəhbərlərinin, baş mühəndislərin,
sahə və sex rəislərinin, tikinti sahəsi rəhbərlərinin
və iş icraçılarının iştirak etdiyi bu
cür tədbirlərdə adətən müəssisələrdə
əməyin mühafizəsi qaydalarına əməl
olunmasının vəziyyəti analiz olunur, müxtəlif
istehsalat sahələrində keçirilmiş monitorinqlərin
nəticəsi olaraq real vəziy¬yət, mümkün
çatışmazlıqlar slaydlar, videosüjetlər vasitəsilə
diqqətə çat¬dı¬rılır və operativ tədbirlər
görülür.
Son
illərdə bütün istehsalat sahələrində təhlükə
doğura biləcək mexanizmlərin, boru xətlərinin,
xidmət meydançalarının əsaslı təmiri və
yenilənməsi, eyni zamanda işə başlamazdan əvvəl
hər bir kimyaçının əməyin mühafizəsi
ilə bağlı təlimatlandırılması bu sahədə
uğurlu dönüşün yaranmasına, xətaların
qarşısının kəskinliklə alınma¬sına səbəb
olmuşdur.
-
Kimyaçıların sağlamlığının
qorunması, onların tibbi sığortaya cəlb olunma məsələləri
ilə bağlı nə deyə bilərsiniz?
-
İlk növbədə onu demək istərdim ki, Birliyimizdə
çalışan bütün əməkçilər
könüllü tibbi sığortaya cəlb edilmişdir ki,
bu da onların 20-dən artıq səhiyyə ocağında
tibbi xidmət göstərilməsinə imkan verir.
Onu
da xüsusi olaraq qeyd etmək istərdim ki, bütün əməkçilərimiz
mütəmadi olaraq tibbi müayinə olunurlar. Birliyin əsas
müəssisəsi olan Etilen-polietilen zavodunun ərazisində
iki il əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin
tapşırığı və dəstəyi ilə muasir
standartlar səviyyəsində yenidən qurulmuş,
bütün müasir tibbi avadanlıqlarla təchiz edilmiş
«Kimyaçı» poliklinikası əməkçilərimizin
profilaktik tibbi müayinəsi və müalicəsində
mühüm rol oynayır. Görmə, eşitmə və digər
problemləri olanlar üçün vaxtaşırı təşkil
olunan xüsusi müayinə və müalicə aksiyaları
da Birliyin sağlamlıq proqramının tərkib hissəsinə
daxildir. Birliyin dəvəti ilə akademik Zərifə Əliyeva
adına Milli Oftalmologiya Mərkəzinin və Mərkəzi
Neftçilər Xəstəxanasının həkim
briqadaları ardıcıl olaraq bir-neçə dəfə
“Azə¬rikimya”nın ayrı-ayrı müəssi¬sələrində
yüzlərlə kimyaçını müasir tibbi
aparatlarla müayinədən keçirmişlər. Cərrahi
müdaxiləyə ehtiyacı olan
kimyaçılarımız Mərkəzi Neftçilər Xəstəxanasının
təcrübəli cərrahları tərəfindən
«Kimyaçı» poliklinikasında cərrahi əməliyyat
olunaraq müalicə edilmiş, sağlamlıqları bərpa
olunmuşdur.
Kimyaçılarımıza
operativ və yüksək səviyyədə tibbi xidmət
göstərmək imkanına malik, müasir avadanlıqlarla təchiz
edilmiş təcili tibbi yardım maşını və digər
vasitələrlə gecə-gündüz əməkçilərin
sağlamlığı keşiyində dayanan Təcili tibbi
yar¬dım Mərkəzinin istifadəyə verilməsi də
bu sahədə göstərilən diqqət və
qayğıdan irəli gəlmişdir.
-
Ötən üç il ərzində
kimyaçıların əmək və məişət
şəraitinin yaxşılaşdırılması, həmçinin
digər sosial məsələlərin həlli istiqamətində
hansı mühüm tədbirlər həyata
keçirilmişdir?
-
ARDNŞ-in bütün müəssisələrində
olduğu kimi, “Azərikimya”da da insan amili əsas
götürülərək, kimyaçıların əmək
və məişət şəraitinin
yaxşılaşdırılmasına, həmçinin digər
sosial məsələlərin həllinə xüsusi diqqət
yetirilir. Bu sahədə Birlik tərəfindən
başlanılmış iş isə hələ ötən əsrin
ortalarında – 50-60-il əvvəl inşa edilmiş kimya
müəssisələrinin müasir tələblərə
uyğun olmayan iş yerlərinin, xidmət və məişət
otaqlarının əvəzində yenilərini yaratmaq
olmuşdur. Etilen-polietilen zavodunun, Birliyin yeni strukturları
kimi 2010-cu ildən fəaliyyətə başlamış Təmir-tikinti,
Nəqliyyat və xüsusi texnika İdarələri, həmçinin
Anbar təsərrüfatı üçün yeni istifadəyə
verilmiş müasir inzibati binalarda işçilər
üçün mövcud standartlara uyğun iş və məişət
şəraiti yaradılmış, mühəndis-texniki
işçilər fərdi kompüter texnikası ilə təmin
edilmişdir. Əsaslı təmir olunmuş və yeni
yaradılaraq müvafiq avadanlıqlarla təmin edilmiş məişət
otaqları, kimyaçılara yüksək xidmət göstərən
müasir tipli yeməkxanalar, hər bir əməkçinin
iş günü ərzində yemək xərclərinin Birlik
tərəfindən ödənilməsi, bütün
işçilərin vahid fərdi geyimlərlə təmin
edilməsi də kimyaçılarımıza göstərilən
sosial diqqət və qayğıdan irəli gəlir.
Xüsusilə əhəmiyyətlidir ki, son üç il ərzində
kimyaçılarımızın orta aylıq əmək
haqqı 206 manatdan 536 manata yüksəlmiş,
kimyaçı ailələrinin maddi-rifah halı xeyli
yaxşılaşmışdır.
Kimyaçılarımızın
nəqliyyat sarıdan rahatlığını, səhər və
axşam növbələrində işə vaxtında,
problemsiz gediş-gəlişini təmin etmək məqsədi
ilə onların istifadəsinə yeni avtobusların verilməsi
də sosial qayğının bir nümunəsidir.
- «Azərikimya»
həm də idmana, kimyaçılar arasında onun kütləviliyinə
xüsusi diqqət yetirən bir struktur kimi tanınır. Bu
sahədə kollektivin yaxın gələcək
üçün planları necədir? Əsaslı təmir və
yenidənqurma işlərinin aparıldığı
M.Hüseynzadə adına Sumqayıt şəhər
stadionunun kimyaçıların və şəhər sakinlə¬rinin
gələcək idman həyatında rolu nə dərəcədə
səmərəli olacaqdır?
- Məlum
olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev ölkə
əhalisinin sağlamlığının möhkəmlənməsində
xüsusi əhəmiyyətə malik olan idmana, onun kütləviliyinə
xüsusi diqqət yetirir. «Azərikimya»da, onun müəssisələrində
də idmanın populyar növlərinə maraq
güclüdür və bu maraq artmaqdadır.
İdmançılarımız
Sumqayıtın müəssisə, idarə və təşkilatlarının
komandaları arasında müxtəlif idman növləri
üzrə şəhər turnirlərində də fəal
iştirak edirlər. Ötənilki “İdman ili” çərçivəsində
"Azərikimya" İB-nin müəssisələri və
şəhər təşkilatları arasında, sonra isə
Xaçmaz rayonu Yalama qəsəbəsində
keçirilmiş "səmti müəyyən etmə"
üzrə Respublika çempionatında da
kimyaçılarımız uğurlu nəticələrə
nail olmuşlar. M.Hüseynzadə adına Sumqayıt şəhər
stadionunda aparılan geniş rekonstruksiya işlərinə gəlincə
isə onu demək istərdim ki, orada aparılan yenidənqurma
işləri və əlavə idman meydançalarının
inşası yalnız kimyaçılarımız
üçün deyil, bütün Sumqayıt
idmançıları üçün daha yaxşı məşq
və yüksək idman nəticələri əldə etmək
üçün yeni imkanlar açacaqdır. Ən
başlıcası isə Sumqayıtın futbol həvəskarları
yenidən qurulmuş stadionda daha yüksək səviyyəli
futbol yarışlarını izləyə biləcək,
sevimli komandaları «Sumqayıt»ın yeni qələbələrinin
şahidi olacaqlar.
-
Ü.Hacıbəyov adına “Kimyaçı” Mədəniyyət
sarayının yenidən qurulması işləri və onun gələsək
fəaliyyətinin təşkili barədə nə demək
olar?
- Şəhərimizən
ən böyük mədəniyyət ocağı olan
“Kimyaçı” Mədəniyyət sarayında bugünlər
aparılan rekonstruksiya işləri tam başa
çatdıqdan sonra onun fəaliyyətinin daha da genişləndirilməsi,
burada respublika və beynəlxalq səviyyəli tədbirlərin,
o cümlədən müxtəlif ölkələrin
nümayəndələrinin də iştirak edəcəyi
konsert-müsabiqələrin, tamaşaların təşkili,
istedadlı gənclərin aşkara
çıxarılması, digər mədəniyyət tədbirlərinin
keçirilməsi mümkün olacaqdır.
-
Sizcə, Sumqayıtın sənaye mərkəzi kimi
inkişafı Azərbaycan iqtisadiyyatı üçün
hansı perspektivlər vəd edir?
-
Qeyd olunduğu kimi, Ulu öndər Heydər Əliyev
Sumqayıtın sənaye şəhəri kimi yüksək tərəqqisi
üçün misilsiz işlər görmüş,
geniş tədbirlər həyata keçirmişdir.
Xüsusilə xoşdur ki, bu gün də – qədirbilən
xalqımızın böyük bir təntənə ilə
90 illik yubileyinə hazırlaşdığı dövrdə
Ulu öndərin Sumqayıta göstərdiyi diqqət və
qayğı uğurla davam etdirilməkdədir.
Sumqayıtın yaxın zamanlarda güclü reqional sənaye
mərkəzinə çevrilməsini qarşıya məqsəd
qoymuş ölkə Prezidenti cənab İlham Əliyev, şəhərimizə
səfərləri zamanı xüsusi ola¬raq
vurğuladığı kimi, bu istəyin reallığa
çevrilməsi üçün qabaqcıl standartlar səviyyəsində
bir sıra yeni, müasir sənaye müəssisələrinin
yaradılmasına sərəncam vermiş və müvafiq tədbirlər
görmüşdür. Bu gün uğurla fəaliyyət
göstərən Sumqayıt Texnologiyalar parkı, «Azkompozit»,
«Azgüntex» zavodu, inşası aparılmaqda olan Sumqayıt
Kimya Sənaye parkı, Karbamid zavodu , Yüksək Texnologiyalar
Parkı və s. məhz həmin respublika əhəmiyyətli
qərarların nəticəsidir. Bunlardan əlavə, qeyd
etdiyim kimi, yaxın illərdə «Azərikimya»nın yeni
istehsalat sahələri – polipropilen kompleksi, aşağı təzyiqli
polietilen istehsalatı və s. istifadəyə veriləcəkdir.
Bütün bu müəssisələr və gələcəkdə
inşa ediləcək digər obyektlər şəhərimizin
sənaye potensialının xeyli artmasına səbəb
olacaqdır və Sumqayıt həqiqətən tezliklə
bütün regionunun ən güclü sənaye mərkəzinə
çevriləcəkdir.
Səs.- 2013.- 28
fevral.- S.7.