Azərbaycanın və regionun maraqları çərçivəsində Xəzərin statusu məsələsi

 

 

 

Azərbaycan rəhbərliyinin Rusiya və İranla bağlı bu addımlarına baxmayaraq, "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində və ondan sonra İran və Rusiya dairələri Azərbaycana çox ciddi təzyiqlər göstərməyə başlayırlar. "Əsrin müqaviləsi"ndə Rusiyanın "LUKoyl" neft şirkətinə ayrılan 10 faizlik pay bu dövlətdə bəzi dairələri narazı salmışdı. Ona görə də həmin ərəfədə müəyyən qüvvələr İranda da özlərinə həmfikir taparaq bu müqavilənin həyata keçirilməsinə mane olmağa ciddi-cəhd edirdilər. Onlar tərəfindən "Xəzər dənizi bütün Xəzəryanı dövlətlər üçün ümumidir və onu milli sektorlara bölmək olmaz", ''Azərbaycanın birtərəfli qaydada neft müqavilələri bağlamaq və "Azəri", "Çıraq", "Günəşli" yataqlarından neft çıxarmaq hüququ yoxdur" və s. kimi bəyanatlar verilməyə başlandı.

Ulu Öndər Heydər Əliyev yaxşı başa düşürdü ki, o dövrdə respublikanın real müstəqilliyi, eləcə də onun bir çox dövlətçilik problemlərinin həlli, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, əsasən, aparıcı Qərb dövlətlərinin səyi ilə reallaşa bilər. Lakin Rusiya və İran kimi böyük region dövlətlərini də narazı salmaq yolverilməz idi. Məsələni kəskinləşdirmədən bu işləri addım-addım həyata keçirmək lazım idi. Əsas məsələ indiki halda Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoyulması, onun inkişafının təmin edilməsi iqtisadi böhrandan çıxarılması və ictimai-siyasi sabitliyin təmin edilməsi idi.

Müqavilə imzalandıqdan sonra Azərbaycan Respublikasında törədilən bir çox pozuculuq hadisələri də bilavasitə xaricdən qaynaqlanırdı. Lakin Azərbaycan Respublikası ölkə rəhbərinin iradəsi və məqsədyönlü addımları ilə bütün bu sınaqlardan, çətinliklərdən çıxdı, təzyiqləri aradan qaldıra bildi və müqavimətlərə sinə gərdi. Eyni zamanda, məhz dünyanın aparıcı dövlətlərinin, onların neft şirkətlərinin müstəqil Azərbaycan dövlətinə göstərdiyi etimad nəticəsində "Əsrin müqaviləsi" uğurla həyata keçirildi.

Keçən illərdə dünyanın 16 dövlətinə məxsus 36 aparıcı şirkətlə 26 yeni neft müqavilələri bağlandı. Bu müqavilələr əsasında 30 il müddətinə Azərbaycan neft sənayesinə 70 milyard dollara qədər xarici investisiya qoyulmalıdır. Bu gün təkcə "Əsrin müqaviləsi" çərçivəsində qoyulan xarici sərmayələrin həcmi 3 milyarddan çox və ümumiyyətlə, neft sənayesinə qoyulan kapitalın ümumi həcmi isə 10 milyarddan artıqdır. Adambaşına düşən xarici sərmayələrin həcminə görə Azərbaycan postsovet məkanında birinci yeri tutur və Şərqi Avropa ölkələri sırasında öncül mövqedədir.

Hazırda Rusiya və İranın Azərbaycana ciddi təzyiqləri də artıq geridə qalıb. Xəzər dənizinin sektor bölgüsünün sona qədər həll edilməməsi də (İran və Türkmənistan bu məsələdə qeyri-konstruktiv mövqe nümayiş etdirdiyinə görə) "Əsrin müqaviləsi"nin reallaşmasına heç bir maneçilik törətmir. Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri ilə yanaşı, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri çəkilir. Azərbaycan bölgənin və dünyanın əsas enerji mərkəzlərindən birinə çevrilmiş və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutmuşdur. Bütün bu müvəffəqiyyətlərin, xüsusən, Azərbaycanın xarici aləmlə hərtərəfli qarşılıqlı-faydalı əlaqələrinin yaranmasının əsasında Xəzər dənizinin zəngin karbohidrogen yataqlarının mövcudluğu və ondan düzgün istifadəni şərtləndirən Azərbaycanın yeni neft strategiyası durur.

Xəzər dənizi dünyada mühüm geosiyasi əhəmiyyətinə və zəngin karbohidrogen ehtiyatlarına görə seçilən bölgələrdən biridir. XX əsrin son onilliyində beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslər, təkqütblü dünya nizamının yaranması, qloballaşma və s. nəticəsində Xəzər dənizi və Qafqaz regionu yenidən öz əhəmiyyətinə görə dünya siyasətinin əsas hədəflərindən birinə çevrilmişdir.

Xəzərin təbii ehtiyatları haqqında müxtəlif mənbələrdə fərqli məlumatlar verilir. Yuxarıda qeyd olunan rəqəmlərlə yanaşı, "Nyu-York Tayms" qəzetinin 6 avqust 1997-ci il tarixli sayında göstərilir ki, Xəzərin sənaye və ya karbohidrogen mənbələri indiki qiymətlərlə 4 trilyon ABŞ dolları məbləğində qiymətləndirilən 200 milyard barrel neftdən, habelə, bir o qədər də qaz ehtiyatlarından ibarətdir.

ABŞ ekspertlərinin hesablamalarına görə, Xəzərin karbohidrogen yataqlarının ümumi həcmi 200 milyard ton, İran istisna olmaqla, qalan dörd Xəzəryanı dövlətin yanacaq-energetika ehtiyatları isə 51-57 milyard tona bərabərdir.

SSRİ-nin dağılması və Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiya kimi yeni müstəqil dövlətlərin yaranması ilə Xəzəryanı dövlətlərin sayı beş olmuşdur. Hal-hazırda bu dövlətlər öz iqtisadi və siyasi maraqlarını nəzərə alaraq, Xəzərdən istifadənin özlərinə sərfəli variantlarını irəli sürürlər. Bəzi dövlətlər Xəzərdən sahilyanı dövlətlərin birgə istifadə etməli olduğunu, başqa sözlə desək, onu yalnız sahilyanı dövlətlərə məxsus olan qapalı su hövzəsi hesab edirlər. Digər ölkələr Xəzər dənizinin dünya praktikasına uyğun olaraq sektorlara bölgüsü prinsipini təklif edir. Hazırda Rusiya, Qazaxıstan və Azərbaycan arasında dənizin dibinin milli sektorlara bölgüsü haqqında müqavilə bağlansa da, Xəzərin statusu məsələsi hələ ki, tam həll olunmayıb. İran və Türkmənistanın Xəzərin hüquqi statusu məsələsində nümayiş etdirdiyi fərqli (qeyri-konstruktiv) mövqe aradan qalxmamış, bu iki dövlətin dənizin Azərbaycan sektorunda yerləşən bəzi yataqlara olan iddiaları Xəzəryanı dövlətlər arasında münasibətləri bir qədər də gərginləşdirmişdir.

Xəzərin hüquqi statusu beynəlxalq məsələdir və bu müstəvidə ilk növbədə dünyanın aparıcı dövlətləri olan ABŞ və Rusiyanın, Avropa və bəzi Asiya dövlətlərinin, o cümlədən, region ölkələrinin maraqları kəsişir. Bu dövlətlərdən hər biri yaxşı dərk edir ki, Xəzərdə mövqe tutmaqla bütövlükdə Qafqazda, Mərkəzi Asiya və Orta Şərqdə üstün imkan qazanmaq olar.

Xəzər bölgəsinin sürətlə populyarlaşması və dünya siyasətinin aparıcı məsələlərindən birinə çevrilməsi onun təbii ehtiyatlarıyla, xüsusilə, neft və qaz laylarının zənginliyi və onlara beynəlxalq aləmdə olan maraqla bağlıdır. Sahilyanı dövlətlərin hər biri kifayət qədər karbohidrogen ehtiyatlarına malikdir, odur ki, regiona istiqamətlənən investorlar uğrunda ciddi rəqabət gedir. Xəzərin statusu kimi problemlər də məhz bu rəqabətin və enerji ehtiyatlarının istismarında sahilyanı dövlətlərin maraqlarının müxtəlifliyinin nəticəsidir.

Xəzərin hazırkı statusu 1921-ci il fevralın 26-da imzalanmış Rusiya-İran dostluq müqaviləsi, həmçinin, 1940-cı il martın 25-də SSRİ ilə İran arasında imzalanmış Ticarət və Gəmiçilik haqqında (sudaüzmə) Sazişə əsasən tənzimlənir. Həmin bölgüdə sərhədləri Astaradan (Azərbaycan) Həsənqulu (Türkmənistan) adlanan yaşayış məskəninə qədər olan düz xətt üzrə İrana 14%, SSRİ-yə isə, 86% pay düşmüşdür. SSRİ isə öz daxili qaydaları ilə (orta xətt prinsipi üzrə Xəzər dənizini dörd respublika arasında - Rusiya (19%), Qazaxıstan (29%), Azərbaycan (21%) və Türkmənistan (16%) milli sektorlara bölmüş və respublikaların su sərhədlərini müəyyən etmişdir. Beynəlxalq müşahidəçilərin fikrinə görə, indi heç bir əsas və zərurət yoxdur ki, bu bölgüyə yenidən baxılsın. Əgər yenidən baxılsa belə, bölgü yenə həmin prinsiplər əsasında aparılmalıdır ki, buna uyğun olaraq da nə İrana 20%-lik pay, nə də ki, Türkmənistana əlavə yataq vermək mümkün deyil. 1996-cı il noyabrın 12-də Aşqabadda Xəzəryanı ölkələrin qarşılıqlı razılaşmasına əsasən, hazırkı hüquqi rejim və razılaşmalar yeni Konvensiya qəbul olunana qədər qüvvədədir. Varis-dövlətlər 1991-ci il dekabrın 21-də Almatı Deklarasiyası qəbul edərək sabiq SSRİ-nin bağladığı bütün beynəlxalq öhdəlikləri yerinə yetirməyə təminat verdiklərinə görə Sovet-İran razılaşmasının hüquqi varisliyini də qəbul etmiş olublar.

Xəzər bölgəsindəki proseslər heç də karbohidrogen yataqlarının istismarı və sektor problemi ilə məhdudlaşmır. Burda, hər şeydən əvvəl bölgəyə strateji təsir məsələləri, neft kəməri və onun təhlükəsizliyi, xarici aləmin iqtisadi və geosiyasi maraqları toqquşur. Neft mütəxəssislərinin birgə rəyinə görə, dünyanın heç bir yerində bu qədər xalqın, dövlətin və şirkətin yarışa girdiyi başqa bir bölgə tapmaq mümkün deyil.

Xəzər bölgəsinə siyasi və iqtisadi maraq göstərən dövlətlər sırasında ən fəalı Qərb dövlətləri və Amerika Birləşmiş Ştatlarıdır. ABŞ-ın Xəzər bölgəsinə siyasi marağı Azərbaycana münasibətdə daha qabarıq hiss olunur. ABŞ Cənubi Qafqaz və Orta Asiyada həyata keçirilən strateji əhəmiyyətli layihələrin və proseslərin başlıca iştirakçısı və müdafiəçisidir. ABŞ hökuməti bu bölgənin özünün həyati maraq dairəsinə daxil olduğunu dəfələrlə bəyan edib.

11 sentyabr 2001-ci il terror hadisələrindən sonra ABŞ-ın Orta Şərq, o cümlədən, Azərbaycan və Mərkəzi Asiya ilə sıx münasibətləri fonunda formalaşan yeni siyasi durum müşahidə olunmaqdadır. Region ölkələrinin GUAM bloku çərçivəsində əməkdaşlığı da ABŞ-ın prinsiplərinə və maraqlarına uyğun qurularaq, müasir şəraitdə aktuallığını daha da artırmaqdadır.

Dövlət Departamenti "Xəzər hövzəsinin Enerji İnkişafı" adlı hesabatında (1997) ABŞ-ın bu bölgədəki siyasətinin əsas dörd istiqamətini müəyyən edir:

1. "Regional konfliktlərin həlli". Bu bənd Azərbaycan-Ermənistan münaqişəsinin həlli, Qafqazda etnik gərginliklərin aradan qaldırılması, eləcə də Tacikistanda vətəndaş müharibəsinin dayandırılması haqqındadır. Sənəd müəlliflərinin fikrincə, bu konfliktlər İran kimi xarici qüvvələrin işə qarışmasına şərait yaradır. Üstəgəl, konfliktlərin uzanması dağıdıcı islamçı hərəkatların inkişafı üçün münasib mühit formalaşdırır;

2. "Dünya enerji təminatının artımı və genişləndirilməsi" bəndi İran körfəzinə əlavə və alternativ kimi, eləcə də Qərbin buradakı enerji maraqlarını sığortalamaq məqsədilə Xəzər hövzəsinin enerji ehtiyatlarının istismarını nəzərdə tutur;

3. "Xəzər hövzəsi ölkələrinin müstəqilliyi və suverenliyi". Hesabatın müəllifləri hesab edirlər ki, burada əsas problem Rusiya ərazisindən keçən neft kəmərindən asılılığın aradan qaldırılmasıdır. Siyasi problemlərdən başqa, bu asılılıq Rusiyaya kəmərlərdən istifadə haqqını fövqəladə dərəcədə yüksəltmək imkam verir. Məsələnin həlli üçün fərqli və alternativ enerji-ixrac yollarının olması zəruridir. Bu məntiqə uyğun olaraq İrandan keçəcək neft kəmərinə etibar məsələsi ortaya çıxdığından Bakı-Tbilisi-Ceyhan ideyası dəstəklənir.

4. "İranın izolyasiyası". Bunun üçün bu ölkənin gəlirlərinin məhdudlaşdırılması tələb olunur. Həmin gəlirlər kütləvi qırğın silahlarının əldə edilməsinə, dağıdıcı silahlar arsenalının artımına, terrorizmi dəstəkləməyə sərf edilir. Hesabatın müəllifləri bu məqsədə nail olmağın ən yaxşı yolunu Xəzərdə enerji istismarı sahəsində İranın hər hansı iştirakının qarşısını almaqda görürlər.

ABŞ hökuməti öz strateji xəttinə uyğun olaraq, əsas neft kəməri məsələsində Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəkləyir, Xəzərin hüquqi statusu məsələsində isə onun beş sahil dövləti arasında orta xətt üzrə milli sektorlara bölünməsi ideyasını müdafiə edir. 1995-ci ildən başlayaraq, ABŞ hökuməti bölgəyə yönəldilmiş siyasətində aktivlik və ardıcıllıq nümayiş etdirir.

ABŞ prezidenti antiterror əməliyyatından danışarkən, Yaxın Şərqin neft istehsal edən ölkələrinin beynəlxalq terrorizmlə mübarizədə bitərəf qaldıqlarından narazı olduğunu açıq bildirib. Eyni zamanda, ABŞ onu da nəzərə alır ki, bu gün Qərb enerji daşıyıcılarına olan tələbatını məhz bu ölkələrdən ixrac edilən neftin hesabına ödəyir. Ona görə də indi Qərb, xüsusən, ABŞ Xəzər neftinə və "Bakı-Ceyhan" ixrac boru kəmərinin tikintisinə ciddi səy göstərərək, onu uğurla başa çatdırmaq üçün əlindən gələni edir.

Xəzər nefti və onun dünya bazarına nəqli uğrunda mübarizənin əsas siyasi oyunçularından biri Rusiya Federasiyasıdır. Rusiyanın və Qazaxıstanın bölgə siyasəti və statusla bağlı hazırkı mövqeləri 1998-ci ilin iyulunda Xəzər dənizinin Şimal hissəsində dəniz dibinin məhdudlaşdırılmasına dair razılaşma sazişi ilə müəyyənləşib. Həmin sazişə görə, tərəflər Xəzərin dibini bölməyə, üst qatdakı bioloji resurslardan isə ümumi istifadəyə razılaşıblar. Sazişə görə sularda sərbəst gəmiçiliyə icazə verilir, balıqçılığın və ətraf mühitin mühafizəsi isə razılaşdırılmış normalarla tənzimlənir.

1. "Regional konfliktlərin həlli". Bu bənd Azərbaycan-Ermənistan münaqişəsinin həlli, Qafqazda etnik gərginliklərin aradan qaldırılması, eləcə də Tacikistanda vətəndaş müharibəsinin dayandırılması haqqındadır. Sənəd müəlliflərinin fikrincə, bu konfliktlər İran kimi xarici qüvvələrin işə qarışmasına şərait yaradır. Üstəgəl, konfliktlərin uzanması dağıdıcı islamçı hərəkatların inkişafı üçün münasib mühit formalaşdırır;

2. "Dünya enerji təminatının artımı və genişləndirilməsi" bəndi İran körfəzinə əlavə və altemativ kimi, eləcə də Qərbin buradakı enerji maraqlarını sığortalamaq məqsədilə Xəzər hövzəsinin enerji ehtiyatlarının istismarını nəzərdə tutur;

3. "Xəzər hövzəsi ölkələrinin müstəqilliyi və suverenliyi". Hesabatın müəllifləri hesab edirlər ki, burada əsas problem Rusiya ərazisindən keçən neft kəmərindən asılılığın aradan qaldırılmasıdır. Siyasi problemlərdən başqa, bu asılılıq Rusiyaya kəmərlərdən istifadə haqqını fövqəladə dərəcədə yüksəltmək imkanı verir. Məsələnin həlli üçün fərqli və altemativ enerji-ixrac yollarının olması zəruridir. Bu məntiqə uyğun olaraq İrandan keçəcək neft kəmərinə etibar məsələsi ortaya çıxdığından Bakı-Tbilisi-Ceyhan ideyası dəstəklənir.

4. "İranın izolyasiyası". Bunun üçün bu ölkənin gəlirlərinin məhdudlaşdırılması tələb olunur. Həmin gəlirlər kütləvi qırğın silahlarının əldə edilməsinə, dağıdıcı silahlar arsenalının artımına, terrorizmi dəstəkləməyə sərf edilir. Hesabatın müəllifləri bu məqsədə nail olmağın ən yaxşı yolunu Xəzərdə enerji istismarı sahəsində İranın hər hansı iştirakının qarşısını almaqda görürlər.

ABŞ hökuməti öz strateji xəttinə uyğun olaraq, əsas neft kəməri məsələsində Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəkləyir, Xəzərin hüquqi statusu məsələsində isə onun beş sahil dövləti arasında orta xətt üzrə milli sektorlara bölünməsi ideyasını müdafiə edir. 1995-ci ildən başlayaraq, ABŞ hökuməti bölgəyə yönəldilmiş siyasətində aktivlik və ardıcıllıq nümayiş etdirir.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 19 iyun.- S.15.