Əsası Ulu Öndər tərəfindən
qoyulmuş dövlət satınalmaları sistemi uğurla fəaliyyət
göstərməkdədir
Müsahibimiz Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru İskəndər Çəndirlidir
- Iskəndər müəllim, bu il yubileylər ilidir. Ulu Öndərimizin anadan olmasının 90 illiyi, Ümummilli liderimizin ikinci dəfə siyasi hakimiyyətə gəlişinin 20 illiyi, cənab İlham Əliyevin Prezidentliyinin 10 illiyidir. Əlbəttə ki, bu tarixlər xalqımız və ölkəmiz üçün əlamətdar hadisələrlə yadda qalıb.
- Bəli, həqiqətən, 2013-cü il ökəmiz üçün əlamətdar hadisələrlə doludur. Yubileylərin - Ümummilli Liderin anadan olmasının 90 illiyi, Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişinin 20 illiyi ilə, möhtərəm cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin 10 illik yubileylərinin üst-üstə düşməsi özü də sanki rəmzi məna daşıyır. Bu tək yubileylərin deyil, həm də Vətən, millət uğrunda böyük fədakarlıqların, Azərbaycan dövlətinin inkişafı və qüdrətlənməsi üçün genişmiqyaslı fəaliyyətlərin üst-üstə düşməsidir. Biz hər bir azərbaycanlı üçün əziz və doğma olan bu hadisələr ərəfəsində Ümummilli liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı cənab İlham Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərinə nəzər yetirməklə bunun əyani şahidi ola bilərik.
- Ölkəmiz Milli Qurtuluş gününün 20 illiyini qeyd edir. Bu tarixi günlə bağlı fikirlərinizi eşitmək maraqlı olardı.
- Əlbəttə, hər bir vətəndaşın bu bayramla bağlı öz fikirləri ola bilər. Amma bu bayrama ölkəmizin inkişafı yolunda bir başlanğıc nöqtəsi kimi yanaşsaq, bu halda bütün fikirlər birmənalıdır. Zaman keçdikcə o dövrün dövlətimiz, ölkəmiz, millətimiz üçün necə həssas, ağır bir dövr olduğunu, o hadisələrin taleyüklülüyünü və sözsüz ki, eyni zamanda Ulu Öndərin həmin tarixi andakı fəaliyyətinin misilsizliyini daha yaxşı anlayırıq.
Ümummilli liderin fəaliyyətinin hər bir məqamı xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyi ilə bağlı olub, O Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının mənafeyi və bütövlüyü uğrunda böyük məhrumiyyətlərə sinə gərərək fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün əvəzsiz işlər görmüşdür.
Bəşər tarixində böyük, dahi şəxsiyyətlərin qələbələri, uğurları çox olmuş, həmin şəxsiyyətlərin qurub-yaratdıqları, miras qoyduqları irs xalqlarının gələcəyinə işıq salaraq onların sonrakı tarixini, dünyadakı yerini müəyyənləşdirmişdir. Ölkəmizin də dövlətçilik tarixində dahi şəxsiyyətlər, böyük sərkərdələr, yaşadıqları dövrün reallıqlarını dərk edərək xalqımızın milli maraqlarını ən yüksək səviyyədə qorumağa çalışan bir çox ictimai-siyasi xadimlər olmuşdur. Onların hər biri bu və ya başqa şəkildə Azərbaycan dövlətinin möhkəmlənməsinə, xalqımızın firavan gələcəyinə yönəlmiş xidmətlər göstərmişdir. Lakin onların heç birini Azərbaycan xalqının Ümummilli lider Heydər Əliyevlə müqayisə etmək mümkün deyil.
Məhz Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründən resrublikamızda milli müstəqilliyimiz üçün etibarlı zəmin formalaşdıran sosial-iqtisadi, institutsional, mədəni və mənəvi mühit yaradan Ulu Öndər bu möhkəm bünövrə üzərində xalqın azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına qovuşmasını təmin etmişdir. Bu günün zirvəsindən baxdıqda, həmin illərdə Heydər Əliyevin xalqının maraqlarından çıxış edən, milliləşdirmə siyasəti aparmaqla ziyalı elitasını sərt təqiblərdən qoruyan fenomenal lider keyfiyyətləri indi daha qabarıq görünür. Keçmiş imreriya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına və bacarığına malik olan Ulu Öndər Azərbaycanın müstəqilliyini öncədən görmüş, bu müstəqilliyin dönməzliyini təmin edəcək bünövrənin möhkəm və hərtərəfli olması üçün zəruri olan tədbirləri həyata keçirmişdir.
Ötən əsrin 70-ci illərindən başlayaraq Heydər Əliyevin rəhbərliyi altında respublikada gerçəkləşdirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün zəmin hazırlamışdır. Ümummilli Liderimizin ölkəyə rəhbərliyinin birinci dönəmində 1969-1982-ci illərdə ölkənin milli gəliri 2,5 dəfə, illik orta hesabla 7,2 faiz artmış, ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyəti olan 170-dən çox yeni sənaye müəssisələri tikilib istifadəyə verilmişdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra, 1991-1993-cü illər çox ağır və məsuliyyətli, tarixi əhəmiyyət kəsb edən dövr idi. 1993-cü ildə xalqın istəyi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı bir dövlət kimi məhv olmaqdan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas etdi. Ulu Öndər yenidən hakimiyyətə gəldikdən sonra qısa müddətdə sabitliyi bərpa etdi, cəbhə bölgəsində heç bir kənar qüvvələrə ehtiyac qalmadan uzunmüddətli atəşkəsə nail oldu, ölkədə möhkəm və dönməz sabitlik yaratdı. Ölkədəki siyasi, iqtisadi və mənəvi böhran aradan qalxdı və Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı. Ən əvvəl Azərbaycan ətrafında yaradılmış informasiya blokadası dağıdıldı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı.
Ölkədə özəl sektorun, sahibkarlıq fəaliyyətinin, investisiya mühitinin formalaşması sahəsində böyük addımlar atıldı. Demokratik respublika quruculuğu sahəsində misilsiz xidmətlər göstərildi. Sərbəst bazar iqtisadiyyatı prinsiplərini bərqərar etmək, xalqın rifahını və həyat şəraitini yaxşılaşdırmaq yolunda ardıcıl tədbirlər görülməsinə başlandı. Müasir Azərbaycanın memarı Heydər Əliyevin yüksək siyasi bacarığı sayəsində Azərbaycan 1993-2003-cü illərdə çox böyük sürətlə inkişaf etməyə başladı. Əgər 1993-cü ildə inflyasiyanın səviyyəsi 1200-1700 faiz idisə, Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtdığı dövrdən sonrakı iki il müddətində inflyasiyanın səviyyəsi 10 dəfə aşağı düşmüşdü. 20 sentyabr 1994-cü ildə dünyanın ararıcı dövlətlərinin nüfuzlu neft şirkətlərinin iştirak etdiyi, ölkəmiz üçün həm siyasi, həm də iqtisadi stabilliyin qarantı rolunu oynayacaq, ölkəmizin yeni strateyi kursunu müəyyənləşdirəcək “Əsrin müqaviləsi” imzalandı. Bundan sonra da iyirmidən çox neft müqaviləsi imzalanaraq ölkə iqtisadiyyatına bütövlükdə 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulmasına şərait yaradıldı.
Bazar iqtisadiyyatına sürətli keçidi şərtləndirən islahatlar aparıldı, MDB məkanında ilk dəfə olaraq ölkəmizdə aqrar islahat aparılaraq torpaq həqiqi sahibinə, təmənnasız olaraq kəndlilərə paylandı. Geniş şəkildə özəlləşdirilmə nəticəsində yerli sahibkarlar təbəqəsinin meydana gəlməsinə şərait yaradıldı.
1995-ci ildə
Azərbaycan Respublikasının Konstitusiyası qəbul
olundu. Qəbul edilmiş yeni Konstitusiyada bazar münasibətləri
əsasında iqtisadiyyatın inkişafına şəraitin
yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət
mexanizminin formalaşması və inkişafı, həmçinin
rəqabətin qorunması ilə bağlı müddəalar
öz əksini tardı.
Ümummilli
Lider Heydər Əliyev çox çətin, mübarizə
və qələbələrlə dolu bir ömür
yaşadı. Ən əsası tarixin onun üzərinə
qoyduğu şərəfli missiyanı - Azərbaycanı
parçalanmaq və bir dövlət kimi məhv olmaqdan
qurtararaq müstəqilliyinin qorunub saxlanılması və əbədiliyə
çevrilməsi vəzifəsini yerinə yetirdi.
Xalqımızın yaddaşına Heydər Əliyevin
ölkəmizə rəhbərliyi dövrü stabillik,
inkişaf, sülh və çiçəklənmə
dövrü kimi əbədi həkk olundu.
- Iskəndər
müəllim, son günlər ərzində ölkəmizə
dünyanın aparıcı ölkələrindən qonaqlar
və rəsmi nümayəndələr gəldi. Sonuncu
neft-qaz sərgisi isə Azərbaycana olan qlobal diqqətin
parlaq göstəricisi oldu. Bu bir daha Ulu öndər Heydər Əliyevin
əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsini sübut edir.
Sizcə bütün bunlar Heydər Əliyev siyasətinin
alternativsizliyinin isbatı deyilmi?
- Möhtərəm
prezidentimiz İlham Əliyev hələ 2003-cü ildə
keçirilən andiçmə mərasimində: - “Azərbaycanın
daha güclü, qüdrətli dövlətə çevrilməsi
üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir”
deyə bəyan etmişdir. Heydər Əliyevin ölkəmizin
inkişafı naminə ən uğurlu addımlarından biri
də, heç şübhəsiz, onun müəyyən etdiyi
yolun bu gün də uğurla davam etdirilməsinin təmin
olunmasıdır. Bu gün Ulu öndər Heydər Əliyevin
ideyaları, siyasəti möhtərəm Prezident İlham Əliyev
tərəfindən yüksək səviyyədə davam
etdirilərək həyata keçirilir. Cənab İlham Əliyevin
yüksək intellekti, işgüzar bacarıqları sayəsində
Azərbaycan bütün sahələrdə sürətli
inkişaf tempi nümayiş etdirir. Artıq dünya ekspertləri
də dövlətimizin nailiyyətlərini böyük
maraqla izləyirlər.
Əlbəttə,
bütün bunlar təsadüf hesabına deyil, düzgün
siyasi, iqtisadi təhlil və eyni zamanda, yüksək iradə,
böyük zəhmət sayəsində başa gəlmişdir.
Neçə ildir ki, dünyada iqtisadi böhran davam etməkdədir.
Hazırda həmişə nümunə göstərilən
Avrora ölkələri böhran içindədir, Avrorada
işsizlər ordusu yaranmışdır. Bu, dünya dövlətlərinə
də təsir edir. Çünki bütün ölkələr
bir sistem şəklində, qarşılıqlı əlaqələr
formasında fəaliyyət göstərir. Lakin Azərbaycan
dayanmadan inkişaf edir. Müqayisə etsək, görərik
ki, bütün bu böhran illərində Azərbaycan öz
inkişaf temrini qoruyub saxlamışdır. Son 10 ildə Azərbaycanda
ümumi məhsul istehsalı 3, dövlət büdcəsi 15,
valyuta ehtiyatları isə 18 dəfədən çox
artmışdır. Azərbaycanın valyuta ehtiyatları 48
milyard dollar səviyyəsindədir. Bütün bunlar tarixi
nailiyyətdir.
Prezident
İlham Əliyevin uğurlu siyasəti nəticəsində
Azərbaycanda sahibkarlığın daha da sürətli
inkişafı üçün çox əlverişli
mühit yaranmışdır. Cənab Prezident birmənalı
şəkildə bildirmişdir ki, sahibkarlar dövlətimizin
əsas dayaqlarından biridir və icra orqanları sahibkarlara
kömək etməlidirlər. Bütün bunların nəticəsidir
ki, Azərbaycanda ümumi daxili məhsul istehsalında özəl
sektorun artıq xüsusi çəkisi. aydın hiss olunur.
Hazırda ölkə iqtisadiyyatında özəl sektorun
payı 85 faizə çatmış, iqtisadi artımın təminatında
sahibkarlar sinfinin rol və mövqeyi davamlı şəkildə
güclənmişdir. Dövlət tərəfindən
sahibkarlığın inkişafına yaradılan şərait
və müxtəlif formalarda verilən dəstək, eyni
zamanda, sözügedən institutun daha sürətli tərəqqisi
məqsədilə sistem halında ardıcıllıq prinsipi
ilə həyata keçirilən, bir-birini tamamlayan iqtisadi
islahatlar bundan sonra da sahibkarlıq təsərrüfatlarının
ölkə iqtisadiyyatının yüksəlişində
mühüm rol oynayan subyektlərdən biri olaraq
çıxış etməsinə möhkəm bazis
yaratmışdır. Azərbaycan artıq 2009-cu ildən
iqtisadi sahədə keçid dövrünü başa vurmuş,
ölkəmizdə yeni tipli iqtisadiyyat, yeni bazar münasibətləri
tam formalaşmışdır.
"Mən
hər bir azərbaycanlının Prezidenti olacağam" deyən
Prezident İlham Əliyev ötən dövrdə bu vədə
sadiqliyini əməli işi ilə sübuta yetirmişdir.
Ölkəmizdə aparılan ardıcıl islahatlar nəticəsində
iqtisadiyyatın inkişafında ciddi irəliləyiş əldə
edilmiş, bir çox sahələrdə, xüsusilə
makroqtisadi göstəricilərin artımında yüksək
nəticələrə nail olunmuş, iqtisadi potensialın
formalaşmasında həlledici rol oynayan
sahibkarlığın inkişafında əhəmiyyətli
uğurlar qazanılmış, əhalinin rifah halının
yaxşılaşdırılması, sosial müdafiəyə
ehtiyacı olan insanlara dövlət qayğısının
artırılması, ölkənin hərtərəfli
sosial-iqtisadi inkişafı və beynəlxalq iqtisadi sistemə
inteqrasiyası istiqamətində mühüm addımlar
atılmışdır.
Bu gün
ölkədə həyata keçirilən infrastruktur layihələr
xalqımızın firavanlığının təmin
olunmasına xidmət edir. Ölkənin sosial-iqtisadi
inkişafı sahəsindəki uğurlarını hər bir
vətəndaş öz gündəlik həyatında, məişətində
hiss edir. Bu gün dünyada dövlət büdcəsi, hərbi
xərcləri və valyuta ehtiyatlarını qısa müddətdə
dəfələrlə artıran ikinci bir dövlət tapmaq
çətindir. Ölkəmizin bütün istiqamətlərdə
- dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət,
elm, təhsil, idman və digər sahələrdə əldə
etdiyi yüksək nailiyyətlər göz
qarşısındadır. Azərbaycan hazırda makroiqtisadi
sabitliyin və dayanıqlılığın yüksək səviyyəsinə
görə ölkələrin iyirmiliyinə, BMT-nin təsnifatına
əsasən, ümumi daxili məhsul istehsalının həcminə
görə “Yuxarı inkişaf etmiş ölkələr”
qrupuna daxildir. Respublikamızda adambaşına düşən
ümumi daxili məhsul 7000 ABŞ dollarını
ötmüşdür. 2008-2009-cu illərdə dünya maliyyə-iqtisadi
böhranının ən şiddətli dövründə
belə Azərbaycan iqtisadiyyatı 9 faiz, qeyri-neft sektoru isə
9,7 faiz artmışdır.
2003-2012-ci
illərdə ÜDM-nin orta illik artımı 13 faiz, qeyri-neft
sektorunda 10,6 faiz təşkil etmiş, onun adambaşına
düşən həcmi 2,7 dəfə, qeyri –neft sektoru 2,3 dəfə
artmışdır. Əsas kapitala yönəldilən
investisiyaların həcmi 7,3 dəfə artmışdır.
Bu dövrdə ölkənin iqtisadiyyatı 3 dəfədən
çox artmış və onun inkişafına 132 milyard
ABŞ dolları məbləğində sərmayə
qoyulmuşdur. Dövlət büdcəsi 19, strateyi valyuta
ehtiyatları 29, iqtisadiyyatın kreditləşməsi 24,5 dəfə
artmışdır. Əhalinin gəlirləri 6,9, orta
aylıq əməkhaqları 6,3, pensiyanın orta məbləği
6,4 dəfə yüksəlmişdir. Bu müddətdə bir
milyondan artıq yeni iş yeri açılmış, yoxsulluq
səviyyəsi 44,7 faizdən 6 faizə enmişdir. Əldə
olunan dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın
“yuxarı orta gəlirli” ölkələr sırasında
mövqeyi daha da möhkəmlənmişdir. 2003-cü ildən
bəri İKT sahəsində dünya üzrə illik
artım orta hesabla cəmi 10 faiz olduğu halda, ölkəmizdə
orta illik artım sürəti 30-32 faiz səviyyəsinə
çatmışdır.
Dünya
İqtisadi Forumunun “İnformasiya Texnologiyalarının
İnkişafı 2013” (Global İnformation Technology Rerort 2013”)
adlı hesabatında 144 ölkəni əhatə edən
“Şəbəkə hazırlığı indeksi” reytinqində
Azərbaycan Qazaxıstan və Rusiya Federasiyası kimi ölkələrlə
birgə MDB-də İKT sahəsində ən inkişaf
etmiş ölkə hesab olunmuşdur.
Azərbaycanın
valyuta ehtiyatlarının son illərdə 48 milyard dollar səviyyəsinə
çatması maliyyə-iqtisadi
dayanıqlılığın başlıca göstəricilərindən
biri kimi qəbul edilir. Dünyada mürəkkəb iqtisadi və
siyasi mənzərənin yarandığı bir dövrdə
Azərbaycan öz inkişaf tempini qoruyub saxlaması və
gündən-günə güclənməsi cənab Prezident
İlham Əliyevin dönmədən həyata keçirdiyi
inkişaf strategiyasının məntiqi yekunudur.
Ölkəmizin
iqtisadi qüdrətinin artması siyası mövqeyinin
möhkəmlənməsinə öz müsbət təsirini
göstərir. Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyini
qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi
üzv seçilməsi dövlətin xarici siyasətinin zirvəsidir.
- Azərbaycanın
uğurları həm də ölkə iqtisadiyyatının
liberallaşdırılmasından, qeyri-neft sektorunun
inkişafına verilən dəstəkdən asılı idi.
Ölkəmizdə sosial-iqtisadi sahədə islahatlar
aparılması prosesi hansı yeniliklərlə yadda
qaldı?
- Bu
gün artıq Azərbaycan iqtisadiyyatı dünya
iqtisadiyyatları arasında rəqabətqabiliyyətliliyinə
görə 46-cı yerdədir, bu gün Azərbaycanın
bütün maliyyə göstəriciləri hər bir ölkə
üçün nümunə ola bilər. İşsizlik 5,2
faiz, yoxsulluq 6 faiz, strateji valyuta ehtiyatları ümumdaxili məhsulun
70 faizini təşkil edir, xarici dövlət borcu ümumdaxili
məhsulun 7 faizi qədərdir, bir milyondan çox yeni iş
yerləri açılıb. Dünya bankının Azərbaycanı
ən islahatçı ölkə elan etməsi də diqqətəlayiq
faktlardan biridir.
- Iskəndər
müəllim, ölkəmiz bu gün müasir tikinti
meydançasını xatırladır, yeni infrastruktur və
tikinti layihələri reallaşdırılır. Bakı
Avroranın aparıcı şəhərləri ilə
müqayisə edilir. Bu möcüzənin səbəbləri
nədən ibarətdir?
- Əlbəttə,
indi tək paytaxtımızn yox, ümumulikdə
respublikamızın ərazisi başdan-başa quruculuq meydanına
çevrilmişdir. Ölkədə həyata keçirilən
sosial-infrastruktur layihələri Azərbaycan insanının
firavan həyat tərzinin təmin olunması məqsədinə
xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər
bir vətəndaş öz gündəlik həyatında, məişətində
hiss edir. Yaşayış binaları, evlər, sosial obyektlər
tikilir, yollar çəkilir, körpülər salınır,
park və xiyabanlarda, memarlıq binalarında yenidənqurma
işləri ararılır. Son illərdə Azərbaycanın
siması büsbütün, tanınmaz dərəcədə
gözəlləşib. Bunu ölkəmizə gələn
qonaqlar da səmimiyyətlə etiraf edirlər. Siz bunu
möcüzə adlandırdınız, mən isə bunu
düzgün strategiya, uğurlu siyasət, gərgin əmək
və fədakarlığın nəticəsi kimi qiymətləndirirəm.
- Bölgələrdə
həyata keçirilən işlər və əldə olunan
nailiyyətlər haqqında düşüncələrinizi
bilmək istərdik...
- Ölkəmizdə
son illərdə əldə olunan ən mühüm nailiyyətlərdən
biri regionların, hər bir rayonun, şəhər və kəndin
inkişafıdır. Prezident İlham Əliyevin təsdiq
etdiyi regionların sosial-iqtisadi inkişafına dair dövlət
proqramlarının uğurlu icrası müddətində
bütün bölgələrdə yeni istehsal və xidmət
müəssisələri fəaliyyətə başlayıb, əsaslı
quruculuq və abadlıq işlərinə start verilib. Bu
proqramlar sosial sahədə qarşıda duran problemlərin də
həllində mühüm rol oynayır. Yeni müəssisələrin
yaradılması tarazlı inkişafla bərabər, əhalinin
məşğulluq rroblemlərinin yoluna qoyulması və yeni
iş yerlərinin açılması ilə müşayiət
edilir. Dövlət proqramları çərçivəsində
regionlarda infrastrukturun bərrası və inkişafı, əhalinin
kommunal xidmətlərlə, o cümlədən elektrik
enerjisi, qaz və su ilə təchizatının
yaxşılaşdırılması, səhiyyə və təhsil
müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin
daha da yaxşılaşdırılması istiqamətində
mühüm tədbirlər həyata keçirilir.
Bütün bu tədbirlər regionların komrleks inkişafına,
o cümlədən infrastruktur sahələrinin bərrası
və genişləndirilməsinə, yeni istehsal və emal
müəssisələrinin, sosial-mədəni obyektlərin
yaradılmasına, yeni iş yerlərinin
açılmasına, əhalinin həyat səviyyəsinin
daha da yüksəldilməsinə səbəb olur.
- Ölkə
başçısı İlham Əliyevin prezidentliyə namizədliyinin
irəli sürülməsi sosial sifarişdir, bu xalqın tələbi
və zamanın diqtəsidir. Siz sadəcə olaraq bir Azərbaycan
vətəndaşı kimi bu baxışları və
mövqeni necə dəyərləndirərdiniz?
- Bir qədər
əvvəl düzgün strategiya və uğurlu siyasətdən
danışdıq. Bu gün qazandığımız
bütün uğurlar Azərbaycanın istər iqtisadi, istərsə
də siyasi baxımdan qüdrətlənməsinin göstəricisidir.
Azərbaycanın dinamik inkişafı dünyanın geosiyasi
proseslərində fəal iştirakına, BMT-nin Təhlükəsizlik
Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin
təmin olunmasına töhfələr verməsinə şərait
yaratmışdır.
Dövlətimizin
iqtisadi baxımdan qüdrətlənməsi, dünya birliyində
öz yeri olan dövlətə çevrilməsi beynəlxalq
ictimaiyyət tərəfindən təsdiq olunan
reallıqdır. Həyata keçirilən dövlət
proqramlarının konkret nəticəsi olaraq bu gün Azərbaycanda
iqtisadiyyatın vaxtilə əlçatmaz görünən tərəfləri
sürətlə inkişaf edir, dünya standartlarına
uyğun müasir iqtisadi infrastruktur formalaşır.
Bütün bunlar sistemli şəkildə paralellik təşkil
edərək vətəndaşların sosial rifahının
yüksəlməsinə ciddi şəkildə təsir
göstərir.
Dövlət
tərəfindən qoyulan əsaslı investisiyalar, eyni
zamanda, yerli şirkətlərin böyüməsi və
onların imkanlarının artırılması, onlar
üçün gözəl şəraitin yaradılması,
dövlət tərəfindən sahibkarlığın
inkişafına ayrılan vəsait, kreditlər, subsidiyalar,
başqa güzəştlər, ölkəmizdə
güclü infrastruktur layihələrinin icrası, hər
yerdə yollar, elektrik stansiyaları, sosial obyektlərin
yaradılması, digər tərəfdən xarici investorlar
üçün də əlverişli şəraitin
formalaşdırılması Azərbaycanın gələcək
illərdə də uğurlu inkişafını təmin edəcək.
Ulu
öndər Heydər Əliyevin müəllifi olduğu
müstəqil Azərbaycanın hərtərəfli
inkişaf konsepsiyasının əsas tərkib hissələrindən
biri olan iqtisadi sferada həyata keçirdiyi siyasətin
mühüm cəhətləri hər zaman
sosialyönümlülük faktorunun ön plana çəkilməsi,
yoxsulluq probleminin birdəfəlik həllinə nail olmaq
üçün əhalinin həyat səviyyəsinin yüksələn
xətt üzrə inkişaf etdirilməsi və beləliklə,
insanların layiqli həyat tərzinin təmin
olunmasıdır.
Qazandığımız
bu nailiyyətləri Prezident İlham Əliyevin həyata
keçirdiyi uğurlu siyasətin nəticəsi kimi dəyərləndiririk.
Bu siyasətin növbəti illərdə də yüksələn
xətlə həyata keçirilməsi amalı cənab
İlham Əliyevin prezidentliyə namizədliyinin irəli
sürülməsini zəruri edirdi. Əminik ki, Heydər Əliyev
siyasi kursunun ardıcıllığını təmin edən,
bu siyasəti dövrün nəbzini tutmaqla daha da inkişaf
etdirən cənab İlham Əliyev bu seçkidə də qələbə
qazanaraq gələn 5 ildə xalqımıza rəhbərlik
edəcək. Reallıq da cənab İlham Əliyevin növbəti
dövr üçün prezidentliyini diqtə edir.
Çünki ötən dövrdə Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycan dövlətinin
qazandığı uğurların fonunda yeni dövr
üçün hədəflər daha aydın
görünür.
Azərbaycanın
iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin
həyata keçirilməsinin mümkünsüzlüyü də
artan nüfuzunun, çəkisinin təsdiqidir. Ən əsası
bu gün Azərbaycan beynəlxalq aləmdə təşəbbüsləri
gerçəkliyə çevirən ölkə kimi
tanınmaqla yanaşı, əhəmiyyətli tədbirlərin
keçirilməsində ideal məkan kimi qəbul olunur və
dəyərləndirilir.
- Iskəndər
müəllim, Azərbaycanın sürətli inkişafı
prosesində Satınalmalar üzrə Dövlət Agentliyinin
rolu nədən ibarətdir?
- Ümummilli
Liderin ölkəyə rəhbərlik etdiyi dövrdə
dövlət quruculuğu prosesi sistemli xarakter
daşımış və ölkəmizdə o dövrədək
mövcud olmayan bir sıra yeni institutsional istiqamətərlə
zənginləşmişdir. Belə sahələrdən biri də
dövlət satınalmaları sferasıdır. Bazar
iqtisadiyyatına keçid dövrünü yaşayan ölkəmizdə
iqtisadiyyatın əsas şərtləndiricilərindən
biri olan dövlətin bazarda iştirakı,
iqtisadiyyatımız üçün vacib olan azad və ədalətli
rəqabət rrinsirləri əsasında fəaliyyətinin təşkili
ölkə iqtisadiyyatında bazar münasibətlərinin təşəkkül
tarmasına öz töhfəsini vermişdir. Ölkəmizdə
dövlət satınalmaları sisteminin yaranması da
ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Heydər Əliyev 7 aprel 1997-ci il tarixli
«Tender haqqında» Azərbaycan Resrublikasının Qanununun tətbiq
edilməsi barədə” 570 saylı Fərmanı ilə
öllkəmizdə dövlət satınalmları sisteminin əsasını
qoymuşdur. Satınalmalar üzrə Dövlət Agentliyi də
Ulu Öndərin 1997-ci il 16 may tarixli, 583 nömrəli Fərmanına
əsasən dövlət satınalmaları sahəsində dövlət
siyasətini həyata keçirmək məqsədi ilə
yaradılmışdır.
Daha sonra
2001-ci ildə “Dövlət satınalmaları haqqında”
Qanunun qüvvəyə minməsi ilə 1997-ci ilin “Tender
haqqında” Qanunu qüvvədən
düşmüşdür. Qəbul edilmiş yeni Qanun
dövlət satınalmalarına dair “UNCITRALL” beynəlxalq
model qanununa əsaslanır. Ölkəmizdə dövlət
satınalmları sisteminin forması seçilərkən
qeyri-mərkəzləşdirilmiş dövlət
satınalmaları sistemi üzərində
dayanılmışdır ki, bununla da öz növbəsində
ölkədə kiçik və orta sahibkarlığın, həmçinin
regionların inkişafı imkanlarının genişləndirilməsi
məqsədləri əsas
götürülmüşdür. Azərbaycan
Respublikasında keçirilən dövlət satınalma
prosedurlarında istənilən rezident və qeyri-rezident
hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslər
birliyi, dövlət mənsubiyyətindən asılı
olmayaraq, iddiaçı kimi iştirak edə bilərlər.
Əsası
Ulu Öndər tərəfindən qoyulmuş dövlət
satınalmaları sistemi indi də uğurla fəaliyyət
göstərməkdədir. Hazırda dövlət
satınalmalarının təkmilləşdirilməsinin
başlıca istiqaməti kimi elektron dövlət
satınalmaları sisteminin yaradılması istiqamətində
fəaliyyətlər davam etdirilir. Agentlik elektron dövlət
satınalmalarının tətbiqini ardıcıl 4 mərhələdə:
tender elanlarının vahid veb-rortalda dərc olunmasının
təmin edilməsi, şərtlər torlusunun elektron formatda rəsmi
internet səhifəsindən əldə olunması, tender təkliflərinin
elektron formatda təqdim edilməsi və ən sonda tenderin nəticələrinin
elektron qiymətləndirilməsi mərhələlərində
həyata keçirilməsini nəzərdə tutmuşdur.
Agentlik birinci mərhələnin tətbiqi üzrə tədbirləri
yekunlaşdırmışdır.
Möhtərəm
Prezident cənab İlham Əliyevin 17 mart 2010-cu il tarixli, 240
saylı Fərmanı ilə “Dövlət satınalmaları
haqqında” Qanuna dövlət satınalmalarının rəsmi
internet səhifəsinin yaradılması və elan və
bildirişlərin bu səhifədə yerləşdirilməsi
məsələlərini nəzərdə tutan müddəalar
əlavə olunmuşdur. Hazırda elektron dövlət
satınalmalarının növbəti mərhələlərinin
ölkəmizdə reallaşdırılması
üçün təşkilati və hüquqi sahələrdə
müvafiq tədbirlər görülməkdədir. Möhtərəm
Prezident İlham Əliyev tərəfindən 2013-cü ilin
ölkəmiz üçün informasiya-kommunikasiya
texnologiyaları ili elan edilməsi Satınalmalar üzrə
Dövlət Agentliyinin elektron dövlət
satınalmalarının növbəti mərhələlərinin
tətbiqi sahəsindəkı fəaliyyətinə geniş
imkanlar yaratmışdır.
Yalnız
regional satınalan təşkilatları – nazirlik, idarə və
müəssisələrin region təşkilatları tərəfindən
həyata keçirilmiş dövlət
satınalmalarının məbləği yarım milyard
manatı ötmüşdür. Buraya nazirlik, idarə və
müəssisələrin mərkəzi təşkilatları
tərəfindən regionlarda həyata keçiriləcək
iri infrastruktur layihələri üçün
keçirilmiş dövlət satınalmalarını da əlavə
etsək, bütövlükdə regionların
inkişafında dövlət satınalmalarının rolunun
miqyası barədə daha aydın təsəvvür yaranar.
Ümumilikdə, dövlət satınalmaları sahəsində
satınalmaların müsabiqə əsasında təşkilinin
əhatə dairəsinin böyüməsi templəri getdikcə
yüksəlməkdədir. Belə ki, 2012-ci il ərzində
dövlət müəssisə və təşkilatları tərəfindən
müsabiqə yolu ilə 14169 satınalma həyata
keçirilmişdir.
- Iskəndər
müəllim, agentliyin perspektiv fəaliyyəti barədə
nə söyləyə bilərsiniz?
- Dövlət
satınalmalarının təkmilləşdirilməsi və
inkişaf etmiş ölkələrin müasir satınalma təcrübələrinə
uyğunlaşdırılması üçün Agentlik tərəfindən
bir çox tədbirlər həyata keçirilir. Buraya həm
satınalan təşkilatlara dövlət satınalmaları
sahəsində müxtəlif mövzular üzrə
qabaqcıl dünya təcrübəsinə dair təlimlərin
təşkili, həm satınalma qanunvericiliyinin təkmilləşdirilməsi,
həm də dövlət satınalmaları sahəsində
dövlət siyasətini həyata keçirən Agentliyin əməkdaşlarının
qabaqcıl dünya təcrübəsinin (ABŞ, Rusiya, Avrora
və cənub-şərqi Asiya ölkələrinə) mənimsənilməsi
üçün təlim səfərlərinin həyata
keçirilməsi daxildir. Bu tədbirlər zamanı ölkələrin
dövlət satınalmalarının keçdiyi inkişaf
yolu, qanunvericilik, institusional sistem, tənzimləmə,
monitorinq və dəyərləndirmə sistemlərindəki
təcrübə haqqında məlumatlar alınmış,
dövlət satınalmalarında elektron satınalmaların
mümkün rolu haqqında, satınalmalar sahəsində
maarifləndirmə, planlaşdırma, kadr
hazırlığı ilə bağlı işlərin həyata
keçirilməsi sahəsində təcrübə mübadilələri
həyata keçirilmişdir. Bütövlükdə dövlət
satınalmalarının təkmilləşdirilmə istiqamətləri
“Açıq Hökumətin təşviqinə dair
2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planı”nda geniş şəkildə əhatə
olunmuşdur.
Səs.-
2013.- 19 iyun.- S.8-9.