Ulu Öndər Heydər Əliyevin birinci hakimiyyəti illərində Azərbaycan
-Türkiyə əlaqələrinin genişləndirilməsində
rolu
Azərbaycana tarixən sıx bağlı olan ölkələrdən biri qardaş Türkiyə Respublikasıdır. Hələ sovet dövründə Ulu Öndər Heydər Əliyev Türkiyə ilə əlaqələrin genişləndirilməsinə xüsusi diqqət verildi. Çıxışlarının birində Ulu Öndər demişdir: "Mən bu gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də, bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb".
Professor
Musa Qasımlı Ulu Öndərin
sovet dövründə Azərbaycan-Türkiyə əlaqələrini
inkişaf etdirdiyini qeyd edərək yazır ki, Heydər Əliyev
soyuq müharibə illərində Türkiyənin Qərbdə
qızışdırılan qatı antisovet təbliğatda
iştirak etməsini arzulamırdı. Bu zaman
Qərbin aparıcı dövlətləri Türkiyədəki
mühacir
azərbaycanlı təşkilatlarında millətçilik
əhval-ruhiyyəsini gücləndirir, düşmənçilik
toxumu səpməyə
çalışırdılar. Bir çox türklər də antisovet
təbliğatda fəal iştirak edirdilər.
Heydər Əliyev yaranmış vəziyyətdən
çıxmaqdan ötrü iki ölkə arasında normal,
mehriban qonşuluq
münasibətlərinin qurulmasını vacib hesab edərək, praktik
addımlar atmağa başladı. O, sovet dövlətinin dünya
türkləri və Türkiyə ilə dost
olmasına, normal münasibətlərinin
qurulmasına və bu
işdə Azərbaycanın başlıca rol
oynamasına çalışırdı. Artıq qeyd edildiyi kimi,
Heydər Əliyev SSRİ-nin rəhbər
siyasi xadimləri içərisində
Türkiyə və türk dünyası
məsələləri üzrə birinci
şəxs sayılırdı. Onun türk, müsəlman olması, bir neçə Şərq dillərini bilməsi, hələ 40-50-ci
illərdə Türkiyəyə, İrana,
Əfqanıstana və Pakistana xidməti səfərlər etməsi,
bu ölkələrin əhalisinin həyatına
incəliyinə qədər bələd olması, müsəlman
Şərqi üzrə çoxlu ədəbiyyatı
mütaliə etməsi, güclü
müşahidə, analitik qabiliyyəti, ən məxfi məlumatları dərindən
təhlil edib doğru
nəticələr çıxarması və problemlərin həlli yollarını aydın
görməsi, uzaqgörənliyi həmin istiqamət üzrə
nüfuzlu və sözükeçən
dövlət xadimi olmasına kömək
etmişdi. Heydər Əliyev sovet rəhbərlərini Türkiyəyə xüsusi diqqət yetirməyin, onunla dostluq münasibətləri
qurmağın vacibliyinə inandırmağa
çalışır və çox vaxt da buna
nail olurdu. Bunun nəticəsində 60-70-ci illərdə
L.İ.Brejnevin türk dünyasına, SSRİ-nin türk
xalqlarına normal münasibəti
yaranmışdı. Onlar dövlətin bütövlüyünün təməli kimi slavyan və türk xalqları arasında mehriban
münasibətlərin vacibliyini başa düşmüşdülər.
Məhz onların hakimiyyəti illərində türk-slavyan
ittifaqı kifayət qədər möhkəm idi.
Ölkədə milli, etnik
ixtilaflar mövcud deyildi.
Sovet
sistemi şəraitində Azərbaycanla Türkiyə
arasında birbaşa əlaqələr yaratmaq mümkün
olmadığından Heydər Əliyev elm, mədəniyyət
və ədəbiyyat adamlarının əlaqələrinin
qurulub inkişaf etdirilməsinə
çalışırdı. Türkiyə
ilə əməkdaşlıq dövlətin ümumi
siyasəti çərçivəsində bir neçə istiqamətdə həyata keçirilirdi. O, iki ölkə arasında dostluq
münasibətlərinin qurulmasına, elə bu
yolla da Azərbaycan
xalqı ilə türk xalqının əlaqələrinin
yaradılması və inkişafına səylər edirdi. İlk növbədə,
hakimiyyəti illərində Türkiyədən Azərbaycana
gələn rəsmi qonaqlara xüsusi diqqət və qayğı
göstərilirdi. Onlar azərbaycanlılar
tərəfindən böyük coşqu ilə qarşılanırdılar. Hələ
60-cı illərin ortalarında Sovet
İttifaqına səfəri zamanı Azərbaycana da gələn Türkiyənin baş
naziri Süleyman Dəmirəli
böyük hörmət və ehtiramla qarşılamışdılar. Bu səfər zamanı S.Dəmirəlin şərəfinə
Bakıda verilən ziyafətdə maraqlı bir
hadisə baş vermişdi.
Azərbaycan müğənniləri proqramda
nəzərdə tutulmayan türk
mahnılarını ifa etmişdilər.
SSRİ Xarici İşlər Nazirliyinin protokol idarəsinin
əməkdaşı səfərdən sonra
yazdığı hesabatında bu halı qüsur, proqramın pozulması kimi qiymətləndirmişdi.
Heydər
Əliyev hakimiyyətə gələndən bir müddət
sonra Azərbaycan KP MK bürosunda Türkiyə nümayəndə
heyətinin respublikaya səfəri barədə məsələ
geniş şəkildə müzakirə edildi. Onun Sədrliyi
ilə keçirilən Azərbaycan KP MK-nın 1969-cu il 14 noyabr tarixli
büro iclasında Türkiyə
Cümhuriyyətinin prezidenti Cövdət
Sunayın Azərbaycana səfəri ilə bağlı məsələ
müzakirə olunaraq, 9 maddədən
ibarət qərar qəbul edildi. Qərarda
səfərin noyabr ayının 18-19-da
yüksək səviyyədə keçirilməsindən ötrü tədbirlər müəyyənləşdirildi.
Qonağın
keçdiyi yollar Türkiyə, Azərbaycan, SSRİ
bayaqları, türk, rus və Azərbaycan dillərində
transporatlarla bəzədilmişdi. Bakı aeroportunda yüksək qonağı 200 nəfər
qarşıladı, 1 N-li dövlət qonaq evində, digər şəxslər isə
"İnturist" otelində yerləşdirildi.
Üç dildə səfər
proqramı çap olundu.
Türkiyə prezidenti ilə Azərbaycan
Dövlət Universitetində möhtəşəm görüş keçirildi.
Azərbaycan rəhbərliyi onun şərəfinə
ziyafət verdi. Ziyafətə rəsmi
şəxslərdən başqa dəvət
olunan 19 nəfərin hamısı Azərbaycanın
tanınmış elm və mədəniyyət
xadimləri idi. Bunların içərisində
Qara Qarayev, Tahir Salahov, Qəmər
Almaszadə, Rauf Hacıyev, Süleyman Rəhimov, Rəsul Rza,
Süleyman Rüstəm və
başqaları var idi.
Türkiyəli
qonaqlara milli mədəniyyət və tarixlə bağlı
yerlər göstərildi. Səfər barədə film çəkildi. Türkiyə mətbuatı
bu səfəri yüksək qiymətləndirdi,
Azərbaycan haqqında geniş yazılar
verdi. Səfər iki
ölkə, Azərbaycan və türk
xalqları arasında əlaqələrdə mühüm
rol oynadı.
70-ci
illərdə Türkiyədən Azərbaycana edilən rəsmi
səfərlərin sayı çoxalmışdı. Məsələn, 1973-cü üdə Türkiyənin
SSRİ-dəki fövqəladə və səlahiyyətli səfiri
İlter Türkmən Azərbaycana səfər
etdi. Səfər
zamanı qonaq Azərbaycanın tarixi yerləri və mədəniyyət abidələri
ilə tanış oldu, görkəmli elm və mədəniyyət xadimləri, rəsmi
şəxslərlə görüşdü.
Bu səfərdən sonra
səfir Azərbaycanın sosial-iqtisadı və mədəni
sahədə tərəqqisindən fəxrlə söhbət
açmışdı.
Sonrakı
illərdə Türkiyənin xarici işlər naziri işlərkən
İlter Türkmən həyat yoldaşı ilə birlikdə
1982-ci ilin noyabr ayında Azərbaycanda səfərdə olarkən
də böyük qayğı və ehtiramla əhatə
olundu. Türkiyənin xarici işlər
naziri bir sıra
görüşlər keçirdi. Səfərdən
sonra İ.Türkmən Azərbaycan rəhbərinin
milli-mədəni inkişaf yolunda çalışmalarını yüksək
dəyərləndirmişdi.
70-ci
illərdə Türkiyənin bir sıra görkəmli siyasi
xadimləri, o cümlədən, türklərin "qara oğlan"
adlandırdıqları Bülent Ecevit 1976-cı ilin
yayında Azərbaycanda səfərdə oldu. O çoxlu görüşlər keçirdi, tarix və mədəniyyət
abidələri ilə tanış oldu. Səfərdən
sonra Ecevit verdiyi müsahibələrində Azərbaycanı
sevdiyini, milli-mədəni inkişafdan
məmnun qaldığını söyləmişdi.
1978-ci ilin noyabr ayında türkiyəli millət vəkili Kabay Ekremin başçılığı altında Türkiyə nümayəndə heyəti Azərbaycanda səfərdə oldu. Türkiyəli qonaqlara Azərbaycanda xüsusi ehtiram göstərildi. 1981-ci ilin aprel ayında Türkiyənin SSRİ-dəki səfiri Erciment Yavuzapın Azərbaycana səfəri uğurla keçdi.
Azərbaycanın sovet dövrü rəhbərləri içərisində ilk dəfə olaraq məhz Heydər Əliyev Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasına dair geniş, dərindən əsaslandırılmış konkret təkliflərini SSRİ rəhbərliyinin diqqətinə çatdırdı. Onun bu istiqamətdə fəaliyyətinin bütün mənası iki ölkə arasında normal münasibətlərin və dostluğun qurulması, möhkəmləndirilməsi idi. Azərbaycan rəhbəri Türkiyə ilə əlaqələri inkişaf etdirməyə dair təkliflər irəli sürür, məktubları imzalayırdı. Heydər Əliyevin bu məsələ üzrə verdiyi göstərişə və tövsiyələrə uyğun olaraq MK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Ə.Cəbrayılov Sov. İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi ilə əlaqə saxlayıb V.V.Zaqladın və N.B.Slepovla danışıqlar apardı. Onlar həmin təklifləri həyata keçirməyin mümkünlüyünü bildirsələr də, müvafiq nazirlik, təşkilat və idarələrlə razılaşmağın vacibliyini söylədilər. Bundan sonra iki ölkə arasında münasibətlərin inkişafına və Azərbaycanın Türkiyədə təbliğinə dair müvafiq sənəd layihəsi də təqdim edildi. Bu barədə təqdim olunan sənədə 1977-ci il 20 sentyabr tarixdə Heydər Əliyev belə bir dərkənar yazmışdı: "Xahiş edirəm, Sov. İKP MK-ya müvafiq qeydlər hazırlayın. Eyni zamanda, Türkiyəyə təbliğatı gücləndirmək üçün bütün mümkün vasitələrdən yaxşı istifadə etmək lazımdır". Heydər Əliyevin göstərişinə uyğun olaraq hazırlanan məktub Kremlə göndərildi. Təkliflərdə Türkryə ilə siyasi, iqtisadi, elmi, texniki, mədəni, turizm sahələrində əlaqələri genişləndirmək, sovet-Türkiyə dostluğuna çalışmaq, vaxtilə ölkədən çıxıb getmiş şəxslərin və övladlarının vətənə dəvət edilməsi və s. məsələlər öz əksini tapmışdı. Məktubda deyilirdi ki, türklər və Turkiyədə yaşayan azərbaycanlılar arasında Azərbaycana maraq xeyli artır. Azərbaycanlıların Kars, Ərzurum, Bursa, Konya və başqa şəhərlərdə keçirdikləri tədbirlər belə marağın artdığını göstərirdi. Bu tədbirlər zamanı bir sıra azərbaycanlılar vətənlə əlaqələrin qurulması və səfərlərin edilməsinin zəruriliyi ilə bağlı təkliflər səsləndirmişdilər. Azərbaycana turist kimi gəlmək istəyənlərin də sayı artırdı. Bununla belə, bir sıra türklər hələ də Azərbaycan haqqında yanlış təsəvvürə malik idilər. Lakin belə vəziyyət heç də onların təqsiri deyildi. Çünki SSRİ-dən Türkiyəyə türk dilində ədəbiyyat demək olar ki, göndərilmirdi. Məktubda Heydər Əliyev Türkiyə ilə əlaqələri genişləndirmək üçün konkret təkliflər irəli sürürdü. Bildirirdi ki, türk dilində ədəbiyyatı tərcümə etməkdən ötrü Azərbaycanda kifayət qədər mütəxəssis olduğunu nəzərə alaraq, Bakıda "Proqres" nəşriyyatının filialı açılsın. Heydər Əliyevin fikrincə, bu nəşriyyatda siyasi məzmun daşımayan kitablar, Azərbaycan klassiklərinin əsərləri, folklor ədəbiyyatı türk dilinə çevirilə və Türkiyəyə göndərilə bilərdi. O, Türkiyə ərazisində Azərbaycan radio və televiziyasının proqramlarının yayımlanmasını da zəruri hesab edirdi.
Heydər
Əliyevin irəli sürdüyü ən maraqlı təkliflərdən
biri Ümumittifaq Şərq Ticarətinin Azərbaycan bölməsinə
Türkiyə ilə birbaşa ticarət əlaqələrinin
qurmasına icazə verilməsi barədə idi. O, Moskvaya belə bir
təklif edərkən, öz fikrini əsaslandırıb göstərirdi ki, 20-ci illərdə Bakıda iki
ildən bir beynəlxalq sərgi-yarmarkalar
keçirilib, bu işi canlandırmaq və həmin yarmarkalara Türkiyədən şirkətlərin
dəvət edilməsi praktikasına nail olmaq gərəkdir. Heydər
Əliyev, eyni zamanda,
təklif edirdi ki,
SSRİ Dövlət Xarici İqtisadi
Əlaqələr Komitəsinin xətti ilə Türkiyədə
Azərbaycanın layihə institutlarının müxtəlif
ikitərəfli proqramlarında yaxından iştirak
etmələri fayda verər, çünki Türkiyədəki idarə və
müəssisələrdə çoxlu
azərbaycanlı çalışir.
Türkiyə ilə Azərbaycanın Naxçıvan vasitəsilə sərhədyanı ticarət əlaqələrinin qurulmasının təklif edilməsinin dərin siyasi, iqtisadi, ideoloji və mənəvi məna daşıyırdı. Azərbaycanda xarici ticarət sahəsində təcrübə toplanılar, müvafiq strukturlar formalaşdırılar, bir-birindən ayrı düşmüş iki qardaş xalq arasında dil və mədəniyyət sarıdan ünsiyyət güclənər, Azərbaycanın regionda rolu daha da artardı. Lakin Moskva birbaşa ticarət iqtisadi əlaqələrin qurulmasına və sərhədyanı ticarətə dair təklifin reallaşmasına imkan vermədi.
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2013.- 15 mart.- S.14.