Azərbaycan və Türkiyənin Avrasiya siyasəti

 

Ulu Öndər Heydər Əliyev çıxışlarının birində demişdir: "Türkiyə Cümhuriyyəti indi yeni müstəqillik əldə etmiş bir çox ölkələr üçün örnəkdir. Belə dövlətlərdən biri də Azərbaycandır. Biz arzu edirik ki, Türkiyə Cümhuriyyəti özünün bu mövqelərini həmişə qoyruyub saxlasın və həmişə bizim üçün təcrübə mənbəyi olsun. Bizim arzu və istəyimiz bundan ibarətdir ki, türk dünyası türkdilli xalqlar, bir mənşədən olan millətlər daha da yaxınlaşsın, daha da birləşsin, bir-birinə kömək etsin, bir-biri ilə daha da mehriban olsun, bir-birinə yardımçı olsunlar. Biz nə qədər çətin və ağır vəziyyətdə olsaq da, Azərbaycanda bu hisslərlə yaşayırıq.  Bu hisslərlə bütün qardaş ölkələrə öz münasibətimizi bildiririk. Bu hısslərlə də öz məhəbbət və sevgimizi Türkiyəyə, türk xalqına bildiririk".

Coğrafi mənbələrə görə, dünya dövlətləri içərisində Azərbaycanın ən yaxın müttəfiqi ərazicə, əsasən, Yaxın Şərqdə  yerləşən, siyasi  cəhətdən Avropa (Avrasiya) dövləti hesab olunan Türkiyə Cümhuriyyətidir. Bu dövlətin 780,6 min kv.km ərazisinin cəmi 23,7 min kv. km-i Avropa qitəsinə düşsə də, ölkənin bütün sahələr üzrə inteqrasiyası Avropaya və Qərbi təmsil edən beynəlxalq, regional qurumlara yönəlib. Təbii ehtiyatları o qədər də zəngin olmayan Türkiyənin insan resurslarını illik artımı 2,2 faiz olmaqla 66 milyon nəfər əhali təşkil edir.

Türkiyə Avropada, Yaxın və Orta Şərqdə, dünyanın digər regionlarında  əsasən  qərbyönlü,  NATO  ölkələri  ilə  uyğunlaşdırılmış siyasət yeritsə də, bəzi məsələlərdə öz xüsusi maraqları çərçivəsində hərəkət edir. Xüsusən, bu ölkənin Yaxın və Orta Şərq dövlətləri, müsəlman dünyası, Cənubi Qafqaz və digər region ölkələri ilə münasibətlərində Qərbin, NATO-nun və beynəlxalq hüquq normalarının tələbləri həm də dini, etnikregional faktorlar nəzərə alınmaqla həyata keçirilir ki, bu da bəzən onu qərbli tərəfdaşları ilə üz-üzə qoyur. Xüsusən, Şimali Kipr məsələsində Türkiyə neçə illərdir ki, Qərb partnyorları ilə ümumi razılığa gələ bilmir.

İkinci Dünya müharibəsindən sonra kapitalistsosialist düşərgələri arasında gedən mübarizədə Türkiyə düzgün qərar qəbul edərək, 1952-ci il fevralın 18-də NATO-ya daxil olmuşo zamandan Qərbin Sovet İttifaqına, Yaxın və Orta Şərq regionuna yönəlmiş siyasətinin əsas dayaq nöqtəsinə çevrilmişdir.

Türkiyə 1974-cü ildən İslam Konfransı Təşkilatının üzvü kimi Yaxın və Orta Şərqdə həm öz məxsusi maraqlarının, həm də Qərbin ümumi mənafelərinin reallaşmasında önəmli rol oynayır. Hətta bu dövlət 1985-ci ildə İranPakistanla birlikdə regional İqtisadi Əməkdaşlıq Təşkilatını (EKO) yaratmışdır.

Türkiyə Avrasiyada həm Qərb dünyasının, həm də öz məxsusi maraqlarının təmin olunmasına çalışır. 1991-ci ildə SSRİ dağılandan sonra Qərb dünyası Türkiyə vasitəsilə bu bölgədə yeni dünyəvi dövlət modelini yaymaq, islam fundamentalizmi və Rusiyanın təsirini azaltmaq, ideolojisiyasi nüfuzunu gücləndirmək üçün xüsusi fəaliyyətə başlayır. Türkiyənin əsas üstünlüyü region xalqlarının dünyəvi inkişaf yolu seçmələri, əhalisinin dil, din, mədəniyyət baxımından bu ölkəyə daha yaxın olması idi. Lakin Ankaranın və Qərbin Türkiyəni bölgədə lider dövlətə çevirmək cəhdləri regionda, xüsusən, Orta Asiyada Rusiya, Çin, İran, Hindistan, Pakistanb. dövlətlərin ciddi müqaviməti ilə üzləşdi.

Türkiyənin 1992-ci ildən "Türkdilli dövlətlər birliyi" yaratması və keçən illərdə region ölkələrinə 1,5 milyard dollar vəsait ayırması da bölgə ölkələrinin praqmatik siyasəti nəticəsində gözlənilən nəticəni vermədi. Lakin buna baxmayaraq, Türkiyə regionun kifayət qədər nüfuzlu, əhali arasında rəğbət qazanan ölkəsinə çevrilə bildi. Xüsusən, Azərbaycan və Gürcüstanda bu ölkənin mövqeyi həddən artıq möhkəmdir. Hazırda türk adamları Çinlə yüngül sənaye və gündəlik tələbat malları bazarında ciddi rəqabət aparır və bu sahədə öncül mövqelərini qoruya bilirlər. Bundan başqa, "Böyük İpək yolu"nun bərpası, Qərb-Şərq nəqliyyat-kommunikasiya və enerji daşıyıcıları dəhlizinin yaradılmasında Türkiyə Rusiyaİrana qalib gəldi. Düzdür, bu işdə Qərbin və ABŞ-ın dəstəyi həlledici rol oynadı. Türkiyə Orta AsiyaQafqazda ideoloji vasitələr, televiziya, mətbuat, məktəb-universitet şəbəkəsi, tələbə mübadiləsi və s. sahələrdə Rusiyaİranla ciddi rəqabət aparır və mühüm irəliləyişlərə nail olmuşdur.

Əsasən, Avropa iqtisadi, siyasi və təhlükəsizlik məkanında fəaliyyət göstərən, Avropa dövlətləri və ABŞ-la razılaşdırılmış xarici siyasət yeridən, Qərbin ümumi maraqlarını təmsil edən Türkiyə digər dövlətlərlə münasibətlərdə məxsusi addımlar atmaqdan da heç zaman çəkinmir. Türkiyə və Yunanıstan arasında Kiprlə bağlı mövcud olan problemlər, Türkiyənin islam aləminə mənsub olması, əhali resurslarının genişliyi, sürətli demoqrafik artım və s. məsələlər bəzi Avropa dövlətlərinin Türkiyəyə qısqanc və ehtiyatlı münasibətini yaratmışdır. Bu da uzun illərdir ki, onun Avropa Birliyinə tamhüquqlu üzv qəbul olunmasını əngəlləyir. Avropa dövlətlərinin bu ölkəyə ikili və qısqanc münasibəti adekvat olaraq Türkiyənin də Avropa-ABŞ ziddiyyətlərində əsasən Amerikanın tərəfində çıxış etməsini şərtləndirir. Ümumiyyətlə, Türkiyə ABŞ-ın hələ SSRİ vaxtından bütün Avrasiya məkanında ən yaxın müttəfıqi, ən etibarlı dostu hesab olunur. ABŞ həmin dövrdən bu günə kimi Qafqazda, Orta Asiyada və digər Avrasiya məkanında özünün əsas siyasi-təhlükəsizlik məsələlərini məhz Türkiyə vasitəsilə həyata keçirir.

Türkiyə nəinki Azərbaycanın, eyni zamanda, bütün Qafqazın taleyində önəmli rolu olan üç əsas region dövlətindən (Rusiyaİranla bərabər) biridir. Hələ qədim zamanlardan bu ölkə özünün Qafqaz siyasətinə çox ciddi əhəmiyyət vermiş və bölgədə cərəyan edən hadisələrə fəal müdaxiləsi ilə seçilmişdir. Keçən əsrin ortalarından isə Türkiyə Qafqazda təkcə öz maraqlarını deyil, həm də bütöv Qərb dünyasının, NATO üzvü olan digər dövlətlərin də birgə mənafeyini qorumaq missiyasını öz üzərinə götürmüşdür.

Türkiyənin Qafqaz siyasətində həm strateji maraqlar (NATO blokunun ümumi strateji maraqları), həm Türkiyənin öz milli mənafeləri, həm etnik (Qafqazda yaşayan türkdilli xalqların dəstəyini qazanmaq, onlara lazımi himayə göstərmək), həm də dini amillər (Qafqazın müsəlman əhalisinin İranın təsirinə düşməsinin qarşısını almaq) özünü daim qabarıq şəkildə büruzə vermişdir. Hətta bəzən Türkiyə özünün stratejimilli maraqlarını təhlükə altına qoyaraq, açıq-açığına etnik-dini təəssübkeşlik nümayiş etdirmiş (Qərb dövlətləri buna görə Türkiyəni qınamış və belə dövlətə güvənməyin qeyri-mümkün olduğuna eyham vurmuşlar) və nəticədə, öz müttəfiqləri ilə münasibətlərinə sərinlik gətirmişdir.

SSRİ-nin mövcud olduğubugünkü türk-müsəlman xalqlarının hələ milli müstəqillik əldə etmədiyi dövrdə Qərb dövlətləri Türkiyənin belə hərəkətlərini müəyyən qədər dəstəkləyir, təbii qəbul edirbunu Türkiyənin güclənməsi, türk-müsəlman birliyinin real təhlükəsi kimi qiymətləndirmirdilər. Əslində, Qərbin SSRİ-nin bu qəbildən olan əhali qrupuna təsir göstərmək, həmin xalqları Moskvadan narazı salmaqonlarla hansısa şəkildə aparmaq üçün başqa imkanı da yox idi. Amma SSRİ-nin dağılması, müstəqil dövlətlərin yaranması ilə Qərb Türkiyənin bu dövlətlər və xalqlar arasında möhkəmlənməsinə, onlan etnik-dini yaxınlıqdan istifadə edərək, öz ətrafında birləşdirməsinə və beləliklə də, Avropada öz mövqeyini daha da gücləndirməsinə heç bir vəchlə yol verə bilməzdi. Odur ki, Qərb dövlətləri Türkiyənin Qafqazda, Orta Asiyada "NATO-nun ümumi maraqlarını qorumaq" adı altında vaxtilə dəstəklənən sərbəst və təkbaşına fəaliyyətıni hazırda o qədər də qəbul etmirlər.

Professor Əli Həsənov yazır: "Türkiyənin Qafqazda mövqeyi əsasən Azərbaycanın və Azərbaycanla müttəfiqliyə, sıx münasibətlər qurmağa ehtiyacı olan Gürcüstanın hesabına təmin olunur. Türkiyənin Qafqaz mənafeləri Rusiya, İran və Ermənistanın maraqları ilə həmişə toqquşub. Həm İran, həm Rusiya, həm də Ermənistan Azərbaycandan və Orta Asiyadan başlayaraq, Qərbə istiqamətlənən strateji  nəqliyyat-kommunikasiya  yolunun  üstündə  yerləşdiyinə görə Gürcüstana ciddi rəqib kimi baxır. Odur ki, heç bir şəraitdə Gürcüstanın bu dövlətlərin təsir dairəsindən çıxmasına, Azərbaycan və Türkiyə ilə yaxşı əlaqələr qurmasına yol vermək istəmirlər.

Azərbaycanla, demək olar ki, birbaşa quru əlaqəsi olmayan (təcrid edilmiş Naxçıvanla əlaqə istisna olmaqla) Türkiyə yalnız Gürcüstan, Rusiyaİran vasitəsilə Qafqaza, Azərbaycana və Orta Asiyaya daxil olmaq, onlarla hərtərəfli inteqrasiyaya girmək imkanına malikdir. Rusiya və İranın Qafqazda maraqlarını və bu sahədə konkret addımlarını nəzərə alsaq, onda Türkiyə-Azərbaycan, Türkiyə-Qafqaz əlaqələrinin nə qədər çətin və mürəkkəb olduğunu müşahidə etmək olar".

Bundan başqa, Türkiyənin Qafqazda möhkəmlənməsınə, özünün, Qərbin və Azərbaycanın maraqlarına xidmət məqsədilə fəaliyyət göstərməsinə Rusiya xüsusilə maneçilik törədir. Kreml onun bu bölgədə hər bir təşəbbüsünü ciddi qısqanclıqla qarşılayır və müvafiq əks-tədbirlər görməyə çalışır. Belə olan halda, Türkiyənin Qafqaz və Azərbaycanla, Azərbaycanın isə Tiirkiyə ilə münasibətləri xüsusi düşünülmüş, hərtərəfli ölçülüb-biçilmiş, başqa dövlət və birliklərin xüsusi qısqanclıq və narazılığına səbəb olmayan vasitələrlə həyata keçirilməlidir. İki ölkə arasında etnik-dini təəssübkeşlik rəngindən tam azad, sivil dövlətlərarası münasibətlərə cavab verən, qarşılıqlı-faydalı əlaqələrə əsaslanan, xüsusi nümayiş etdirilməyən, müttəfiqlik telləri ilə bağlanan dövlətlərarası münasibətlər yaradılmalıdır.

Ə.Həsənov yazır: "Türkiyə Qafqazda öz siyasətini elə qurmalı və Azərbaycanla dövlətlərarası münasibətlərini elə bir hüquqi-normativ baza əsasında aparmalıdır ki, əvvəla, bu münasibətlər bərabərhüquqlu, qarşılıqlı-faydalı olsun, hər iki dövlətin siyasi, iqtisadi, mədəni, sosial, təhlükəsizlik və b. maraqlarına cavab versinbu münasibətlərin sivil beynəlxalq münasibətlərə tam uyğunluğu göz önündə olsun, açıq-aşkar sezilsin; ikincisi, iki dövlət arasındakı münasibətlər müttəfiqlik prinsiplərinə söykənməklə yanaşı, həm də hər iki dövlətin başqa dövlətlərlə münasibətlərinə qətiyyən xələl gətirməməlidir. Hər bir dövlət özünün üçüncü dövlətlə və yaxud dövlətlərlə münasibətlərində sərbəst olmalı və həmin subyektlərlə münasibətlərindən bir-birinin mənafelərinin qorunması məqsədilə istifadə etməlidir; üçüncüsü, Türkiyə-Azərbaycan münasibətləri hər iki dövlətin müstəqil dövlətçiliyinin qorunmasına və inkişafına, ərazi bütövlüyünün saxlanmasına xidmət etməli, hər birinin dövlət və milli atributlarına, milli dəyərlərinə hörmət üzərində qurulmalı, bir-birinin daxili işlərinə, xalqlarının stratejicari seçimlərinə, tutduqları yola müdaxiləni istisna etməli və nəhayət, dördüncüsü, beynəlxalq aləmdə bir-birinin təəssübünü çəkməli, bir-birinin maraqlarını qorumalı, eyni zamanda, bunu yalnız beynəlxalq hüquq normalarına uyğun şəkildə etməlidirlər".

Türkiyə Qafqazda özünün bütün addımlarını Azərbaycanın köməkliyi və maraqlarının nəzərə alınması ilə, Azərbaycan isə özünün Qərb siyasətini eyni prinsiplə həyata keçirməlidir.

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 28 mart.- S.13.