31 mart soyqırımı tarix həqiqəti deyir

 

İlham Əliyev: "Hər bir işğalçı bilməlidir ki, bu işğalın sonu olmayacaqdır. Bu işğalın sonu ya sülh müqaviləsidir, ya da qaçılmaz məğlubiyyətdir"

 

XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni, sözün əsil mənasında, "qan çanağı"na çevirdilər. Ermənilərin "böyük Ermənistan" yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırımı aktlarının reallaşması ilə nəticələndi. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dönə-dönə təkrarlandı. İndi o qanlı tarixdən 95 il ötür.

Təbii ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, NaqasakiSonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Amma buna baxmayaraq, hadisələrin baş verdiyi ilk illərdə, nə yerli hakimiyyət tərəfindən, nə də beynəlxalq ictimaiyyət bu soyqırımına lazımi hüquqi-siyasi qiymət verməmişdi. Yalnız Ulu Öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir çox milli faciələrimiz kimi Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi mümkün olub. Belə ki, Ümummilli Liderimizin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul edib, sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanıb. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi qarşıya qoyulub. Ümummilli Liderimizin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün bir sıra Avropa ölkələri Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı soyqırımı müxtəlif təşkilatlarda gündəmə gətirilib. Dövlət başçısı, xüsusilə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib vəzifə kimi müəyyənləşdirib. Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının hər biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfəsini verir. Hər il dünyanın bir sıra ölkələrində 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə əlaqədar yüzlərlə nümayiş, konfrans, dəyirmi masa, sərgi və s. kimi tədbirlər təşkil olunur. 

 

Leyla Əliyeva: "Əminəm ki, gün gələcək, bütün dünya dövlətləri Xocalı soyqırımını tanıyacaq"

 

Bu soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycan dövləti fəal siyasət həyata keçirir. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyətini, xüsusilə, qeyd etmək lazımdır. Fondun Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət digər qeyri-hökumət təşkilatları üçün də örnək sayıla bilər. Məqsəd bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması və erməni vəhşiliklərini əks etdirən materailların beynəlxalq təşkilatlar qarşısında nümayiş etidirilməsidir. Fondun həyata keçirdiyi "Qarabağ həqiqətləri" silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər xaricdə yayılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunur. Dünyada mövcud mürəkkəb siyasi mühitə, qarşıya çıxan bütün çətinliklərə, təzyiq və maneələrə baxmayaraq, "Xocalıya ədalət" kampaniyasının tərkib hissəsi olaraq, Azərbaycan dövləti tərəfindən qarşıya qoyulmuş milli və dövlət maraqlarımıza xidmət edən vacib, strateji məsələnin - Xocalı soyqırımının tanınması, xidmətləri olan vətənpərvər şəxslərin, peşəkar diplomatların deyil, hər bir azərbaycanlının uğurudur. Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!" kampaniyası dünyada böyük əks-səda doğurmaqdadır. Mütəşəkkil şəkildə təşkil olunan tədbirlər artıq dünya xalqlarına ermənilərin nə kimi qətliam törətdiklərini göstərir. Təbii ki, bütün bunlar dünya ictimaiyyətinin rəyinə müəyyən təsir göstərməkdədir. Bunun nəticəsidir ki, artıq Meksika, Kolumbiya, Pakistan, Çexiya və digər ölkələrin parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanıyıblar. Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının üzü artıq ifşa olunurdünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır. 

 

ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıyıb

 

Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının üzü artıq ifşa olunurdünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır. ABŞ-ın daha bir - Nyu-Cersi ştatının Dövlət Assambleyası 31 mart - azərbaycanlıların soyqırımının 95 illiyi ilə bağlı qətnamə qəbul edib. Qətnaməyə əsasən, martın 31-i Azərbaycanlıların Anım Günü kimi tanınır. Qətnamə Assambleyanın nümayəndəsi Tomas P.Qiblin tərəfindən imzalanıb və Amerika Azərbaycan Cəmiyyətinin (AAC) prezidenti Tomris Azəriyə təqdim edilib. Qərarda 1918-ci ilin martında 20 mindən çox dinc azərbaycanlının öldürülməsi ilə nəticələnən hadisələrin insanlıq tarixində ən çox qınanılası vəhşiliklərindən olduğu vurğulanır. Qeyd edək ki, Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində də əks olunur. Dünyanın 56 ölkəsinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 6-cı sessiyasında Xocalı faciəsi insanlığa qarşı cinayət kimi qiymətləndirilib və üzv dövlətlər həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verilməsinə çağırılıb. Həmçinin, ilk Avropa İttifaqı ölkəsi kimi Çex Respublikası da Xocalı soyqırımını təsdiqləyib və tanıyıb. Ölkənin ali qanunvericilik orqanının Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komitəsi 21 il əvvəl "erməni hərbi bölmələri tərəfindən Azərbaycanın işğal olunmuş Xocalı şəhərində 613 müdafiəsiz dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi ilə törədilmiş qırğına görə" Ermənistanı pisləyən qətnaməni yekdilliklə qəbul edib. Çex Respublikasının ardınca isə Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının bu il fevralın 26-da keçirilən iclasında mütləq səs çoxluğu ilə Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair rəsmi sənəd - "Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması"na dair qətnamə qəbul olunub. Bu vaxta qədər  Pakistan, Kolumbiya,RuminiyaMeksika parlamentlərində də bu qətliamın soyqırımı aktı kimi tanınması barədə qətnamələr qəbul edilib. O cümlədən, ABŞ-ın və Kanadanın bir sıra ştatları və şəhərləri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan qətnamə və proklamasiyalar qəbul edib. ABŞ-ın ümumilikdə 9 ştatının Ermənistan tərəfindən Xocalıda çox ağır cinayətlər törədilməsi faktını tanıması ermənilərin üzünü bir daha açıb göstərir. Bütün bunlar ölkəmizin həyata keçirdiyi xarici siyasətin, Prezident İlham Əliyevin konkret əməli fəaliyyətinin, uzaqgörən və humanist siyasətinin məntiqi nəticəsidir ki, bu gün Xocalı soyqırımı dünya dövlətləri tərəfindən tanınmaqdadır. Prezident İlham Əliyev məsələ ilə bağlı çıxışı zamanı bildirmişdir: "Ermənistanda başa düşməlidirlər ki, biz artıq orta əsrlərdə yox, XXI əsrdə yaşayırıq və XXI əsrin əlamətləri hər bir ölkə üçün əsas olmalıdır. Biz istəyirik ki, bölgədə sülh olsun. Biz istəyirik ki, beynəlxalq hüquq normaları təmin edilsin. Hər bir işğalçı bilməlidir ki, bu işğalın sonu olmayacaqdır. Bu işğalın sonu ya sülh müqaviləsidir, ya da qaçılmaz məğlubiyyətdir".

Tarix heç zaman unudulmur, həm də yazılır. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söznüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır.

 

 

RƏFİQƏ HÜSEYNOVA

 

Səs.-2013.- 28 mart.- S.10.