SSRİ-İran münasibətlər sistemində Azərbaycan SSR-Pəhləvi İranı əlaqələri (1920-1960-cı illər)

 

Azərbaycan Demokratik Respublikasının süqutu Xiyabaninin başçılıq etdiyi Təbriz üsyanı vaxtı baş verdi.  Xiyabanini Bakıdakı 28 aprel çevrilişi çox ağrıtdı. 1920-ci il Bakının süqutu İranda dərhal əks-səda doğurduheç üç həftə keçməmiş F.F.Raskolnikovun başçılığı altında sovet hərbi-dəniz qüvvələri Azərbaycan paytaxtından Ənzəliyə varid oldular. Onların məqsədi, guya, ağqvardiyaçıların gəmilərini ələ keçirmək idi. Əslində, bu qüvvələrin məqsədi Tehran hökuməti və burada olub-qalan Britaniya nəzarəti əleyhinə mübarizə aparan Gilanlı Cəngəli hərəkatını dəstəkləməkdən ibarət idi.

 1930-cu ildə baş vermiş casusluqla bağlı qalmaqaldan sonra o taydakı Azərbaycanla mədəni-maarif əlaqələri dərhal kəsildi. Tehrandakı sovet diplomatı Georgi Ağabəyov, açıq etiraf etdi ki, bir çox İran əməkdaşlarını casusluq mərkəzinə cəlb etmişdir. O, bəzi məqamları açıqlayanda, kürdlərin və azərbaycanlıların yaşadığı regionları İrandan ayırmaq kimi sovet niyyətlərinə də toxundu. Sovet təhlükəsindən və Azərbaycan regionalizmindən xəbərdar olduğundan, qüvvədə olan rejim 1937-ci ildə bütün Azərbaycan ərazisini iki vilayətə (ostanlara) böldü. Arazın cənub sahəsi indi Şərqi və Qərbi Azərbaycandan ibarət oldu. Bu vilayətlərin paytaxtları, uyğun olaraq, Rezaiyə (keçmiş Urmiya) və Təbrizdə yerləşirdi. Qərbi Azərbaycanda böyük kürd azlıqları da yaşayırdılar.

İkinci dünya müharibəsi zamanı SSRİ-İran münasibətləri kəskinləşdi. İran hökuməti alman casus və rezidentlərinin ölkədən çıxarılmasında lənglik göstərdiyindən, 1921-ci il Sovet-İran müqaviləsinin 6-cı maddəsinə istinad edilərək, İrana avqustun 17-si tarixli birgə nota - "son söz" göndərildi. İranın işğalı 1941-ci il avqustun 25-də başlandı.

Britaniyasovet qoşunları 1941-ci il sentyabrın 16-da Tehranda görüşdülər və elə həmin gün Rza şah öz səlahiyyətlərini 22 yaşlı oğlu Məhəmməd Rzaya verərək, taxt-tacdan əl çəkdi. Bu hadisə iki onillik müddətində hökm sürən Pəhləvi diktatorluğunun sona çatdığını göstərdi. Belə ki, təzə şah müttəfiqlərin məsləhəti ilə konstitusiyalı monarxiyanı bərpa etdi və vətəndaş azadlıqlarına zəmanət verirdi.

Xarici qoşunların hələ də ölkədə saxlandığı şəraitdə İranın statusu müttəfiqlərin 1942-ci il 29 yanvar tarixli üçtərəfli müqaviləsi ilə müəyyənləşdirildi. Həmin müqaviləni imzalayan tərəflər Britaniya, SSRİ və İran idi. İki işğalçı qüvvə neçənci dəfə birlikdə "İranın ərazi bütövlüyünə, suverenliyinə və siyasi müstəqilliyinə hörmət edəcəyi haqda zəmanət verildi". Müqavilənin 5-ci maddəsində deyilirdi ki, birləşmiş qüvvələrlə Almaniya, həmçinin, onun müttəfiqləri arasında gedən bütün hərbi əməliyyatlara birya bir neçə mərhələdə əldə edilən barışığın nəticəsinə görə və ya aralarında bağlanmış sülhə əsasən son qoyulduqdan sonra müttəfiq qüvvələr öz qoşunlarını 6 aydan gec olmayaraq, İran ərazisindən çıxarmalıdırlar. Bu şərtlə xarici qoşunlar Yaponiya ilə hərbi əməliyyatlar dayandırıldıqdan sonra qanuni olaraq 6 aya qədər İranda qala bilərdilər. Müqavilənin doğurduğu əhvali-ruhiyyə Çörçill, RuzveltStalin tərəfindən imzalanmış 1943-cü il Tehran bəyannaməsində bir daha təsdiq olundu. Azərbaycanlıların sovet işğal qüvvələri sırasında olması Bakıdan teatr, operabalet truppalarının gətirilməsi üçün şərait yaradırdı, əlbəttə, bu, Azərbaycan dilli tamaşalar yerli ictimaiyyətə çox yaxın idi. Sovet məktəblərinin və hərbi xəstəxanalarının qapıları da İran azərbaycanlılarının üzünə açıq idi. Son nəticədə, ikiyə bölünmüş Azərbaycanın məsələsi, həmişə olduğu kimi, Sovet-İran əlaqələrinin vəziyyətindən asılı idi. Stalin dövrünün son mərhələsində bu əlaqələr çox zəif inkişaf edirdi. Ticarətdə irəliləyiş az hiss olunurdu və "Tudə" partiyasının 1949-cu ilin fevralında şahı öldürmək cəhdindən sonra, onun fəaliyyəti qanunsuz sayıldı. SSRİ tərəfdən təhlükənin olması Pəhləvi İranını ABŞ-la münasibətləri yaxşılaşdırmağa təhrik edirdi. Yalnız Stalin dövründən sonrakı sovet rejimi zamanı səciyyəvi dinc yanaşı yaşamaq təbliğatı sayəsində gərginliyin bir qədər zəifləməsi mümkün oldu.

İran 1955-ci ildə Amerika tərəfindən dəstəklənən Bağdad Paktina qoşuldu və ABŞ ikitərəfli müdafiə müqaviləsi imzaladı, digər tərəfdən də Sovetlər 1921-ci il müqasiləsinin V   və VI maddələrini ləğv etməkdən imtina etdilər.

Dönüş mərhələsi, İran öz ərazisində xarici raketlərin yerləşdirilməsinə  yol verməyəcəyini bildirdiyi vaxt, yəni 1962-ci ildə başlaqndı. Həmin vaxtdan Pəhləvi rejiminin sonuna qədər MoskvaTehran arasındakı münasibətlər normal siyasi əlaqələr və gözlənildiyindən də yaxşı inkişaf etmiş əməkdaşlıqla qeyd olundu. Sovet İttifaqı İranın sənayeləşdirilməsi üçün hazırlanmış yüzdən çox müştərək layihəyə yaxından köməklik göstərdi. Bu vaxt həmin layihələrin digər müsbət təsirləri içərisində İranın landşaft gözəlliyinin pozulması kimi zərərli hallar da qeydə alındı. Hər iki tərəf onlara nə lazım gəldiyini yaxşı bildiyindən, əməkdaşlıq və işgüzarlıq şəraitində aparıldı.

50-cı illərdə Azərbaycan-İran münasibətlərində soyuqluq yarandı. Pəhləvi İran Azərbaycan dilini sıxışdırdı. Sovet Azərbaycanında isə anti-islam, anti-İran təbliğatı gücləndi. T.Svyatoçovski yazır: "Sərhədin o biri üzündə Mosaddeq hökumətinin Amerikanın köməyi ilə devrilməsindən sonra Məhəmməd Rza şah güc işlətməklə öz hakimiyyətini möhkəmlətmək yolunu tutdubu siyasətdə o, atasını da ötüb keçdi. Hərbi vəziyyət 1957-ci ilədək qüvvədə qaldı və hətta bundan sonra da ancaq formal şəkildə götürüldü. Şah ciddi siyasi nəzarəti və güclü senzuranı tətbiq etməkdə  davam  edirdi. Ordunun  və jandarmeriyanın  təşkil edilməsindən əlavə şah 1957-ci ildən etibarən, onun idarəçiliyində əsas ünsürə çevrilən SAVAK təhlükəsizlik təşkilatını yaratdı.

Şah göstərdiyi təzyiqə islahatları da qatmaqla, tədricən, çoxşaxəli siyasət yürütdü. 1963-cü ildə özünün Şahanə və Parlaq inqilabını,  İranın  modernləşdirilməsinə gətirib  çıxarmalı olanonun kəskin şöhrətpərəstlik meyillərindən irəli gələn hərtərəfli dəyişikliklər planını elan etdi. İqtisadi inqilabın 19 proqramı içərisində mərkəzi yer tutanlar torpaq islahatı, meşə və otlaqların milliləşdirilməsi, qadın hüquqlarının müdafiə olunması, təhsil və inzibati sahədə islahatlar, təhsil və sağlamlıq mərkəzlərinin yaradılması idi. Siyasi cəhətdən bu inqilab, güclü şah hakimiyyəti üçün ənənəvi olaraq təhlükə yaradan, öz yerini möhkəmlətmiş aristokratiyabundan da qorxulu olan şiə ruhanilərinin iqtisadi vəziyyətini sarsıtmağa xidmət edirdi."

 1954-cü ildə Məhəmməd Hüseyn Şəhriyar özünün "Heydərbabaya salam" poemasının birinci hissəsini dərc etdirməyə nail oldu. Bu əsər azərbaycanlı bir vətəndaşın öz dilinə, adətlərinə, doğma torpağına bağlılığının və bunlardan da az əhəmiyyətli olmayan, etnik mənsubiyyət hissinin poetik ifadəsi idi. Sovet Azərbaycanında və Türkiyədə də nəşr edilərək, "Heydərbabaya salam" poeması həmin il bütün türk dilləri səviyyəsində ən böyük poetik əsərlərdən biri kimi tanındı. Azərbaycan folkloru və dilinə aid bir neçə başqa kitab da "Heydərbabaya salam"dan sonra işıq üzü gördü, bəzi kitablar da fars dilində nəşr olundu.

Növbəti dinclik dövrü 1960-cı illərin ortalarında başladı. Bu zaman elektron əlaqələrinin inkişafı kənd əhalisi arasında gözlənilmədən etnik anlayışı gücləndirdi. Radioqəbuledicilərin yayılması kəndliləri təcridolma hissindən azad etdionlara imkan verdi ki, özlərini təkcə iranlı deyil, həm də azərbaycanlı, bəluci, kürdya türkmən saysınlar. Bu hadisələrin təkanı olaraq, Təbriz və Rezaiyədəki radio stansiyaları Azərbaycan dilində veriliş verməyə başladılar və hətta "İranın səsi" Azərbaycan dilində, əsasən, xalq musiqisindən ibarət, xüsusi proqrama başladı. Səməd Behrəngi, Bəhruz Dehqani və Əli Rza Nabdal (Oqtay) kimi Azərbaycan müəlliflərinin kitablarının nəşri üçün, məhdud da olsa, bir sıra imkanlar yarandı. Kitabların çoxu vətəndəkinə nisbətən daha çox xaricdə nəşr olunmuşdu. Bəzi kitablar, məsələn, Əli Təbrizlinin "Ədəbiyyat və milliyyət" və Nabdalın "Azərbaycan və milli məsələ" kimi kitabları sovet dissidentləri tərzdə "sandıq ədəbiyyatı üçün" yazılmışdı, sanki bu kitablar öz çapı üçün əlverişli məqam gözləyirdi. Hər iki yazıçı "fars şovinizmi"nə qarşı düşmən münasibəti bəsləmələrinə baxmayaraq, fars dilində, Azərbaycanın indiyə qədər müqaisəsiz ədəbi dilində yazırdı. Qəzetlərə gəlincə, 1947 və 1978-ci illər ərzində fars, ingilis və digər Qərb dillərində haradasa 20 adda qəzet çapdan çıxmasına baxmayaraq, Azərbaycan dilində qəzetlərin nəşri tamamilə qadağan olunmuşdu.

Bununla belə, get-gedə daha çox durğunluq kimi başa düşülən stabillik bütün SSRİ-də adi həyat qayəsi kimi qaldı və baş verə biləcək naməlum nəticələrin qorxusundan riskə getməmək meyili hesabına gücləndi. Bu vəziyyət Brejnevdən sonra gələn Yuri AndropovKonstantin Çernenkonun hakimiyyət başında olduğu illərdə geniş şəkildə davam etdirildi. Mövcud vəziyyətlə bağlı ilk etiraz səsləri sovet sistemi daxilindəki ziddiyyətlərlə əlaqədar deyil, Arazın o tayında inqilabın doğurduğu əks-səda ilə bağlı eşidildi.

İranla sərhədin cənubunda tarixi hadisələrin sürətli gedişinin yeni dövrü-böhranın təsiri şimalla müqayisədə, kəskin fərqlənən yeni dəyişikliklərin müşayiəti ilə başlandı. Bir neçə onillik əvvəl olduğu kimi bu dəfə də Təbriz həyəcan dalğasının başlıca mərkəzinə çevrildi.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 31 mart.- S.14.