Mübariz Qurbanlı: “Bu fikirlərin yayılmasında Eldar Namazov da, Rüstəm İbrahimbəyov da olduqca maraqlı görünürlər”

 

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının Səs TV-yə müsahibəsi  

 

- Mübariz müəllim, son dövrlərdə bir sıra mətbuat orqanlarında Rusiya Azərbaycan münasibətləri müxtəlif formada şərh olunur. Azərbaycanın xarici siyasətində Rusiya Azərbaycan münasibətlərinin rolunu və yerini necə qiymətləndirirsiniz?

- Azərbaycan hazırda müstəqil siyasət yeridir. Bizim siyasətimizin konseptual əsasları ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılıb və bu konseptual əsaslar üzərində də bu gün Azərbaycanın xarici siyasəti həyata keçirilməkdədir. Prezidentimiz İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, bizim xarici siyasətimizin əsas xüsusiyyəti onun müstəqil olmasıdır. Yəni, biz müstəqil siyasətimizi müstəqil prinsiplər əsasında qurmuşuq. Bizim xarici siyasətimiz Azərbaycanın milli maraqlarına yönəlib və Azərbaycanın milli maraqlarını qorumaq bizim əsas hədəfimiz, əsas vəzifəmiz və ciddi olaraq bu iş üzərində dayandığımız məsələdir. Azərbaycan dünya siyasətində getdikcə öz mövqeyini möhkəmləndirir, bölgənin lider dövlətidir. Azərbaycanın xarici siyasəti daha çox ölkələrlə münasibət qurmağa yönəlib. Hazırda Azərbaycan 145 ölkə ilə ticari, iqtisadi əlaqələr saxlayır. Ermənistan istisna olmaqla, ölkəmiz demək olar ki, dünyanın əksər regionları, dövlətləri ilə, xüsusilə aparıcı ölkələrlə ticari, iqtisadi əlaqələr həyata keçirməkdədir.

Məlumdur ki, dünyanın siyasətini müəyyənləşdirən "Böyük 8-lik"  var. Bundan başqa dünya iqtisadiyyatını, maliyyə sistemini, dünyanın üzləşdikləri çətinlikləri həll etmək üçünBöyük 20-lər” toplantılar keçirir. BuBöyük 20-lər”ə o ölkələr daxildir ki, həmin ölkələrin ümumi daxili məhsulu və iqtisadi gücü dünya siyasətinə təsir etmək imkanına malikdir və həlledici rol oynayan dövlətlərdir. “Böyük 20-lər”in sırasında bizim müttəfiqimiz və dostumuz olan Türkiyə də var. “Böyük 20-lər”in sırasında “Böyük 8-lik” də var. Bunların arasında ABŞ, Fransa, Böyük Britaniya, Rusiya, İtaliyas. bu kimi ölkələr vardır. Bunları nə üçün xatırladıram? Çünki, biz özümüz də “Böyük 20-lər”in toplantılarına dəvət olunuruq. Biri varBöyük 20-lər”, birivar oraya dəvət olunan ölkələr. Buraya o ölkələr dəvət olunur ki, həmin ölkələr dünya maliyyəsinə, dünya iqtisadiyyatına müəyyən dərəcədə təsir göstərə bilir. Buna görə də Azərbaycanın xarici siyasəti həm bir tərəfdən Ermənistanın təcavüzü ilə yaranmış vəziyyətdə Azərbaycanın mövqelərini möhkəmləndirməyə, digər tərəfdən isə, ticari, iqtisadi əlaqələri genişləndirməyə yönəldilib. Bu əlaqələrdə bizimlə qonşu olan Rusiyanın özünə məxsus roluyeri vardır. Rusiya Azərbaycanla tarixi ənənələrə və tarixi münasibətlərə malik ölkədir. Rusiya şimal qonşumuz olaraq böyük iqtisadi potensiala malikdir. Eyni zamanda Rusiyanın bu bölgədə siyasi təsirlə bərabər, iqtisadi imkanları da böyükdür. Bizim Rusiya ilə münasibətlərimizin əsaslarında bu ölkə ilə imzaladığımız müqavilələr dayanır, bu müqavilələr əsasında da münasibətlərimiz tənzimlənir. Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və bu səviyyədə qorunmaqdadır. Prezident İlham Əliyev bu yaxınlarda Rusiya telekanallarından birinə verdiyi müsahibədə də Rusiya-Azərbaycan münasibətlərinə xüsusi diqqət yetirmiş və münasibətlərin inkişafında Azərbaycanın maraqlı olduğunu qeyd etmişdi. Əlbəttə RusiyaRusiya siyasəti demək olmaz ki, yekcinsdir. Rusiyanın duması var, Rusiya siyasətində ayrı-ayrı maraqları ifadə edən dairələr var, Rusiyanın iqtisadi həyatında da müxtəlif dairələri ifadə edən adamlar var. Amma, bütövlükdə dövlət səviyyəsində Rusiyanın prezidenti, baş naziri, Rusiya hökuməti səviyyəsində Azərbaycanla münasibətlər yüksək səviyyədədir. Onu da qeyd edim ki, Rusiyada azərbaycanlılar var, onların yaratdığı qurumlar var, Ümumrusiya Azərbaycan Konqresi  var. Bununla yanaşı, Rusiyanın bölgələri ilə də əlaqələr mövcuddur. Məsələn, Bakının bir neçə rayonu Rusiyanın ayrı-ayrı bölgələri ilə əlaqələrə malikdir. Yəni dövlətlərarası münasibətlərimiz kifayət qədər sanballı əsaslara söykənir və münasibətlər normal məcrada inkişaf edir. Rusiya ilə münasibətlərə Azərbaycan böyük önəm verir, Rusiya hakimiyyəti də Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Beynəlxalq təşkilatlarda da bizim əlaqələrimiz, humanitar sahədə əlaqələrimiz yüksələn xətt üzrə inkişaf edir.

- Ölkənin bəzi mətbuat orqanlarında Azərbaycandakı bəzi antimilli qüvvələr, Rüstəm İbrahimbəyovun, Eldar Namazovun məhz Rusiyadan dəstək aldığını iddia edən xəbərlər yer alır. Bu məlumatlar nə qədər həqiqətə uyğundur?

- Həqiqətən də Azərbaycan mətbuatında belə fikirlər səsləndirilir ki, guya Eldar Namazov, onun qrupu və yaxud Rüstəm İbrahimbəyov Rusiya tərəfindən dəstəklənir, onlar Rusiyanın adamlarıdır və s. Bilirsiniz, bu fikirlərin yayılmasında Eldar Namazov da, Rüstəm İbrahimbəyov da olduqca maraqlı görünürlər. Çünki, onlar Rusiyanın adamı olduqlarını hansısa bir formada cəmiyyətə sızdırmaq, bununla da müəyyən mənada Rusiyanın dövləti səviyyəsində, Rusiya hakimiyyəti səviyyəsində müdafiə olunduqlarını cəmiyyətə hansısa bir formada çatdırmaq istəyirlər. Əlbəttə bu, tamamilə yanlışdır. Mən bir az öncə də qeyd etdim ki, dövlət səviyyəsində Azərbaycanda hansısa bir siyasi dairəni, qrupu, şəxsi nə Rusiya, nə ABŞ, nə də ki, Avropa dövlətləri müdafiə etmir. Radikal müxalifətin də nümayəndələri bəzən belə bir təəssürat yaratmaq istəyirlər ki, guya onları ABŞ və ya Avropa dövlətləri səviyyəsində müdafiə edirlər. Bu da yanlışdır. Bizim Avropa İttifaqı ilə, ABŞ-la, Asiya ölkələri ilə, o cümlədən də Rusiya ilə dövlətlərarası münasibətlər səviyyəsində heç bir problemimiz yoxdur. Bu cür təəssürat yaratmaq istəyən şəxslərin, dairələrin məqsədi odur ki, bunlar özlərinin “qiymətli”, “yararlı” olduqlarını nümayiş etdirsinlər. Məsələn, sıradan insanlara belə bir fikir aşılasınlar ki, biz gör nə qədər böyüyük ki, bizi hansısa bir dövlətin rəhbəri səviyyəsində müdafiə edirlər və ya dəstəkləyirlər. Bu, tamamilə yanlışdır, doğru deyil. Rüstəm İbrahimbəyov Rusiyada yaşayır, Rusiyada müəyyən mədəniyyət, incəsənət xadimləri ilə münasibətləri olan adamdır. Amma, Rüstəm İbrahimbəyovu Rusiyanın siyasi dairələrində kimsə müdafiə edə bilməz, çünki onun siyasi dairələri hökumət səviyyəsində Azərbaycanla münasibətlərə böyük qiymət, önəm verir. Ola bilər ki, Rüstəm İbrahimbəyovu Rusiyada hansısa qruplar müdafiə etsin, hansısa qruplarla onun iqtisadi maraqları olsunonlar tərəfindən dəstəklənsin. Rusiya mətbuatı yekcins deyil, Rusiya mətbuatında da Rüstəm İbrahimbəyovun söylədiyi fikirləri kimsə yaysın, ifadə etsin. Dərinə getdikdə həmin qruplarla erməni qrupların daha sıx bağlı olduğunu da biz görə bilirik. Ona görə də Rüstəm İbrahimbəyovun və Eldar Namazovun müəyyən poz verərək, guya Rusiyadan böyük dəstək alması iddialarının heç bir əsası yoxdur. 

Bu yaxınlarda mətbuatda oxudum ki, guya Eldar Namazov Rusiyaya gedib, orada görüşlər keçirib. Bilmirəm orada olub-olmayıb, mən inanmıram ki, Rusiyada hansısa ciddi siyasətçi Eldar Namazovla görüşsün, onunla söhbət etsin. İnanmıram ki, Rusiyanın hökuməti səviyyəsində kimlərsə onunla görüşməyə təşəbbüs etsin. O, orada hansısa politoloqla, mətbuat nümayəndəsi ilə söhbət edə bilər. Hesab edirəm ki, bu cür yanlış təəssüratı yaymaqda onlar çox maraqlıdırlar. Bununla da Azərbaycan cəmiyyətində, müəyyən dairələrdə belə fikir yaratmaq istəyirlər ki, guya onlar müdafiə olunurlar. Bu, doğru deyil. Rusiyanın hökuməti və dövlət səviyyəsində bizim münasibətlərimiz yüksək səviyyədədir. Sizi əmin edirəm ki, bəlkə də Rusiyanın siyasi elitasında, rəhbərliyində olan adamların böyük əksəriyyəti Eldar Namazovun mövcudluğu haqqında məlumata malik deyil. Ola bilər Rüstəm İbrahimbəyovu bir rejissor kimi tanısınlar, amma Eldar Namazovu orada kiminsə ciddi bir şəxsin, siyasətçinin tanıdığı haqqında fikir söyləməyin özü bir sadəlövhlük olar. Rüstəm İbrahimbəyov kinorejissor kimi fəaliyyət göstərib. Onun Rusiyanın tanınmış kino rejissoru, ssenaristi Mixalkovla böyük problemləri, məhkəmə çəkişmələri olub. Mixalkov özü Rusiyada dövlətçilər deyilən qrupa daxildir. Bunun özübir daha göstərir ki, Rusiyanın dövlət siyasəti səviyyəsində nümayəndələri Rüstəm İbrahimbəyovla əlaqədə ola bilməz və onu hansısa bir formada müdafiə edə bilməz. Rüstəm İbrahimbəyovun əlaqələri yalnız o qrupla, o media ilə ola bilər ki, onlar antiAzərbaycan mövqedə dayanıblar, bütövlükdə neoimperiya siyasətini yeritmək istəyən dairələrdir. Eyni zamanda Cənubi Qafqazda yaranmış olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ziyanına çalışan dairələrdir. Bu cür qruplarla, dairələrlə Rüstəm İbrahimbəyovun əlaqəli olduğunu söyləmək tamamilə mümkündüronun çıxışları da, müsahibələri də, açıqlamaları da bunu söyləməyə əsas verir.

- Rüstəm İbrahimbəyov Azərbaycan ictimaiyyətində özünün vətənpərvər obrazını yaratmağa çalışır və “Ultimatum” pyesi vasitəsilə guya ki, Azərbaycan Demokratik Cümhuriyyəti ilə bağlı həqiqətləri ictimaiyyətə çatdırdığını iddia edir. Bu iddialar nə qədər əsaslıdır? 

- Bir məsələni qeyd etmək istəyirəm ki, ümumiyyətlə, Azərbaycanda dissident hərəkatı olmayıb. Azərbaycan ədəbiyyatında, incəsənətində, mədəniyyətində ötən əsrin 70-80-ci illərində sovet sistemini, sovet rejimini tənqid edən yazılar, vətənpərvər ruhlu şeirlər olub. Mərhum şairimiz Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması kimi bir əsər ortada olub. O dövrdə “Qobustankimi jurnallar ortada olub. Mərhum akademikimiz Ziya Bünyadovun tarixi əsərləri olub. Belə nümunələrimiz vardır. Azərbaycanda nəyə görə dissident hərəkatı olmayıb? Ona görə ki, o dövrlərdə Azərbaycana ulu öndər Heydər Əliyev rəhbərlik edib. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda mədəniyyətin, incəsənətin inkişafına böyük təkan verilib, milli ruhda yazılan əsərlərə görə, kimləri isə təqib etməyiblər. Məhz bunu sayəsindədir ki, Azərbaycanda o dövrdə milli ruhmilli tariximizi öyrənmək və özünün keçmişinə qayıtmaq, özünü dərk etmək istiqamətində böyük işlər görülüb. Hətta ulu öndər Heydər Əliyevə sonralar, ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra sual verdilər ki, niyə Azərbaycanda dissident yox idi. Ulu öndər dedi ki, ona görə ki, biz dissident ovuna çıxmamışdıq. Əksinə, Heydər Əliyev milli ruhlu şəxsləri, ziyalıları qoruyub, onları hər zaman himayə edib. Bunun da sayəsində o dövrdə milli ədəbiyyatımızda, kinomuzdas. çox dəyərli əsərlər meydana gəlib. Amma o dövrdə biz Rüstəm İbrahimbəyovun çəkdiyi filmlər və yaxud yazdığı ssenarilərdə hansısa bir sovet rejimini qaralayan, aşağılayan, tənqid edən bir əsəri ortada görmürük. OnunUltimatumpyesi haqqında son günlərdə mətbuatda yazılar getməkdədirlər. Bu pyes 80-ci illərin əvvəllərində tamaşaya qoyulub. Guya bu əsər tamamilə dissident mövzusunda yazılan bir pyesdir. Bu pyesi kim oxusa, görər ki, bu tezis tamamilə yanlışdır. Bunun da arxasında yenə də Rüstəm İbrahimbəyov personasını hansısa bir formada, başqa rəngdə cəmiyyətə təqdim etməkdir. Əslində “Ultimatum” pyesində Azərbaycan Xalq Cümhuriyyəti, onun liderləri ələ salınır. “Ultimatumpyesinin qayəsini nə təşkil edir? 28 apreldə Cümhuriyyət hökumətinə, Azərbaycanın o dövrdəki parlamentinə Çingiz İldırımın ultimatum təqdim etməsi və bundan əvvəlki hadisələr təsvir olunur. Yəni bu pyesi oxuyan adam görə bilər ki, cümhuriyyət liderləri nəinki orada yüksəklərə qaldırılır, əksinə daha da aşağıya endirilir. Məsələn, “Ultimatumpyesi məzmunca “26 Bakı komissarları” bədii filmi ilə oxşarlıq təşkil edir. Onu bu cür şişirtmək, Rüstəm İbrahimbəyovun simasında dissident obrazı yaratmaq hamısı yanlışdır və onların da arxasında yenə müəyyən məqsədlər dayanır. Cəmiyyətin müəyyən hissəsində Rüstəm İbrahimbəyov haqqında hansısa mif yaratmağa çalışırlar. Rüstəm İbrahimbəyovun çəkdiyi filmlərdə sovet sistemi, qaydaları təbliğ olunub. Bu filmlərin içərisində “Səhranın bəyaz günəşi” filmivar. Bu filmdə bolşevizm təbliğ olunur. Macəra janrında çəkilmiş filmdir. Söhbət bu filmin yaxşı və ya pis olmasından getmir. İdeyasına gəldikdə orada hansısa bir dissidentlik görünmür.

 

(Ardı var)

 

 

Səs.- 2013.- 4 may.- S.10.