Azərbaycan - ATƏT əlaqələrində ölkəmizin milli təhlükəsizliyi məsələsi

 

ATƏT-in bir təşkilat kimi güclənməsi, Avropanın münaqişəli bölgələrində sabitliyin bərqərar olunması işinə fəal müdaxilə etməsi, sülh və təhlükəsizlik məsələləri üzrə bütün Avropa dövlətlərinin səylərinin birləşdirilməsi, sözsüz ki, müstəqillik və demokratik dövlət quruculuğu yolu tutmuş, lakin Ermənistan və onu himayə edən dövlətlərin təcavüzünə məruz qalmış Azərbaycan üçün çox böyük tarixi əhəmiyyət kəsb etmişdir. Məhz bu sammitdə Azərbaycan Avropanın bu və ya digər bölgələrində münaqişəli məsələlərin həll edilməsinin ayrı-ayrı dövlətlərin inhisarından ATƏT-in ixtiyarına verilməsinə nail olmuşdur. Məhz Ə.Həsənov göstərir ki, Azərbaycan tərəfinin tələbi ilə dövlət başçıları bütün münaqişələrin, o cümlədən, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin bir dövlətin şəriksiz nəzarətində qalmasının yolverilməzliyini təsdiq etmiş, çoxmillətli və proporsional əsasda ATƏT-ə məxsus sülhməramlı qüvvələrin yaradılması, Dağlıq Qarabağ zonasına göndərilməsi haqqında qərar qəbul etmişlər.

Sammitin işinin konkret yekunu "Yeni dövrdə əsil tərəfdaşlığa doğru" adlı siyasi bəyannamənin, "ATƏT-in BMT ilə əməkdaşlığı" va "Dağlıq Qarabağ münaqişəsi  ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" adlı qətnamələrin qəbul edilməsi oldu.

Bu məsələ ətrafında Rusiya və ABŞ nümayəndələri ilə fəal məsləhətləşmələr aparılmışdır. Nəticədə, ümumi razılıqla qəbul edilmiş sənədlərin əsas müddəaları ondan ibarət idi ki, iştirakçı dövlətlər münaqişədə iştirak edən tərəflərin 1994-cü il may ayının 12-də ATƏT-in Minsk Qrupu ilə birgə əməkdaşlıq şəraitində, Rusiya Federasiyasının vasitəçiliyi ilə razılaşdırılmış atəşkəsi təsdiq etmələrini alqışladılar, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə dair öhdəliklərini təsdiq etdilər və Təhlükəsizlik Şurasının münaqişənin sülh yolu ilə həlli sahəsində ATƏT-in səylərinə verdiyi siyasi dəstəyi təqdir etdilər. Bununla əlaqədar olaraq münaqişədə iştirak edən tərəfləri, birbaşa əlaqələr də daxil olmaqla, intensiv, müntəzəm danışıqlara çağırdılar. Onlar ATƏT-in Minsk Qrupunun səylərini tamamilə müdafiə etdilər. ATƏT-in sədrinə tapşırıldı ki, danışıqlar üçün ümumi və razılaşdırılmış əsasın təmin olunması və bütün vasitəçilik və danışıqlara dair fəaliyyətlərin tam uyğunlaşdırılmasının həyata keçirilməsindən ötrü Minsk konfransının həmsədrlərini təyin etsin. Onlar Minsk Qrupunun iclaslarında birgə sədrlik etməli və daimi Şuraya öz işlərindəki irəliləyişlər barədə mütəmadi olaraq məlumat verməlidirlər.

Bundan başqa, iştirakçı dövlətlər Minsk konfransı həmsədrlərinə mövcud atəşkəsin davam etdirilməsinə kömək etmək üçün dərhal addımlar atmağı və silahlı münaqişə bitdikdən sonra siyasi sazişin imzalanması üçün intensiv danışıqlar keçirməyi tapşırdılar. Onlar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən silahlı münaqişə bitərkən tərəflər arasında bağlanacaq sazişdən sonra ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrini göndərmək barədə siyasi iradələrini bəyan etdilər.

Azərbaycan bu sammitdə Qafqaz regionunda baş verən münaqişəli halların aradan qaldırılması işinə, bilavasitə, ATƏT kimi nüfuzlu bir təşkilatı yaxından cəlb etməklə, münaqişənin həlli zamanı yol verilə biləcək hər hansı ədalətsizliyin və birtərəfli fəaliyyətlərin qarşısını almış və bununla da özünün ərazi bütövlüyünü, müstəqil dövlət quruculuğunu, təhlükəsizliyini və suverenliyini beynəlxalq təhlükəsizlik sistemi ilə tam əlaqələndirmiş və ATƏT-in himayəsinə bağlamışdır.

Nəhayət, qeyd etmək lazımdır ki, Budapeştdə Dağlıq Qarabağ ətrafında baş verən münaqişənin dayandırılması, atəşkəs rejiminin qorunması, münaqişənin həlli yollarının axtarılması, onun sülh yolu ilə aradan qaldırılması və Böyük Sülh Sazişinin hazırlanması ilə bağlı bütün vəzifələr ATƏT-in Minsk Qrupunaona həmsədrlik edən RusiyaFinlandiyaya tapşırıldı. Beləliklə, Dağlıq Qarabağ problemi ümumavropa təhlükəsizliyinin aktual məsələsinə çevrildi.

Budapeştdən keçən dövr ərzində Azərbaycan dövləti tezliklə sülh əldə etmək, işğal olunmuş torpaqları geri qaytarmaq, respublikamızın ərazi bütövlüyünü təmin etmək, doğma yurdlarından didərgin salınmış vətəndaşların öz ata-baba torpaqlarına qaytarmaq üçün bütün imkanlardan istifadə etmişdir. Bu illərdə Azərbaycan diplomatiyasının əsas fəaliyyət istiqamətlərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə, bilavasitə, məşğul olan ATƏT-in Minsk Qrupubu qrupun üzvü olan dövlətlərlə ayrılıqda aparılan işdən ibarət olmuşdur.

Budapeştdən başlayaraq, Minsk Qrupunun fəaliyyətində xüsusi canlanma baş vermiş və qarşıya qoyulmuş məsələnin həlli ilə bağlı mühüm addımlar atılmışdır. Keçən dövr ərzində Minsk Qrupu üzvləri dəfələrlə Azərbaycanda, Ermənistanda və əsas münaqişə zonası olan Dağlıq Qarabağda olmuş, intensiv danışıqlar və görüşlər keçirmişson nəticəyə nail olmaq üçün mühüm təşəbbüslər göstərmişlər. ATƏT-in 1996-cı ildə keçirilən növbəti Lissabon sammitində də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi əsas müzakirə mövzularından biri oldu. Gərgin müzakirələr nəticəsində beynəlxalq hüquq normalarına uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyüsuverenliyi prinsiplərini əks etdirən müddəanın yekun sənədinə salınması bu münaqişənin həlli sahəsində ATƏT çərçivəsində görülən işlərin məntiqi təzahürü idi. Lakin ATƏT-in zirvə toplantısında qərarlar konsensus yolu ilə qəbul edildiyindən Ermənistanın qeyri-konstruktiv mövqeyi bu müddəanın qəbuluna mane oldu.

Buna baxmayaraq, Azərbaycan nümayəndə heyəti qətiyyətli mövqe tutaraq bütün yekun sənədinə "veto" qoymaqla obyektiv qərarın qəbul edilməsi sahəsində ardıcıl fəaliyyətini davam etdirdi. Ə.Həsənov yazır: "Azərbaycan diplomatiyası təkzibolunmaz dəlillərlə sübut etdi ki, məhz Ermənistan özünün inadkar, qeyri-konstruktiv mövqeyi təcavüzkar siyasəti ilə regionda davamlı, ədalətli, bütün maraqları və mənafeləri nəzərə alan sülh əldə edilməsinə imkan vermir.

Azərbaycan özünün ATƏT prinsiplərinə, hamılıqla qəbul olunmuş beynəlxalq hüquq normalarına sadiqliyini, möhkəm sülhə və regional təhlükəsizliyə maraqlı olduğunu nümayiş etdirdi. Dövlət başçılarının və rəhbər xadimlərin, demək olar, hamısı Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiklərini bildirdilər. Zirvə toplantısının yekun iclasının başlanmasına çox az vaxt qalmış Azərbaycan Prezidentinin ATƏT-in sədri F.Kotti ilə keçirilən görüşü zamanı sammitin bəyannamə layihəsinin qəbul olunması istiqamətində yaranmış vəziyyət ətraflı müzakirə edildi Azərbaycanın mövqeyinin tamamilə haqlı olduğunu və ATƏT tərəfindən dəstəkləndiyini nəzərə çatdıran F. Kotti yekun iclasında bu məsələyə dair verəcəyi bəyanat və irəli sürülən üç prinsip barədə Azərbaycan Prezidentinə ətraflı məlumat verərək bildirdi ki, ATƏT Ermənistan-Azərbaycan münaqişəsinin bu üç əsas prinsip zəminində həllinə xüsusi diqqət yetirəcək. Belə bir vəziyyətdə Azərbaycanın mənafelərinin əsasən təmin edildiyini nəzərə alaraq, sammitin müəyyən yekun sənədi qəbul etməsinə imkan yaratmaq üçün Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan münaqişəsinin həlli prinsipləri haqqında ATƏT sədri adından bəyanat verilməsinə və yekun sənədinə qoyduğu "veto"nu götürməyə razı oldu. Nəhayət, ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan və Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək özünüidarəetmə dərəcəsi verən hüquqi status, Dağlıq Qarabağın və onun bütün əhalisinin təminatlı təhlükəsizliyi prinsiplərini əhatə edən bəyanatı Lissabon sammitinin rəsmi sənədi kimi qəbul edildi."

Beləliklə, ATƏT-in 54 dövlət başçısının iştirak etdiyi Lissabon zirvə toplantısı ümumdünyaümumavropa məsələlərinin strateji, perspektiv inkişaf meyillərini aydınlaşdırmaqla və müəyyənləşdirməklə bərabər, ilk dəfə olaraq, Qafqazda gedən proseslərin, xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini, ümumixüsusi cəhətlərini, həlli yollarının hüquqi-siyasi çərçivəsini açıqladı.

Lissabon sammitindən sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinin intensivləşməsi və münaqişə tərəfləri olan Ermənistan və Azərbaycanla çoxsaylı müzakirələrin aparılması münaqişənin həllinə dair yeni təkliflərin hazırlanması ilə yekunlaşdı. Lakin tərəflərə təqdim olunan təkliflərlə bağlı qərarın qəbulu ərəfəsində hər dəfə Ermənistanda vəziyyətin gərginləşməsi 1997-ci ildə prezident L. Ter-Petrosyanın istefaya getməsi, 1999-cu ildə isə Ermənistan parlamentində terror aktının baş verməsi ilə müşayiət olundu. Bu isə Minsk Qrupunun vasitəçilik missiyasına zərbə vuraraq, münaqişənin tənzimlənməsi prosesinə mane oldu.

Buna baxmayaraq, Azərbaycan ATƏT ilə əməkdaşlığı davam etdirərək, münaqişənin bu təşkilat çərçivəsində sülh yolu ilə tənzimlənməsinə dair mövqeyindən imtina etmədi. Amma vasitəçilik missiyasının yerinə yetirilməsi prosesində ATƏT-in işğalçı ilə işğala məruz qalmış tərəf arasında tarazlığı gözləməsi, obyektivprinsipial mövqedən çıxış edərək təcavüzkarı beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa sövq etmək əvəzinə loyallıq nümayiş etdirməsi münaqişənin tənzimlənməsində irəliləyişin əldə olunmasına stimul vermir. Bununla belə, ATƏT bu sahədə öz missiyasını davam etdirir.

Ə.Həsənovun fikrincə, Azərbaycanın ATƏT ilə əməkdaşlığının digər mühüm istiqamətini demokratik cəmiyyət quruculuğunun fundamental prinsiplərinin təmin olunması sahəsində qarşılıqlı fəaliyyət təşkil edir. Azərbaycanda demokratik təsisatların təşəkkülü və inkişafı, dünyanın qabaqcıl təcrübəsinə əsaslanan qanunvericilik bazasının formalaşması, vətəndaş haqlarının qorunması, söz azadlığının təmin olunması sahəsində ATƏT ilə qurulmuş səmərəli əməkdaşlıq ardıcıl olaraq həyata keçirilir.

Prezidentparlament seçkiləri dövründə seçki qanunvericiliyinin hazırlanması prosesində ATƏT ilə intensiv məsləhətləşmələr aparılmış və verilmiş tövsiyələr nəzərə alınmış, seçki prosesinin ATƏT müşahidəçiləri tərəfindən izlənməsinə lazımi şərait yaradılmış və ATƏT-in göstərdiyi texniki yardımdan istifadə olunmuşdur.

Beləliklə, regional təhlükəsizliyin təmin edilməsində, Avropanın təhlükəsizlik sisteminə inteqrasiya olunmasında, beynəlxalq əməkdaşlığın inkişafında, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunda Qərbin sınaqdan keçmiş qabaqcıl təcrübəsindən bəhrələnərək, onun səmərəli surətdə tətbiq olunmasında ATƏT ilə əməkdaşlıq edən Azərbaycan özünün strateji inkişaf yolunu bu təşkilat ilə əlaqələrini daha da dərinləşdirməklə davam etdirir.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 11 may.- S.14.