Tədqiqatçı-alimin 75 illik yubileyi qeyd olundu
Azərbaycan Yazıçılar Birliyində
Hacı Tofiq Seyidzadənin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan BSU-nun dosenti Nazim Mirzə
50 illik tələbəlik
dostu Hacı Tofiq Seyidzadənin keçdiyi şaxəli yaradıcılıq yolundan
danışaraq bu yaxınlığın təməlinin
1960-cı ildən Axundov
adına ADPİ-də tələbəlik illərindən qoyulduğunu
bildirdi. O, qeyd etdi ki, işində
dəqiq, bacarıqlı
olan dəyərli qələm sahibi, tədqiqatçı-alim, 50 kitab
müəllifi, çoxlu
elmi və publisistik məqalələrin
müəllifi Hacı
Tofiq Seyidzadə bu qədər uğurları yalnız gərgin zəhməti bahasına qazanıb:
"Bu gün Hacı
Tofiq Seyidzadə nüfuzlu ziyalı və alimdir. Biz onunla fəxr
edirik. Tanrı hər kəs üçün rəsmi çalarlar müəyyənləşdirir:
dünyaya gəlişi,
həyatda sığortalanmış
və sığortalanmamış
yaşamları ilə.
Zamanında Azərbaycanla
doğmalığı olmuş
rus şairi Sergey
Yesenin bu məqam üçün fikrini təqribən belə ifadə edib: "Filan tarixdə filan yerdə doğuldum, filan vaxt təhsil aldım, filan işdə işləyirəm.
Həyatımın qalanı şeirlərimdədir".
Natiq onun keçdiyi yolu vərəqləyərək
bildirdi ki, 34 illik pedaqoji fəaliyyəti dövründə
o, 14 il Sədərək
1 №-li kənd orta məktəbinin nəzdində fəaliyyət
göstərən axşam-qiyabi
məktəbdə direktor
əvəzi, 1996-1997-ci illərdə
Sədərək 1 saylı
orta məktəbdə
direktor vəzifələrində
çalışıb: "Pedaqoji fəaliyyətdə
uğurlar qazandığına
görə 1984-cü ildə
Naxçıvan Müəllimlərin
Təkmilləşdirmə İnstitutu onun iş təcrübəsindən
bəhs edən xüsusi bülleten buraxıb. Və pedaqoji təcrübəsi
Naxçıvan MR məktəbləri arasında
yayılması tövsiyə
edilib. MR-də
29-dan çox elmi-praktik
konfrans və müşavirələrin iştirakçısı
olub, həmçinin bu konfrans və
müşavirələrdə pedaqoji sahədə qazandığı uğurlardan
çıxışlar da
edib".
Qeyd olundu ki, onun bu
fəaliyyəti yüksək
qiymətini almış
və müxtəlif mükafatlarla təltif edilmişdir. Belə ki, Azərbaycan
SSR maarif nazirinin əmri ilə "baş müəllim",
"metodist müəllim"
adını alıb.
Azərbaycan SSR Maarif Nazirliyinin, Naxçıvan
MSSR Ali Soveti Rəyasət
Heyətinin fəxri fərmanlarına layiq görülüb. Ankara şəhərində
Beynəlxalq Uluslar Araşdırmalar Akademiyasının
fəxri professoru,
"Qızıl qələm"
mükafatı laureatı
adına layiq görülüb. Bütün bunlarla yanaşı, "İlin
alimi - İlin ziyalısı", 2012-ci ildə
yenə də həmin birliyin "İlin nüfuzlu ziyalısı", Xeyriyyə
İctimai Birliyinin
"Müqəddəs kəlam"
və Azərbaycan Jurnalist Həmkarlar İttifaqının (Azərbaycan
KİVİH) "Xalqın nüfuzlu ziyalısı"
fəxri diplomları ilə təltif edilib. Bu günlərdə
Azərbaycan Respublikası
"Avropa Nəşr
Mətbu Evi" komissiyasının qərarı
ilə Qızıl medala layiq görülüb.
Tədbirdə çıxış edən
AMEA-nın Torpaqşünaslıq
və Aqrokimya İnstitutunun laboratoriyasının
müdiri professor Paşa
Zamanov əməksevər,
tarixçi alimin Sədərək tarixini araşdırdığını və sanballı əsərlərin müəllifi
olduğunu bildirdi.
ADPU-nun tarix fakültəsinin dosenti İbadulla Məmmədov, Azərbaycanın
əməkdar zootexniki
İslam Məmmədov,
"Azad Azərbaycan" qəzetinin
şöbə müdiri,
yazıçı-rejissor Ağalar
İdrisoğlu, alim, şair Şamil Zaman, şair Oqtay Rza və
başqaları çıxış
edərək, H.T.Seyidzadənin
şəxsi dəyərlərindən,
elmi, publisitik, pedaqoji fəaliyyətindən
danışaraq, öz
zəhməti ilə uğurlar qazandığını
bildirdilər.
Tədbirdə ARME-nin aktyorları H.T.Seyidovun qələmə
aldığı "Sədərək
şairləri" kitabından
nümunələr səsləndirdilər. Sonda yubiliyar
Hacı Tofiq Seyidov tədbir iştirakçılarına və
bu yubileyi təşkil edənlərə
öz minnətdarlığını
bildirdi.
NƏZAKƏT
Səs.- 2013.- 17 may.- S.7.