Şəmkirdə ümumrespublika 6-cı Kitab bayramı keçirilib

 

Dünən Şəmkir rayon icra hakimiyyəti, YAP Şəmkir rayon təşkilatı və Mərkəzləşdirilmiş Kitabxana sistemi rayon şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubleyi münasibəti ilə ümumrespublika 6-cı kitab bayramı keçirldi. Rayonun İstiqlal parkında keçirilən tədbirdə Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov çıxış edərək Ulu Öndərin bir insan ömrünə sığmayan şərəfli həyat yolundan danışıb: "Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərində Azərbaycanın gələcəyi üçün çalışmışdır. Xalqının xilaskarı olan Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi olması üçün tarixi missiyanı ləyaqətlə yerinə yetirmişdir. Bu gün xalqımız fəxr edir ki, Azərbayacana Ulu Öndərin layiqli davamçısı İlham Əliyev kimi böyük siyasətçi Lider rəhbərlik edir".

Mərkəzləşdirilmiş kitabxana sistemi Şəmkir rayon şöbəsinin direktoru Sahibə Əmiraslanova bütün həyat və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan, Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən bəhs etmiş, Onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirdi. Qeyd etdi ki, Ulu Öndərin əsasını qoyduğu uğurlu sosial-iqtisadi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığı, sosial-iqtisadi sahədə, regionların iqtisadi inkişafında böyük irəliləyişlərə nail olmuşdur.

Şəmkir rayon icra hakimiyyəti başçısının təhsil, səhiyyə, mədəniyyət və humanitar məsələlər üzrə müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirdi ki, Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Ümummilli Lider azərbaycançılıq ideologiyasında vahid millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapmışdır. Ümummilli Liderin siyasi kursu bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə rayon mədəniyyət və turizm şöbəsinin müdiri Qüdrət Əliyev, rayon gənclər və idman idarəsinin rəisi Pərvin Gözəlov, rayon 8 saylı uşaq bağçasının direktoru Validə Şükürova və başqaları ömrünü millətinə və Vətəninə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin daim qorunması, mədəniyyətimizin hər zaman inkişafı üçün gördüyü misilsiz işlərdən danışdılar.

Sonra kitab sərgisinə baxış keçirildi. Həmçinin, rayon məktəblilərinin, müsiqiçilərinin ifaları oldu. Sonda bir qrup oxuculara və məktəblilərə YAP Şəmkir rayon təşkilatı tərəfindən qiymətli hədiyyələr verildi.

 

 

ÜLVİ 

 

Səs.- 2013.- 17 may.- S.10