Avropaya inteqrasiyada
Azərbaycan-Avropa İttifaqının rolu
Regionlaşma
siyasətini dəstəkləmək, getdikcə təkmilləşdirmək
və "milli dövlətlərə" qarşı
strukturlaşmış real region hakimiyyəti qoymaq məqsədilə
Avropa İttifaqının tərkibində fəaliyyət
göstərən "Beynəlxalq sərhədsiz əməkdaşlıq
birliyi" adlı xüsusi bir qurum yaradılıb. Bu birlik
milli hökumətlərlə region birlikləri arasında səlahiyyətlərin,
vergi artırmalarının tənzimlənməsi, öz səlahiyyətləri
çərçivəsində beynəlxalq sazişlərin,
müqavilələrin bağlanması ilə məşğul
olur.
İlk
beynəlxalq regionlar, əsasən, Avropa İttifaqının
sərhədləri çərçivəsində
İtaliyadan Hollandiyaya qədər olan böyük azad ticarət
koridorunu təşkil edən ərazidə, daha sonra
Belçika, Almaniya, İsveçrə, İtaliya,
Lüksemburq sərhədlərinin qovşağında,
Avropanın tarixi vilayətləri hesab olunan Limburq, Saar, Elzas,
Lotaringiya ərazisində yaranmış və Strasburq,
Maastrixt kimi Avropanın inteqrasiyası mərkəzlərinin
inkişafına təkan vermişdir. Az sonra Mərkəzi və
Şərqi Avropanın mühüm əhəmiyyət kəsb
edən 300-ə qədər regionunda belə birliklər
yaranmış və müvəffəqiyyətlə fəaliyyət
göstərirlər. İndi regionlaşdırma Avropa sərhədlərini
aşaraq Asiyanın, Latın Amerikasının, Afrikanın,
Rusiya, Ukrayna, Orta Asiya, Qafqaz və Xəzər regionunun əlvərişli
geosiyasi məhəllələrində həyata keçirilir.
Yaxın gələcəkdə Avropa İttifaqı bu ərazilərdə
qlobal iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya və b.
proqramlarını həyata keçirmək üçün
özünün bütün maliyyə və texnoloji
imkanlarını işə salmaq fıkrindədir. Hazırda
Avropa İttifaqı daha geniş ərazidə öz siyasətini
yeritməyə can ataraq, müxtəlif cəlbedici proqramlar həyata
keçirir. Bunların içərisində birliyin genişlənməsi,
onun qonşulan ilə əlaqələrin intensivləşdirilməsi
və s. proqramlar qeyd oluna bilər. Avropa İttifaqı XXI əsrin
qloballaşma hərəkatında vahid strategiya ilə
çıxış edərək, ABŞ üçün əsil
rəqabət şəraiti yaradır, onun qloballaşmada
hegemon roluna mane olmağa çalışır. İndi
bütün dünyada ABŞ, yoxsa Avropa İttifaqının
vasitəsi və yolu ilə qloballaşmanın daha cəlbedici
və əhəmiyyətli olduğu müzakirə edilir.
İqtisadi və
siyasi potensiahna görə beynəlxalq aləmdə mühüm təsir
gücünə malik olan Avropa İttifaqı dünya ölkələri
ilə çoxşaxəli əməkdaşlıq əlaqələri
qurmuşdur. Səviyyəsinə və xarakterinə görə
fərqlənən bu əlaqələr
üçüncü qrup Avropa ölkələri ilə
(Avropa Şurasma daxil olan dövlətlərlə) hələ
ki, xüsusi proqramlar çərçivəsində həyata
keçirilir. Həmin proqramlar əməkdaş ölkələrlə
iqtisadi, sosial, mədəni əlaqələrin geniş
spektrini əhatə edir və daha çox bu ölkələrin
daxili həyatında struktur islahatlarının
aparılmasına yönəlib.
Əli
Həsənov göstərir ki, Azərbaycanla birlik
arasındakı əlaqələr də məhz belə
proqramlar çərçivəsində müxtəlif sahələr
üzrə: iqtisadi və sosial islahatlara yardım, Şərq-Qərb
nəqliyyat-kommunikasiya (TRASEKA) dəhlizinin yaradılması,
infrastrukturların inkişafı və s. istiqamətlərdə
aparılır. 1993-cü ildən başlayaraq Azərbaycan
Avropa İttifaqı ilə münasibətlərdə
maraqlı olduğunu bəyan etmiş və bu qurumla müxtəlif
sahələrdə əlaqələr qurmağa
başlamışdır.
1996-cı
ildə Prezident Heydər Əliyev İttifaqın
hazırladığı "Tərəfdaşlıq və əməkdaşlıq
haqqında saziş"ə imza atmış və Azərbaycanın
bu qurumla rəsmi əlaqələrini yaratmışdır.
Proqram çərçivəsində Avropa
İttifaqının Azərbaycanda bazar iqtisadiyyatı
münasibətlərini inkişaf etdirməsi məqsədilə
bəzi struktur islahatlarının apanlmasına, özəlləşmə
proqramına, infrastruktur layihələrinin reallaşmasına
maddi və texniki yardımlar nəzərdə tutulmuşdur. Təkcə
2001-ci ilə qədər Avropa İttifaqı bu proqram çərçivəsində
100 milyon avrodan çox vəsait qoymuşdur.
SSRİ
dağıldıqdan sonra, 1991-ci ildə Avropa İttifaqı
yeni, müstəqil dövlətlərdə iş aparmaq,
demokratik islahatlar keçirmək, bazar iqtisadiyyatı
infrastrukturları yaratmaq, ölkələrarası ticarət,
nəqliyyat, gömrük-keçid işlərini inkişaf
etdirmək üçün xüsusi TASİS proqramı
hazırlayıb və onu maliyyələşdirir. Məhz elə
bu proqram çərçivəsində 1993-cü ildə
Brüsseldə Avropa İttifaqının təşəbbüsü
ilə "Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi"
(TRASEKA) layihəsi irəli sürülmüş və Azərbaycan,
Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Türkmənistan, Tacikistan və Ermənistan nümayəndələrinin
iştirakı ilə onun müzakirəsi
keçirilmişdir. Müzakirənin nəticəsi olaraq
"Brüssel bəyannaməsi" adlı iki rəsmi sənəd
imzalanmış və qədim Şərq-Qərb "İpək
yolu" dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının yenidən
qurulması və inkişaf etdirilməsi qərara
alınmışdır.
Ə.Həsənov
yazır ki, 1993-1998-ci illərdə TRASEKA-nın işçi
qrupu Almatı, Vyana, Venesiya, Afina və Tbilisidə beş iclas
keçirmiş, layihədə iştirak edən ölkələrin
nəqliyyat infrastrukturlarının müəyyənləşdirilməsi
və yenilərinin tikilməsi məqsədilə bəzi
proqramlar qəbul etmiş və görülən işlərə
qiymət vermişdir.
TRASEKA
üzrə ən mühüm tədbir-beynəlxalq konfrans
1998-ci ilin sentyabr ayında Bakıda keçirilmişdir. Avropa
İttifaqı Komissiyasının təşkilatçılığı
ilə keçirilən bu tədbirdə TRASEKA
proqramının iştirakçısı olan 32 dövlətin
ən yüksək dərəcəli nümayəndə heyəti
ilə yanaşı, 13 beynəlxalq və regional qurumların
da nümayəndələri iştirak etmişdir.
Konfransın sonunda Avropa İttifaqı Komissiyası,
iştirakçı ölkələrin rəhbərləri
"Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya dəhlizinin
inkişafına dair çoxtərəfli saziş" adlanan
mühüm bir sənəd imzalamışlar. Bundan başqa
iştirakçılar adından Avrasiya ölkələri
arasında hərtərəfli əməkdaşlıq və
regional inteqrasiyanın əsas prinsiplərini əks etdirən
"Bakı bəyannaməsi" də qəbul edilmişdir.
Beynəlxalq konfransda TRASEKA layihəsinin işlərini
planlaşdırmaq və həyata keçirilməsini
koordinasiya etmək məqsədilə Bakı şəhərində
xüsusi "mənzil-qərargah"ın yaradılması
qərara alınmışdır.
TRASEKA
sammitində səsləndirilən məruzələrdə həm
Avropa Komissiyasının, həm də üzv ölkələrin
Avrasiyada - Cənubi Qafqaz, Orta Asiya və Qara dəniz bölgəsində
regional əməkdaşlığı və iqtisadi
inteqrasiyasının əhəmiyyətindən,
qarşılıqlı maraqları ifadə etməsindən və
beynəlxalq inteqrasiya proseslərinə verəcəyi töhfələrdən
bəhs edilmişdir.
Avropa
İttifaqı Azərbaycanla əlaqələrini təkcə
TRASEKA layihəsi və "Tərəfdaşlıq və Əməkdaşlıq
sazişi" çərçivəsində deyil, həm də
Cənubi Qafqazda həyata keçirilən ümumi regional əməkdaşlıq
layihəsi, Avrasiya bölgəsində sülhün, sabitliyin
və iqtisadi tərəqqinin təmin olunmasına yönəlmiş
digər proqramlar çərçivəsində
reallaşdırılır. Bu mənada, Aİ Rusiyanın MDB
məkanında həyata keçirmək istədiyi
"Avrasiya inteqrasiyası" proqramına alternativ kimi
çıxış edir. Əslində, Rusiyanın TRASEKA
proqramına və Avropa İttifaqının Avrasiyadakı,
xüsusən, Cənubi Qafqazdakı digər təşəbbüslərinə
qısqanclıqla yanaşması bu mənada başa
düşüləndir. Rusiya özünün bu bölgədəki
ənənəvi təsir dairəsini qorumağa
çalışdığı bir məqamda, Avropa
İttifaqı da xüsusi geosiyasi əhəmiyyəti olan bu
regionda gedən proseslərə biganə qalmaq fikrində
olmadığını açıq-aşkar ortaya
qoymuşdur. Odur ki, Avropa İttifaqı region ölkələri
ilə həm ikitərəfli, həm də regional inteqrasiya
çərçivəsində çoxtərəfli
münasibət yaradılması, gələcəkdə
onların birlikdə Avropa İttifaqı ilə
inteqrasiyası üçün çox ciddi səy göstərir.
Son
10-12 ildə Avropa İttifaqı öz sərhədlərini
daha 10 üzv və üç üzvlüyə namizəd
ölkə ilə xeyli genişləndirərək inkişaf
etmişdir. Sərhədləri genişlənən ittifaq
Avropada yeni qonşular qazanmış və bu da onu 2003-cü
ildə "Daha geniş qonşuluq: Şərq və Qərb
qonşularla yeni çərçivə teşəbbüsü"
adlı proqram qəbul etməyə sövq etmişdir.
İttifaqın xarici işlər nazirləri 2004-cü ilin
yanvarında üç Cənubi Qafqaz respublikasını bu təşəbbüsə
qatmaq üçün Avropa Komissiyasına təkliflər
hazırlamaq haqqında tapşırıq vermişlər.
Azərbaycan
Avropa İttifaqı ilə "Yeni qonşuluq siyasəti"
proqramı çərçivəsində özünün
bir çox iqtisadi, siyasi, hüquqi və inzibati
islahatlarını həyata keçirmək imkanı
qazanır, bu məqsədlə ittifaqın texniki-maliyyə dəstəyini
alır. Bundan başqa, Azərbaycan yeni proqram çərçivəsində
Aİ-dən onun daxili bazarlarına çıxış
kvotası, işçi, əmtəə, xidmət,
investisiya-kapital resurslarının sərbəst dövriyyə
imkanını əldə edir.
İttifaqla
yeni təşəbbüs çərçivəsində həyata
keçiriləcək səmərəli əməkdaşlıq
həm də Azərbaycana Avropa ölkələri ilə
qarşılıqlı iqtisadi əlaqələrin
qurulması, güzəştli ticarət və kredit rejiminin
yaradılması, əmək, bazar münasibətləri və
miqrasiya, narkobiznes və mütəşəkkil cinayətkarlıqla
mübarizə, investisiyaların təşviqi, yeni maliyyə
mənbələrinin cəlb edilməsi, Azərbaycanın
Ümumdünya Ticarət Təşkilatına qəbulunun tezləşdirilməsi
və s. kimi imkanlar açır.
Ə.Həsənov
qeyd edir ki, 1993-2004-cü illər ərzində Avropa
İttifaqı Avrasiyada, xüsusən, Cənubi Qafqazda
mövcud olan ölkələr arasında əməkdaşlığa
yardım çərçivəsində Azərbaycana
ayırdığı maddi-texniki yardımdan başqa həm də
fövqəladə və humanitar yardım, bərpa, texniki
layihə, struktur islahatları və s. proqramlar xətti ilə
yüz milyondan çox avro dəyərində işlər
görmüşdür. İttifaqın İNOGATE, ECHO və
başqa proqramları ölkəmizdə ciddi layihələri
maliyyələşdirir.
Azərbaycan
dövləti Avropa İttifaqı ilə münasibətlərində
öz xarici prioritetlərinə uyğun olaraq daha çox ikitərəfli
əlaqələrə üstünlük vərir. Aİ-nin
regional layihələrində iştirak etməklə bərabər,
Cənubi Qafqazdakı çəkisi, ümumi iqtisadi tərəqqidəki
payına görə lider dövlət olan Azərbaycan
ittifaqın xarici əlaqələrində müvafiq mövqe
tutmağa çalışır. Odur ki, Azərbaycan Aİ ilə
ikitərəfli əlaqələrin yeni formalarını
axtarır, onunla yaxınlaşmaq üçün zəruri
olan bütün lazımı təsisatları yaradır,
ittifaqın ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik
məkanına inteqrasiya olmaq istəyini nümayiş etdirir.
Ümumiyyətlə, başqa MDB dövlətləri ilə
müqayisədə Azərbaycanın bu quruma üzvlük
iddiası və bunun üçün müvafiq potensialı
daha yüksəkdir.
Əvvəla,
Azərbaycan Aİ-nin Cənubi Qafqazda üç ölkə
arasında əməkdaşlığı möhkəmlətmək
və gələcəkdə bu dövlətləri ittifaq
şəklində birliyə inteqrasiya etmək planlarına həmişə
müsbət yanaşıb və öz potensialını bu
işə qoymağa hazır olduğunu bəyan edib.
İkincisi, bölgədə sülhə, barışa, əməkdaşlığa
ən çox meyilli və bu işə yardım edə biləcək
ən imkanlı dövlət də məhz Azərbaycandır.
Bu ölkə hələ 1918-20-ci illərdə Azərbaycan
Xalq Cümhuriyyəti dövründə Cənubi Qafqazda
xalqlar arasında qarşılıqlı-faydalı əlaqələrin
bərqərar olması uğrunda ən ardıcıl iş
apararaq bu yöndə Avropa ilə əməkdaşlığa
ciddi səy göstərmişdir. 1992-ci ildən başlayaraq,
müstəqil Azərbaycan dövlətinin xarici siyasətində
də Avropa ilə inteqrasiya prioritet istiqamətə
çevrildi və Avropa İttifaqı ilə fəal əməkdaşlığa
başlandı. Üçüncüsü, Azərbaycanda
Avropa İttifaqı standartlarına cavab vərən iqtisadi,
siyasi, hüquqi və sosial islahatlar həyata keçirilir, Qərb
ölkələri ilə qlobal enerji və nəqliyyat layihələri
reallaşdırılır, ölkənin bütün daxili və
xarici inkişaf siyasəti Avropa sisteminin çevrəsində
aparılır. Avropanın Şərqə doğru genişlənməsində
strateji bir ölkə əhəmiyyəti kəsb edən Azərbaycan
Şərq-Qərb nəqliyyat-kommunikasiya xətlərinin
üzərində yerləşir. Dördüncüsü, Azərbaycan
müsəlman ölkəsi olmasına baxmayaraq, Avropa dəyərlərinə
yiyələnmiş, savadlı, demokratik təbiətli,
inkişafa meyilli, tolerant əhaliyə, təhsilli, mədəni
dəyərləri yüksək qiymətləndirilən
elitaya malikdir.
Bütün
bunlar Azərbaycanın Avropa İttifaqının yeni
qonşuluq siyasəti proqramı çərçivəsində
mühüm strateji ölkə olduğunu göstərir və
Cənubi Qafqaz ölkələrinin birliyə
inteqrasiyasında hərəkətverici dövlət statusunu təsdiqləyir.
Təsadüfi deyil ki, Gürcüstan dövlətinin
neçə illərdir ki, Avropa İttifaqına fərdi
şəkildə inteqrasiya olunmaq cəhdləri müsbət
sonluqla nəticələnmir və hər dəfə onun
birliyə Azərbaycansız qoşulmaq cəhdi uğur
qazanmır. Aİ açıq şəkildə bəyan edir
ki, Cənubi Qafqaz ölkələri birlikdə, daxili münaqişələri,
ərazi iddialarını və etnik separatizmi aradan
qaldırdıqdan, öz aralarında mehriban qonşuluq əlaqələri
yaratdıqdan sonra birlik sərhədlərinə daxil ola bilərlər.
Hətta bunun üçün təxminən 15-20 il vaxt tələb
olunduğu da proqnozlaşdırılır.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2013.- 18 may.- S.15.