Xarici təşkilatlar da müxalifətin perspektivinə inanmır
Elşən Musayev: "Müxalifət
liderləri nə qədər dərin getsələr, bir o qədər özlərini
batıracaqlar"
Müsahibimiz Demokratik Maarifçilik
Partiyasının sədri
Elşən Musayevdir
- Elşən müəllim,
müxalifətin zəifliyi,
pərakəndəliyi fonunda
müxtəlif blok və qurumların yaradılmasına
səy göstərilməsi
mövcud ağır vəziyyətin düzəldilməsinə
nə dərəcədə
yardımçı ola
bilər?
- Azərbaycan müxalifəti
illər boyu nəyə qadir olduğunu nümayiş
etdirib və elə bu mənzərəyə,
eyni zamanda, onların zaman-zaman yürütdüyü siyasətə
əsaslanaraq, bundan sonra həmin qüvvələrin görə
biləcəkləri işlərin
də dairəsini təxmin etmək olar. Amma müxalifət liderlərinə
qədər dərinə
getsələr, bir o qədər özlərini
batıracaqlar. Çünki onların xisləti, ambisiyası birlik anlayışının tam fövqündə
durur. Bu insanlarda imtina və ümumi mənafedən çıxış
etmə mədəniyyəti
yoxdur.
- Müxalifət pərakəndəliyin
aradan qaldırılması
üçün kütləvi
aksiyalar keçirməyi
planlaşdırır. Sizcə,
hədəflərinə nail olmaqda aksiyalar onlara kömək edə bilərmi?
- Hansı kütlə və ya hansı
kütləvilikdən söhbət
gedir? Bir müddət öncə
keçirmiş olduqları
aksiyaların fiaskosunu,
rəzalətini nə
tez unutdular? Axı müxalifət qüvvələrinin
bir tək təşkilatları deyil,
həm də ideyaları, fikirləri, məramları da pərakəndədir. Yaxşı
bəs bunu kim aradan
qaldıracaq? Buyurub keçirsinlər.
Eyni ilə söylədiyim kimi, nə qədər
uzun yol qət etsələr, bir o qədər də öz ifşalarına yaxınlaşacaqlar.
Müxalifət qüvvələrinə yaraşan da elə budur. Müxalifət öz abırına
hakim olmasa da, Azərbaycan qanunları öz göstərişlərinə
hakimdir və əsla hansısa siyasi qüvvə üçün xüsusi
ayrıcalıqlar tətbiq
etməyib. Hər bir
siyasi qüvvənin mövcudluğuna da, fəaliyyətinə də
bərabər təminatlar
yaradıb. Bundan sonra
da həmin rentabelliyi qoruyub saxlayacaq. Amma haqqında danışdığımız
müxalifət seçkiqabağı
hansı oyunları çıxardıb, həmin
qanunlar üzərində
hansı təhrifləri
etməyə çalışacaq-
bax, bu, artıq tam başqa bir söhbətin mövzusudur.
- Müxalifətin arxasında
hansısa xarici maraqlı qüvvələr
və beynəlxalq təşkilatlar ola
bilərmi?
- Belə bir dəstəkçiyə
nail olmaq cəhd müxalif funksionerlər tərəfindən ola bilər. Düşünürəm ki, müxtəlif
zaman kəsiklərində
də oxşar presidentlərlə qarşılaşmışıq.
Bir vaxtlar mitinqlərdə narıncı köynəklər
geyinilirdi, xarici dövlətlərin bayraqları
dalğalandırılırdı, bir başqa ölkənin prezidentinin portreti qaldırılırdı.
Və inanın, bu, elə-belə jestlər deyildi. Daha dəqiqi dünyaya
və inqilab ixrac edənlərə mesaj idi ki,
dediyiniz hər şeyi edərik, yetər ki, bizi dəstəkləyin.
İndi də belə bir halla qarşılaşmayacağımıza
kimsə zəmanət
verə bilməz.
Amma bir nüansa da toxunum ki,
beynəlxalq təşkilatlar
qeyd olunan təşəbbüsdə bulunduqları
zaman belə, bunu müxalifətə olan sevgilərindən və ya həmin
müxalifətin dəstəkçisi
olmaq arzularından irəli gəlmir. Onlar bu zavallıları
alət kimi o yan -bu yana
fırlayıb, danışdırıb,
ortaya ataraq öz
maraqlarını təmin
etməyə çalışırlar.
Vəssalam. Yoxsa kimin nəyinə
lazımdır bu uğursuzlar? Hansı özünə
hörmət edən təşkilat onların perspektivinə inanar?
Bu baxımdan, xarici maraqlı qüvvələrin
müxalifət liderləri
ilə iş birliyi reallıqdan çox-çox uzaqdır.
GÜLYANƏ
Səs.- 2013.- 22 may.- S.11.