YAP seçkilərə cəmiyyətin
maraqlarının ifadəçisi və tərənnümçüsü
olaraq qatılır
Yeni Azərbaycan Partiyasının
Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının
sədri Aydın Hüseynovun www.yap.org.az saytına müsahibəsi
-
Aydın müəllim, Yeni Azərbaycan Partiyasının
Qurultayına hazırlıq prosesi necə gedir?
-
Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinin
aparıcı siyasi qüvəsi olduğu kimi regionda və
onun hüdudlarından kənarda da böyük nüfuza malik
bir siyasi təşkilatdır. YAP həm region siyasi partiyaları
o cümlədən dünyanın aparıcı siyasi
partiyaları ilə sıx əməkdaşlıq edir. Asiya
Siyasi Partiyalarının Beynəlxalq Konfransının
üzvü olan Yeni Azərbaycan Partiyasının beynəlxalq
əlaqələri daha da genişlənməkdədir. Azərbaycan
cəmiyyətində möhkəm və sarsılmaz
dayaqları olan Yeni Azərbaycan Partiyası Ümummilli Lider
Heydər Əliyevin ideyalarının
daşıyıcısı kimi bu gün dövlətimizin
daha da qüdrətlənməsinə, cəmiyyətimizin
mütərəqqi ideyalar ətrafında inkişafına xidmət
edir. Ümummilli Lider Heydər Əliyev siyasətinin ən
layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin
rəhbərliyi ilə günü-gündən öz
iqtisadi-siyasi qüdrətini artıran ölkəmiz Cənubi
Qafqaz regionunda lider dövlətə çevrilib. Birmənalı
şəkildə vurğulamaq olar ki, YAP-ın
ideologiyasının və fəaliyyətinin əsas istiqamətini
məhz dövlətimizin, cəmiyyətimizin inkişafı,
onun qüdrətinin daha da artması, beynəlxalq münasibətlər
sistemində ölkəmizin layiqli tərənnümü təminatçısıdır.
Çünki YAP Azərbaycan cəmiyyətinin aparıcı
siyasi gücü olmaqla yanaşı onun ideya, istək və
arzularının tərənnümçüsüdür. Bu
mənada YAP tərəfindən həyata keçirilən
bütün işlər, atılan bütün addımlar cəmiyyətin
maraqları ilə eynilik təşkil edir. Azərbaycan cəmiyyəti
də öz maraqlarının ifadəçisi olaraq ölkənin
yeganə güclü siyasi təşkilat olan YAP-a həmişə
böyük dəstək olur. Bu da təbiidir ki, Ulu Öndər
Heydər Əliyev ideyalarının
daşıyıcısı olan Yeni Azərbaycan
Partiyasının həyatında baş verən bütün
dəyişikliklər, verilən qərarlar,
atılmış addımlar ictimaiyyətin daim diqqət mərkəzindədir.
Məhz bu konteksdən də YAP-ın Qurultayına
hazırlıqlı işləri ilə əlaqədar şəhər
və rayon təşkilatlarında görülən işlər,
keçirilən görüşlər, konfranslar cəmiyyətin
maraq dairəsindədir. Çünki monolit gücə,
böyük ictimai dəstəyə malik olan bir Partiyanın -
Yeni Azərbaycan Partiyasının Qurultayında veriləcək
qərarlar cəmiyyətdə yeni bir baxış
prizmasının müəyyənləşməsində
mühüm amil kimi dəyərləndirilir. YAP-ın
Qurultayları eyni zamanda cəmiyyətin daha da irəliyə
aparılmasına, yeni inkişaf istiqamətlərinin müəyyənləşməsinə
vacib məsələlərin həllinə yönəlib.
Çünki YAP-ın söykəndiyi siyasi-ideoloji prinsiplər
bu gün Azərbaycan cəmiyyəti tərəfindən
müdafiə olunmaqla, ümumdövlət maraqlarını
özündə əks etdirir. Məhz bu baxımdan da
YAP-ın Nizamnaməsinə uyğun olaraq keçirilən
Qurultayın cəmiyyətimizin ümumilikdə daha da
inkişafına təsiri böyük olacaqdır. Partiya
Qurultayında həmçinin ötən qurultaydan keçən
müddətdə görülmüş işlər, müəyyənləşmiş
strategiyanın həyata keçirilmə mexanizmi və digər
məsələlərin həlli də müzakirə
mövzularından olur. Ona görə də, də Partiya
Qurultayı cəmiyyət üçün yeni inkişaf
konsepsiyasının müəyyənləşməsində
də mühüm əhəmiyyət kəsb edir. YAP-ın bu
Qurultayında Azərbaycan xalqının, 600 minlik YAP üzvlərinin
istək və arzularından irəli gələrək Ulu
Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən
cənab Prezident İlham Əliyevin payızda keçiriləcək
seçkilərdə iştirakını təmin etmək
üçün Onun namizədliyi irəli sürüləcək.
Məhz bu gün cəmiyyətin real istəyinin arxasında cənab
Prezident İlham Əliyevin növbəti dəfə Azərbaycana
rəhbərliyi faktorunun dayandığı buradan da aydın
görünür. Bu səbəbdən də YAP-ın bu
Qurultayı öz tarixi bir qərarı ilə yadda qalmaqla
yanaşı bütövlükdə cəmiyyətimizin daha
da irəliyə aparılmasına, dövlətimizin qüdrətinin
daha da, möhkəmlənməsinə xidmət edəcəkdir.
-
Payızda keçiriləcək seçkilər ölkəmizin
həyatında mühüm əhəmiyyət kəsb edir.
Siz ölkəmizdə seçkiyə hazırlıq prosesini
necə şərh edərdiniz?
-
Ölkəmizdə demokratik prinsiplərə və beynəlxalq
təcrübəyə əsaslanan seçki təcrübəsi
mövcuddur. Ulu öndər Heydər Əliyev tərəfindən
müəyyənləşdirilmiş demokratik seçki
texnologiyası bu gün də özünün bütün
parametrləri ilə demokratiyanin azad seçki mühitinin daha
da təkmilləşməsinə xidmət edir. Yeni Azərbaycan
Partiyası prezident seçkilərinə çox ciddi
hazırlaşır. Oktyabr ayında keçiriləcək
prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan
Partiyası müəyyənləşdirdiyi seçki
planlarına uyğun olaraq tədbirlərini həyata
keçirməkdədir. Təbii ki, ölkənin yeganə
güclü siyasi təşkilatı olan Yeni Azərbaycan
Partiyasının qarşıdan gələn prezident
seçkiləri ilə bağlı öz konsepsiyası və
proqramları mövcuddur. YAP 1993-cü ildən indiyə qədər
qatılmış olduğu bütün seçki proseslərində
cəmiyyətin böyük dəstəyini qazanıb.Bu amil
Ulu Öndər Heydər Əliyev siyasi strategiyasının qələbəsidir.
Çünki YAP məhz Ulu Öndərin ideya və təfəkkürünün
məhsulu olduğu üçün birmənalı şəkildə
cəmiyyətin inkişafına onun maraqlarının
qorunmasına, milli məfkurəmizin tərənnümünə
xidmət edir. Partiyanın hər bir şəhər və
rayon təşkilatında bununla bağlı mühüm
işlər görülür. Qarşıda dayanan vəzifələrin
həyata keçirilməsi və digər zəruri məsələlərin
həlli baxımından demək olar ki, bütövlükdə
partiya seçkiyə hazırdır. Eyni zamanda YAP təkcə
seçki ilində deyil hər seçki prosesindən sonra
növbəti seçkilərə hazırlıq işləri
aparır. YAP seçkilərə cəmiyyətin
maraqlarının ifadəçisi və tərənnümçüsü
olaraq qatılır. Seçkiyə hazırlıq prosesində
YAP-ın bütün strukturlarının, fəalların və
üzvlərinin seçki kampaniyasında yaxından
iştirakını təmin etməkdir. Bu da seçkidə
Partiyamıza olan dəstəyin açıq nümunəsi
olaraq özünü göstərir. Mübaliğəsiz onu
deyə bilərik ki, payızda keçiriləcək Prezident
seçkilərində Azərbaycan xalqının istək və
arzularının yeganə tərənnümçüsü
olan Yeni Azərbaycan Partiyası bu seçkidə də cəmiyyətin
mütləq əksəriyyətinin dəstəyi ilə qələbəsini
təmin edəcək. Çünki YAP-ın Namizədi
Ümummilli Lider Heydər Əliyev siyasi kursunun ən layiqli
davamçısı olan cənab Prezident İlham Əliyevdir.
Azərbaycanda son 10 ildə görülən işlərə,
aparılan köklü islahatlara, ölkəmizin real mənzərəsinə,
regionda güc nisbətinin dövlətimizin xeyrinə dəyişməsinə
nəzər saldıqda payızda keçiriləcək
seçkilərin mahiyyəti də bəlli olur.
Çünki cənab Prezident İlham Əliyevin ölkəmizə
rəhbərliyi müddətində görmüş olduğu
misilsiz işlər nəticəsində Azərbaycan cəmiyyətinin
mütləq əksəriyyətinin rəğbətini və
sevgisini qazanıb. Ona görə də, qarşıdan gələn
Prezident seçkilərində birmənalı şəkildə
demək olar ki, Yeni Azərbaycan Partiyasının namizədi,
xalqımızın istək və arzularının tərənnümçüsü
olan cənab Prezident İlham Əliyev yüksək səs
çoxluğu ilə qələbə qazanacaq. Yeni Azərbaycan
Partiyası ümumilikdə inkişafımızın
qarantı, xalqımızın, dövlətimizin
maraqlarının müdafiəçisidir. Amma bütün
bunlara baxmayaraq bu gün Azərbaycanın real imkanlarına,
onun artan iqtisadi-siyasi qüdrətinə qarşı
qısqanc mövqedə dayananlar da mövcuddur. Azərbaycanı,
xalqımızın gələcəyini istəməyən həm
daxildə olan ünsürlər, həm də kənarda onlara
havadarlıq edən dairələr mövcuddur. Sadəcə
olaraq onlar bir məntiqdə yanılırlar ki, indi müasir
Azərbaycan cəmiyyəti formalaşıb ki,
insanlarımız daha mütərəqqi ideyalar ətrafında
cəm olub. Məhz bu günkü inkişaf etmiş cəmiyyətimizin
geriliyə, anarxiyaya xidmət edən insanlara və onların
tör-töküntülərinə inam göstərməsi
mümkün deyil. Əgər Müsavat partiyasının
başqanı İsa Qəmbərov, AXCP(i)-nin sədri Əli
Kərimov, Azərbaycan cəmiyyətində heç kəs tərəfindən
tanınmayan və qəbul edilməyən Rüstəm
İbrahimbəyov, Eldar Namazov real mənzərəni qəbul
edə bilmirlərsə bu onların siyası təfəkkürlərində
problemin olduğu, ziddiyyətli mövqeləri açıq
görünür. Çünki bu adamlar siyasi ritorikalardan
istifadə edib gündəmdə qalmağa, müəyyən
kənar qütblərin maraqlarına uyğun formada özlərinə
fəaliyyət istiqamətləri müəyyənləşdiriblər.
Təbii ki, onların bu fəaliyəti cəmiyyətimizin,
dövlətimizin maraqlarının əleyhinə yönəlib.
Məhz bu səbəbdən də Azərbaycan cəmiyyətində
onlara heç vaxt yer olmayıb və bundan sonra da onların
riyakarlığa xidmət edən fəaliyyətləri
müqabilində qarşılaşacaqları mənzərə
də hər kəsə bəllidir.
- YAP
Qaradağ rayon təşkilatının sədri olaraq, rəhbərlik
etdiyiniz rayon təşkilatında seçkiyə
hazırlıq işləri necə aparılır?
- Təbii
ki, prezident seçkiləri böyük və yüksək
ictimai əhəmiyyət kəsb edən bir kampaniyadır. Azərbaycanın
özünün seçki təcrübəsi və
seçki texnologiyaları mövcuddur ki, bu bizə ölkədəki
istənilən seçki prosesini yüksək səviyyədə
keçirməyə imkan verir. Bu günə qədər
ölkəmizin həyatında olduqca böyük əhəmiyyət
kəsb edən seçki prosesləri yüksək seçici
fəallığı, demokratik seçki mühitinə
uyğun formada həyata keçirilib. Azərbaycan həm Cənubi
Qafqaz regionunda, həm də beynəlxalq arenda seçki təcrübəsinə
və seçki qanunvericiliyinə görə ən demokratik dəyərlərin
ən yaxşı nümunəsinə sahibdir. Çünki
demokratik dəyərlərin bərqərar olduğu ölkəmizdə
seçki ilə bağlı şəffaf mühit,
açıq vətəndaş mövqeyi, beynəlxalq prinsipləri
özündə ehtiva edən seçki qanunvericiliyi
mövcuddur. Bütün bunlar isə insanların sərbəst
şəkildə öz iradələrini ifadə etmək
üçün ən yaxşı mühitin olmasından xəbər
verir. Birmənalı şəkildə onu vurğulamaq olar ki,
Yeni Azərbaycan Partiyası qatılmış olduğu
bütün seçkilərdə cəmiyyətin mütləq
əksəriyyətinin dəstəyini qazanıb. Biz
2003-cü ildə keçirilmiş prezident seçkilərində
əldə olunmuş uğurları, seçki prosesinin beynəlxalq
təcrübədən çıxış edərək təkmil
formada təşkili və digər zəruri məqamları
sadalamaqla Azərbaycanda şəffaf seçki mühitinin
formalaşdığının bariz nümunəsini göstərə
bilərik, Həmçinin parlament və bələdiyyə
seçkilərinin keçirilməsi ölkəmizin
seçki prosesində daha çox uğur qazanmasının əyanı
göstəriciləri sayıla bilər. Eyni zamanda 2008-ci ildə
prezident seçkilərində biz Azərbaycanda seçki
texnologiyasının, demokratik təcrübənin şahidi
olduq. Həmin seçkini müşahidə edən beynəlxalq
təşkilatların rəylərində də Azərbaycanın
seçki təcrübəsində qazanmış olduğu
uğurlar yeni seçki nümunəsi olacağı
açıqlamınmışdı. MDB-dən, ATƏT-dən,
Avropa Şurasında olan müşahidəçilər
2008-ci ildə keçirilmiş prezident seçkilərində
insanların iradəsinin açıq şəkildə ifadə
olunması üçün bütün zəruri şəraitin
yarandığını, prosesin tam şəffaf
keçirildiyini bəyan etmişdilər. Ondan sonra da ölkəmizdə
keçirilmiş seçkilər öz spesifikası və
xüsusiyyətləti ilə beynəlxalq seçki təcrübəsində
mühüm addım kimi dəyərləndirilib. Bu il də
ölkəmiz üçün olduqca mühüm əhəmiyyət
kəsb edən prezident seçkiləri ilidir. Artıq
seçkilərə hazırlıqla bağlı ölkənin
yeganə güclü siyasi təşkilatı olan Yenı Azərbycan
Partiyasının şəhər və rayon təşkilatlarında
mühüm işlər görülüb zəruri
addımlar atılmaqdadır. YAP-ın bütün təşkilatlarında
olduğu kimi Qaradağ rayon təşkilatında da həm
Partiya Qurultayına, həmçinin də qarşıdan gələn
prezident seçkilərinə ciddi hazırlıq işləri
görülür. YAP Qaradağ rayon təşkilatının
fəaliyyəti Partiyanın Mərkəzi Aparatı tərəfindən
tövsiyyə olunmuş tədbirlər proqramında nəzərdə
tutulmuş qrafik üzrə həyata keçirilir. Artıq
seçki ili olduğu üçün rayon təşkilatının
qərargahında seçkiyə hazırlıqla əlaqədar
məsələlər həll edilir. Qaradağda bu günə
qədər keçirilmiş seçki təcrübəsinə
uyğun olaraq qarşıya yeni hədəflər qoyulub.
Seçki qanunvericiliyinə uyğun olaraq həyata
keçirilən işlərin nəticəsi, prosesə
hazırlığın göstəricisi kimi də dəyərləndirilə
bilər. Hal-hazırda YAP Qaradağ rayon təşkilatı tərəfindən
mövcud elektoratın və YAP təəsübkeşlərinin
seçki ilə bağlı müvafiq qaydada iş prosesləri
müəyyənləşdirilib. Müəyyənləşmiş
qaydada işlər rayon təşkilatında ardıcıl
olaraq həyata keçirilməkdədir. Rayon təşkilatı
olaraq biz qarşımıza məqsəd qoymuşuq ki, bu
günə qədər keçirilmiş bütün
seçki proselərində olduğu kimi qarşıdan gələn
prezident seçkilərində də yaxşı nümunə
olaq, ötən seçki proseslərindən
qazandığımız təcrübədən maksimum
istifadə edərək yüksək seçki göstəricilərinə
nail olaq. Demək olar ki, YAP Qaradağ rayon təşkilatında
həm Partiya Qurultayına, həm də qarşıdan gələn
prezident seçkilərinə hazırlıq iş qrafikinə
uyğun olaraq davam etdirilir. Artıq siyahıların dəqiqləşdirilməsi,
dairə və məntəqələr üzrə məşvərətçi
səshüquqlu üzvlərin müəyyənləşdirilməsi,
onlarla treninqlərin keçirilməsi rayon təşkilatının
əsas iş qrafikinə daxil edilib. Təbii ki, Qaradağ
rayonu üzrə imzatoplama və seçici imzası toplayacaq
şəxslərin o cümlədən dairə və məntəqələrdə
müşahidə aparacaq YAP üzvlərinin müəyyənləşməsi
məsələləri həll edilməkdədir. Eyni zamanda
rayon təşkilatının konfransının keçirilməsi
və konfransda YAP-ın Qurultayına nümayəndələrin
seçilməsi və digər məsələlərin həlli
ilə bağlı yekun işlər görülməkdədir.
Qeyd etməliyəm ki, ölkəmizdə mövcud olan
demokratik seçki ənənəsinin vermiş olduğu
müsbət nəticələrdən çıxış
edərək Qaradağda yüksək seçki əhval ruhiyyəsi
formalaşıb. YAP rayon təşkilatı bütün ərazi
ilk partiya təşkilatlarında mövcud iş qrafikinə
uyğun işlər görülür. YAP Qaradağ rayon təşkilatının
ilk partiya təşkilatlarında müəyyənləşmiş
nümayəndələr tərəfindən mütəmadi
olaraq YAP üzvləri və təəsübkeşləri ilə
görüşlər keçirilir və onlarla seçki ilə
bağlı maarifləndirici söhbətlər
aparılır. Təbii ki, Qaradağda yaşayan əhalinin
mütləq əksəriyyəti bu prosesi yaşayıb və
eyni zamanda ilk dəfə səsverən vətəndaşlarımız
üçün də bu yaxşı bir nümunə olacaq.
Birmənalı şəkildə onu deyə bilərəm ki,
Qaradağda mövcud olan seçicilərin mütləq əksəriyyəti
qarşıdan gələn prezident seçkilərində
YAP-ın namizədi olan cənab Prezident İlham Əliyevi dəstəkləməklə
yenidən öz firavan həyatlarına davam etmək
üçün bir stimula imza atmış olacaqlar.
Çünki YAP Qaradağ rayon təşkilatının həyatında
mühüm tarixi dönəmlər olub ki, onun də ən
parlaq səhifəsi məhz cənab Prezident İlham Əliyev
tərəfindən yazılıb. Cənab Prezidentimiz 1995-ci
ildə Qaradağ rayonundan Milli Məclisin üzvü
seçilməklə, rayon ictimaiyyəti ilə sıx təmasda
olmuş, onların qayğıları maraqlanmış, səmimi
münasibətlər qurulmuşdur. Eyni zamanda cənab Prezident
İlham Əliyev YAP Qaradağ rayon təşkilatının
Konfranslarında iştitak etmiş, proqram xarakterli
çıxışlar etmişdir ki, bu da rayon təşkilatının
həyatında ən əlamətdar tarixi bir hadisə hesab
olunur. Məhz bu prizmadan çıxış edərək,
deyə bilərik ki, YAP-ın həyata keçirdiyi
bütün işlər qaradağlılar üçün
çox önəmlidir. Vurğulayım ki, builki prezident
seçkilərinə hazırlıqla bağlı YAP
Qaradağ rayon təşkilatının konfransı
keçiriləcək. Konfransda YAP-ın Qurultayına
nümayəndələr seçiləcəkdir ki, burada da gənclərə
xüsusi önəm verilməsi nəzərdə tutulur. Demək
olar ki, Qaradağ rayon təşkilatında seçki ilə
bağlı nəzərdə tutulmuş bütün işlər
artıq proqramlaşdırılıb. YAP rayon ərazi ilk
partiya təşkilatlarında görülmüş işlər,
təşkilatın həm partiya Qurultayına, həmçinin
də prezident seçkilərinə
hazırlığının göstəricisi hesab olunur.
-
Seçki ilə bağlı bu yaxınlarda YAP Qaradağ rayon
təşkilatı tərəfində bir "seçki
slayd"ı hazırlanmışdı. Bu sizlərin
seçki prosesində qazanılmış bir təcrübənin
nəticəsi sayıla bilərmi?
-
Yeni Azərbaycan Partiyasının şəhər və rayon
təşkilatlarında olduğu kimi Qaradağ rayon təşkilatında
da YAP Mərkəzi Aparatı tərəfindən müəyyən
olumuş, proqrama əsasən fəaliyyət istiqamətləri
müəyyənləşdirilib. Müəyyənləşdirilmiş
iş qrafikinə əsasən rayon təşkilatının
qarşısında vəzifələr və məqsədlər
qoyulub. Təbii ki, rayon təşkilatının fəaliyyət
istiqamətləri seçki ilə bağlı proqrama
uyğun, seçki qanunvericiliyinə uyğun işin təşkilindən
asılıdır. Artıq təşkilatımızda həm
partiya qurultayına, həmçinin qarşıdan gələn
seçki prosesinə hazırlıqla bağlı konkret
işlər görülüb. YAP-ın hər bir rayon təşkilatında
olduğu kimi ölkəmizin mövcud seçki təcrübəsindən
çıxış edərək Qaradağ rayonu da bu prosesdə
özünəməxsusluğu ilə bir baxış təqdim
etməyə çalışdı. Birmənalı olaraq
ölkəmizdə keçirilmiş ən yüksək
reytinqli seçki proseslərindəki təcrübənin mənimsənilməsi
baxımından hazırlanmış “seçkı slayd”ı
Qaradağda seçicinin seçki ilə bağlı
mümkün informasiyaları əldə etməsini, maariflənməsini,
həmçinin seçki hüququnu özündə ehtiva
edirdi. Bu yaxınlarda YAP Xətai rayon təşkilatının
qərargahında nümayiş olunan həmin seçki
"seçki slayd"ı da YAP Qaradağ rayon təşkilatının
bir ərazi ilk partiya təşkilatının nümunəsində
təqdim olunan seçicilərin, seçkini izləyən,
müşahidə aparan şəxslərin vəzifələrinin
qoyuluşu və müəyyənləşdirilmiş təcrübi
qaydalar seçkinin gedişində bizlərə daha
açıq formada yardım göstərəcək vasitə
kimi dəyərləndirilə bilər. Seçki ilə
bağlı ölkəmizdə demokratik mühitin olduğunu
nəzərə alıb onu deyə bilərik ki, proses cəmiyyətin
inkişafı və yeni mütərəqqi ideyaların meydana
çıxması ilə daha da yenilənir və təkmilləşir.
Səs.- 2013.- 24 may.- S.8-9.