Azərbaycan MDB ölkələri arasında internet istifadəçilərinin sıxlığına görə liderdir

 

 

 

Müsahibimiz "Aztelekom" İB-nin baş direktoru Məhəmməd Məmmədovdur

- Məhəmməd müəllim, 9 oktyabr Azərbaycanda keçirilən Prezident seçkiləri Azərbayca Respublikasının Prezidenti cənab İlham Əliyevin möhtəşəm qələbəsi ilə yadda qaldı. Bu qələbəni şərtləndirən başlıca amilləri necə xarakterizə edərdiniz?

- 9 oktyabr prezident seçkiləri xalqımızın Heydər Əliyev siyasətinə inamının, etimadının göstəricisi idi. Son on ildə müstəqil Azərbaycanımızın cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi uğurların miqyasına diqqət yetirdikdə hər bir Azərbaycan vətəndaşı bundan yalnız və yalnız qürur hissi keçirə bilər.

Azərbaycan xalqı növbəti beş ildə dövləti məharətlə idarə edəcək, müstəqilliyi qoruyub saxlayaraq möhkəmləndirəcək, Azərbaycanın nüfuzunu beynəlxalq aləmdə daha da artıracaq, iqtisadiyyatı və xalqın rifahını sürətlə yüksəldəcək, bir sözlə, ölkə vətəndaşlarının arzu və istəklərini gerçəkləşdirəcək ən layiqli namizədə səs verdi.

Prezident İlham Əliyev oktyabrın 9-da keçirilən prezident seçkilərində seçicilərin 84,59 faizinin dəstəyini qazanmaqla növbəti möhtəşəm qələbəyə imza atdı. Bu, əslində, Azərbaycanın son 10 ildə keçdiyi yola, qazandığı uğurlara, daxilixarici siyasət kursuna, bu kursu həyata keçirən Prezient İlham Əliyevin fəaliyyətinə verilən ən yüksək qiymətdir.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin səyi ilə qısa müddət ərzində - on ildə Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxmış, keçid iqtisadiyyatını arxada qoymağa nail olmuşdur.

Cənab İlham Əliyev ölkəyə rəhbərliyə başladığı 2003-cü ilin oktyabrından daim Ulu öndərin siyasi kursuna sədaqətini nümayiş etdirmiş, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini məharətlə inkişafdavam etdirmişdir. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs dövlət başçısının uğurlu fəaliyyətinin başlıca amili sayılır.

Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi, Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaratmışdır. Bu, ölkəmizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış siyasət nəticəsində Azərbaycan regionun ən güclülider dövlətinə çevrilib. Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar. Beləliklə, ilk növbədə, ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Belə ki, bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Bu da Azərbaycanın dünya dövlətlərinin strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə başlıca faktorların - dünyanın aparıcı dövlətləri və transmilli şirkətlərin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir. Digər tərəfdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən balanslaşdırılmış xarici siyasət strategiyasının fonunda Azərbaycan Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Gerçəkləşdirilən bütün regional layihələrin mərkəzi oyunçusu qismində məhz Azərbaycan çıxış edir və sözügedən layihə Cənubi Qafqazın təhlükəsizlik sisteminin strateji korreksiyasında əhəmiyyətli faktor kimi dəyərləndirilir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç bir dövlətdən, təşkilatdan asılı olmadığını da təsdiq edir. Beləliklə, sadalananlardan belə bir qanunauyğun və məntiqi nəticəyə gəlmək olur ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi dünya siyasətinin təmsilçisi qismində çıxış edən və müstəqil xarici siyasət yürüdən milli dövlətlərin etibarlı strateji tərəfdaşına çevirib.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Sadalananların qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq miqyasda ikitərəfli və çoxtərəfli münasibətlər kontekstində etibarlı strateji tərəfdaşlardan birinə çevrilib. Hazırda rasional xarici siyasət kursu həyata keçirən dövlətlər ölkəmizi etibarlı tərəfdaş, güclü, nüfuzlu tərəfdaş kimi qəbul edirlər. 2011-ci ilin oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini BMT TŞ-də təmsil edərək qeyri-daimi (müvəqqəti) üzv seçilməsi bunun başlıca göstəricisidir.

- Noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 21 yaşı tamam olur. Ulu öndərin qurucusu olduğu YAP müstəqil dövlətçiliyimizin qurulmasında və inkişafında, eləcə də xalqımızın taleyində hansı rolu oynayır?

- Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulanformalaşan Yeni Azərbaycan Partiyasının yaranmainkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradanlar bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Ölkənin milli dövlətçilik konsepsiyasını müəyyən etmək, iqtisadi-siyasi sabitliyin davamlılğını möhkəmləndirmək, islahatların konseptlərini və strategiyasını hazırlamaq milli lider faktoru ilə sıx bağlıdır.

Ümummilli lider Heydər Əliyevin Partiyanın Sədri olması, ulu öndər Heydər Əliyev şəxsiyyəti YAP-ın cəmiyyətdə nüfuzunun,qüdrətinin artmasında başlıca amil hesab olunur. Ümummilli lider YAP-ın ideoloji məramını,siyasi proqramını, strategiyasını müəyyən etməklə, həm də, Azərbaycanın müstəqil dövlət kimi inkişaf platformasının istiqamətlərini hazırladı. 1993-cü il oktyabrın 3-də YAP-ın Sədri Heydər Əliyevin xalqın mütləq əksəriyyətinin səs çoxluğu ilə Prezident seçilməsi partiyanın həyatında yeni dövrün əsasını qoydu. Ulu öndərin zəngin siyasi idarəetmə məharəti, milli dövlətçilik ənənələrinə dərindən bələd olması,reformaların mahiyyətini bütün təfərrüatları ilə dərk etməsi və həyata keçirmək qüdrətində olması,praqmatik keyfiyyətləri və digər nadir xüsusiyyətləri müstəqil Azərbaycanın əhatəli inkişaf strategiyasının hazırlanmasına əsaslı baza yaratdı.Ümummilli lider Heydər Əliyev ölkənin yeni makroiqtisadi siyasətinin şaxələrini dərinliklərinə qədər məharətlə tədqiq edərək fundamental iqtisadi model hazırladı.

21 il ərzində YAP çox şərəfli bir yol keçib. Yarandığı ildən bəri bu partiya milli dövlətçilik ənənələrinin formalaşmasında, bir çox taleyüklü problemlərini aradan qaldırılmasında həlledici rola malik olan bir siyasi təşkilat kimi öz töhvəsini verib. YAP-ın cəmiyyətdə daha da güclü siyasi təşkilata çevrilməsində Ulu öndər Heydər Əliyevin siyasi xəttini davam etdirən, Heydər Əliyev amallarını yaşadan, Onun layiqli davamçısı, Partiyanın Sədri İlham Əliyev amili mühüm rol oynayır. Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, həyata keçirilən siyasəti dəstəkləməsi, gələcəyə böyük inamla addımlamasıYAP-a olan inam və məhəbbəti gücləndirib.

YAP Sədri, Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin yaratdığı inkişaf konsepsiyasının dayaqları üzərində inkişaf edərək yeni dövrün reallıqlarına uyğun çevik,özünəməxsus, modern bir idarəetmə platforması formalaşdırıb.Azərbaycanın siyasi lideri idarəçilik fəlsəfəsinin yeni komponentlərini yaratmaqla dövlət aparatı sistemində ən mükəmməl və demokratik meyarlara əsaslanan unikal bir idarəetmə formulu müəyyən edib. Region dövlətlərinin liderlərinin öyrənmək istədiyi bu formula demokratiyanın, milli birliyin,tolerantlığın, sivilizasiyalararası geniş əməkdaşlığın,multikulturalizmin dərinləşməsinə tövhə verici faktor qismində çıxış edir,regionlalarası səmimi təmas nöqtələrinin trayektoriyalarını müəyyən edir. Odur ki, Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlü siyasət öz mühüm nəticələrini göstərməkdədir.Yüz minlərlə yeni yerlərinin açılması, əmək haqqlarının, təqaüd və müavinətlərin dəfələrlə artırılması, ölkəmizdə ildən-ildən geniş vüsət alan quruculuq-abadlıq işləri və infrastruktur layihələri hər bir vətəndaşa layiqli həyat təmin etmək üçün əlverişli şərait yaradıb. Azərbaycan bütün sosial-iqtisadi göstəricilərə görə regionun lider dövlətinə çevrilib.

YAP malik olduğu resurslara görə, ölkənin və bütünlükdə regionun ən güclü siyasi təşkilatı kimi tarixə düşür. Azərbaycanda keçirilmiş 4 parlament, 3 bələdiyyə, 5 prezident seçkilərində, həmçinin, 2 referendumda möhtəşəm qələbələr qazanıb, xalqın böyük əksəriyyətinin dəstəyini alıb. Bütün bunlar təbii ki, həm xalqın YAP-a olan inamı və sevgisidir, həm də partiyamızın reallaşdırdığı mükəmməl seçki texnologiyasıdır, düşünülmüş siyasətdir.

- Məhəmməd müəllim, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu günPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan hazırda özünün qüdrətli, yüksək inkişaf dövrünə qədəm qoyub. Sizcə, ölkənin hazırkı uğurlarının əsasında dayanan amillər bu siyasətin nəticəsi deyilmi?

- 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanan cənab İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafını əsas hədəf kimi qarşıya qoydu. Bunun üçün iqtisadi artımın yalnız neft deyil, qeyri-neft sektorunun inkişafı hesabına olmasının vacibliyini bildirdi.

Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın uğurlarının davamlılığını təmin etməklə, qarşıya qoyulan hər bir hədəfə yüksək səviyyədə nail olmağa əsas verir. Bu günümüzü dünənimizlə müqayisə etdikdə böyük inkişafıın, tərəqqinin şahidi oluruq. Bunlar reallıqlardır. «Biz haqlı olaraq neft strategiyamızla fəxr edirik. Çünki Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı məsələdir. İqtisadi imkanları bizə məhz neft strategiyamız yaratmışdır. O da həqiqətdir ki, biz bu imkanlardan bəzi başqa ölkələrdən fərqli olaraq səmərəli şəkildə istifadə etdik-neft kapitalını qeyri-neft sektorunun inkişafına yönəltdik.

İqtisadi sahədəki islahatlar güclü sosial siyasətlə tamamlanır. Regionların inkişafına dair Dövlət Proqramlarının icrasına başlananda, yəni 2004-cü ildə ölkəmizdə orta əmək haqqı 100 dollar səviyyəsində idi. Bu gün isə həmin rəqəm 520 dollardır.

2003-cü il oktyabrın 15-də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin xalqın etimadını qazanaraq Prezident seçilməsi ilə Azərbaycanın inkişafında yeni bir mərhələ başlanmışdır. Ümummilli lider Heydər Əliyevin düşünülmüş xaricidaxili siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişöz gözəl nəticələrini vermişdir. Bu gün Azərbaycan bütün sahələrdə etibarlı tərəfdaş kimi özünü dünya birliyinə tanıtmışdır. Ölkəmiz hazırda sürətli iqtisadi inkişaf tempinə, dayanıqlı infrastrukturakommunikasiya imkanlarına, əlverişli investisiya mühitinə malik olan ölkə kimi dünyanın diqqətini özünə cəlb etməkdədir. Qlobal maliyyə böhranının təsirlərinə baxmayaraq, Azərbaycan öz dinamik inkişafını qoruyub saxlaya bilir, iqtisadiyyatın regional və sahəvi inkişafı reallaşır, əhalinin həyat səviyyəsi ilbəil yüksəlir.

Son illər Azərbaycanda rabitə və informasiya texnologiyaları sektorunun inkişafı da geniş vüsət almışdır. Azərbaycanın İKT sahəsində dinamik inkişaf edən ölkəyə çevrilməsi ümummilli lider Heydər Əliyevin Milli İKT Strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən gerçəkləşdirilməsinin nəticəsidir. Cənab Prezidentin ötən il dekabrın 29-da təsdiq etdiyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən isə bu ildən ölkəmizdə yeni bir inkişaf dövrü başlayır və İKT sahəsinin üzərinə yeni və məsuliyyətli vəzifələr düşür.

Azərbaycanın gələcək uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Məhz İKT-nin ölkədə ümumi sosial-iqtisadi inkişafa xidmət edən sahə kimi təşəkkül tapması və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü ili ölkədə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan etmişbununla bağlı müvafiq sərəncam imzalamışdır. Azərbaycanda İKT ili artıq çox mühüm tarixi bir hadisə ilə - ölkəmizin ilk telekommunikasiya peykinin orbitə çıxarılması ilə əlamətdar olmuşdur. Azərbaycan BMT-nin müvafiq komitəsində kosmik ölkələr sırasına qəbul olunmuşkosmik fəzanın sülh məqsədlərlə istifadəsi üzrə öhdəliklər götürmüşdür. Azərbaycanın ilk telekommunikasiya peyki gözlənilən tarixdə - 2013-cü ilin fevralın 8-də Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan geostasionar orbitə buraxılmışdır. Bu nailiyyət ümummilli lider Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin İKT sahəsində məqsədyönlü, müdrik və uzaqgörən siyasətlərinin həyata keçirilməsi, eləcə də ölkəmizdə ən yeni texnologiyaların tətbiqi üzrə məramların reallaşdırılması sayəsində əldə olunmuşdur. Cənab Prezidentinqeyd etdiyi kimi, ilk peykin orbitə buraxılması müstəqillik dövründə imza atdığımız ən böyük uğurlardan biridir, dövlətimizin qələbəsidir və hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər.

Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış Milli Strategiya ilə qarşıya qoyulmuş mühüm vəzifələrdən biri ölkəmizdə "elektron hökumət"in formalaşdırılmasıdır. Prezident İlham Əliyevin bu məsələyə müstəsna əhəmiyyət verməsi və onun icrasını bilavasitə nəzarətdə saxlaması Azərbaycanda dövlət idarəçiliyi və ictimai həyatın bütün sahələrində "elektron hökumət" ideyalarının tətbiqi ilə vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına, informasiya tələbatının dolğun ödənilməsinə şərait yaratmışdır.

- Məhəmməd müəllim, sürətlə inkişaf edən Azərbaycanın inkişaf fonunda "Aztelekom" İB-nin fəaliyyəti necə qiymətləndirilir?

-Azərbaycanda ən qabaqcıl texnologiyaların tətbiq edilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, biznes fəaliyyətinin müasir tələblərə uyğun qurulması, cəmiyyətdə informasiya texnologiyalarından istifadəyə əlverişli şəraitin yaradılması üçün məqsədyönlü işlər görülməkdədir. Ölkəmizdə MDB regionunda ilk dəfə bütün yaşayış məntəqələri telefonlaşdırılmış və sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış, ölkə üzrə 7 rəqəmli nömrələmə sisteminə keçid təmin olunmuşdur.

Bir faktı qeyd edim ki, Prezident seçkiləri zamanı regionlarda rabitənin dayanıqlılığı və Məntəqə Seçki Komissiyalarında quraşdırılmış veb kameraların görüntülərinin izlənilməsi, həmçinin, həmin görüntülərin internet üzərindən canlı yayımı tam təmin edildi. Birliyin xidmət ərazisində yerləşən bütün seçki dairələrinin binalarına (86 dairə) ümumilikdə 124 km uzunluğunda fiber-optik kabellər çəkilmiş, montaj olunaraq istismara verilmişdir. “Aztelekomİstehsalat Birliyinin xidmət ərazisi 86 Seçki Dairəsi üzrə 3910 Seçki Məntəqəsini əhatə edir. Bu məntəqələr tam telefonlaşdırılmışdır. AztelekomİB-nin 57 Telekommunikasiya Qovşağının (TKQ) şəbəkəsində olan Seçki Dairələri üzrə 669 Seçki Məntəqəsində veb kameralar quraşdırılmışdı. Ötən (2008-ci il) Prezident seçkilərində “Aztelekomİstehsalat Birliyinin xidmət ərazisində cəmi 286 veb kamera quraşdırılmışdı, son seçkilərdə isə kamera quraşdırılmış seçki məntəqələrinin sayı artırılaraq 669-a çatdırılıb. MSK-da veb kameraların işi ilə yaxından tanış olan beynəlxalq müşahidəçilər kameralardan izlənilən görüntülərin keyfiyyətini yüksək qiymətləndirdilər. Eyni zamanda, “Aztelekomİstehsalat Birliyinə demək olar ki, bütün Dairə Seçki Komissiyalarının sədrlərinin və rayon İcra Hakimiyyətlərinin rəhbərlərinin imzaları ilə seçkilərin yüksək səviyyədə təşkilində göstərilən xidmətlərinə görə təşəkkür məktubları daxil olmuşdur.

İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində genişzolaqlı internetin təbliği, tələbatın öyrənilməsi, mövcudyarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması və profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə regionlarda istifadəçilərlə birbaşa görüşlərin keçirilməsinə, həmçinin, genişzolaqlı internetdən istifadənin stimullaşdırılması məqsədilə “Birinci ay qoşul, ikinci ay pulsuz”, “3 ay əvvəlcədən ödə, 4 ay pulsuz”, “sürətin iki dəfə artırılması”, “4096 kbit/san sürətli internetə qoşulan hər istifadəçiyə əvvəlcədən ödəniş kartı (TAC kart) hədiyyə”, “Tələbələrə yay sevinci”, “Gözləmə tarifi” və s. kimi kompaniyalara start verilmişdir. Ölkənin bütün bölgələrində stasionar telefon xidmətləri borclarının internetelektron köşklər vasitəsilə ödənilməsi imkanı yaradılmışdır.

İstehsalın genişləndirilməsi, əlavə xidmətlərin tətbiqi, yeni xidmət sahələrinin yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində yeni yerləri yaradılmış, işçilərin vahid tarif cədvəlinə uyğun vəzifə maaşları 01.10.2013-cü il tarixdən artırılmışdır.

- "Aztelekom" İB-nin fəaliyyət dairəsinin böyük bir qismi də regionları əhatə edir. İKT-nin bölgələrdə tətbiqi hansı səviyyədədir? Hansı layihələr nəzərdə tutululub.

- Son illərdə ölkəmizin iqtisadi siyasətində regional inkişafa xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların yüksək dinamizmlə həyata keçirilməsi artıq özünün məntiqi nəticələrini vermiş, respublikamız iqtisadi sahədə böyük uğurlar əldə etmişdir. Ölkəmizin son 10 ildə əldə etdiyi böyük makroiqtisadi uğurlar ilk növbədə sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən islahatların nəticəsidir.

İqtisadiyyatın daha da inkişaf etdirilməsi regionların inkişafının sürətləndirilməsini, regionlarda müasir infrastrukturun yaradılmasını tələb edir. Müasir infrastrukturun əsasını isə informasiya-kommunikasiya texnologiyaları təşkil edir.

Müasir İKT-nin inkişafının əsas infrastruktur göstəricisi sayılan internetin inkişafı üçün əhəmiyyətli tədbirlər həyata keçirilir. Son üç ildə Azərbaycan MDB ölkələri arasında internet istifadəçilərinin sıxlığına görə liderdir. 2012-ci ildə istifadəçilərin sayı əhalinin 70 faizinə yaxınlaşmışdır, qiymətlər isə təxminən 35 faiz azalmışdır. Ölkədə, xüsusən də regionlarda sürətli internetdən istifadənin genişləndirilməsi və keyfiyyətin yüksəldilməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu tərəfindən "evlərə optika" modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksək sürətli genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlamışdır. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, sürəti 10-100 meqabit-saniyə arasında olan genişzolaqlı internetə çıxışı təmin etmək və istifadəçilərin sayını inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaq, habelə elektron xidmətlərin, distant-təhsil, elektron ticarət, teletibb və digər fəaliyyət formalarının geniş tətbiqinə nail olmaqdır.

2013-cü ilin 9 ayı ərzində həyata keçirilmiş investisiya layihələri çərçivəsində EATS-lərinin birləşdirici xətlərinin optik kabellərlə təşkili məqsədilə ümumilikdə 98 kənd EATS-inə 546 km məsafədə fiber-optik kabel çəkilib, genişzolaqlı internet avadanlıqlarının montaj tutumu 48 min port artırılıb, şəbəkədə ümumi tutumları 7222 nömrə olan 23 yeni EATS quraşdırılıb. 54 EATS-in transmissiyası optik multipleksor, 40 EATS-in transmissiyası rəqəmli radio-rele avadanlıqları vasitəsilə təşkil olunmaqla informasiya texnologiyalarının inkişafı üçün zəruri infrastruktur yaradılmışdır. 28 Telekommunikasiya Qovşağının xidmət ərazilərində ümumilikdə 63 yaşayış məntəqəsində NGN texnologiyalı avadanlıqlarının alınıb quraşdırılması üçün hazırlıq işlərinə başlanılmışdır.

Birliyin xidmət ərazisində genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı 2013-cü ilin əvvəli ilə müqayisədə 53 min istifadəçi və ya 31,5% artaraq (o cümlədən “Aztelekom.net” şəbəkəsində 39 minya 69%) 167 minə çatmışdır. Hazırda hər 100 ailədən 14,5-i, hər 100 abunəçidən 24,7-si genişzolaqlı xidmətlərin istifadəçisidir.

Bu ilin sentyabr ayında rayon TKQ-lərdə genişzolaqlı xidmətlərin aylıq həcminin əldə edilmiş ümumi gəlirdə xüsusi çəkisi 31,0 %-ə çatmışdır (ilin əvvəlində 21,9%). Genişzolaqlı xidmətlərin tətbiqinin genişləndirilməsi, abunəçilərin bu xidmətlərdən istifadəsi zamanı rahatlıqlarının təmin olunması məqsədilə Birliyin strukturunda Marketinq və Xidmətlərin Satışı Şöbəsinin bazasında Marketinq və Satış Departamenti yaradılmış, struktur müəssisələrdə də texniki və xidmət personalından ibarət marketinq qrupları təşkil edilərək fəaliyyətə başlamışdır. Vətəndaşlardan telefon və internetlə bağlı təklif, sifariş, və şikayətlərin internetmobil telefondan SMS vasitəsi ilə qəbulu xidməti yaradılaraq istismara verilmişdir.

Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam TKQ üçün yeni inzibatitexnoloji binanın tikintisi başa çatdırılmış, Zaqatala, Balakən, Ağstafa və Cəlilabadın 6 kəndində yeni EATS binaları tikilmişdir. Rayon telekommunikasiya qovşaqlarında xidmət göstərilən abunəçilərin sayı 678 mini keçmiş, Birliyin xidmət ərazisində hər 100 nəfərə düşən telefonların sayı 12,3-ə, 100 ailəyə düşən telefonların sayı 58,6-ya çatmışdır.

Aztelekomİstehsalat Birliyinin Rayon Telekommunikasiya qovşaqlarının ayrı-ayrı EATS-lərində olan boş tutumların istifadəyə verilməsi – yeni salınmış yaşayış məntəqələrinin telefonlaşdırılması, əhalidən, yerli icra hakimiyyəti orqanlarından, daxil olmuş müraciətlərin əsasında boş nömrələrdən səmərəli istifadə etmək məqsədilə xətt şəbəkələrinin tikintisi və genişləndirilməsi istiqamətində layihələrin icrasına başlanılıb. Layihə çərçivəsində ümumilikdə 200-dən artıq yaşayış məntəqəsində xətt şəbəkəsinin genişləndirilməsi və tikintisi işlərinin aparılması nəzərdə tutulur. Bir sıra yaşayış məntəqələrində xətt qurğularının genişləndirilməsi və tikintisi işlərinin qovşaqların daxili imkanları hesabına yerinə yetirilməsi məqsədilə Birlik tərəfindən mərkəzləşdirilmiş qaydada kabel materialları ayrılmışdır. Bundan əlavə, bəzi yaşayış məntəqələrində tikinti işlərinin yerinə yetirilməsi üçün podrat təşkilatlar cəlb olunmuşdur. hazırda 100 obyektdə xətt şəbəkəsinin genişləndirilməsi və tikintisi işləri aparılır. Artıq 26 obyektdə tikinti işləri başa çatıb. İlin sonuna qədər qeyd olunan 200-dən artıq yaşayış məntəqəsi üzrə işlər tamamlanacaq.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının müşahidə olunan yüksək inkişaf tempi respublikamızın bu sahədə də inkişaf göstəricilərinə görə dünyanın aparıcı dövlətlərindən birinə çevriləcəyinə inam yaradır. 2013-cü ilinİnformasiya-kommunikasiya texnologiyaları ilielan edilməsi bu inamı bir daha təsdiq edir.

 

yap.org.az

Səs.- 2013.- 8 noyabr.- S.8-9.