Müasir Azərbaycan Konstitusiyası: insan hüquqlarının əsas təminatçısı və dövlətçiliyin hüquqi təməli

 

 

 

İnsan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması ideyası bu gün dünyada ictimai inkişaf prosesinə istiqamət verən mühüm ideyalardan biridir. Insan hüquqları ciddi elmi araşdırmaların predimetinə, daxili siyasətlə bağlı qızğın müzakirə və mübahisələrin mövzusuna, əksər ölkərin Konstitusiyasının ana xəttinə, sülh və əməkdaşlıq haqqında beynəlxalq sazişlərin başlıca məğzinə çevrilmişdir. Dünyanın əksər ölkələrində insan haqları insanın mövcudluğununmilli inkişafın ən vacib şərti kimi qəbul olunur. Bununla yanaşı, insan hüquqları ideyasının həyata keçirilməsi hələ də bir çox anlaşılmazlıqların, ziddiyyətlərin, ölkədaxili və beynəlxalq gərginliklərin mənbəyi olaraq qalır.

Bütün digər sahələrdə olduğu kimi, Azərbaycanda da insan hüquqları sahəsində islahatların aparılması, zəruri hüquqi bazanın və institusional əsasların formalaşması məhz Ümummilli Lidermiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra baş vermişdir. Ən əsası isə Ulu Öndər dövlətçiliyimiz təhdid edən təhlükəli tendensiyaları aradan qaldırdıqdan, müstəqil Azərbaycanın ideoloji-iqtisadi əsaslarını (Azərbaycançılıq ideologiyası və “Əsrin müqaviləsi”) möhkəmləndirdikdən az sonra müəllifi olduğu 1995-ci il Konstitusiyasında insan hüquq və azadlıqlarını təsbit etdihüquqi təminat altına aldı. Beləliklə, olduqca qısa zaman kəsiyində müdrik rəhbərimizin dəmir məntiqi, silinməz dəsti xəttinin, zəngin həya təcrübəsi və işıqlı zəkasının ən böyük əsəri olan, dünyn standarlarının tələblərinə tam dolğunluğu ilə cavab verən konstitusiya layihəsi hazırlanaraq ümumxalq səsverməsinə təqdim olundu. Həmin sənəd 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi- referendum yolu ilə qəbul olundu. Bu gün Əsas qanunu iftixar hissi ilə xalqımız haqlı olaraq “Heydər Əliyev konstitusiyası” adlandırır, eyni zamanda onu Heydər Əliyevin siyasi yaradıcılığının şah əsəri hesab edir. Bu, xalqın rəhbərinə olan sonsuzülvi məhəbbətin ifadəsi, konstitusiyanın hazırlanmasında, müzakirəsində və qəbul edilməsində yorulmaz fəaliyyətinə verdiyi halal qiymətdir.

Konstitusiyanın qəbul ediməsi, xalqımızın həyatında və dövlətçiliyimizin qurulmmasında yeri bir mərhələnin başlanğıcını qoydu, respublikada dövlət quruculuğu sahəsində yeni imkanlar açdı.

Bu mühüm sənədin ən üstün və fərqli cəhətlərindən biri onun müddəalarında insanlara dövlət və cəmiyyət tərəfindən verilmiş və verilməsi olan, habelə cəmiyyət üzvləri tərəfindən etibar edilən və etibar edilməsi mümkün sayılan bütün hüquqların, azadlıqların və vəzifələrin bütöv və vəhdət halında öz əksini taparaq bir-birini tamamlamasıdır. Konstitusiyanın ən üstün və fərqli cəhətlərindən digəri budur ki, orada ictimai quruluş haqqında konkret müddəa yoxdur, iqtisadi münasibətlərin forma və inkişafını məhdudlaşdıran heç bir sədd müəyyən edilməmişdir. Bu da iqtisadi sahədə insan azadlığı və onun fəaliyyətinin sərbəstliyinə tam təminat verir.

Bu sənədin əsas dəyər və məziyyətləri ondan ibarətdir ki, məzmunca xalqın iradəsini ifadə edir, Azərbaycan dövlət quruluşunun təsisatını, hüquqi əsaslarını göstərir. Azərbaycanda dövləti idarəetməni prinsiplərini, dövlət və xalq arasında münasibətləri əks etdirir, hüquqi, demokratik dünyəvi dövlətin qurulması üçün bütün hüquqi əsasları yaradır. Konstitusiya mahiyyətcə ölkənin tam müstəqilliyini, ərazi bütövlüyünü, Azərbaycan xalqının, vətəndaşlarının hər birinin hüquqlarının toxunulmazlığını, respublikamızın bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir. Konstitusiyaya görə respublikamızda hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır. Hər bir hakimiyyət yalnız xalqın iradəsi əsasında əldə oluna bilər. Hakimiyyətin təşkili prinsipi isə dünyanın demokratiya cəhətdən inkişaf etmiş ölkələrində əsas meyar kimi götürülərək sınaqdan çıxmış səlahiyyət bölgülərin həyata keçirilməsi. Beləliklə, hakimiyyət icra, qanunverici və məhkəmə hakimiyyətlərinə bölünərək, yüksək hüquqi inperativlərə və hüququn aliliyinə tabe edilmişdir. Icra, qanunverici və məhkəmə orqanlarının hüquqları konkretdüzgün müəyyənləşdrildiyindən hakimiyyət orqanlarının bir-birini çəkindirə bilməsi də real sürətdə təmin olunmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən etmişdir.

Yeni Konstitusiyamız Azərbaycanın müstəqillik qazanmasının, iqtisati-siyasisosial mədəni sahədə ictimai münasibətlərin əsaslı keyfiyyət dəyişikliklərinin nəticəsi hesab olunduğundan, onun vəvvəllər qəbul edilmiş və hazırda qüvvədə olan bir sıra qanunvericilik aktlarına zidd olması şübhəsizdir. Belə vəziyyətdə Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunlarbaşqa normativ hüquqi aktlar Əsas Qanuna zidd olmayan tərzdə qüvvəsini saxlayır. 147-ci maddəyə əsasən Azərbaycan Respublikasının Konstitusiyası ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Deməli, Konstitusiyaya zidd olan bütün qanunvericilik aktları və ya onların müəyyən müəddaları qüvvəsini itirmiş hesab olunur. Həmin aktlarya müddəalar istinad mənbəyi ola bilməz. Hər hansı qərar qəbul edilərkən və ya məsələ həll olunarkən əsas götürülə bilməz.

Hüquq və dövlətin ən mühüm prinsiplərindən biri olan insanların təbii, ayrılmaz və demokratik hüquqlarının geniş kompleksini qanunvericilik yolu ilə təsbit etmək, onun reallığına, hüquqi maddi, mənəvi və digər üsullarla təminat vermək, hər hansı qəsddən hüquqi vasitələrlə etibarlı şəkildə müdafiə etməkdir ki, bu Konstitusiyamızda öz əksini tam dolğunluğu ilə tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının təxminən üçdə biri (24-71-ci maddələr) məhz birbaşa insan hüquq və azadlıqlarının təsbitinə və qorunmasına həsr olunmuşdur. “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan III fəsil məhz bu barədədir. Orada insanlara doğulduğu andan mənsub olan toxunulmazlıq, pozulmaz və ayrılmaz hüquq və azadlıqların hər biri ətraflı şərh edir, onların reallaşdırılmasına təminat verir, müdafiəsi təsbit olunur. Yeni Konstitusiyamız hüquqları və azadlıqları pozulan insanları süründürməçilikdən, ötür-ötür oyunundan xilas edərək, 71-ci maddənin 7-ci bəndində, hüquqi dövlətin təbiətinə uyğun olaraq göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Bu o deməkdir ki, məhkəmədən başqa heç bir orqan həmin hüquqların pozulması ilə əlaqədar mübahisəni həll edə bilməz. Mütərəqqi cəhət odur ki, Azərbaycan Konstitusiyasının hazırlanması zamanı bu sahədə o dövrə qədərki dünya təcrübəsi, insan hüquq və azadlıqlarının keçdiyi inkişaf yolu ümumiləşdirilmiş və ölkəmizin reallıqlarına, ənənələrinə tam uyğunlaşdırılmışdır.

Dünyanın özü kimi qədim olan (yəqin ki, cəmiyyətlə birgə yaranan) insan hüquqları ideyasının fəlsəfi əsaslarının işlənib hazırlanması və bu ideya uğrunda səmərəli mübarizə aparılması son üç əsrin payına düşmüşdür. 18-ci əsrdə Avropa ayrilmaz insan hüquqlarının (yaşamaq hüququ, azad olmaq hüququ) və vətəndaş hüquqlarının (sözvicdan azadlığı, təhlükəsizlik və mülkiyyət hüququ) meydana çıxmasının şəhaidi olmuşdur. Siyasi hüquqlar (ümumi seçki, gizli səsvermə, respublika quruluşu, xalq özünüidarəsi, cəmiyyət və birliklərin sərbəstliyi, siyasi həyatda və hakimiyyət sistemində iştirak etmək və s. hüquqlar) 19-cu əsrdə əldə edilmişdir. 20-ci əsr bütün bu hüquqlar sırasına sosial hüquqları (sosial təminat hüququ, əmək, təhsil, tibbi yardım hüquqları, qadın bərabərliyi və uşaqların müdafiə hüquqları) əlavə etmiş, insan hüquqları ideyasını və həmin ideyanı həyata keçirmək təcrübəsini bütün dünyaya yaymışdır.

Insan hüquqlarının bir qismi ayrılmaz hüquqlardır. Dövlət insanın onun hüquqlarından məhrum edə bilməz. Hətta insanın özü belə könüllü olaraq öz hüquqlarından istifadə edə bilməz. əgər bir adam sənəd imzalayıb könüllü şəkildə azadlıqdan imtina edərsə və özünü qula çevirərsə, bu sənəd məhkəmədə həqiqi sənəd sayılmaz. Lakin insan qərar verib özünü mülkiyyətdən təcrid edə bilər, çünki mülkiyyət hüququ insanın ayrılmaz hüquqlarından deyil. Insan dövlətdən öz haqqını tələb edərkən heç də məhkəmədə sübuta yetirməyə borclu deyil ki, onun anadan olan gündən filan hüququ var. Dövlətə (adətən, bizim hüquqlarımızı pozan dövlət məmurlarına) etiraz etmək haqqı insan hüquqları ideyasının əsas müddəalarından biridir. Insan hüquqları ictimaiyyət yox, fərdiyyət məsələsidir. Ona görə də insan hüququ anlayışı altında azlığın hüquqları yox, bu azlığa daxil olan konkret şəxsin hüquqları nəzərdə tutulur.

Öz Konstitusiyası olan respublikalarda insan hüquqları məhz Konstitusiya qanunu kimi müəyyən edilirbu qanun parlamentin qəbul etdiyi adi qanunlardan yüksəkdə dayanır. Odur ki, insan hüquqlarını bəzən “konstitusiya hüquqları” da adlandırırlar. Insan hüquqları yalnız insanın dövlətə qarşılıqlı münasibətlərinə aid bir məsələdir. Əgər kimsə öz hərəkətləri ilə hər hansı bir insana zərər vurursa, bu, artıq insan hüququ məsələsi yox, qanunçuluq məsələsidir.

Insan hüquqları iki əsas qrupa ayrılır: maddi hüquqlarprosessual hüquqlar. Maddi hüquqlar insana məxsus olan bir çox hüquq və azadlıqlardır ki, buraya fikir azadlığı, vicdan azadlığı və seçki azadlığı daxildir. Prosessual hüquqlar insana məxsus hərəkət üsullarını və onlarla bağlı olan məhkəmə, prokurorluq institutlarını əhatə edir ki, həmin institutların köməyi ilə insan ədalətin bərpasına nail olur, cinayət törətməkdə ittiham olunarkən hakimiyyət qarşısında öz hüquqlarını müdafiə edir. Maddi hüquqlara hüquqazadliqlar daxildir. Vətəndaş hüquqları dövlətin hər bir insan qarşısında eyni dərəcədə daşıdığı vəzifələrdir. Məsələn, insanın təhsil hüququ və təhsil sistemi yaratmağa və həmin sistemi dəstəkləməyə dövləti məcbur edir. Yaxud insanın məhkəmə təhqiqatı hüquqi dövləti hər kəsin şikayətlə müraciət edə biləcəyi məhkəmə sistemi yaratmağa məcbur edir.

Vətəndaş azadlıqları şəxsi həyatımızla (məsələn, fikir azadlığı, vicdan azadlığı ilə, yığıncaq keçirmək, yer dəyişmək və ailə qurmaq hüququ ilə) bağlı olaraq, dövlət qarşısında qoyulmuş qadağalardır.

Insan hüquqları hökumətin mənafeyi, ənəvi əxlaq anlayışı, cəmiyyətin iqtisadi maraqları ilə tez-tez toqquşur, amma hər dəfə insan hüquqları ilə digər dəyərlər arasında toqquşmalar baş verəndə üstünlük insan hüquqlarına verilir. Məhz buna gbrə deyirlər ki, insan hüquqları digər dəyərlərdən daha üstün və əsasdır. Digər dəyərlərlə müqayisədə insan hüquqlarının bəziləri daha vacibüstün sayılsa da, onlar hər halda mütləq hüquqlar hesab edilmirbaşqa hüquqlarla toqquşmada olan müəyyən məhdudiyyət qoymaq olar. Məsələn, söz azadlığına irqçiliyi təbliğ etmək qadağası qoyula, yaxud mənzilin toxunulmazlığı hüququ cinayət axtarışı prosesində pozula bilər. Hüquqların məhdudlaşdırılması hakimiyyətin qərarı ilə yox, qanun əsasında həyata keçirilməlidir. Insan hüquqlarının məhdudlaşdırılmasının dərəcəsi bu qanunda məhdudlaşdırmanı doğuran vəziyyətin gərginliyi ilə və bu məhdudlaşdırma müqabilində başqa bir dəyərin qorunmasının vacibliyi ilə müəyyən olunmalıdır.

Beynəlxalq və milli hüquq normalarının qarşılıqlı əlaqəsi və təsiri məsələlərinin ətraflı araşdırılması beynəlxalq ümumi hüququn və dövlət və hüquq nəzəriyyətininvə ümumilikdə yurisprudensiyanın ən aktual məsələlərindən biridir. Bu problem kifayət qədər tədqiqatlar həsr edirsə də, hal-hazırda da bu sahədə əhəmiyyətli fikir mübadilələri aparılır. Bu bir tərəfdən dövlətdaxili hüquq nomalarının beynəlxalq hüquq normalarına uyğunlaşdırılması ilə bağlıdırsa, digər tərəfdən beynəlxalq münasibətlərdə beynəlxalq hüququn artan rolu xüsusi olaraq qeyd edilməlidir.

Hüquq ədəbiyyatında bəzən qeyd edilir ki, beynəlxalq və dövlətdaxili hüquq normalarının qarşılıqlı əlaqə problemi beynəlxalq hüquq elmi tərəfindən inhisara alınmışdır. Bu fikirlərlə razılaşmaq çətindir. Hazırda məsələnir öyrənilməsində hüquq nəzəriyyəti kimi fundamental hüquq elminin rolu danılmazdır. Söhbət yalnız çağdaş dövrümüzdə bu sahədə beynəlxalq hüqüqün aparıcı rol oynamıs, həmçinin beynəlzalq hüquq normalarının müxtəlif sahələrdə beynəlxalq hüququn əsas subyektləri kimi dövlət tərəfindən razılaşdırılmış iradələri kimi yaradılması ilə izah edilməsindən gedə bilər. əsas insan hüquqlarının beynəlzalq hüquq normaları tərəfindən müəyyən edilməsini xatırlamaq bu zaman kifayətdir. Eyni zamanda bu xüsusiyyətləri nəzərə alaraq beynəlxalq hüququn milli qanunvericiliyin təkmilləşdirilməsi amili kimi çıxış etməsi tam əsaslıdır. Belə ki, doktrinada haqlı olaraq qeyd edilir ki, beynəlxalq hüquq milli hüquq sistemlərinin normal fəaliyyət göstərməsi üçün, onların inteqrasiyası üçün əlverişli şərait yaradır və ya beynəlxalq hüquq olmadan milli hüquq sistemlərinin zənginlənməsini təsəvvür etmək çətindir.

Hüquq ədəbiyyatında göstərilir ki, insan hüquqları sahəsində çoxlu sayda beynəlxalq sazişlərdə iştirak edən dövlətlər Pacta sund servanda prinspinə uyğun olaraq onları vicdanla yerinə yetirməli və bu məqsədlə də beynəlxalq öhdəliklərin realizəsi üçün dövlətdaxili tədbirlər həyata keçirməlidirlər. Hüquq ədəbiyyatında qeyd edildiyi kimi hər bir dövlətin insan hüquqlarına hörmət və əməl etmək öhdəliyi vilavasitə müasir beynəlxalq hüququn əsas prinsiplərindən biri olan insan hüquqlarına hörmət etmək pirsipindən irəli gəlir. Insan hüquqlarına hörmət prinsipinin məzmunu isə ilk növbədə, dövlətlərin onların yurisdiksiyası sferasında yerləşən bütün şəxslərə münasibətində hər hansı diskriminasiya olmadan bu hüquqlara hörmət və əməl etmək öhdəliyi təşkil edir. Bununlada insan hüquqları sahəsində dövlətin üzərinə mühüm öhdəliklər qoyulurbu öhdəliklərin yerinə yetiriləsinə nəzarət edilir. Bundan başqa müasir beynəlxalq hüquq inkişafı həmin normaların dövlətdaxili münasibətlər sferasında təsbit edilməsi ilə xarakterizə olunur ki, bu da beynəlxalq hüquq normalarına hörmət prisipi əsasında həyata keçirilməlidir.

Yuxarıda göstərilənlərlə tam razılaşaraq belə qənaətə gəlmək olar ki, dövlətlər qarşısında duran əsas və birinci dərəcəli vəzifələrdən biri ihüquq və azadlıqları sahəsində beynəlxalq hüquq normalarının realizəsi üçün zəruri şəraitin yaradılmasıdır. Çağdaş dövrümüzdə bu Azərbaycan Respublikası qarşısında əsas vəzifə kimi dayanır. Yenicə müstəqilliyi əldə etmiş Azərbaycan Respublikası öz dövlətdaxili hüquq normalarını beynəlxalq hüquq normalarına hörmət prinsipi üzərində qurmuşdur. Hələ 18 oktyabr 1991-ci il tarixli “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının 19-cu maddəsində Azərbaycan Respublikası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini tanıdığını bəyan etdi. Bu sonradan 12 noyabr 1995-ci il tarixli ümumxalq səsverməsi (referendumu) yolu ilə qəbul edilmiş, 24 avqust 2002-ci il və 18 mart 2009-cu il tarixlərində ümumxalq səsvermələri (referendumu) yolu ilə bir sıra dəyişiliklər edilmiş Azərbaycan Respublikası Konstitusiyasında daha da inkişaf etdirilmişdir. Bununla da, Azərbaycan Respublikasında dövlət tərəfindən öz üzərinə götürülmüş beynəlxalq öhdəliklərin milli hüquqi implementasiyası üçün adekvat konstitusiyon əsas yaradılmışdır.

Müstəqilliyi yenicə əldə etmiş Azərbaycan Respublikası üçün beynəlxalq və dövlətdaxili hüququn qarşılıqlı əlaqəsinin müəyyən edilməsi üzrə siyasətin müəyyənləşdirilməsi, nəhayət öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üzrə ilk implementasiya formalarının seçilməsi mühüm yer tutur. Beynəlxalq hüquq ədəbiyyatında beynəlxalq hüquq normalarının implementasiyasının müxtəlif formaları fərqləndirilir.

Azərbaycan Respublikası timsalında məsələlərin təhlil edilməsi daha maraqlı olardı. Belə ki, AR Konstitusiyasının 148-ci maddəsinin 2-ci hissəsi AR-in tərəfdar çıxdığı beynəlxalq müqavilələri Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsi kimi müəyyən edir. Göründüyü kimi Azərbaycan Respublikası beynəlxalq hüquq normalarının implementasiyası zamanı inkorporasiya yolunu seçmişdir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsində birbaşa göstərilir ki, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası ilə və referendumu qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Lakin qeyd etmək lazımdır ki, bu zaman məsələ beynəlxalq müqavilənin müddəaları ilə Azərbaycan Respublikasının normativ hüquqi aktları arasında mülkün ziddiyətləri həll etmək rolunu oynayır.

Insan hüquqlarının müdafiəsi istiqamətində Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Belə ki, 12-ci maddənin 1-ci hissəsində dövlətin ali məqsədi kimi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi göstərilirsə 12-ci maddənin 2-ci hissəsində isə qeyd edilir ki, bu konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

Halhazırda müstəqil Azərbaycan görkəmli dövlət xadimi, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycanda aparılan hüquqi islahatlar da ölkəmizin regional lider imicinə uyğun şəkildə mühüm tərəqqiyə nail olur. Bütün bu nailiyyətlərin təməlində isə gələcəyə yönələn hüquqi “çərçivə” və ya “layihə” potensialı yüksək olan 1995-ci ilin “Heydər Əliyev Konstitusiyası” dayanır və hələ uzun illər boyu uğurla dayanacaqdır.

 

 

Siyavuş Novruzov

Milli Məclisin komissiya sədri,

YAP İcra katibinin müavini

 Səs.- 2013.- 13 noyabr.- S.8-9.