Bakıda Xalq artisti Rasim
Ocaqovun barelyefi açılıb
Noyabrın 22-də Bakıda Azərbaycan
kino sənətinin görkəmli nümayəndəsi,
kinorejissor, SSRİ və
Azərbaycanın Dövlət
mükafatları laureatı,
Xalq artisti Rasim Ocaqovun yaşadığı evdə
barelyefinin açılışı
mərasimi keçirilib.
Qeyd edək ki, bu
gün - noyabrın
22-si R.Ocaqovun ad günüdür.
Trend-in məlumatına görə,
barelyefin müəllifləri
Azərbaycanın Xalq
rəssamı Səlhab
Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir.
Mərasimdə çıxış edən
Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev R.Ocaqovun Azərbaycan kinematoqrafiyasına
əvəzsiz töhfə
verdiyini vurğulayıb.
Qeyd edilib ki, R.Ocaqovun filmləri milli kinematoqrafiya xəzinəsinə
daxil olub.
Azərbaycanın Xalq artisti Eldar Quliyev bildirib
ki, R.Ocaqovun filmləri həmişə
yaşayacaq: "Biz artıq
olmayacağıq, lakin
onun işləri həmişə yaşayacaq
və onun filmlərinə baxarkən
hamı biləcək
ki, Azərbaycanda, bu torpaqda belə
görkəmli şəxsiyyət
- Rasim Ocaqov yaşayıb".
Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının icraçı
katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev qeyd edib ki,
"bu gün Azərbaycan kinematoqrafiyası
tarixində çox önəmli gündür:
"Bu gün Azərbaycan
kino sənətinin görkəmli nümayəndəsi
Rasim Ocaqovun yubileyidir. Mən onun yaxınlarına və dostlarına müraciət etmək istəyirəm: bu gün əhvalınızı
pozmayın, çünki
bu gün kino bayramıdır və biz görkəmli kinorejissorun xatirə lövhəsinin açılışında
iştirak edirik. Rasim Ocaqovun yaşadığı
evin yanından keçən hər bir insan onun
barelyefini görəcək
və dərhal rejissorun yaradıcılığını,
gözəl filmlərini
xatırlayacaq".
Kinorejissorun ailəsi adından çıxış edən
Altay Həsənov dövlətin
R.Ocaqovun yaradıcılığı
və irsinə göstərdiyə diqqətə
görə Azərbaycan
Prezidenti İlham Əliyevə təşəkkür
edib.
A.Həsənov, həmçinin mərasimin
bütün iştirakçılarına
minnətdarlığını bildirib.
Rasim Mirqasım oğlu Ocaqov 1933-cü il
noyabr ayının
22-də Şəki şəhərində
anadan olub.
1951-1956-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq
fakültəsində təhsil
alıb. 1965-ci ildə
Azərbaycan Teatr İnstitutunu bitirib.
"Ad günü" filminə görə Azərbaycan Dövlət mükafatına, "İstintaq"
filminə görə
isə SSRİ Dövlət
mükafatına layiq görülüb.
R.Ocaqov
"Onun böyük ürəyi", "Əsl
dost", "Bizim küçəmiz",
"Mən rəqs edəcəyəm", "Sən
niyə susursan?",
"Bir cənub şəhərində" və
digər filmlərdə
operator kimi çalışıb.
R.Ocaqovun rejissor kimi çəkdiyi
ilk film "Gəncəbasardan olan qisasçı" olub.
R.Ocaqov milli kino salnaməsində unudulmaz izlər buraxan filmlərin rejissorudur. Həmin filmlər arasında "Tütək səsi",
"Ad günü", "İstintaq", "Bağlı
qapı arxasında",
"Park", "Başqa həyat", "Hava məbədi",
"Təhminə", "Otel otağı" və digərləri var.
R.Ocaqov
2006-cı il iyulun 11-də dünyasını
dəyişib.
Zümrüd
Səs.- 2013.- 23 noyabr.- S.13.