Müasir düşüncəli Azərbaycan övladı Prezident İlham Əliyevin ətrafında sıx birləşməli və reallıqlara açıq gözlə baxmalıdır

 

 

 

Müsahibimiz Xalq artisti Əlibaba Məmmədovdur

 

- Əlibaba müəllim, hazırda ölkəmiz seçki əhval-ruhiyyəsindədir. Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası həyata keçirilir. Amma müşahidələr göstərir ki, vətəndaşların mütləq əksəriyyəti Azərbaycanda Heydər Əliyev siyasətinin davm etməsinin tərəfdarıdır. Sizcə, insanlarda bu mövqe hansı səbəblərdən yaranıb?

- Müasir dövrümüzdə bütün dünya Azərbaycan musiqisinin sehrinə aludə olub. Milli musiqi əsərlərimiz dünya səhnələrində iz qoyur. Azərbaycanın mədəni həyatındakı mühüm əhəmiyyətli nailiyyətlər, tarixi uğurlar sözsüz ki, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Heydər Əliyevin gələcəyə doğru hər bir addımı müstəqil Azərbaycanın ideologiyasının formalaşmasına yönəlmişdir. Azərbaycanın tarixi salnaməsini yazan Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin böyüklüyü bu gün özünü ölkənin bütün sahələrində göstərir. Eləcə də, respublikanın mədəni həyatında baş verən dəyişikliklərin hər biri, məhz Ümummilli liderin adı ilə bağlıdır. Heydər Əliyevin fəaliyyəti dövründə dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələri diqqəti cəlb edir. Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu sovet dövründə də, müstəqillik illərində də Azərbaycanın tarixinə töhfələr vermişdir. Azərbaycan sovet dövründə Ümummilli liderin rəhbərliyi ilə öndə gedən respublikalardan birinə çevrilmişdir. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdə respublikanın inkişafı istiqamətində işlər görməklə yanaşı, ziyalıların, sənət adamlarının maddi və mənəvi rifahının yüksəlməsinə də önəm verirdi. Qətiyyətlə deyə bilərəm ki, O, incəsənətin, mədəniyyətin bütün sahələrini, bu sahənin mütəxəssisləri qədər mükəmməl bilən bir rəhbər idi.

Dünyanın elə bir ölkəsi yoxdur ki, orada mədəniyyət işçisinə bizim ölkədəki qədər diqqət göstərilsin. Bu gün gerçəyə çevrilən Ümummilli liderin tərəfindən qoyulan ideyalar nəticəsində Azərbaycan dinamik inkişaf edir. Bu uğurlar Heydər Əliyevin siyasətinin və ideyalarının təntənəsi sayılır. "Hər bir xalq öz mədəniyyətinə görə tanınır", - deyən Ulu öndər bu sahəyə xüsusi diqqət yetirirdi. Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı və bu mənəvi xəzinəni yaradan sənətkarlar daim Heydər Əliyevin diqqət və qayğısından bəhrələnirdilər. Təsadüfi deyil ki, dövlətin ali mükafatlarını və Prezident təqaüdünü alanlar içərisində çoxluğu mədəniyyət və incəsənət işçiləri təşkil edir.

- Heydər Əliyev siyasətinin uğurlu davamı haqqında nə deyə bilərsiniz?

- Ulu öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dahi rəhbərin müəyyənləşdirdiyi yolla gedərək sürətlə inkişaf edir. Onun qurub-yaratdığı Azərbaycan etibarlı əllərdədir. Bu gün Azərbaycan özünün inkişaf yolundadır və cənubi Qafqazda lider dövlətə çevrilmişdir.

Müasir dövrümüzdə Azərbaycan mədəniyyət və incəsənəti Azərbaycan Prezidentinin həyata keçirdiyi mədəniyyət siyasətinin nəticəsində yeni dövrünü yaşayır. Azərbaycan milli mədəniyyəti, sənəti dövlətin diqqətindədir və qayğı ilə əhatə olunur. Bu sahədə çalışan simalara mükafatların və fəxri adların verilməsi bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə mədəniyyət və ədəbiyyat üzrə dövlət mükafatları təqdim olunur. Mənə elə gəlir ki, yaradıcı insanlara belə mükafatın təqdimi şərəfli, qürurlandırıcıdır. Yaradıcı insanların sənətinə fərdi bir şəkildə yanaşıb, onun bu şəkildə təqdim edilməsi şərəfdir. Təbii ki, bu, mükafat alan hər bir ifaçının üzərinə böyük məsuliyyət qoyur və sənət fəaliyyətini davam etdirməyə stimul verir.

Ümumiyyətlə, Azərbaycanda milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliği ilə bağlı möhtəşəm layihələr reallaşır. Bu layihələrə dövlət dəstəyinin olması milli mədəniyyətimizin daha geniş şəkildə təbliğinə meydan verir. Ölkə mədəniyyətinin inkişafı ilə bağlı ardıcıl olaraq imzalanan Sərəncamlar milli mədəniyyətimizin daha da inkikişafına səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyətdə olduğu 10 il müddətində neçə-neçə mədəniyyət ocaqları təmir və bərpa etdirilib.

Bu gün sürətlə inkişaf edən Azərbaycan günü-gündən gözəlləşir, müasirləşir, inkişaf dövrünü yaşayır. "Eurovision" müsabiqəsində Azərbaycanın son illər ərzində ardıcıl olaraq iştirakı və uğuru onun musiqisinin hansı səviyyədə olduğunu bir daha dünya xalqlarına göstərdi. Azərbaycan qısa zaman kəsiyində birinci yeri əldə edə bildi. Dünyanın ən mötəbər mahnı müsabiqəsində dünyadan kiçik bir nöqtə olaraq görünən Azərbaycan kimi bir ölkənin birinciliyi əlbəttə ki, tariximizə qızıl həriflərlə həkk olundu. Prezident İlham Əliyevin dediyi kimi, "Belə mötəbər yarışda birincilik əldə etmək tarixi qələbədir. Bu, Azərbaycan gəncliyinin, Azərbaycan xalqının və Azərbaycan dövlətinin qələbəsidir." Bəli, bu uğur "Eurovision-2011" mahnı müsabiqəsi tarixində Azərbaycan öz sözünü demiş oldu. Azərbaycan dünya miqyasında coğrafi ərazisi baxımından kiçik olmasına baxmayaraq, bir çox sahələrdə qələbələrə imza atmışdır. Təbii ki, bütün bunlar Azərbaycan rəhbərinin mədəniyətimizə göstərdiyi diqqətin nəticəsidir. Prezident İlham Əliyevin Azərbaycan mədəniyyət işçilərinə göstərdiyi diqqətin nəticəsi olaraq milli mədəniyyətimiz, musiqimiz dünya ölkələrinə yol açır və Avropa dinləyicisini riqqətə gətirir. Əlbəttə ki, bu hadisələrin mühiti vardır. Bu mühit Azərbaycanda mədəniyyətə göstərilən dövlət qayğısı və diqqətdir.

- Əlibaba müəllim, ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin keçirilməsi, Azərbaycan milli mədəniyyətinin dünyaya inteqrasiya olunması, Azərbaycan muğam sənətinin XXI əsrdə yeni bir mərhələsini yaşamasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısı və həyata keçirdiyi layihələrin rolu da danılmazdır...

- Bu gün Heydər Əliyev Fondu böyük amalların gerçəkləşməsi yönümündə genişmiqyaslı layihələr həyata keçirir. Fondun fəaliyyəti dövründə həyata keçirilən genişmiqyaslı layihələr azərbaycanlıların ictimai-mədəni, sosial həyatının yüksəldilməsi və inkişafı baxımından birmənalı olaraq çoxsaylı insanların həyat tərzində dönüş yaradıb. Bunların hər biri Fondun qısa zamanda məqsəd tək qarşıya qoyduğu amalın reallaşması nəticəsində baş tutub. Fondun rəhbəri, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə bir sıra beynəlxalq tədbirlər, eləcə də mədəni irsimizlə bağlı çox mühüm layihələr reallaşıb. Ən böyük uğurlardan biri də Azərbaycanın bir neçə maddiqeyri-maddi mədəni irs nümunələrinin YUNESKO-nun qorunan mədəni irs siyahısına daxil edilməsidir. Əvvəllər yalnız İçərişəhər bu siyahıya daxil olunmuşdusa, sonralar Qobustan qoruğu, muğam sənəti, aşıq sənəti, xalçaçılıq sənəti, Novruz bayramı, tar ifaçılığı bu siyahıya daxil edilib. Bu, bütövlükdə Azərbaycan üçün çox böyük nailiyyətdir. Bütün bunlar Heydər Əliyev məktəbindən qaynaqlanıb. Ulu öndər Heydər Əliyev Azərbaycan üçün elə bir irs qoyub ki, hər nəsil bundan örnək götürüb, xalqımızın, millətimizin tərəqqisinə töhfələrini verəcək. Təbii ki, Mehriban xanım Əliyevanın gördüyü işləri bir neçə ilə cümlə ilə məhdudlaşdırmaq mümkün deyil, amma bütövlükdə deyə bilərəm ki, Azərbaycan musiqi sənətinin, xüsusilə də muğam sənətinin inkişafında Mehriban xanım yeni bir mərhələnin təməlini qoydu. Beynəlxalq Muğam Festivalının ölkəmizdə təşkili də Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması, təbliği və sevilməsi istiqamətində mühüm tədbirlərdən biridir. Azərbaycan mədəniyyətinin nailiyyətləri göz önündədir. Muğam Mərkəzin inşası, istifadəyə verilməsi və burada Azərbaycanda ilk dəfə olaraq, "Muğam aləmi" Beynəlxalq Muğam Festivalının keçirilməsi və Qran Priyə azərbaycanlı müğənninin layiq görülməsi və s. bir daha sübut etdi ki, muğam sənəti durmadan inkişafdadır və dövlətin qayğısı öz nətcəsini verir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə ənənəvi olaraq keçirilən Beynəlxalq Musiqi Festivalı Azərbaycan musiqisinin ruhunu əks etdirir və qəlblərin və düşüncələrin bir araya gəlməsi üçün bu cür tədbirlər mühüm əhəmiyyət daşıyır.

Bu gün daxilimdə bir rahatlıq var. Azərbaycan muğam sənəti yaşayır və zaman ötsə də, yaşayacaq. Milli sənət nümunəmizin təməli möhkəm və əbədidir. Bu rahatlıq dövlət başçısının mədəniyyət siyasəti nəticəsində əldə olunan uğurların məntiqi nəticəsidir.

- Əlibaba müəllim, bir mədəniyyət işçisi olaraq prezident seçkilərinin qalibi kimi görürsünüz?

- Mədəniyyət cəmiyyətin müasir inkişaf səviyyəsi, insanın yaratdığı, nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərlərin məcmusu olduğundan, bu sahədə görülən işlərin mahiyyəti də bəllidir.

Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməliyik. Müasir düşüncəli Azərbaycan övladı Prezident İlham Əliyevin ətrafında sıx birləşməli və reallıqlara açıq gözlə baxmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin alternativi yoxdur və mən bir xanəndə olaraq Onu dəstəkləyir, bütün həmkarlarımı xalqının etimadını əməlləri ilə qazanmış cənab İlham Əliyevə səs verməyə, Onun ətrafında sıx birləşməyə çağırıram.

 

yap.org.az

Səs.- 2013.- 4 oktyabr.- S.14.