Azərbaycan - Türkiyə mədəni inteqrasiyası müstəqillik illərinin ilk dövründə

 

 

 

 

1992-ci il 5 may tarixində Azərbaycan - Türkiyə mədəni əlaqələrinin perspektivlərinə istiqamətlənmiş Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında təlim-tərbiyə, təhsil, mütəxəssis xidmətləri, texnikielmi əməkdaşlıq sahəsində də müqavilə imzalanmışdır. Bildirilmişdir ki, aşağıda tərəflər olaraq adlandırılacaq Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası: bir-birilərinin suverenliyinə, müstəqilliyinə və ərazi bütünlüyünə sayğı və daxili işlərinə qarışmama prinsipi ilə müsbət olaraq aralarındakı əməkdaşlığın inkişafına yönəldilmiş qərarlıqlarını təsdiq edərək; aralarındakı dil, tarix, kültür və ənənə yaxınlığının, çoxyönlü əməkdaşlığı inkişaf etdirmək üçün sağlam bir zəmin yaratdığına dair inamlarını yeniləyərək; 24 yanvar 1992-ci ildə Ankarada imzalanmış "Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və mehriban qonşuluq müqaviləsi"nə uyğun olaraqiki ölkə arasındakı mövcud əməkdaşlığı və dostluğu çeşidləndirmək və inkişaf etdirmək arzusundan doğaraq, egitim, öyrətim, mütəxəssis xidmətləri, texnikaelm sahələrində də əməkdaşlıq etməyi arzu edərək aşağıdakı xüsuslarda razılığa gəlmişlər...

Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi ilə Türkiyə Cumhuriyəti Milli Egitim Bakanlığı arasında Azərbaycan tərəfindən R.Feyzullayevin imzaladığı (1992-ci il) təhsil sahəsində əməkdaşlıq müqaviləsi Azərbaycan - Türkiyə mədəni əlaqələri üçün yeni imkanlar açdı. 18 maddəlik müqavilədə Azərbaycan və Türkiyə Cümhuriyyəti arasında təlim-tərbiyə sahəsində əlaqələrin inkişafına nail olmaq üçün bir sıra mövzularda razılığa gəlindi.

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, 2 noyabr 1992-ci il tarixində Türkiyə Cumhuriyyəti hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında mütəxəssis hazırlığına dair protokol da Azərbaycan - Türkiyə mədəni əlaqələrinin inkişafına təkan vermişdir.

Türkiyə Cümhuriyyəti tərəfindən edilən yardımlar və proyekt çalışmaları çərçivəsində Azərbaycanla bağlı TİKA-nın noyabr 1992-ci il tarixlı hesabatında göstərilir ki, mədəniyyət məsələlərində TRT yayınlarının izlənilməsinin təmin edilməsi, proqram mübadiləsi və proqram hazırlanmasında əməkdaşlıq üçün protokol imzalanmışdır. Türkiyənin təklifilə TRT tərəfindən AVRASYA-TV projesi, 1990-cı ildə Milli Egitim Bakanlığından tələb edilən Kültür Mərkəzi gerçəkləşdirilmişdir. Milli Egitim Bakanlığı və Xarici İşlər Nazirliyi tərəfindən tarix, türkcə, coğrafiyadin təhsili mövzularında konqreslər təşkil edilməsi 18.5.1992-ci il tarixli Egitim Bakanları Ankara toplantısında razılaşdırılmışdır. Kültür Bakanlığı və Xarici İşlər Nazirliyinin təşkil etdiyi 20.6.1992-ci il tarixli İstanbul Mədəniyyət Nazirləri toplantısında Ortaq Türk Əlifbası üzərində anlaşmaya nail olunmuşdur. 20.6.1992-ci il tarixli İstanbul Mədəniyyət Nazirləri toplantısında, Mədəniyyət Nazirləri Daimi Şurası və Əməkdaşlıq Bürosu qurulması qərarlaşdırılmış, Mədəniyyət Nazirliyi bu sahədə çalışmalara başlamışdır. Təhsil məsələlərində isə bir çox məsələlər işıqlandırılmışdır.

18.5.1992-ci il tarixli Təhsil Nazirləri Ankara toplantısında, Milli Egitim Bakanlığı və Xarici İşlər Bakanlığı nəzdində, qarşılıqlı məktəb açılması məsələsində razılığa gəlinmişdir. 20.5.1992-ci il tarixli Təhsil Nazirlərinin təklifilə, Milli Egitim Bakanlığı və Xarici İşlər Bakanlığı nəzdində Ortaq Türkcə Terminoloji Komissiyası qurulması razılaşdırılmışdır. YÖK, ÖSYM, M.E.B., TÖMER strukturunda, egitim və öyrətim təqaüdlərinin təmin edilməsi məsələsində ortaq bəyanat imzalanmışdır.

29 fevral 1992-ci il tarixində Bakıda Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında imzalanan razılaşma sənədi Azərbaycan - Türkiyə mədəni əlaqələrinin möhkəmləndirilməsi istiqamətində bir sıra məsələlərə aydınlıq gətirdi. Bu razılaşma protokolu Bakıda, 29 fevral 1992-ci il, cümə ertəsi Azərbaycan Respublikası baş naziri Həsən Həsənov və Türkiyə Cümhuriyyəti xarici işlər bakanı Hikmət Çətin, Türkiyə Cümhuriyyəti milli egitim bakanı Köksal Toptan, Türkiyə Cümhuriyyəti dövlət bakanı Şərif Ercan tərəfindən imzalanmışdır.

Türkiyə Cümhuriyyəti Milli Egitim Bakanlığı ilə Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi arasında təhsil məsələsində əməkdaşlığa dair razılıq sənədi də Azərbaycan-Türkiyə mədəni əlaqələrinə yeni-yeni töhfələr verdi. Sənədin bəndlərindən aşkar göründüyü kimi, Türkiyə Cümhuriyyəti Milli Egitim Bakanlığı ilə Azərbaycan Xalq Təhsili Nazirliyi Türkiyə əlqələrimiz arasında təhsil sahəsində əlaqələrin inkişafı ilə bağlı aşağıdakı sahələrdə razılığa gəlmişlər:

Azərbaycan təhsilinin inkişafına yeni imkanlar açan bu 29 maddəlik razılaşma sənədini Türkiyə Cümhuriyyəti Milli Egitim Bakanlığı tərəfindən nazir Köksal Toptan və Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi tərəfindən nazir prof. dr. Rafiq Babaş oğlu Feyzullayev imzalamışdır.

Azərbaycan - Türkiyə mədəni əlaqələrinin belə bir möhkəm təməl üzərində qurulması səbəbindən sonrakı illərdə ölkələrimiz arasındakı təhsil əməkdaşlığı da günü-gündən genişlənməyə başlamışdır. Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələri içərisində Türkiyə qurumlarının açdığı məktəblərin xüsusi çəkisi vardır. Bunların keyfiyyət və kəmiyyət baxımından getdikcə yüksəlməsi Azərbaycan - Türkiyə mədəni əlaqələrinin səmərəli perspektivlərindən xəbər verir. Heydər Əliyev 1995-ci il 12 iyul tarixində Türkiyənin baş nazirini vətənə yola salarkən xanım Tansu Çillərlə birlikdə yolüstü Türkiyənin "Çağ" Öyrətim İşlətmələri Şirkətinin açdığı Qafqaz Universitetində olmuş, şirkət rəhbərliyi və universitet rektorundan universitetin fəaliyyəti haqqında məlumat almışdır. 1995-ci ilin 8 dekabrında Süleyman Dəmirəl və Heydər Əliyev BDU-nun tələbə yataqxanasında məskunlaşmış qaçqınlarla görüşmüş, Xətai rayonundakı 3 saylı uşaq evində olmuş, Bakıda fəaliyyət göstərən Türk Anadolu litseyini ziyarət etmiş, Azərbaycanın və Türkiyənin işgüzar dairələrinin nümayəndələri ilə görüşmüş, iki ölkənin KİV nümayəndələri üçün mətbuat konfransı keçirmişlər. 1996-cı ilin 7 oktyabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Çağ" Öyrətim İşlətmələri Şirkətinin Qubada fəaliyyət göstərən özəl türk litseyinin yeni binasının təməlinin qoyulması mərasimində iştirak etmək üçün gəlmiş Türkiyənin dövlət nazirləri Namik Kemal ZeybekAhmet Demircanı qəbul etmişdir. 1997-ci ilin 1 martında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyənin milli təhsil naziri Mehmet Sağlamı qəbul etmişdir. O, 27 dekabr 1997-ci il tarixində Türkiyənin "Samanyolu" televiziyasının rəhbəri Naci Tosunu, texniki müdiri Nihat Özdemiri, "Çağ" Ö.İş.A.Ş.-nin Azərbaycan üzrə prezidenti Adem Öcalı, "Zaman" qəzetinin Azərbaycan təmsilçisi Ersin Demircini və "Samanyolu" televiziyasının Azərbaycan təmsilçisi Tahir Karanfdi qəbul etmişdir. Adıçəkilən qurumların, o cümlədən, təhsil sahəsində böyük uğurlar qazanmış "Çağ" Ö.İ.A.Ş.-nin rəhbərliyi möhtərəm Prezidentə şirkətin Azərbaycandakı fəaliyyətləri və bundan sonrakı gələcək işləri haqda geniş məlumat vermişdir. "Çağ" Ö.İş.A.Ş.-nin Azərbaycan üzrə prezidenti Adem Öcal 1993-cü ildə Bakıda açılan Qafqaz Universitetinin müasir təhsil kompleksini tikmək üçün Xırdalan qəsəbəsində 20 hektar torpaq sahəsi ayırıldığını bildirərək, özülqoyma mərasimində Zati-Alilərini də gözlədiklərini ifadə etmişdir. Universitet və məktəblərin fəaliyyətlərindən çox məmnun olduğunu və onları hər zaman dəstəklədiyini bildirən Azərbaycan Prezidenti dünya standartlarına uyğun təhsil ocaqları açmağın xeyirxah olduğunu vurğulayaraq belə işlərə hər zaman arxa və yardımçı olacağını təkrar etmişdir.

Göründüyü kimi, Azərbaycanla Türkiyə arasında hələ 80-ci illərin sonlarından başlanan və 90-cı illərin əvvəllərindən etibarən geniş vüsət alan təhsil əlaqələri bu gün daha sürətli və dinamik inkişaf tempi qazanmaqdadır. Ölkələrimiz arasındakı elmi əməkdaşlığın səciyyəvi xüsusiyyətlərindən bəhs edərkən deməliyik ki, müstəqilliyimizin ilk illərindən Azərbaycan - Türkiyə elmi-mədəni əlaqələri sahəsində bir sıra ciddi addımlar atılmağa başlanıldı. Bunlardan ən mühümləri içərisində Türkiyə elmitexniki araşdırma qurumu (TÜBİTAK) ilə Azərbaycan Elmlər Akademiyası elmitexniki əməkdaşlığını, xüsusilə, qeyd etmək lazımdır. İki ölkənin bu elmi qurumları arasında olan razılaşmaya əsasən tərəflər bir sıra məsələlərdə qarşılıqlı fəaliyyətə başlamağın zamanı yetişdiyini yekdilliklə təsdiqlədilər. Tərəflər elmitexniki sahədə mövcud əməkdaşlığın inkişafındakı qarşılıqlı maraqarzunu nəzərdə tutaraq; elmitexniki sahədə əməkdaşlığın iki ölkə arasındakı əlaqələrin təməllərindən biri olduğu və əlaqələrin iştirakı baxımından önəmli bir ünsür təşkil etdiyinə inanaraq; elmi bilgilərin sürətli dərəcədə inkişaf edib yayıldığı və elmi araşdırmaların beynəlxalq mahiyyət qazandığı bir dövrdə bu əməkdaşlığın möhkəmləndirilməsi gərəyini qəbul edərək; elmitexniki sahədə ikili əməkdaşlığı, xüsusilə, Azərbaycandakı islahatlarla bağlı yeni siyasi-iqtisadisosial mühitə və dünyanın müxtəlif bölgələrində görülməkdə olan bütünləşmə prosesini müsbət hala gətirməyi diləyərək, aşağıdakı xüsuslar üzərində razılığa gəlmişlər;

-  Mədəni əlaqələr sahəsində qarşılıqlı fayda və tarazlıq əsasına söykənən elmitexniki əməkdaşlıq quracaqinkişaf etdirəcəklər.

- Tərəflər təməl araşdırmalar sahəsində əməkdaşlığı inkişaf etdirəcəklər.

- Tərəflər yabançı sərmayənin texnoloji, inkişaf və dolayısı ilə iqtisadiyyatlarının sürətli inkişafı baxımından özəl önəmə sahib olduğu düşüncəsində olaraq, fikri və sənaye mülkiyyət haqlarının gərəkliyi kimi qorunması qeydilə, özəlliklə qabaqcıl texnolojilər üzrə yeni araşdırmalar sahəsində əməkdaşlığa səy edəcəklər.

- Ortaq proyektlər və hər iki ölkə mütəxəssislərinin bunları gerçəkləşdirmə çalışmalarına daha aktiv surətdə qatılmalarına yardım edəcəklər.

- Təməl elmlər (riyaziyyat, fizika, astronomiya, kimyas.). ekologiyanın mühafizəsi, informasiya texnologiyaları və s. elmitexniki əməkdaşlıq məsələləri ortaq çalışmalar sırasında daha qəti və açıq hala gətirilib genişləndiriləcəkdir.

- Bu anlaşma çərçivəsindəki əməkdaşlıq aşağıdakı formalarda gerçəkləşdirilə bilir; ortaq araşdırma təcrübələri qurmaq üzrə, araşdırma vasitə və təchizatlarının qarşılıqlı olaraq təsis edilərək elmi araşdırma və texnoloji proyektlərin tətbiqi; ortaq texnoloji birjaları, texnoparklar, ticarət şirkətləri və təşkilatların qurulması; elm adamı və mütəxəssis mübadiləsi; ortaq elmi konfranslar, simpozium və çalışma toplantılarının təşkili; elmitexniki məlumat və sənədlərin mübadiləsi, ilk növbədə, elektron poçtu əsasında; tələbə mübadiləsi və s.

- Mütəxəssis və elm adamı mübadiləsi.

- Elmitexniki bir Ortaq Komissiya qurulması: əməkdaşlığın mövzularını müəyyənləşdirəcək, əməkdaşlığın davamlı olmasını təmin edəcək yolları arayacaq, ən uyğun şərtlərlə müvafiq tövsiyyələr verəcək. Ortaq Komissiya Azərbaycan və Türkiyədə ən azı ildə bir dəfə toplanacaqdır. Türkiyə ElmiTexnik Araşdırma Kurumu (TÜBİTAK) başqanı, prof. dr. T.Terzioğlu və Azərbaycan Elmlər Akademiyasının prezidenti akademik, prof. dr. E.Salayev tərəfindən imzalanmış bu sənədin 5 il qüvvədə olması qeyd edilmişdir.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013.- 6 oktyabr.- S.23.