Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər öz müsbət nəticələrini verməkdədir

 

 

 

Müsahibimiz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri cənab Qərib Məmmədovdur

- Hörmətli Qərib müəllim, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində müvafiq fərman və sərəncamları ilə təsdiq edilmış dövlət proqramlarında Komitəyə həvalə olunmuş vəzifələr necə icra olunur?

- Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin indiyədək keçirilən kollegiya iclaslarında torpaq, geodeziyakartoqrafiya sahələrinə aid digər işlərlə yanaşı, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti işininkorrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi barədə məsələlər də geniş şəkildə müzakirə olunmuş və zəruri təxirəsalınmaz tədbirlər görülmuüşdür.

- Qərib müəllim, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti işi ilə bağlı Komitə tərəfindən görülən tədbirlər nədən ibarət olmuşdur?

- Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 422 nömrəli Fərmanı ilə təsdiq edilmişTorpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında” Əsasnamə ilə müəyyən edilmiş torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti müfəttişliyi səlahiyyətləri çərçivəsində Komitə tərəfindən respublikanın bütün rayonlarında və respublika tabeli şəhərlərdə torpaqlardan istifadənin və mühafizəsinin vəziyyəti mütəmadi olaraq kompleks qaydada araşdırılmış, qanun pozuntuları ilə bağlı aşkar edilmiş faktlara dair materiallar ümumiləşdirilərək təsirli tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və digər aidiyyəti orqanlara təqdim edilmişdir. Bu barədə Komitənin 2010-cu il 30 dekabr tarixli 17-4/314 nömrəli məktubu ilə dövlət nəzarəti səlahiyyətləri çərçivəsində apardığı ölkə üzrə irimiqyaslı araşdırmanın nəticəsi olaraq torpaqlardan qanunsuz istifadəçilik halları barədə respublika üzrə ümumiləşdirilmiş materiallar bələdiyyələrin və aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə məsuliyyətini artıran tapşırığın verilməsi məqsədi ilə Azərbaycan Respublikasının Baş nazirinə təqdim edilmişdir. Baş nazir cənab Artur Rasi-zadənin 2011-ci il 25 yanvar tarixli 17/5363-25 saylı məktubu ilə Azərbaycan Respublikasının aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və Baş Prokurorluğa müvafiq tapşırıqlar verilmişdir. Komitə Kollegiya iclasında Baş nazirin həmin tapşırığına müvafiq olaraq lazimi qərar qəbul edərək dövlət nəzarəti ilə məşğul olan vəzifəli şəxslərə torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti işinin daha da gücləndirilməsi, eləcə də yerli özünüidarəetmə orqanlarının və ictimaiyyəti cəlb etməklə vaxtaşırı olaraq yerlərdə “Torpaq qanunvericiliyimövzusunda zonal seminar-müşavirələrin keçirilməsi tapşırılmış və həmin tapşırığa müvafiq olaraq respublikanın Gəncə, Şəki, Yevlax, Şirvan, Lənkəran, Xaçmaz və Xırdalan şəhərlərində belə tədbirlər təşkil olunmuşdur.

- Cənab sədr, bələdiyyə torpaqlarının ayrılmasında şəffaflığın təmin edilməsi istiqamətində Komitə tərəfindən digər təşkilatlarla birgə tədbirlər də həyata keçirilirmi?

- Komitə tərəfindən bu istiqamətdə aidiyyəti orqanlarla, o cümlədən yerli icra hakimiyyətləri ilə birlikdə çoxsaylı tədbirlər həyata keçirilmışdir. 26 noyabr 2012- ci il tarixində isə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin təşkilatçılığı ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrasına həsr olunmuş “Şəffaf bələdiyyə” mövzusunda seminar keçirilmişdir. Həmin seminarda Komitənin sahəvi ixtisaslı rəhbər vəzifəli şəxsləri və mütəxəssisləri bələdiyyə torpaqlarının ayrılması prosedurunda şəffaflığın təmin edilməsi üçün Azərbaycan Respublikasının Torpaq Qanunvericiliyinin tələbləri seminar iştirakçılarının diqqətinə çatdırılmış və bu istiqamətdə bələdiyyə sədrlərinin, üzvlərin və qulluqçuların çoxsaylı suallarına aydınlıq gətirilmişdir.

- Hörmətli akademik, Komitə tərəfindən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti işi ilə bağlı əlavə olaraq hansı əsaslı tədbirlər görülmüşdür?

- Respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılmasının və əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin hələ 2001-ci il 02 mart tarixli 640 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” ilə qarşıya qoyulmuş vəzifələrin torpaq sahələrindən daha səmərəli şəkildə istifadə edilməsinin təmin edilməsinə nail olunması üçün Komitə dövlət nəzarəti səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü bəndində əlavə və dəyişikliklər edilməsi barədə Qanun layihəsi hazırlayaraq Nazirlər Kabineti qarşısında təkliflə məsələ qaldırmışdır. Nəticədə Komitənin təklifinə müvafiq olaraq Azərbaycan Respublikasının 2008-ci il 04 iyul tarixli Qanunu qəbul olunmuşonun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 avqust tarixli Fərmanı imzalanmışdır. Həmin Qanunla kənd təsərrüfatına yararlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədi ilə digər kateqoriyalara keçirilməsi ilə bağlı bələdiyyələr tərəfindən bilavasitə qərar verilməsi səlahiyyəti Torpaq Məcəlləsinin sözügedən maddəsindən çıxarılmışdır. Bununla da ərzaq təminatında müstəsna rolu olan kənd təsərrüfatına yararlı torpaqların əsassız olaraq bələdiyyələr tərəfindən bilavasitə qərar verilməklə dövriyyədən çıxarılması hallarının qarşısı alınmış oldu.

- Hörmətli Qərib müəllim, məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirdiyi siyasətin tərkib hissələrindən biritorpaqlardan, o cümlədən kənd təsərrüfatına yararlı torpaqlardan daha səmərəli şəkildə istifadə olunmasını təmin etmək və eyni zamanda torpaq sahəsinin ayrılması prosedurunu sadələşdirməkdən ibarət olmuşdur ki, bu vəzifə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin üzərinə qoyulmuşdur. Bu istiqamətdə Komitədə görülən tədbirlər barədə nə deyə bilərsiniz?

- “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)”nın Tədbirlər Planına müvafiq olaraq 956156 hektar torpaq sahəsində, o cümlədən 594964 hektar bələdiyyənin kəndətrafı örüş sahəsində və xüsusi mülkiyyətə verilmiş torpaq sahələrində, dövlət mülkiyyətində olan 301865 hektar qış otlağı və 42877 hektar yay otlağı torpaqlarında və 16450 hektar xüsusi qorunan təbiət əraziləri torpaqlarında tədqiqat işləri aparılmışdır.

«Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın Tədbirlər Planına uyğun olaraq isə torpaqların texniki uçotunun elektron formatda işlənib xəritələşdirilməsi üzrə 26 rayonda 1 milyon 86 min nöqtədə, torpaqların bonitirovkasının elektron formatda işlənib xəritələşdirilməsi üzrə 27 rayon və şəhərdə 619 min 200 hektar sahədə, torpaqların iqtisadi qiymətləndirilməsinin elektron variantda işlənib xəritələşdirilməsi üzrə 28 rayonda 421 obyektdə işlər yerinə yetirilmişdir. 4.2.8 yarımbəndinə uyğun olaraq isə Hövsan və Binə qəsəbələrində 7 min 700 həyətyanı sahələrin özəlləşdirilməsi üçün kompleks yerquruluşu işləri aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 25 may 2006- cı il tarixli 411 nömrəli Fərmanından sonra isə torpaq sahəsinin ayrılması prosedurunun sadələşdirilməsi məqsədi ilə Komitənin 31 may 2006-cı il tarixli 102 nömrəli əmri olmuşdur. Həmin əmrlə torpaq üzərində hüquqların rəsmiləşdirilməsinə dair fizikihüquqi şəxslərə sənədlərin hazırlanaraq verilməsi mərkəzsizləşdirmə qaydasında, yəni Bakı şəhərində deyil, Komitənin respublikanın ayrı- ayrı regionları üzrə fəaliyyət göstərən Regional torpaq kadastrı mərkəzləri vasitəsi ilə tənzimlənməyə başlandı. Bu məqsədlə həmin qurumların maddi-texniki bazası daha da gücləndirildi və əlavə ştat vahidləri yaradıldı. Bu da öz növbəsində vətəndaşların torpaq üzərində hüquqlarının rəsmiləşdirilməsi prosedurunu sadələşdirilməsinə xidmət etməklə yanaşı, yerlərdə sahəvi ixtisaslı mütəxəssislərin yaşadığı ərazidə müvafiq işlə təmin olunmalarına şərait yaratdı. Bu isə ölkə başçısı cənab İlham Əliyevin regionlarda işsizliyin aradan qaldırılması siyasətinə Komitə tərəfindən öz səlahiyyətləri çərçivəsində dəstək verməsindən irəli gəlmişdir.

- Hörmətli Qərib müəllim, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində müvafiq fərman və sərəncamları ilə təsdiq edilmış dövlət proqramlarında Komitəyə həvalə olunmuş vəzifələr nədən ibarət olmuşdurbu işlər tərəfinizdən necə həyata keçirilmişdir?

- Hələ “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 03 sentyabr tarixli 377 nömrəli Sərəncamına və “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamına müvafiq olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Tədbirlər Planları təsdiq olunmaqla indiyədək zəruri təxirəsalınmaz tədbirlər görülmüşdür. Belə ki, birinci Proqramla nəzərdə tutulmuş digər tədbirlərlə yanaşı, topraq sahələrinin ayrılmasında şəffaflığın təmin edilməsi digər orqanlarla yanaşı, Komitənin üzərinə qoyulmuş funksiyalardan biri idi. Bələdiyyələr tərəfindən fizikihüquqi şəxslərə torpaq sahələrinin ayrılmasında şəffaflığın yaradılması və nəticədə torpaqdan istifadə üçün ədalətli və bərabər hüquqi imkanların təmin edilməsi üçün bələdiyyələrin fizikihüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə torpaqların bilavasitə ayrılmasını tənzimləyən Azərbaycan Respublikasının torpaq qanunvericiliyində zəruri dəyişiklikər edilməklə bələdiyyə torpaqlarının yalnız hərrac və ya müsabiqə vasitəsi ilə ayrılması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Komitənin 14.08.2006-cı il tarixli 17-4/198 nömrəli məktubu göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.09.2006-cı il tarixli 17/PA-752-10/18 saylı məktubu ilə Komitənin qaldırdığı məsələyə İqtisadi İnkişaf, Maliyyə, Ədliyyə, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Təhsil, Vergilər Nazirliklərində və digər aidiyyəti təşkilatlarda baxılmış və onların da rəylərinin nəzərə alınmaqla Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli 466-IIIQD nömrəli Qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsindən bələdiyyələrin qərarı ilə torpaqların bilavasitə ayrılması məsələsi çıxarılmışdır.

Qeyd etmək lazımdır ki, Qanunun 9-cu maddəsinin əvvəlki redaksiyasında göstərilirdi ki, Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə satıla bilər. Lakin, bələdiyyələr tərəfindən həmin qanuna uyğun olaraq torpaq sahələrinin satılması barədə bir dəfə də olsun hərrac və ya müsabiqə keçirilməsi təşəbbüsü olmamış və yalnız torpaqların bilavasitə satılmasına üstünlük verilmişdir ki, bu da nəticədə torpaq sahəsinin fizikihüquqi şəxslərə ayrılması zamanı şəffaflığa zəmin yaratmamış və eyni zamanda torpaq əldə etmək arzusunda olan şəxslər arasında bərabər hüquqi imkanlar yaratmamışdır. Bütün bunlar isə öz növbəsində korrupsiyaya gətirib çıxara bilən bəzi halların yaranmasına zəmin yaratmışdır.

Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci il 23 noyabr tarixli 2523 nömrəli Sərəncam imzalamışdır.

Bunula belə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Qanun layihəsi qanunvericilik təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmuşbu barədə Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709-IIQD nömrəli Qanunu qəbul olunmuşonun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Fərmanı imzalanmışdır.

– Ümumiyyətlə, torpaq müsabiqə və hərraclarını Komitə hansı qaydada təşkil etmişdir?

- Həmin Fərmanla tərkibi 5 nəfərdən ibarət olan hərrac və müsabiqə komissiyasının yaradılması, eləcə də hərrac və müsabiqənin keçirilməsini tənzimləyən ərizə, hərrac iştirakçılarının biletləri, protokol, hərrac və ya müsabiqə qalibinə verilən şəhadətnamənin və sair sənədlərin nümunələrinin hazırlanaraq təsdiq edilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə tapşırılmışdır. Komitə qısa müddətdə həmin sənəd nümunələrini hazırlayaraq kollegiyası vasitəsi ilə təsdiq etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon (şəhər) şöbələrində yaratdığı torpaq hərrac və müsabiqə komissiyalarının 5 nəfər tərkibinin hamısının Komitənin əməkdaşlarından ibarət olması nəzərdə tutulsa da müsabiqə və hərracların şəffaf keçirilməsini təmin etmək məqsədilə və bu işlərlə bağlı ictimaiyyəti onun nümayəndəsi vasitəsi ilə daim məlumatlandırmaqdan ötəri mənim təşəbbüsümlə komissiyanın yalnız 2 nəfəri Komitənin həmin şöbələrdə çalışan əməkdaşları olmuşdur. Komissiyanın qalan 3 üzvündən biri ictimaiyyətin nümayəndəsi, biri bələdiyyələrin assosiasiyasının üzvübiri isə yerli icra hakimiyyətinin nümayəndəsidir.

– Komitənin təşkilatçılığı ilə indiyədək neçə müsabiqə və hərrac təşkil edilmişdir?

- Həmin Fərmanla Komitəyə həvalə edilmiş torpaq müsabiqə və hərraclarının təşkilatçısı səlahiyyətinə uyğun olaraq bələdiyyələrin qərarları əsasında və onlarla bağlanmış müqavilə ilə 2009-2013-cü illər ərzində respublikanın ayrı-ayrı bələdiyyələri üzrə 10 min 95 müsabiqə və hərrac ( o cümlədən 8 min 926 müsabiqə və 1169 hərrac) təşkil olunmuşdur. İndiyədək vətəndaşlardan hərrac və müsabiqələrin təşkilatçılığı ilə bağlı şikayət məzmunlu hər hansı müraciət daxil olmamışdır. Bu məzmunlu şikayətlərin olmaması halı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən tərəfimdən ölkənin regionları üzrə vətəndaşların qəbulu zamanı bir daha öz təsdiqini tapmışdır.

- Hörmətli Qərib müəllim, yeri gəlmişkən Kütləvi İnformasiya Vasitələrində yayılan məlumatlarda korrupsiya faktları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən adları sadalanan qurumların siyahısında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin adı da çəkilmişdir. Komitə tərəfindən yuxarıda qeyd etdiyiniz bu qədər əsaslı və qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, belə neqativ halların baş verməsinə zəmin yaradan halları siz nədə görürsünüz?

- Ümumiyyətlə, diqqətinizə çatdırılır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə ilə fizikiya hüquqi şəxslərə torpaq sahəsinin ayrılması məsələsinə bələdiyyələr tərəfindən ilkin olaraq baxılaraq müvafiq qərar qəbul edilərkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər şöbələri iştirak etmirlər. Bələdiyyə yalnız torpağın fizikiya hüquqi şəxslərə ayrılmasını məqsədəmüvafiq hesab etdiyi halda, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər şöbələri müvafiq planalma işləri aparmaqla nəticədə zəruri miqyaslarda yerquruluşu planölçü sənədlərini tərtib edireyni zamanda torpağın normativ qiyməti barədə arayış hazırlayaraq aidiyyəti üzrə bələdiyyəyə təqdim edir.

Qeyd etmək lazımdır ki, yerli icra hakimiyyətləri tərəfindən dövlət mülkiyyətinə aid yay və qış otlağı torpaq sahələrinin ayrılması prosedurunda da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər şöbələri sərəncamverici və icarəyəverən şəxs qismində çıxış etmirlər.

Bununla belə, qeyd etmək lazımdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər şöbələrinin müdirləri ikili tabelikdədir. Belə ki, onların vəzifəyə təyin edilməsi yalnız müvafiq yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin (başçıların) təqdimatı əsasında Komitə tərəfindən həyata keçirilir. Həmin şöbələr Komitənin Əsasnaməsi ilə üzərinə qoyulmuş vəzifə, funksiya və hüquqları çərçivəsində tapşırıqları yerinə yetirməklə yanaşı, əsasən də yerli icra hakimiyyətlərinin bilavasitə gündəlik tapşırıqlarını, sərəncamlarını icra etməklə məşğul olurlar. Həmçinin qeyd etmək lazımdır ki, şöbənin gündəlik fəaliyyətinə aid işlərdən biri də bələdiyyələrin qərarından irəli gələn torpaqayırma işlərini həyata keçirməkdən ibarətdir. Bu da nəticədə (baxmayaraq ki, bələdiyyələr torpaq sahəsinin ayrılması barədə qərar qəbul edərkən Komitənin şöbələri orada iştirak etmirlər) bələdiyyələrin fəaliyyətinə dair məsələlərə prokurorluq orqanlarında baxılarkən bələdiyyələrin qərarları əsasında Komitənin rayon şöbələrinin hazırladıqları torpaqayırma sənədlərində də bəzən müəyyən nöqsanlar da ortaya çıxır. Komitə belə halların təkrarlanmaması üçün mütəmadi qaydada zəruri qabaqlayıcı tədbirlər həyata keçirir.

Diqqətinizə çatdırılır ki, Azərbaycan Respublikası Prezidentinin “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 5 sentyabr 2012-ci il tarixli 2421 nömrəli Sərəncamının 3.2-ci bəndinin tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərinə aid olan hissələrinin icrasını təmin etmək məqsədilə 2012-ci və 2013-cü illər üçün zəruri planları hazırlanmış və həyata keçirilməkdədir.

Qeyd etmək istərdik ki, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nıda nəzərdə tutlmuş tədbirlərin icrasını daha yüksək səviyyədə təmin etmək üçün Komitənin tabeliyində olan qurumların müstəqil internet informasiya ehtiyatları yaradılmışdır.

Azərbaycan Resbulikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 05 sentyabr 2012-ci il tarixli 706 nömrəli Fərmanının 5.12-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə bütün “ASAN xidmət” Mərkəzlərində (o cümlədən, səyyar xidmətlərdə də) Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Aparatında və tabeliyində olan qurumlarda çalışan mütəxəssislərin fəaliyyəti təmin olunmuşdur. “ASAN xidmət” Mərkəzlərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə siyahısı təsdiq edilmiş Komitəyə aid 10 xidmət növü həyata keçirilir ki, bunlardan biritorpaq kadastrı məlumatları barədə arayışın verilməsi xidmət növüdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yuxarıda qeyd olunan Fərman və Sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramlarının Tədbirlər Planına və Milli Fəaliyyət Planına aid işlərin daha şəffaf şəkildə həyata keşirilməsinə onun şəxsi nəzarətinin nəticəsində , Komitə sistemində də elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılmışdır. Elektron sənəd dövriyyəsi də təbiidir ki, vətəndaş dövlət məmuru təmasını aradan qaldırmış və nəticədə korrupsiyanın baş verməsi ehtimalı minimuma endirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 07 oktyabr 2013-cü il tarixli iclasdakı yekun nitqində qeyd etdiyiKorrupsiya Azərbaycanda olmamalıdır” devizi korrupsiyaya qarşı mübarizə sahəsində bundan sonrakı fəaliyyətimizdə stimullaşdırıcı bir tapşırıq kimi mühüm rola malik olacaqdır.

 

yap.org.az

Səs.- 2013.- 11 oktyabr.- S.10-11.