Azərbaycan-Türkiyə mədəni
inteqrasiyası tarixi (milladdan
öncə VII-I minilliklərdən XVI əsrə qədər)
Tarixlər
yaradan türk xalqları eyni kökdən olan millətlərdəndir. Azərbaycan
və Türkiyənin mədəni inteqrasiyası tarixi
eramızdan əvvəlki dövrlərə gedib
çıxır. Professor Vəli Əliyev yazır ki, Azərbaycanın
ən qədim mədəniyyət mərkəzlərindən
biri sayılan Naxçıvanın qonşu Anadolu ilə
miladdan əvvəl VII-I minilliklərdə
olan mədəni əlaqələrinin öyrənilməsi
üçün qayaüstü rəsmlər xüsusi elmi əhəmiyyət
kəsb edir.
Avropa
və Asiya ərazisində qayaüstü rəsmlər
geniş miqyasda yayılmışdır. Qafqaz, Anadolu, Orta
Asiya, Ural, Sibir, Altay və Kareliya ərazisindəki
qayaüstü rəsmlər daş dövründən
başlayaraq, orta əsrlərədək uzun tarixi dövrləri
əhatə edir. Zaqafqaziyada qayaüstü rəsmlərə ən
çox Azərbaycanda, Qobustanda, Abşeronda, Kəlbcər
yaylaqlarında və Ordubad bölgəsindəki Gəmiqaya ərazisində
rast gəlinir.
Kiçik
Qafqazın ən hündür zirvəsi olan Qapıcıq
dağı (dəniz səviyyəsindən 3906 metr
hündürlükdə) Naxçıvan MR-ın Ordubad
rayonunun şimalında yerləşir. Xalq arasında bu
dağ Nuh peyğəmbər haqqındakı əfsanə ilə
əlaqələndirilərək Gəmiqaya
adlandırılır.
Gəmiqayada
dəniz səviyyəsindən 3500-3700 m. hündürlükdə
qeydə alıb tədqiq etdiyim (1968-1991-ci illərdə) qədim
yurd yerləri, qayaüstü rəsmlər və orta əsr
abidələri Naxçıvanın minillik tarixindən xəbər
verir. Burada qayaüstü rəsmlərin həkk olunduğu
Qaranquş yaylağında qaya parçalarından qurulmuş
oval və yanı dairəvi plana malik tikinti
qalıqları-yurd yerləri aşkara
çıxarılmışdır.
Qayaüstü
rəsmlər, əsasən, həmin tikintilərin
yaxınlığındakı qayalar üzərindədir.
Tikintilərin divarları iri və orta həcmli qaya
parçaları ilə hörülmüşdür. İri
hörgü daşları Naxçıvanın qədim
memarlığı üçün səciyyəvidir. Gəmiqayadakı
dairəvi planlı tikintilərin divarlarının kənar cərgələrinə
iri qaya parçaları düzülmüş, onların
arasında qalan boşluq xırda daşlarla doldurulmuşdur.
Bu qədim yurd yerlərinin yaxınlığında, 4-5 ha sahədə
yüzlərlə iri qaya parçaları üzərində
sxematik və realist üslublarda insan, keçi, tur, maral, it,
canavar, quş, araba rəsmləri, eləcə də, müxtəlif
şərti işarələr həkk olunmuşdur.
Spiralvari
rəsmlər, yazı işarələrini xatırladan təsvirlər
xüsusi maraq doğurur. Gəmiqayada maraqlı ov və rəqs
səhnələri kamil kompozisiyalı rəsmlər olub diqqəti
cəlb edir. Gəmiqaya qayaüstü rəsmləri
Naxçıvanın mezolit, neolit, eneolit, və tunc
dövrü mədəniyyəti üçün səciyyəvidir.
Arxeoloji
tədqiqatlar göstərir ki, Kür və Araz
çayları vadilərindəki geniş düzən ərazilərdə
eramızdan əvvəl V-I minilliklərdə
yaşamış əkinçi-maldar tayfalar Kiçik
Qafqazın Alp çəmənliklərindən yaylaq kimi
istifadə etmişlər. Azərbaycanda qədim
maldarlığın, qoyunçuluğun və
atçılığın inkişafı Göycə
mahalından Kəlbəcərdən başlayıb
Naxçıvana qədər uzanan Kiçik Qafqazın silsilə
yaylaqları ilə bağlı olmuşdur. Odur ki, Göycə,
Kəlbəcər və Ordubad yaylaqlarında neolit
dövrü ovçularının və eneolit, tunc və ilk
dəmir dövrləri əkinçi-maldar tayfalarının
mədəniyyət izləri olan qayaüstü rəsmlər
vardır.
Professor
Hidayət Cəfərovun fikrincə, tədqiqatlarla subut
edilmişdir ki, ən qədim dövrlərdən Azərbaycan
tayfaları müxtəlif ərazilər, o cümlədən,
Kiçik Asiya ilə sıx əlaqələrdə
olmuşdur.
Paleolit dövründə
Hemrut-dağ, Bayazitdən obsidian, eneolit dövründə xələf-
obeyt mədəniyyəti tipli saxsı qablar (Van gölü
rayonu, Tülkü-təpə), nikel qatışıq mis alətlər
(Anadolu) ilk və orta tunc dövründə müxtəlif tunc
baltalar və s. Azərbaycana mübadilə vasitəsi ilə
gətirilmişdir.
Miladdan əvvəl II minilliyin əvvəllərində
Kiçik Asiyada mövcud olmuş beynəlxalq ticarət
faktoriyasının (Kaniş-indiki Kültəpə) fəal
iştirakçıları içərisində Azərbaycan
tayfaları da olmuşdur. Orta və
tünc dövründə geniş yayılmış
boyalı qablar mədəniyyətinin inkişafında Azərbaycan
və Kiçik Asiya tayfaları mühüm rol
oynamışlar.
Paralellik başqa faktlarla da sübut olunur. Məsələn,
tünc dövrü kurdanlarının (Türkiyədə
Alaca-Höyük, Azərbaycanda
Borsunlu) quruluşu,
dəfn mərasimi və avadanlıqlarının
oxşarlığı diqqəti
cəlb edir.
Troyanın müvafiq təbəqəsi
Borsunlu kurqanındakı
(m.ə. XIV-XIII əsrlər)
şəxsi qabların
eyniliyi isə təəccüb və heyrət doğurur. Bütün bunlar
hər iki ərazi əhalisinin qədim əlaqələrin
sübut edən dəlillərdir. Atropatenanın (qədim Azərbaycanın
ərazisində mövcud
olmuş dövlət)
xarici siyasət tarixində Kommagena (qədim Türkiyə ərazisində mövcud olmuş dövlət) ilə əlaqədar maraqlı səhifələr
vardır. Təqdim olunmuş
yazıda bu iki dövlət arasında mövcud xarici əlaqələrdən
sadəcə, e.ə.
I əsrin son rübündə baş vermiş bir epizodu nəzərinizə
çatdırmaq istərdik.
Bu araşdırmanın başlıca mənbələri
rolunda isə Strabon və Dion Kassi kimi antik
müəlliflərin qısa
məlumatları çıxış
edir.
Nəzərdən keçirilən dövrün
xarici əlaqələri
istər Atropatena, istərsə də Kommagena üçün
Roma imperatoru Avqustun təsiri altında formalaşmışdır. Sülalələr arasında bağlanmış
nigahlar Avqust siyasətinin ayrılmaz bir hissəsi idi. Çünki o, Roma dövlətinin şərq sərhədlərində
əmin-amanlığı və
təhlükəsizliyi təmin
edə biləcək hökmdarların olmasında
çox maraqlı idi. E.ə. 20-ci ildə Avqustun
vasitəçiliyi ilə
Atropatena şahzadəsi
İotape Kommagena çarı III Mitridata ərə gedir. Tarix Kommagenalı III Mitridatın
atasının adını
qoruyub saxlaya bilməsə də, məlumdur ki, onun babası Kommagena çarı I Antiox olmuşdur. Atropatenalı İotape isə
Atropatena çarı
I Artavazdın qızı
və Atropatena çarı I Ariobarzanın
nəvəsi idi.
I İotape ilə
III Mitridatın nigahı
Atropatena ilə Kommagena arasında möhkəm əlaqələr
quraraq, onların xarici siyasətində həlledici rol oynamışdır. Bu qədim Şərq dövlətlərinin sonrakı
əlaqələri haqqında
antik müəlliflər
heç bir məlumat verməsələr
də, aydındır
ki, nikahın səbəbkarları və
eləcə də, onların varisləri Atropatena ilə münasibətlərdə daima
xoşməramlı olmuşlar.
Romanın regionda böyük
təsirinə baxmayaraq,
durumun belə olması, öz növbəsində, dövlətlərin
qədim Şərqin
beynəlxalq, arenasında
mövqeyinin güclənməsinə
səbəb olmuşdur.
Məlum
faktdır ki, I
İotape ilə III Mitridatın varisləri
yalnız Kommagenada deyil, eyni zamanda, Emessa, Kilikiya və
İudeyada da hökmranlıq etmişdirlər. Bu
da Atropatena ilə adları çəkilən və
aralarında müxtəlif dərəcəli qohumluq
bağları mövcud olan dövlətlərin əlaqələrinin
genişliyinə dəlalət edir. Bir şeyi də qeyd
edək ki, I
İotape ilə III Mitridatın qadın varislərinin
hamısının adı "İotape" olmuşdur. Və bu faktın özü də qohumluqda I
İotapenin böyük rolu olmasından xəbər verir.
Sonda bir
faktı da nəzərinizə çatdıraq: Türkiyədə,
Alanya şəhərinin ətrafında antik liman şəhəri
İotapenin (müasir Aytap) qalıqları vardır. Bu şəhər öz adını Kommagena
çarı IV Antioxun həyat yoldaşı VI İotapenin
adından almışdır. Beləliklə, bu şəhərin
adında tarix "İotape" adının birinci sahibəsi
olmuş öncə Atropatena şahzadəsi, sonradan isə
Kommagena kraliçasi olmuş I İotapenin adını qoruyub
saxlamışdır. Tarix elmləri namizədi
Elvira Lətifovanın fikrincə, XVI əsrin II
yarısından 1844-cü ilə qədər İlisu (Saxur)
sultanlığı Azərbaycanın şimal-qərb
torpaqlarında mövcud olmuşdur. Ərazisi
böyük olmasa da, bu feodal dövlət qurumu Qafqazda cərəyan
edən siyasi hadisələrdə mühüm rol
oynamışdır.
İlisu (Saxur) hakimləri 1562-ci ildən etibarən Səfəvilər
dövlətinin vassalı idilər. Onlara səfəvi
şahları tərəfindən dövlətin uc
torpaqlarını qorumaq kimi vacib məsələ həvalə
olunmuşdu. Lakin XVI əsrin sonlarında Səfəvilər
dövləti daxili böhran keçirirdi. Daxili ağır vəziyyət Azərbaycan Səfəvilər
dövlətinin xarici siyasətinə də öz mənfi təsirini
göstərdi. Bu şəraitdə
Osmanlı imperiyası öz Qafqaz siyasətini daha da fəallaşdırır.
1590-cı ildə imzalanmış İstanbul
müqaviləsinə əsasən Azərbaycan, Ermənistan və
Gürcüstan Osmanlı imperiyasının hakimiyyəti
altına keçdi.
Yaranmış şəraitdə Saxur hakimliyi (gələcək
İlisu sultanlığı - E.L.) də avtomatik olaraq, Osmanlı
imperiyasının vassallığını qəbul etdi. Sultan II
Osmanın Saxur hakimi Adı-Görklü bəyə 1591-ci ildə
verdiyi fərmana əsasən ona Saxur hakimliyindən əlavə
Qax və Meşəbaş kəndləri verilirdi.
XVII əsrin əvvəllində I Şah Abbas Azərbaycanı
öz hakimiyyəti altına qaytarmağa müvəffəq
oldu. 1607-ci
ildə Saxur hakimi Əli-Sultanın adına
yenə türk sultanı tərəfindən fərmanın
verildiyini müşahidə edirik. Bu fərmana əsasən
Qax, Meşəbaş, Zərnə, Ləkit, Qum və
Alagöz kəndləri irsi mülkiyyət hüququnda Əli
Sultana verilirdi. 1617-ci ildə Əli Sultanın adına Sultan Osman tərəfindən yeni fərman
verildi. Lakin bir müddət sonra, XVII əsrin
sonlarına qədər Səfəvilər Azərbaycanı
öz əllərində saxlaya bilirlər. Bu şəraitdə İlisu sultanları Səfəvi
şahlarına meyil göstərirdilər.
Vəziyyət XVIII əsrin əvvəllərində dəyişdi. Bu zaman Səfəvilər
dövləti siyasi və iqtisadi böhran içində idi.
Şah Sultan Hüseynin höküməti
böhrandan çıxmaq üçün vergiləri
artırırdı. Bu, xalqın
narazılığına səbəb olurdu. Nəticədə Səfəvilər dövlətinin
müxtəlif vilayətlərində xalq üsyanları
başlandı. Tədricən bu
üsyanlar azadlıq hərəkatına çevrilməyə
başladı. 1707-ci və 1711-ci illərdə
şimal-qərbi Azərbaycanda Əli Sultanın rəhbərliyi
altında Səfəvi administrasiyasına qarşı
üsyanlar qaldırıldı.
Professor Şahin Fazil Fərzəlibəyli
yazır ki, İran alimi doktor Məhəmməd İoinin
"Fərhənge-farsi" ("Fars lüğəti")
adlı 6 cilidlik kitabının birinci cildində
"islam" sözünün mənası belə
açıqlanır: "Məhəmməd ibn Abdullah sələvatullahın
şəriətini qəbul etmək; Məhəmməd ibn
Abdullah səlvətullahın dini."
Elə həmin kitabda "kafər" və
"müsəlman" istilahları barədə də
müxtəsər izah verilmişdir. Məhəmməd Moinə
görə, kafər o şəxsdir ki, Allahın dinini qəbul
etmir, dinsiz və imansız olur. Belə olan halda, hər
hansı müsəlman bir padşahın islam
dininə mənsub olmayan hər hansı bir şəxsi
"kafər" adlandırması təbiidir. Amma
təəssüf ki, biri-digərinə düşmən olan
müsəlman feodal dövlət
başçılarının əksəriyyəti müəyyən
səbəblərdən bir-birlərini "kafər"
adlandırmış, müsəlman olmamaqda təqsirləndirmişlər.
Məsələn, Qara Yusif Qaraqoyunlu Osmanlı hökmdarı
İldırım Bayazidə böyük fateh Teymurun Azərbaycana
yürüşü barədə yazır: "... Məğlubiyyətə
uğramış Teymur... Turandan İrana keçərək
Hülaku xan kimi elxanlıq iddiasına
düşmüş və islam əhalisini və onların
döyüşçülərinədək təngə gətirmiş...
indi də Azərbaycana hücuma keçmişdir. Mən sənin tərəfdarın kimi onunla
döyüşəcəyəm və can-başla islama
kömək edəcəyəm. Sultan Bayazid öz cavab məktubunda
Əmir Teymurun müsəlman olduğunu inkar etmirsə də, lakin ona
qarşı olan kin və qəzəbini də gizləmir:
"İnsaflı qeyri-müsəlman övladı insafsız
müsəlman övladından daha yaxşıdır".
Məşhur
Osmanlı hökmdarı II Sultan Məhəmmədin fikrincə,
əgər bir müsəlman başqa müsəlmana
hücum edərsə, o, dövlətin və şəraitin
düşməni sayılır, yəni müsəlman olsa belə
kafərdir.
Sultan Səlim
Yayuzun Azərbaycan hökmdar I Şah İsmayıl Səfaviyə
göndərdiyi ikincı məktubda (1514-cü il)
Osmanı-Səfəvi qarşıdurmasının başlanma
səbəbinin sünni-şiə münasibətlərində
olduğu göstərilir və sünniliyi qəbul edəcəyi
halda Şah İsmayılın bağışlanacaği
bildirilir: "Mən Allah-Taalanın xəlifəsi... Sultan Səlim
şah ... Əcəm mülkünün məliyi, zülm və
sitəm ölkəsinin sahibi... Əmir İsmayıla... zəfər
möhürlü bu naməni göndərib bildirirəm ki...
O, pak müsəlman millətini öz yanlış əqidəsinə
tabe etmiş mətin dinin əsasını
sarsıtmış... islamın uca minbərlərini zülm əlı
ilə dağıtmış... adını bədnam
etmişdir.... Əgər sən uca və pak sünni məzhəbinə
qoşulsan, öz məmləkətini... Tanrının
qoruduğu Osmanlı dövlətinin bir hissəsi etsən bizim
şahid iltifatımıza layiq görülərsən".
N.B.Məmmədova yazır ki, 1517-ci ildən sonra
Osmanlı imperiyasının Şimali Afrikada və Aralıq dənizi
hövzəsində möhkəmlənməsi Türkiyənin
Portuqaliya ilə münasibətlərini gərginləşdirdi. Qırmızı dənizdə
türklərin öz donanmasını qurmağa
başlaması isə Fars körfəzi və Hind okeanında
möhkəmlənmək uğrunda rəqabəti gücləndirdi,
çünki Hörmüzü ələ keçirmiş
portuqallar Fars və Oman körfəzlarinin strateji məntəqələrində
artıq möhkəmlənmişdilər və öz
mövqelərini güzəştə getmək istəmirdilər.
Portquqalların Fars körfazi sularında 100 ildən
çox hakimiyyəti dövründə Hörmuz onların
inzıbatı-siyasi, hərbi və ticarat mərkəzi
olmuşdur. Bu bölgədə portuqallar öz hakimiyyətlərini
qeyri-bərabər müqavilələr bağlamaqla da möhkəmləndirirdilər.
Lakin portuqal hakimiyyəti dəfələrlə
yerli əhalinin üsyanlarına sabəb olmuşdu. Səfəvi dövlətində şah hakimiyyətinin
dəyişməsi isə əhalinin vəziyyətinə dəyişiklik
gətirməmişdi. Belə ki,
1524-cü ildə taxta çıxan şah Tahmasib (1524-1576)
portuqallara qarşı mübarizəni təşkil edə
bilmədi. Belə olan surətda Osmanlı
imperiyası Fars körfəzinin müsəlman hakimlərinin
yeganə ümidi oldu.
Portuqal-türk qarşıdurması Səfəvilərin
portuqallarla yaxınlaşması üçün şərait
yaratdı. Portuqaliyanın Fars körfəzində güclənməsi
ilə barışan Səfəvilər Osmanlı
imperiyasına qarşı bu dövlətlə hərbi ittifaq
bağlamağa çalışırdı. Səfəvilərin Portuqaliya ilə
yaxınlaşması Səfəvi-Venesiya əlaqələrinin
zəifləməsinə və Venesiyanın Osmanlı
imperiyası ilə münasibətlərinin
normallaşmasına gətirib çıxardı.
Aydındır ki, bu yaxınlaşmanın daha mühüm səbəbi
var idi: Hindistana dəniz yolunu açmış Portuqaliya Şərqlə
ticarətdə Venesiyanın mövqeyini xeyli zəiflətmişdi.
Bu bölgədə Türkiyənin
apardığı siyasət isə Venesiyanın maraqlarına
uyğun gəlirdi.
Fars
körfəzi ilə bağlı Sultan Süleymanın əsas
məqsədi Portuqaliyanı körfəzdən
sıxışdırmaq, Səfəvi dövlətini aradan
çıxarıb Hind okeanı, Cənubi Qafqaz, İran, Orta
Asiya ölkələri ilə Aralıq və Qara dəniz
sahilləri arasında ticarət
əlaqələrini yenidan canlandırmaq idi. Başqa
sözla desək, Fars körfəzini ələ keçirməklə
Osmanlı imperiyası ipək və ədviyyat ticarəti
problemini birdəfəlik həll etmək istəyirdi. Beləliklə,
XVI əsrin 20-30-cu illərində osmanlı-portuqal ziddiyyətlərinin
kəskinləşməsi baş verdi ki,
onun da özülündə Fars körfəzi uğrunda
mübarizə dururdu. Səfəvilərin
Osmanlı imperiyası ilə müharibə vəziyyətində
olması isə körfəzdə Avropanın digər
müstəmləkəçi dövlətlarinin möhkəmlənməsi
üçün şərait yaratdı.
Tarix elmləri
namizədi Tofiq Nəcəflinin fikrincə, tarixi
keçmişi sıx qarşılıqlı əlaqə
şəraitində cərəyan edən Azərbaycan və
türk xalqlarının orta çağlar tarixinin daha dərindən
araşdırılması üçün tədqiqatçıların
qüvvələrinin birləşdirilməsinə
böyük ehtiyac duyulur. Bunun üçün
uzun tarixi dövr ərzində müxtəlif mövqelərdən
yazıb-yaratmış tarixçilər arasındakı fikir
ayrılıqlarının obyektiv elmi təhlili, ilk mənbələr
əsasında yenidən nəzərdən keçirilməsi,
daha doğrusu, qarşılıqlı əlaqə
yollarının bir-birinə qarşı ittihamlardan və əngəllərdən
təmizlənməsi olduqcı vacibdir. Bu baxımdan,
Ağqoyunlu-Osmanlı münasibətlərinin müasir
Türkiyə tarixşünaslığında tədqiqi
mühüm əhəmiyyət daşıyır. Burada
məqsədimiz tarixşünaslığımızda ətraflı
tədqiq edilməmiş olan 1473-cü il
Ağqoyunlu-Osmanlı sülhünün Türkiyə
tarixşünaslığındakı tədqiqi səyviyyəsini
aydınlaşdırmaqdır.
XV
yüzilliyin ortalarında Osmanlı Sultanı II Mehmedin
mühüm strateji, hərbi-siyasi və iqtisadi əhəmiyyətə
malik olan Bosfor və Dardanel boğazlarını ələ
keçirməsi, ardınca da Şərqi Anadolunun fəth
olunması nəticəsində "Osmanlı
iqtisadiyyatının şah damarı olan Təbriz-Toqat-Bursa ipək
yolu"nun ələ keçirilməsi nəticəsində
Təbriz- Hələb, Təbriz-Bursa tranzit ticarət
yolları Osmanlı dövlətinin nəzarətinə
keçdi. Bursanı Yaxın və Orta Şərqin
ən böyük ticarət mərkəzi olan Təbrizlə
birləşdirən bu ipək yolu Osmanlı fəthlərini
Şərqə doğru istiqamətləndirən əsas amil
oldu. Sultan II Mehmedin Təbriz-Bursa ipək
yolu üzərində hakim olmaq təşəbbüsü
Ağqoyunlu-Osmanlı münasibətlərini daha da kəskinləşdirdi.
"Qaraman böhranı" iki dövlət
arasındakı münasibətləri gərginləşdirərək
müharibə vəziyyətinə çatdırdı.
Avropa xristian dövlətlərinin, xüsusən də,
Venesiyanın qızışdırdığı Ağqoyunlu
sultanı Uzun Həsən 1472-ci ilin baharında osmanlılara
qarşı müharibəyə başladı. Müvəffəqiyyətli
döyüş əməliyyatı nəticəsində
Ağqoyunlu ordusu Toqatı, Qeysəriyyəni, Ağsarayı və
Ağşehri ələ keçirərək, Qaramana daxil
oldu. Lakin son nəticədə 1472-ci ilin hərbi
əməliyyatları Ağqoyunlu ordusu üçün
uğursuz oldu.
Türkiyə tarixşünaslığında
1472-1473-cü illərin Ağqoyunlu-Osmanlı hərbi əməliyyatları
hərtərəfli tədqiq edilmişdir. Ağqoyunlularla
bağlı tədqiqatlarında
İ.H.Uzunşarşılı, M.X.Yınanç, B.S.Baykai,
F.Sümer, S.Tansel, Ş.Turan, Y.Yücel və M.Ərəndil
Osmanlı qaynaqlarına əsaslanaraq bu iki dövlət
arasındakı qarşılıqlı münasibətləri
aydınlaşdırmağa çalışmışlar.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2013.- 18 oktyabr.- S.15.