Ətraf mühit məsələlərinin prioritetliyi sosial-iqtisadi islahatlarda mühüm yer tutur

 

 

Müsahibimiz Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovdur

- Hüseyn müəllim, ətraf mühitin mühafizəsi və təbii sərvətdən səmərli istifadə edilməsi hal – hazırda hansı səviyyədədir?

- Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi Respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissələrindən biridir. Hazırda iqtisadi inkişafla bərabər ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi dövlətimizin və cənab Prezidentimizin daim diqqət mərkəzindədir.

Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini təmin edib. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycanın iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Təbii ki, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan biriqloballaşma prosesindən irəli gələn meyarların ölkə reallıqları ilə məharətlə uzlaşdırılması, onların milli maraqları təmin edən uğurlu vəhdətinin yaradılması olub.

Hazırda makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib.

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi müstəqil Azərbaycan Respublikasının zəngin təbiətini, təbii sərvətlərini qorumaq, bərpa etmək üçün Ümummilli Liderimiz Heydər Əliyevin tövsiyələrini rəhbər tutaraq bu istiqamətdə vaxtilə başlanılmış işləri davam etdirir, bu yöndə yeni-yeni layihələr həyata keçirilir. Ölkəmizin ən ciddi ekoloji problemlərinin həllinə cəmiyyətin, yerli və beynəlxalq təşkilatların diqqəti cəlb olunmaqla dövlətin müəyyənləşdirdiyi ekoloji siyasət reallaşdırılır. Bütövlükdə, ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.

Ümummilli Lider Heydər Əliyevin sosial-iqtisadi siyasətini uğurla davam etdirən ölkə başçısı öz fəaliyyətində ölkəmizin ekoloji durumuna, ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqət və qayğı göstərir.

Son zamanlar ölkə rəhbərinin bilavasitə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühitlə bağlı dövlət proqramlarının qəbul olunması, bu istiqamətdə mövcud problemlərin daha səmərəli həll edilməsi məqsədilə sərəncamların imzalanması bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına parlaq nümunədir. Dövlət başçısı tərəfindən 2010-cu ilinEkologiya ilielan edilməsi də Ulu Öndərin keçən əsrin 70-ci illərindən həyata keçirməyə başladığı ekoloji siyasətin məntiqi davamıdır.

- Hüseyn müəllim, tarixə bir nəzər salası olsaq, Azərbaycanın təbii sərvətlərinin, ekologiyasının qorunması ilə bağlı Ulu öndərimizin fəaliyyətini hansı istiqamətdə dəyərləndirmək olar? Bu haqqda nə deyə bilərsiniz?

- Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bütün sahələrdə olduğu kimi ekoloji problemlərin həlli məsələlərini də diqqət mərkəzində saxlamış, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə daim xüsusi qayğı ilə yanaşmışdır. Onun hakimiyyəti illərində ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər geniş vüsət almağa başlamışdır.

1969-1982-ci illərdə respublikamızda həyata keçirilən təbiəti mühafizə tədbirlərinin təşəbbüskarı da Ulu Öndər Heydər Əliyev olmuşdur. Məhz Ulu öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərində həyata keçirilən yaşıllaşdırma tədbirləri nəticəsində Abşeron yarımadası yaşıl libasa bürünməyə başlamışdır. Ulu Öndərin “Bakını yaşıllıqlar diyarına çevirək” çağırışı və təşəbbüsü şəhərdə bağların, xiyabanların və yaşıllıq zonalarının salınmasına böyük təkan vermişdir. Hələ 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyə gəldiyi dövrdə “Azərbaycan təbiətinin mühafizəsi haqqında” Qanunun qəbul edilməsi ölkəmizdə qoruqların sayının artmasına səbəb olmuşdu.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Ulu Öndər müstəqil Azərbaycan Respublikasının ekoloji məsələlərini bir daha ön plana çəkmiş, bu sahədəki mövcud problemlərə xüsusi diqqət ayırmışdır. Bu dövrdə bir sıra yeni qanunvericilik sənədləri - meşə, torpaq, su haqqında və s. qanunlar qəbul edilmişdir. Məhz Ulu öndərin qayğısı və təşəbbüsü ilə uzun illər ərzində yaranmış və müstəqil Azərbaycana miras qalmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan 5 Milli və Dövlət Proqramları təsdiq edilərək icrasına başlanılmış, respublikamızda mövcud olan qoruq və yasaqlıqların əraziləri genişlənmiş və Milli Parkların yaradılması istiqamətində işlər görülmüşdür.

Uzun illər ərzində yaranmış və müstəqil Azərbaycana miras qalmış ekoloji problemlər Məhz Ulu Öndərin təşəbbüsü və qayğısı ilə təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişafa dair” və “Meşələrin bərpası və artırılmasına dairMilli Proqramlar təsdiq olunmuşdur.

“Meşələrin bərpası və artırılmasına dairMilli Proqram çərçivəsində meşəsalma və meşəbərpa tədbirlərinin ilbəil intensivləşdirilməsi hesabına son on ildə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon 21 min hektarı keçərək ümumi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinə çatdırılmışdır. Proqramın icrası istiqamətində meşələrin mühafizəsi, bərpası, yeni meşəliklərin salınması məqsədilə bir sıra ciddi tədbirlər görülmüşdür. Belə ki, toxum tədarükü, əkin materiallarının yetişdirilməsi, meşələrin bərpası, yeni meşə massivlərinin yaradılması sahəsində göstəricilər bir neçə dəfə artmış, meşə fonduna daxil olmayan ərazilərdə - Kür-Araz çayları vadilərində, avtomobil, dəmir yolları və sututarların kənarlarında, eləcə də, Xəzər dənizi sahillərindəki qumluqların bərkidilməsi istiqamətində müvafiq tədbirlər görülmüşdür.

Hazırda Azərbaycan Respublikası üçün aktual olan ekoloji problemlərin aradan qaldırılması davamlı inkişaf prinsiplərinə əsaslanan müvafiq dövlət proqramları olanEkoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” və “Meşələrin bərpası və artırılmasına dairMilli Proqramlar çərçivəsində ardıcıl olaraq davam etdirilir.

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi müstəqil Azərbaycan Respublikasının zəngin təbiətini, təbii sərvətlərini qorumaq, bərpa etmək üçün Ümummilli liderimiz Heydər Əliyevin tövsiyələrini rəhbər tutaraq bu istiqamətdə vaxtilə başlanılmış işləri davam etdirir, bu yöndə yeni-yeni layihələr həyata keçirilir. Ölkəmizin ən ciddi ekoloji problemlərinin həllinə cəmiyyətin, yerli və beynəlxalq təşkilatların diqqəti cəlb olunmaqla dövlətin müəyyənləşdirdiyi ekoloji siyasət reallaşdırılır. Bütövlükdə, ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.

- Ölkədə ekoloji vəziyyətin, ətraf mühitin yaxşılaşdırılması istiqamətində ötən müddət ərzində hansı işlər görülmüşdür?

- Ölkə rəhbərliyinin ekologiya ilə əlaqədar məsələləri daim diqqət mərkəzində saxlaması ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan vermiş, bu istiqamətdə iri layihələr uğurla həyata keçirilmiş və hazırda davam etdirilir.

Meşələrin mühafizəsi və artırılması sahəsində tədbirlərin ilbəil intensivləşdirilməsi hesabına son on ildə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmiş və ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artmışdır. Son 10 il ərzində 104 500 hektardan artıq sahədə meşəbərpa işləri aparılmış və yeni meşələr salınmış, 84 milyon ədəd ağac əkilmiş, 307 milyon ədəd əkin materialı yetişdirilmiş və 2 milyon ton toxum tədarük edilmişdir.

Yaşıllıqların artırılması sahəsində son 10 il ərzində meşə fonduna daxil olmayan ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər təşkilatlar tərəfindən 20 milyon ədəddən artıq müxtəlif növ ağackol cinsləri əkilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması" və "Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamlarının icrası ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasında təkcə son beş il ərzində həyata keçirilmiş 8 iri yaşıllaşdırma layihəsi çərçivəsində 1556 hektarda yaşıllaşdırma işləri aparılmış, ümumilikdə, 2172 hektarda müasir damcılı suvarma sistemləri qurulmuş, Abşeronun sərt və quru iqliminə dözə bilən yerli və xaricdən alınmış 1 865 523 ədəd müxtəlif cinsli ağackol əkilmişdir.

KürAraz çayları boyu məskunlaşmış əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 2007-2012-ci illər ərzində 20 rayonun 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılaraq istismara verilmiş və 400 mindən artıq əhali Ümumdünya Səhiyyə Təşkilatının normalarına cavab verən içməli su ilə təmin edilmişdir. Sutəmizləyici qurğuların böyük bir hissəsi artıq 5 ildir ki, fasiləsiz istismar edilir. Bu Proqramın uğurlu olması və əhali tərəfindən müsbət qarşılanması çoxsaylı məktublarda öz əksini tapır. Proqramla əhatə olunmamış digər yaşayış məntəqələrində də təmizləyici qurğuların quraşdırılması barədə İcra Hakimiyyəti və yerli idarəetmə orqanları, əsasən də əhalidən çoxsaylı müraciətlər daxil olur.

Azərbaycan Respublikası Prezidentinin "Xəzər dənizinin çirklənmədən qorunması üzrə tədbirlər haqqında" Sərəncamlarına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin kiçik lokal mənbələrdən çirklənməsinin qarşısının alınması məqsədilə Abşeron yarımadasının mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan Mərdəkan, Buzovna, Bilgəh, Nardaran, Pirşağı, Novxanı və Sumqayıtın 90 kilometrə yaxın sahilboyu ərazilərində ümumilikdə gündə 6400 m3 çirkab sutəmizləmə gücünə malik beynəlxalq standartlara cavab verən modul tipli təmizləyici qurğulardan ibarət 17 stansiya istismara verilərək "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi" yaradılmışdır. Bunun sayəsində çirkab sular ətraf mühitinsan sağlamlığına mənfi təsir göstərən inqrediyentlərdən təmizlənərək dənizin dərinliyinə axıdılır. Nəticədə, aparılan monitorinqlər qısa zaman ərzində həmin ərazilərdə Xəzər dənizinin suyunun çirklənmə səviyyəsinin aşağı düşdüyünü göstərir.

Regionda ən az şirin su ehtiyatına malik olan ölkəmizdə gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli üçün yeni yanaşma və texnologiyaların tətbiqi, həmçinin SalyanQaradağ rayonlarının ərazilərində yaşıllaşdırma tədbirlərinin effektivliyinin, o cümlədən suvarma imkanlarının artırılması və müxtəlif çeşidli keyfiyyətli əkin materialları ilə təminatın yaxşılaşdırılması məqsədilə infrastruktur imkanları gündə 20 min m3 olan, ilkin mərhələdə pilot olaraq sutkada 1000 m3 gücündə avadanlıq quraşdırılmış Dəniz suyunun duzsuzlaşdırılması zavodumüasir tinglikdən ibarət kompleks inşa edilmişdir. Bağlı qrunt şəraitində örtülü kök sistemli tinglikdə ildə 1 mln. ədəd ağackol bitkiləri (o cümlədən dekorativ) yetişdiriləcəkdir.

Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi istiqamətində son 10 ildə 5 mlrd. ədədə yaxın balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılmışdır. 2003-cü ildə Neftçala rayonunda ildə 15 mln. nərəcinsli balıq yetişdirmək imkanı olan yeni Xıllı nərə balıqartırma zavodu tikilib istifadəyə verilmişdir. Xəzər dənizində nərəkimilərin populyasiyasının kəskin azalmasını nəzərə alaraq 2004-cü ildə Xıllı nərə balıqartırma zavodunun bazasında təmir-törədici fondu yaradılmışdır. Hazırda təmir-törədici fondunda 4 mindən artıq müxtəlif növyaş qruplarına aid nərə cinsli balıqlar saxlanılır.

Biomüxtəlifliyin, nadirkökü kəsilməkdə olan bitkiheyvan növlərinin genofondunun qorunmasının təmin edilməsi məqsədilə ETSN tərəfindən xüsusi mühafizə olunan təbiət əraziləri inkişaf etdirilmiş, son on il ərzində 9 milli park yaradılmışdır. Hazırda ölkədə ümumi sahəsi 893 min hektar olan xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir ki, bu da ölkə ərazisinin 10,3 %-ni, o cümlədən Milli Parklar 3,7 %-ni təşkil edir.

2006-cı ildə Altıağac Milli Parkının nəzdində Cənubi Qafqazda ilk Vəhşi təbiətin bərpası və canlıların reabilitasiyası mərkəzi yaradılmışdır. Mərkəzin əsas məqsədi qeyri-qanuni əldə edilmiş, o cümlədən nadir və sayı azalmaqda olan heyvan növlərinin süni və yarımqapalı şəraitdə reabilitasiyası, təbiətə uyğunlaşdırılması, artırılması və təbiətə qaytarılmasından ibarətdir.

Növlərin tarixi yaşayış məskənlərinə reintroduksiyasına da xüsusi diqqət yetirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən layihə çərçivəsində 115 baş ceyran tarixi arealları hesab olunan Qobustan, Acınohur, Ağgöl ərazilərinə köçürülmüş, köçürülmüş ceyran sürüsünün hərəkətinə peyk vasitəsilə mütəmadi nəzarət, onların hərəkət istiqamətlərindən asılı olaraq su və yemlə əlavə təminatı həyata keçirilmişdir. 2010-cu ilin yayında Ağgöldə onların təbii artımı müşahidə olunmuşdur. 2010-cu ilin 24 dekabr tarixində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilk ceyran sürüsünün (21 baş) tarixən məskunlaşdığı yerlərdən biri olan Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı əraziyə buraxılması prosesini izləmişlər. Həyata keçirilmiş bütün bu tədbirlərin nəticəsində nəsli kəsilmək təhlükəsi qarşısında olan nadir növlərin təbii artımı müşahidə olunur.

İqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri aparılmışdır.

Quraşdırılmış avadanlıqlar vasitəsilə Kür çayının mənsəbində səviyyə tərəddüdünü və Kiş çayında sel axınlarını, o cümlədən Şahdağ Milli Parkının Kaboş zirvəsində və Ləzə məntəqəsində yüksək dağlıq ərazilərin hava şəraitini real vaxt rejimində izləməyə imkan verən videogörüntülər alınır.

Meteoroloji şəraitin və buzlaqların dəqiq müşahidəsi, flora və faunanın dərindən öyrənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar 2008-ci ildə Qusar rayonunun ərazisində Qafqazda ən yüksək dağlıq "Kompleks hidrometeorolojiekoloji tədqiqat elm Mərkəzi" yaradılmışdır. Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosistemlərinin tədqiqi məqsədilə Mərkəzdə 3 avtomat meteoroloji stansiya qurulmuş, bütün kompleks alternativ enerji ilə təmin olunmuş, VSAT sistemi qurulmuş, peyk vasitəsilə internetlə təchiz olunmuşdur.

Son 10 ildə geoloji axtarış-kəşfiyyat işlərində ciddi nəticələr əldə olunmuş, Azərbaycanın 25 bölgəsində 192 müxtəlif təyinatlı yatağın ehtiyatları balansa alınmışdır. Bu illər ərzində kəşf olunaraq balansa götürülmüş qızıl yataqlarının bazasında istehsal prosesi təşkil edilmiş, Azərbaycan qızıl istehsal edən ölkələr sırasına qoşulmuşdur. Son illərdə kəşf olunmuş yataqlar hesabına ölkənin qızıl ehtiyatları 2 dəfədən çox artmışdır. Faydalı qazıntıların kəşfiyyatı istiqamətində Gədəbəy rayonunda mis polimetal filizlərində nüvə geofiziki tədqiqat üsulları ilə platin, qızıl, missinkin yüksək miqdarı müəyyən edilmişdir.

Ətraf mühitin mühafizəsinə nəzarət sahəsində də irəliləyişlər əldə olunmuşdur. Hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə aktprotokollar tərtib edilmiş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən tədbirlər görülmüş, iddia və cərimələr tətbiq edilmişdir. 2012-ci ildə Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fonduna daxilolmalar son 10 ildə 8 dəfədən çox artaraq 1, 8 mln manata çatmışdır.

- Rəhbərlik etdiyiniz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin beynəlxalq təşkilatlarla əlaqəsi hansı müstəvilərdə qurulur?

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı gündən beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etmişbir sıra mühüm beynəlxalq tədbirlərin təşkilatçılığını həyata keçirmişdir.

2010-cu Ekologiya ilində BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı ölkənin paytaxtı Bakı şəhəri də Dünya Ətraf Mühit Gününün 2010-cu ildə Avropa regionunda qeyd edilməsi üçün əsas üç şəhərdən biri elan edilmişdir. Ümumdünya Ətraf Mühit GünüÇoxlu növlər, bir planet, bir gələcək” devizi altında keçirilmiş və tədbirlərdə iştirak etmək məqsədilə UNEP-in Avropa Bürosunun direktoru Kristof Buvye Bakıda olmuşdur.

2010-cu ilin 5-7 iyul tarixlərində Qəbələ şəhərində UNEP və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Biomüxtəliflik üzrə BMT-nin Baş Assambleyasının növbəti sessiyasına hazırlıq məqsədilə Avropanın Ətraf Mühit Nazirləri və ekspertləri səviyyəsində Konfrans keçirilmişyekun sənəd olaraq “Qəbələ Bəyannaməsi” qəbul olunmuşdur.

2010-cu ildən etibarən hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ənənəvi “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” Beynəlxalq Ətraf Mühit sərgiləri təşkil edilirbu sərgilərdə müxtəlif beynəlxalq və yerli şirkətlər həmçinin dövlət və qeyri-hökumət təşkilatları iştirak edirlər. “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” sərgisi dünyanın müxtəlif ölkələrindən olan çoxsaylı şirkətləri bir araya gətirərək müasir ekoloji texnologiyalar və ətraf mühitin mühafizəsi sahəsində nail olunmuş digər nailiyyətləri nümayiş etdirir.

2011-ci il 7-9 sentyabr tarixlərində Qəbələ şəhərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Beynəlxalq Pestisidlər Assosiasiyasının təşkilatçılığı ilə 11-ci Beynəlxalq Pestisid Forumu keçirilmişdir. Forumda Avropa Parlamentinin rəsmiləri, beynəlxalq elmi-tədqiqat mərkəzlərinin, Avropa və MDB ölkələrinin dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri iştirak etmişdir. 2012-ci il 16 noyabr tarixində Bakıda Avropanın Ətraf Mühit və Səhiyyə üzrə Nazirlər Şurasının 3-cü iclası keçirilmişdir. Tədbir çərçivəsində həmçinin Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) əməkdaşlığı ilə həyata keçirilən "Yaşıl həftə" görüşü öz işinə yekun vurmuşdur.

Son illərdə Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi və mövcud normativ hüquqi aktların ölkənin qoşulduğu beynəlxalq müqavilələrin müddəalarına, həmçinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması istiqamətində tədbirlər görülmüşdür.

- Sonda Azərbaycandakı ekoloji vəziyyəti haqqında nələr demək mümkündür?

- İlk öncə onu qeyd etmək istərdim ki, ekoloji vəziyyət və ətraf mühitə dair qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bir sıra yeni qanunlar qəbul edilmiş, mövcud qanunlara əlavə və dəyişikliklər edilmişdir. Qanunvericilik əsasən atmosfer havası, su ehtiyatları, məişət və istehsalat tullantıları, su bioresursları, biomüxtəlifliyin qorunması sahələrini əhatə etmişdir.

Yeni qanunların qəbul edilməsi, mövcud qanunlara əlavə və dəyişikliklərin edilməsi ilə bərabər, həmçinin onların icrasının təmin edilməsi məqsədilə müvafiq normativ aktlar, qaydalar hazırlanıb təsdiq olunmuşdur.

Ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirləri özündə əks etdirən “İlham Əliyevin uğurlu ekoloji siyasəti”, “Azərbaycanın bənzərsiz təbiət səltənəti” kitabları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki cilddən ibarət Hesabatı dərc edilmişdir. Eyni zamanda, uzun müddət ərzində aparılmış tədqiqatların nəticəsi olaraq “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın ikinci nəşri çap edilmişdir.

Ümumilikdə ekoloji problemlərin həllinə yönəlmiş tədbirlərin səmərəliliyini artırılması, əlavə ekoloji problemlərin yaranmasının qarşısını alınması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində son 10 ildə bu sahədə nəzərəçarpacaq nailiyyətlər əldə edilmişdir.

Nüfuzlu tədqiqat mərkəzləri olan ABŞ-ın YelKolumbiya Universitetləri tərəfindən 2012-ci ilin yanvar ayında açıqlanmış Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi (Envronmental Performance İndex) sənədində ətraf mühit sahəsində son 10 ildə baş vermiş müsbət dəyişikliklərin tempinə görə Azərbaycan 132 ölkə arasında 2-ci yeri tutmuşdur.

Həqiqətən də müstəqilliyini yenicə əldə etmiş bir ölkədə bu cür göstəricilərə nail olunması qazanılmış uğur kimi qiymətləndirilməlidir. Təbii ki, bu da Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu ekoloji tarazlığın bərpasına, ətraf mühitin mühafizəsinə yönələn əsas fəaliyyət proqramının təcəssümü və ölkə başçımızın yürütdüyü davamlı ekoloji siyasətin nəticəsidir.

 

 Səs.- 2013.- 5 sentyabr.- S.8-9.