Quruculuğundinamik inkişafın 10 ili

 

 

 

 

Müsahibimiz «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovdur  

- Cavid müəllim, ölkəmizin bütün guşələrində quruculuq və abadlıq işləri həyata keçirilir. Bu prosesdə nəqliyyat infrastrukturunun qurulması da xüsusi yer tutur. Hazırda bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin əhəmiyyəti nədən ibarətdir?

- Hər bir dövlətin iqtisadi potensialı, gücü və qüdrəti onun malik olduğu nəqliyyat kommunikasiya kompleksinin inkişaf səviyyəsi ilə ölçülür. Müstəqilliyimizin ilk illərində respublikada yaranmış böhranlı vəziyyətlə əlaqədar digər sahələrdə olduğu kimi nəqliyyat-yol sektorunda da ciddi tənəzzül qeydə alınmışdır. Ölkənin sosial-iqtisadi problemlərlə üzləşməsi bu sahəyə diqqəti tamam unutmuş, uzun müddət baxımsızlıq nəqliyyat infrastukturunun mühüm tərkib hissəsi olan avtomobil yolları şəbəkəsinin bərbad hala düşməsinə səbəb olmuşdur. Həmin illərdə nəinki yeni avtomobil yollarının tikintisi, yerli əhəmiyyətli, magistral və şəhərdaxili avtomobil yollarını saxlamaq problemə çevrilmişdi.

1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə, o cümlədən nəqliyyat-yol sahəsində geriləmənin qarşısını aldı. Yol təsərrüfatının işinə həmişə xüsusi diqqət və qayğı göstərən Ulu öndərimiz bu sahəni qiymətləndirərək deyirdi: "Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə həyat deməkdir. "Ulu öndərin tarixi xidmətlərindən biri də Azərbaycanı Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinə iştirakçı kimi cəlb etməsidir. Böyük İpək Yolunun bərpası ideyası Heydər Əliyevin uğurlu iqtisadi strategiyasının əsas tərkib hissəsi idi. Məhz Heydər Əliyevin irəli sürdüyü Böyük İpək Yolu layihəsi dünya ölkələri tərəfindən maraqla qarşılandı. Növbəti addımlardan biriTarixi İpək Yolunun bərpasına həsr olunmuş Beynəlxalq Konfransın 1998-ci il sentyabrın 8-9-da Bakıda keçirilməsi oldu. 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndələrinin iştirak etdiyi konfransda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında Bakı deklorasiyası qəbul olundu. Bütün bunlar ulu öndərin mərhələ-mərhələ reallaşdırdığı iqtisadi konsepsiyanın təntənəsi idi.

Böyük öndər dövrün tələblərinə cavab verən nəqliyyat-yol şəbəkəsi olmayan dövlətin dinamik inkişafını qeyri-mümkün hesab etmiş, buna görə də bu sahədə islahatların aparılmasına nail olmuşdur. Məhz ulu öndərin 2003-cü il 10 iyun tarixli fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə müvafiq olaraq Nəqliyyat Nazirliyi, 23 iyun 2003-cü ildə onun tərkibində "Yolnəqliyyatservis" Departamenti yaradılmışdır.

Bu gün qürurla deyə bilərik ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq Azərbaycan qısa bir müddət ərzində çox böyük siyasiiqtisadi uğurlara imza atan ölkələrdəndir. 2003-cü ildə cənab İlham Əliyev Azərbaycana rəhbər təyin olunduqdan sonra digər sahələrlə yanaşı, nəqliyyat sferasında əsaslı yeniləşmələr aparıldı. Qısa bir müddətdə vacib tədbirlərin görülməsi bu sahədə əsaslı dönüş yarada bildi.

Ölkənin nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi məqsədilə ölkə başçısının 22 fevral 2007-ci il tarixli Sərəncamına əsasən, Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis" Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatı-hüquqi forması dəyişdirilərək Nəqliyyat Nazirliyinin tabeliyində "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Sərəncama əsasən, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti ölkənin avtomobil yolu təsərrüfatı sahəsində xidmətlər göstərən, ümumi istifadədə olan avtomobil yollarının, körpülərinin, tunellərin və digər təyinatlı yol qurğularının istismarı, bərpası, yenidən qurulması və tikilməsi, müvafiq infrastrukturun inkişafı ilə bağlı digər işləri yerinə yetirən və səhmləri dövlətə məxsus səhmdar cəmiyyətdir.

Ölkənin ümumi istifadədə olan 18994 kilometr avtomobil yolunun 17521 kilometrinə Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xidmət göstərilir. Onun 4366 kilometri respublika əhəmiyyətli, 13155 kilometri yerli əhəmiyyətlidir. Bu yollarda ümumi sayı 1285-a yaxın 46578 poqon metr uzunluğunda körpülər var. Bakı şəhəri ərazisində olan yollar, prospektlər və küçələrin ümumi uzunluğu isə 1552 km təşkil edir.

Bu gün qürur hissi ilə deyə bilərik ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən diqqət və qaygı nəqliyyat sektorunun dinamik inkişafı üçün böyük imkanlar yaratmışdır. "Gələcəkdə tranzit ölkə kimi bizim bölgədəki və dünyadakı mövqelərimiz daha da güclənəcəkdir". Ölkə başçısının bu kəlamları ölkədə nəqliyyat sisteminə necə böyük diqqət göstərdiyinin bariz nümunəsidir. Bu gün nəqliyyat infrastukturunun mühüm tərkib hissəsi olan avtomobil yolları şəbəkəsi yüksələn xətlə inkişaf edir. Bu sahədə çox böyük işlər görülür.

Avtomobil yollarının tikilməsi, yenidən qurulması, təmiri və saxlanılmasının təmin edilməsi üçün əsas amil maliyyə məsələlərinin həllidir. Uzun illər böyük çətinliklər yaradan bu problemlər ölkə başçısı cənab İlham Əliyevin dəstəyi sayəsində öz həllini tapmışdır. Ölkə başçısının 12 oktyabr 2006-cı il tarixli Sərəncamına əsasən dövlət büdcəsinin tərkibində "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun yaradılması xüsusi önəm kəsb edir. Bunun nəticəsidir ki, son 10 il ərzində avtomobil yollarının saxlanılması üçün ayrılmış vəsaitin həcmi bir neçə dəfə artmışdır. Əgər bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsait 2003-cü ildə 10 milyon manat təşkil edirdisə, 2008-ci ildə bu məbləğ 147,2 milyon manat olmuş, 2013-cü ildə isə 222 milyon manat nəzərdə tutulmuşdur. Yolların körpülərin, keçidlərin tikilməsi, yenidən qurulması və bərpası üçün milli investisiya qoyuluşunun məbləği 2003-cü ildə 2,4 milyon manat olmuşdusa, 2008-ci ildə bu rəqəm 1,2 milyard manat təşkil etmiş, 2013-cu ildə bu rəqəm ilkin olaraq 975 milyon manat məbləğində təsdiq olunmuşdur.

Qeyd etmək lazımdır ki, avtomobil yollarının tikintisi və yenidən qurulması qiymətlərinə ərazinin landşaftı, iqlim zonası, torpaqların alınması xərcləri, mühəndis kommunikasiyalarının, eləcə də tikinti altına düşən yaşayış və qeyri yaşayış sahələrinin köçürülməsi xərcləri daxil edilir ki, bu xərclər də ümumi tikinti dəyərinin 30-40 faizini təşkil edir.

Respublikamızın nəqliyyat-yol kompleksinin inkişafına və yenidən qurulmasına yönəlmiş investisiyaların həcminin artması mövcud nəqliyyat obyektlərinin tikintisi, rekonstruksiyası ilə yanaşı iri miqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar yaratmışdır.

- Son 10 il ərzində Azərbaycanda nəqliyyat sisteminin inkişafı ilə əlaqədar hansı işlər görülmüşdür?

- Cənab İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər ərzində bu sahədə baş vermiş dəyişikliklərlə yanaşı, böyük nailiyyətlər əldə olunmuşdur. Bunu son 10 ilin göstəricilərinə diqqət yetirsək, daha aydın görə bilərik. Bakı şəhərində olan yollar, prospektlər və küçələr də daxil olmaqla, avtomobil yolları və körpülərin saxlanılması, təmiri və tikintisi işlərinin yaxşılaşdırılması məqsədilə son 10 il ərzində 2174 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri, yol tikinti maşınları, avadanlıq və qurğular alınmış, 35 ədəd asfalt beton zavod istifadəyə verilmişdir.

Beynəlxalq standartlara cavab verən avtomobil yolları şəbəkəsi olmadan iqtisadiyyatın və sosial sahənin inkişaf etdirilməsi çox çətin məsələdir. Cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişaf proqramının uğurla həyata keçirilməsində ilk növbədə müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini belə vurğulayıb: "Müasir infrastrukturyol olmadan iqtisadi inkişaf mümkün deyil". Bunun nəticəsidir ki, ölkə başçısının imzaladığı 24 noyabr 2004-cü il tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanı və 11 fevral 2005-ci il tarixli “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda ölkənin yol təsərrüfatının yenidən qurulmasına xüsusi diqqət ayrılmışdır. Nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti ilə yaxından tanış olmaq məqsədilə ölkə başçısı bölgələrə müntəzəm səfər etmiş, hətta ucqar yaşayış məntəqələrində müasir tipli yolların çəkilişi üçün konkret tapşırıqlar vermişdir.

Bu gün yol təsərrüfatının inkişafı, yeni yollar şəbəkəsinin yaradılması ucqar bölgələrin sürətli tərəqqisi üçün imkanlar yaratmışdır. “Azərbaycan Respublikası regionlarının 2004-2008 və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda magistral avtomobil yollarının, yol qurğularının eləcə də rayonlararası, şəhər və rayon daxili avtomobil yolları şəbəkəsinin yenidənqurulmasına dair tapşırıqlar uğurla yerinə yetirilir. Biləsuvar-İran sərhədi, Lənkaran-Lerik, Masallı-Yardımlı, Gəncə Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma, Qusar-Əniğ-Ləzə, Qazaxbəyli-Aşağı Salahlı, Qəbələ-Ağdaş, Oğuz-Qəbələ, Yevlax-Xocalı-Laçın yolunun Yevlaxdan Bərdəyədək olan hissəsinin yenidən qurulması, İsmayıllı-Lahıc, Cəlilabad-Yardımlı, Bəhrəmtəpə-Biləsuvar, Şamaxı-Göylər Çöl-Padar, Zərdab-Mollakənd, Şəki-Qax, Ağstafa-Poylu, Bərdə-İstisu, Quba-Qusar yollarında davam etdirilən tikinti işləri buna misal ola bilər.

- Son 10 il ərzində yol infrastrukturunun inkişafı istiqamətində çox böyük işlər görülmüşdür. Həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə həyata keçirilən işlərin həcmi ildən-ilə artmışdır. Belə ki, son 10 il ərzində ümumi istifadədə olan avtomobil yollarında tikilən, yenidən qurulan, əsaslı və orta təmir olunan yolların uzunluğu 6974,9 km olmuşdur. Bu dövrdə 207 ədəd yeni körpü tikilmişdir.

- Həm siyasi, həm iqtisadi, həm də beynəlxalq əhəmiyyətinə görə fərqlənən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu yenidən qurulması üzrə görülən işlər sırasında xüsusi qeyd oluna bilər. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan bu yolun bərpası istiqamətində geniş əhatəli işlər həyata keçirilmişdir. Bakıdan Gürcüstan sərhədinədək 513 km məsafəni təşkil edən magistralın Bakı-Ələt hissəsinin 2-14, 22-49-cu kilometrlik sahələrinin, Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir dairəvi, Kürdəmir-Ucar, Ucar-Yevlax, Yevlax-Gəncə, Gəncə dairəvi, Gəncə-Qazax, Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissələrin yenidən qurulması başa çatdırılmışdır. Hazırda Bakı-Ələt hissəsinin 50-69-cu kilometrlik sahəsinin, Yevlax-Gəncə, Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax hissələrinin əlavə 2 hərəkət zolağı tikilməklə 1-ci texniki dərəcəyə çatdırılması işləri davam etdirilir.

Ölkəmizin digər arterial avtomobil yolları olan Bakı-Quba-Rusiya sərhədi və Ələt-Astara-İran sərhədi avtomobil yolları “Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsi sayılır. Bakını Rusiya dövlət sərhədi ilə birləşdirən 208 kilometrlik yolun 118 km hissəsində işlər başa çatdırılmışdır. Yolun yeni trassa üzrə Gəndov-Rusiya Federasiyası ilə dövlət sərhədi hissəsində işlər sürətlənmişdir.

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun reallaşdırılması istiqamətində də uğurlu addımlar atılmışdır. Hərəkətin intensiv olduğu magistralın 0-9, 9-31-ci və 10,6 kilometrlik Biləsüvar dairəvi hissələrinin ölkə başçısının iştirakı ilə açılışı olmuşdur. Hazırda magistralın Yenikənd-Salyan, Salyan-Şorsulu, Masallı-Astara hissələrinin, Salyan şəhərinin Çuxanlı kəndi ərazisində Kür çayı və Masallı-Lənkaran sahəsində Lənkaran çayı üzərindəki körpü keçidlərinin tikintisi işləri gedir.

Respublikanın yol şəbəkəsində mühüm rol oynayanyük daşımalarında vacib əhəmiyyət kəsb edən Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ölkənin cənub və cənub-qərb ərazilərində nəqliyyatın inkişafında çox önəmlidir. Magistralın 50km-lik Hacıqabul-Sabirabad hissəsinin 29 avqust 2013-cü il tarixində ölkə başçısının iştirakı ilə açılışı olmuşdur. Bulaqlı-Bəhrəmtəpə hissəsində və Şirvan şəhərində Kür çayı üzərində yeni körpünün tikinti işləri isə hazırda həyata keçirilir.

Turizmin inkişafı üçün müstəsna əhəmiyyətə malik regionda nəqliyyat sisteminin daha effektli işləməsinə imkan verən magistrallardan biri də Bakı-Şamaxı-Yevlax avtomobil yoludur. Tikinti işləri çərçivəsində 123 km hissə istismara verilmişdir. Hazırda yolun 15-45 və 45-91km sahələrində əlavə 2 hərəkət zolağı tikilməklə 1-ci texniki dərəcəyə çatdırılması və ümumi uzunluğu 144,8 km təşkil edən Muganlı-Yevlax hissəsinin yenidənqurulması işləri davam etdirilir.

- Ölkəmizin inkişafı nəqliyyatın intensivliyində də özünü göstərməkdədir. Bu intensivliyin artması Bakı şəhərinin yollarında tıxacların yaranmasına da səbəb olur. Tıxac probleminin qarşısını almaq üçünkimi işlər həyata keçirilməkdədir?

- Günü-gündən gözəlləşən, abadlaşan ölkəmizdə son illər avtomobillərin sayının sürətlə artması yol hərəkətini kəskin intensivləşdirərək nəqliyyat sisteminin fəaliyyətinə öz təsirini göstərmişdir. Nəticədə yollarda hərəkət intensivliyi yüksəlməklə bütün iri şəhərlərdə olduğu kimi nəqliyyat problemi yaranmışdır. Həlli vacib olan digər məsələlərlə yanaşı, Bakı şəhərinin avtomobil yollarında tıxacların yaranması da ölkə başçısı cənab İlham Əliyevin diqqətindən yayınmamışdır. Bakı şəhərində nəqliyyat tıxaclarının yarandığı yerlərdə vəziyyətlə tanış olan ölkə başçısı problemin aradan qaldırılması ilə bağlı nəqliyyatın intensiv hərəkətinə maneçilik yaranan bəzi küçə və prospektlərin genişləndirilməsi, yol qurğularının tikintiisinə ehtiyac olduğunu vurğulayaraq, bu məqsədlə xüsusi layihələrin hazırlanması üçün müvafiq göstərişlər vermişdir. Ölkə başçısının Bakı şəhərində nəqliyyat sisteminin tədbirlər planına əsasən, tez bir zamanda əsas diqqət paytaxt Bakı şəhərində nəqliyyatın daha sıx hərəkət etdiyi ərazilərə yönəlmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 22 fevral 2007-ci il tarixli 1992 nömrəli, 2008-ci il 8 iyul tarixli 2930 nömrəli və 2011-ci il 4 may tarixli 1490 nömrəli Sərəncamlarına uyğun olaraq keçən müddət ərzində Bakı şəhərində 636 km uzunluğunda küçə, prospekt və qəsəbələr arası avtomobil yolu yenidən qurulmuş və təmir olunmuş, 71km uzunluğunda yeni yol, 61 ədəd yol ötürücüsütunel, 57 ədəd yeraltı və yerüstü piyada keçidi tikilmiş, 10 ədəd piyada keçidi isə əsaslı təmir olunmuşdur.

Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planının, Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramının icrası paytaxtın yol infrastrukturunun sürətlə inkişaf etdirilməsinin bünövrəsini qoydu. Həmin vaxtdan indiyədək bu istiqamətdə xeyli işlər görülmüş, iri layihələrin həyata keçirilməsi hazırda da davam etdirilməkdədir. Zabrat-Balaxanı-Mehdiabad-Xırdalan-Binqədi, Zığ dairəsi-Hava Limanı, Əzizbəyov dairəsi-Hava Limanı, Azadlıq meydanı-Zığ dairəsi, Bakı dairəvi-1, Bakı-Ələt yolunun 2-4 km-i, şəhər şosesinin Sabunçu qovşağından Zabrat dairəsinədək olan hissəsi, Zabrat-Maştaga-Buzovna, Zığ dairəsi-Heydər Əliyev Hava Limanı avtomobil yolundan Qala qəsəbəsinə gedən və digər yollar, prospekt və küçələrdə aparılan tikinti və yenidənqurma işləri avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinə imkan yaratmışdır.

- Cavid müəllim, ölkəmizdə nəqliyyat sahəsində reallaşdırılan tədbirlər beynəlxalq ekspertlər tərəfindən necə qiymətləndirilir?

- Dünya İqtisadi Forumu ekspertlərinin hazırladıqları qlobal rəqabətə davamlılıq hesabatının nəticələrinə əsasən, Azərbaycan yolları MDB məkanında ən yaxşı yollar, Ermənistan və Moldova yolları isə ən pis yollar olaraq müəyyən edilmişdir. Keyfiyyət göstəriciləri meyarlarını yol infrastrukturuna yatırılan sərmayə, yol qovşaqlarının tikintisi, mövcud olan yolların uzunluğunun əhaliyə olan nisbəti və sair amillər təşkil edir.

Araşdırmaların nəticələrinə görə, Ermənistan mümkün 7 bal üzrə 3,7 balla 144 ölkə arasında 80-ci yeri, qonşu Türkiyə 4,9 balla 43-cü, İran 4 balla 68-ci, Azərbaycan isə 4 balla 67-ci yeri tutmuşdur. Beləliklə Dünya İqtisadi Forumun ekspertləri Azərbaycanda yol infrastrukturunda aparılan islahatları yüksək qiymətləndirmişlər.

- Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollarının və Bakı şəhərində yerləşən avtomobil yolları, prospekt və küçələrin tikintisi, yenidən qurulması, təmiri, saxlanılması sahəsində qanunlarnormativ hüquqi sənədlər haqqında nə deyə bilərsiniz? Bu sahədə mövcud olan hüquqi bazanı təkmil hesab etmək olarmı?

- Görülən işlərlə yanaşı, böyük həcmdə maliyyə vəsaiti sərf olunaraq tikilmişistismara verilmiş avtomobil yollarının və yol qurğularının daha uzunmüddətli istismarını təmin etmək, yolların qorunması ilə bağlı təhlükəsizlik tədbirlərini daha da gücləndirmək, ödənişli avtomobil yolları şəbəkəsini formalaşdırmaq, avtomobil yolları istifadəçilərinin məsuliyyətini artırmaq, normadan artıq yüklənmiş ağırçəkili və iriqabaritli nəqliyyat vasitələrinin hərəkətini tənzimləmək istiqamətində görülən tədbirlərin səmərəliliyinin artırılması, habelə yol təsərrüfatı subyektləri arasında yaranan münasibətlərin mövcud şəraitin tələblərinə uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollarının və Bakı şəhərində yerləşən avtomobil yolları, prospekt və küçələrin tikintisi, yenidən qurulması, təmiri, saxlanılması sahəsində qanunlardanormativ hüquqi sənədlərdə lazımı dəyişikliklər edilərək daha da təkmilləşdirilmişdir.

Bu sırada "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IV QD nömrəli Qanununun tətbiqi ilə əlaqədar ölkə başçısının 2013-cü il 2 iyul tarixli 993 nömrəli Fərmanı xüsusi qeyd olunmalıdır. Qanunda edilmiş dəyişikliklər Azərbaycan Respublikasında avtomobil yollarının inkişaf etdirilməsi, müvafiq mühəndisi qurğuların layihələndirilməsi, tikilməsi, istifadəsi, saxlanılması və müasir tələblər səviyyəsində tənzimlənməsi, avtomobil yollarının keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi, bu sahədə effektiv iqtisadi şəraitin yaradılmasını təmin etmək məqsədini daşıyır.

Belə ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda istifadə olunan əsas anlayışların siyahısına ödənişli avtomobil yolları, yolun hərəkət hissəsi, ağırçəkili nəqliyyat vasitəsi, iriqabaritli nəqliyyat vasitəsi, təhkim zolağı, qorunma (mühafizə) zolağı, ehtiyat zonalar, yol servisi obyektləri adlı yeni anlayışlar əlavə edilərək həmin anlayışların hansı mənaları ifadə etməsi göstərilmişdir.

Daha sonra avtomobil yollarının təsnifatı aparılarkən şəhərlərin inzibati-ərazi hüdudları daxilində olan küçə və prospektləri əhatə edən şəhər avtomobil yollarının ümumi istifadədə olan avtomobil yollarının tərkibinə daxil olması barədə yeni müddəa əlavə edilmişdir.

Son vaxtlar ayrı-ayrı fizikihüquqi şəxslər tərəfindən qanunsuz olaraq mövcud avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolağında özbaşına aparılan tikililərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində qanunun 13-cü maddəsinə edilən dəyişikliyi xüsusilə əhəmiyyətli hesab olunur. Belə ki, sözügedən maddəyə edilən əlavəyə əsasən, ümumi istifadədə olan avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgəninkiləşdirilə bilməz. Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq razılıq olmadanya razılıq şərtləri pozulmaqla, inşa edilmiş hər cür tikiliqurğular qanunsuz hesab edilir və qanunvericiliklə müəyyən edilmiş qaydada bu tikiliqurğular özbaşına inşasına yol vermiş hüquqifiziki şəxsin qüvvəsi və ya vəsaiti hesabına sökülməlidir.

Qanuna edilən daha bir əlavəyə əsasən avtomobil yollarının təhkim zolağı hüdudlarında qadağan edilən halların siyahısının konkret və dəqiq olaraq göstərilməsi hüquqi müəyyənlik prinsipindən çıxış edərək əhəmiyyətli hesab edilə bilər.

Qeyd etmək lazımdır ki, qanunda ödənişli avtomobil yolları adlanan yeni fəsil yer almış, müasir dövlətlərin təcrübəsinə uyğun olaraq dövlət mülkiyyətində olan yerlirespublika əhəmiyyətli avtomobil yollarında, həmçinin ümumi istifadədə olan özəl avtomobil yollarında gediş üçün Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq ödənişlərin tətbiq edilə bilməsi mümkünlüyü nəzərdə tutulmuş, ödənişli avtomobil yollarının yaradılması barədə qərarların qəbul edilməsi proseduru barədə məlumat verilmiş, ödənişli avtomobil yollarından istifadə olunması qaydası, ödənişli avtomobil yollarından istifadə olunmasına xitam verilməsi və dayandırılması şərtləri barədə müddəalar öz əksini tapmışdır.

Bütün bunlar onu göstərir ki, Qanunda edilmiş dəyişiklər yol təsərrüfatı işçilərinə yeni hüquq və vəzifələr verəcəkdir ki, bu da avtomobil yollarının qorunub saxlanılması və istismarı zamanı hüquqi cəhətdən əsaslandırılmış tədbirlərdən istifadə etməsinə imkan yaradacaqdır.

- Məlum olduğu kimi, 2015-ci ildə Azərbaycanda I Avropa Oyunları keçiriləcək. Bununla əlaqəli olaraq, ölkəmizə minlərlə idmançılar və turistlər gələcək. Məhz, həmin vaxt nəqliyyat probleminin olmaması üçün hansı işlər görüləcək?

- Bildiyimiz kimi, 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsinin Baş Məclisində I Avropa oyunlarının 2015-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərar qəbul etmişdir. Bu mötəbər tədbirin müvəffəqiyyətlə keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılmışdır.

Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilmiş və Təşkilat Komitəsinə təqdim edilmiş “Tədbirlər Planında” yol qovşaqlarının, piyada keçidlərinin tikintisi ilə yanaşı, avtomobil yollarının tikintisi və yenidən qurulması nəzərdə tutulmuşdur. Artıq Zabrat-Maştağa- Buzovna avtomobil yolunun I texniki dərəcəyə uyğun yenidən qurulması, Buzovna-Mərdəkan-Qala avtomobil yolunun Buzovna-Mərdəkan hissəsinin, Zığ dairəsi-Heydər Əliyev adına Hava Limanı avtomobil yolundan Qala stansiyasına gedən avtomobil yolunun, Sərdar Səfərov, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində yeraltı piyada keçidlərinin, Qələbə meydanında (“Gənclik” metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi başa çatdırılaraq ölkə başçısının iştirakı ilə açılışı olmuşdur. Bundan əlavə Heydər Əliyev prospektində, “Şəfa” stadionunun qarşısında yeraltı keçid qovşağının, Ziya Bünyadov prospekti üzərində yol qovşaqlarının, Mikayıl Əliyev küçəsinin Koroğlu metro stansiyasından Babək prospektinə qədər olan hissəsinin, Babək prospektinin yenidən qurulması, Həsən Əliyev küçəsinin sonundan Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel Koroğlu metro stansiyasına qədər yolun tikintisis. işlər nəzərdə tutulmuşdur.

Göründüyü kimi, yol təsərrüfatında demək olar ki, hər ay, hər rüb geniş əhatəli işlər həyata keçirilir. Təkcə bu faktı qeyd etmək yerinə düşər ki, ölkə başçısı cənab İlham Əliyev son10 il ərzində 165 dəfə avtomobil yollarının, yol qurğularının açılış mərasimlərində iştirak etmiş, habelə işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyyələrini vermişdir.

Bu diqqətin nümunəsi olaraq yol təsərrüfatı işçilərinin bundan sonra da yeganə məqsədi Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət etmək və bu sahənin inkişafı naminə səylə çalışmaq olacaqdır. İnanırıq ki, nailiyyətlərimiz ilbəil daha da artacaq, ölkə başçısının rəhbərliyi ilə bir-birindən mühüm layihələrin reallaşdırılması Azərbaycanın yol infrastrukturunu beynəlxalq standartlar səviyyəsinə çatdıracaqdır. Həmin gün çox da uzaqda deyil.

 

yap.org.az

Səs.- 2013.- 7 sentyabr.- S.8-9.