Müasir geosiyasətdə liberal-demokratik mədəni inteqrasiyada Azərbaycanın yeri

 

 

 

 

Müasir geosiyasətdə və beynəlxalq münasibətlərdə liberal- demokratik və mədəni inteqrasiyanın üstünlük təşkil etdiyi Birləşmiş Avropa, Amerika sivilizasiyası timsalında "sivilizasiya-dövlət", yaxud etnik, millisiyasi dövlətdən fərqli olaraq "sosial dövlət" yaratmaq kimi cəhdlər mövcuddur.

Bütövlükdə "məkan fəlsəfəsi" üzərində qurulan bu nəzəriyyə çoxölçülü "simvolik" məkanların fəthini hər bir dövlətin inkişafı, möhkəmləndirilməsi və milli təhlükəsizliyin ən mühüm strateji resursu hesab edir. Xüsusilə də, diqqəti cəlb edən "çoxölçülü mədəniyyət və ünsiyyət məkanı"dır. Belə ki, burada məkan yalnız coğrafi interpretasiyaya malik deyil. Ən mühümü odur ki, bu məkanın sərhədləri insanın mədəniyyət, mənəviyyat və ruh "landşaftından" keçir.

Məkanlar nəzəriyyəsinin müsbət cəhəti odur ki, ənənəvi geosiyasi konsepsiyalarda mövcud olan "Şimal-Cənub", "Mərkəz-Periferiya" bölgülərindən fərqli olaraq, çoxölçülü, sonsuz ölçülü məkanları nəzərə tutur. Digər məsələ isə məkanın "qütbləri" məsələsidir.

Millət vəkili, fəlsəfə elmləri doktoru R.Aslanova göstərir ki, məkan olan yerdə qütblər də mövcuddur. Əgər ənənəvi geosiyasət fəlsəfəsində "qüvvələrin qütbü", "iqtisaditexnoloji qütblər" fərqləndirilirdisə, böyük məkanlar nəzəriyyəsində konkret qütbləri təyin etmək qeyri-mümkündür. Çünki simvolik məkanlar insanların dünyagörüşündən, mədəni-identiklik sərhədlərindən formalaşır. Bu yanaşma İ.Kantın "çoxölçülü dünyalar" barədə təsəvvürlərinə yaxındır və Avropa fəlsəfəsi ənənəsinə uyğun gəlir. Çoxölçülü məkanlarda hər bir məkan, o cümlədən mənəvi məkan da öz qütbünə malikdir.

Buna görə tam əsasla demək olar ki, çoxölçülü mədəniyət məkanında bəşər sivilizasiyasının məhz mənəvi qütbümövcudduronu coğrafi mənada "lokallaşdırmaq" qeyri-mümkündür. Bəzi tədqiqatçılar şərti olaraq, burada AvratlantikAvrasiya məkanları - qütblərinin mövcudluğu fikrini irəli sürürlər.

Mədəni inteqrasiyada yalnız sivilizasiya-dövlətlərin dayanıqlı olmasına dair ideyalar da maraqlıdır. Hesab edilir ki, bu gün mövcud olan üç "sivilizasiya-dövlət"- Birləşmiş Avropa, Amerika Birləşmiş Ştatları və Çin iqtisaditexnoloji baxımdan "qütblər" statusundadır. Bu dövlətlərdə siyasi, sosial-mədəni və konfessional məkanların sərhədləri üst-üstə düşürbuna görə də onları sivilizasiya-dövlət hesab etmək olar. Birləşmiş Avropa Qərb sivilizasiyasının nüvəsi olması ilə, Amerika bütün dünyaya öz hərbi-siyasi, iqtisadi, mədəni və informasiya ekspansiyasının təsir gücü ilə sivilizasiya-dövlət hesab olunur. Çin belə dövlətlərin ən klassik nümunəsidir. Yeri gəlmişkən, keçmiş SSRİ də bu qismə aid edilirdi.

Maraqlı məqamlardan biribudur ki, böyük məkanlar nəzəriyyəsinə görə qloballaşma - obyektiv prosesdir, lakin bir şərtlə, yalnız böyük məkanlar çərçivəsində! Çünki hətta dünya dinləri belə böyük mənəvi məkanlar yaratmışlarsa da, "mütləq qloballığa" iddialı ola bilməmişlər. Eyni məntiqdən çıxış edərək liberal-iqtisadi qloballaşmanın da çoxölçülü məkanlarda universal alternativ ola bilməsi istisna edilir.

Qeyd olunmalıdır ki, "böyük məkanlar" ideyası yalnız nəzəri deyil, həm də artıq praktiki proqram kimi aspektlərə malikdir. İstər Avropa İttifaqının, istərsə də NATO-nun Şərqə doğru genişləndiyi indiki zamanda Brüsseldə "Avropanın çoxölçülü kommunikasiya məkanları" konsepsiyası irəli sürülmüşdür.

V.V.LankinV.İ.Panşinin irəli sürdükləri konsepsiyalar maraq doğurur:

- demokratiyanın və insan hüquqlarının ümumi məkanı;

- mədəniyyət, elm və təhsil məkanı;

- azadlıq, təhlükəsizlik və hüquqi-ədalət məkanı;

- iqtisadi məkan;

- xarici təhlükəsizlik sahəsində əməkdaşlıq məkanı;

- nəqliyyat-kommunikasiya və infrastruktur məkanı.

C.P.Byukenenin "Qərbin ölümü" əsərində Qərb sivilizasiyasının XXII əsrdə yox olacağını proqnozlaşdıran müəllif inteqrasiyanın yalnız mənfi məzmunlu proses olduğu fikrini əsaslandırır. Qərbi hədələyən təhlükənin hamısının, əsasən, demokratik və mədəni xarakterli olduğunu irəli sürür və belə qruplaşdırır:

1. Əhalinin sayının azaldılması və qoca nəslin çəkisinin artması fonunda müşahidə olunan yerli Qərb əhalisinin kökünün kəsilməsi təhlükəsi.

2. Başqa mədəniyyətlərin, dinlərin, irqlərin daşıyıcısı olan insanların işçi qüvvəsi və s. qismində kütləvi inteqrasiya nəticəsində əhalini nəinki etnik tərkibinin, həm də bütövlükdə Qərbin tarixən formalaşmış siması, xarakteri və qaydalarının dəyişməsi təhlükəsi.

3. Milli suverenlikdemokratiya arasındakı münasibətlər, qloballaşma gedişində milli sərhədlərin genişlənərək, hətta Qərb millətlərinin məhvinə gətirib çıxaracaq. Çünki onlar kütləvi, qeyri-leqal immiqrasiyanın təzyiqi qarşısında müdafiəsiz vəziyyətdə qalacaqlar.

4. XX əsrin sonlarında Qərbi bürüyən "mədəni inqilab", XX əsrin 60-cı illərində tələbə hərəkatları ilə balşanan hadisələrdə Qərb cəmiyyətinin tarixən formalaşmış qayda və ənənələrindən imtina edilməsi, qadınların hüquqlarının artırılması, mütləq azadlıq şüarları, bütün mədəniyyətlərin bərabərhüquqluluğu (multikulturalizm) konsepsiyası və s. kimi tələblər Qərbdə müəllifin fikrinə görə, xristian dininin mövqelərinə, ailə və nikah institutuna ən güclü zərbələr endirmiş, ona yad olan bugünkü mədəniyyəti formalaşdırmışdır.

C.P.Byukenenin "Qərb" anlayışı ilə nəyi nəzərdə tutması da çox maraqlıdır. Bu, Qərbə dair mövcud olan, ümumən qəbul edilmiş təsəvvürlərdən fərqlənir. Mərkəzi və Şərqi Avropa ölkələrini, Rusiyanı da əhatə edir. Çünki bu ölkələrin xalqları bir dinə - xristian dininə mənsubdurlar.

Müəllifin qruplaşdırdığı "Qərbin düşmənləri" siyahısı bu dörd amillə bitmir. Bu siyahıda dəyər və dünyagörüşü formaları, mədəniyyət fenomenləri, sosial praktikalar: məsələn, feminizm, biznes, sekulyar humanizm, marksizm, darvinizm, psixoanaliz, hedonizm, demokratlar, kütləvi informasiya vasitələri və s. kimi sırf Qərb mədəni "kəşfləri" də var. Bunların arasında Qərb sivilizasiyasında "qiyamət gününü" yaxınlaşdıran feminizm və ailə institutunun süqutu xüsusilə vurğulanır.

Düşüncəsiz, sekulyar humanizm isə Qərbin mədəni monopoliyasını heçə endirmişdir. BMT və s. analoji statuslu beynəlxalq qurumların qızğın əleyhdarı kimi çıxış edən müəllifə görə, "belə qurumlar xristianlıq nöqteyi-nəzərindən hiddətçi hesab olunur". "Soyuq müharibə"nin varisi olan mədəniyyət və dinlərin müharibəsi planetin gələcəyini müəyyən edəcək". Yeganə çarə Qərbin və Amerikanın ənənəvi dəyərlərini mühafizə etmək, "itirilmiş əraziləri geri qaytarmaqdır".

Sosial, humanitar informasiya texnologiyaları hər bir cəmiyyətdə açıq şəbəkə rejimində mövcud olduğu üçün insanlar da istənilən informasiya impulslarına məruz qalırlar. İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə hər bir xalqın mədəniyyəti bir tərəfdən öz potensialını inkişaf etdirmək, tanıtmaq baxımından əvvəllərlə müqayisə edilməyən imkanlar əldə edir. Digər tərəfdən isə, qeyd olunan sosial, mədəni, mənəvi neqativ yükünü də daşımaqla arzuolunmaz təzahürlərin çoxsaylı amillərini doğururya onları stimullaşdırır. Bu amillərin sırasında beynəlxalq terrorizmdən tutmuş hakerliyə qədər, mədəni üslubların standartlaşdırılmasından tutmuş manipulyativ-ictimai şüuru yanlış meyilə yönəldərək, onu idarə etmək istəyən texnologiyalara qədər çox geniş diapazonu əhatə edir.

R.Aslanovanın fikrincə, hazırkı məqamda nə dünya birliyi bütövlükdə, nə də ayrılıqda götürülmüş bir dövlət yeni mədəniyyət məkanının realvirtual qatları arasındakı ahəngi təmin edə, onların tənzimlənməsini yeni sosial-mədəni nəzarət mexanizmlərini hələlik müəyyənləşdirə bilməmişdir.

Qlobal informasiya-kommunikasiya sistemi mədəni mübadilə və inteqrasiyanın, təhsilin, elmin, biznesin, bütöv növdən olan münasibətlərin şəraitini dəyişmiş, zaman, sosial, dils. maneələri aradan qaldıraraq vahid məkanı formalaşdırmışdır. Müasirimiz olan hər bir insan dünya mədəniyyətini "ekran inqilabında" iştirak etməklə həm dərk etmək, həm onun yeni tipini yaratmaq imkanı əldə etmişdir. Bu yeni mədəniyyət tipi müxtəlif mədəniyyətlərin ahəngdar inteqrasiya prosesində olduğu "dünya mədəniyyəti" ola bilər. Qloballaşmanın sürətləndirdiyi mədəni təsirlənmə proseslərinin bütün miqyasları əhatə etməsi "pankultur proseslər" kimi adlandırılır. İnsanın sosial-mədəni fəaliyyətinin məzmunu mürəkkəbləşir. Yalnız öz lokal sistemindən kənara çıxa bilməyən mədəniyyətlərin mövcudluğu çətin məsələyə çevrilir.

Azərbaycan iyirmi birinci əsrə Avropa ailəsi kimi qədəm qoymuşdur. Mədəniyyətimizin üfüqlərini bu geniş məkana qədər yaymaq, onu tanıtmaq, qarşılıqlı bəhrələnmək və zənginləşmək üçün dövlətimiz və cəmiyyətimiz qarşısında mühüm vəzifələr durur.

Bu vəzifələr həmin məkanın spesifikasını dərindən dərk etməyi irəli sürür.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013.- 10 sentyabr.- S.15.