Ölkəmizdə meliorasiya və irriqasiyanın inkişafı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yorulmaz fəaliyyətinin bəhrəsi olmuşdur

 

 

 

 

Müsahibimiz MeliorasiyaSu Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadədir

- Ölkəmizdə meliorasiya və irriqasiyanın inkişafı hal – hazırda hansı səviyyədədir?

- Meliorasiyasu təsərrüfatı ölkənin milli iqtisadiyyatının, xüsusi ilə kənd təsərrüfatının, əhalinin ərzaq məhsuları ilə etibarlı təminatının həllində mühüm rol oynayır. Ölkəmizdə meliorasiya və irriqasiyanın inkişafı, bu sahədə aparılan islahatlar, böyük quruculuq işləri, geniş meliorasiya potensialının yaradılması və perspektiv proqramların qəbul edilməsi dünya siyasətinin tanınmış lideri, müdrik və uzaqgörən siyasətçinin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yorulmaz fəaliyyətinin, zəhmətinin və siyasətinin bəhrəsi olmuşdur.

Respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasının meliorasiyasu təsərrüfatı sahəsini inkişaf etdirmədən mümkön olmadığı Ulu Öndərimiz tərəfindən böyük uzaqgörənliklə qeyd olunmuşonun bu sahəyə xüsusi diqqət yetirməsi nəticəsində kənd təsərrüfatında böyük nailiyyətlər əldə olunmuşdur. Ümumiyyətlə, Ulu Öndərimizin respublikamıza rəhbərliyi dövründə meliorasiya fondu 2 dəfədən çox artmış, məhz bu fondların yaradılması hesabına torpaqların məhsuldarlığı 2 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı bir neçə dəfə artmışdır.

Çox böyük fəxrlə qeyd etmək istərdik ki, Ulu Öndərimizin bu sahədəki siyasəti və ideyaları Möhtərəm Prezidentimiz Ilham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.

Meliorasiyasu təsərrüfatı sahəsində təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş bir çox layihələr Möhtərəm Prezidentin yaxından köməkliyi və diqqəti sayəsində başa çatdırılmış, bir çox layihələr və tədbirlər isə hazırda uğurla həyata keçirilir.

Dövlətimizin başçısının sahəyə diqqətinin nəticəsi olaraq son 10 ildə meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 7,3 dəfə, bütün maliyyə mənbələri hesabına sahəyə əsaslı kapital qoyuluşu 48 dəfəyə yaxın artmışdır.

Bunun nəticəsində mövcud meliorasiyairriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sistem üzrə işçilərin əmək haqqı 9,3 dəfə artmış, sahənin maddi- texniki bazası gücləndirilmiş, 2000-dən artıq maşın və mexanizmlər, o cümlədən 1036 ədəd torpaqqazan texnika alınmış, onların məhsuldarlığı 2001-ci il ilə müqayisədə 2 dəfəyə yaxın artmışdır. 1481,2 km suvarma kanalları, 1036 km kollektor-drenaj şəbəkələri tikilib istifadəyə verilmiş, 279,1 min hektar suvarılan torpaqların su təminatı və meliorativ vəziyyəti yaxşılaşdırılmış, 21 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 722 ədəd subartezian quyusu qazılmışdır.

Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiyairriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir.

Suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində aparılan lildən təmizləmə işlərinin həcmi 2,2 dəfə artmış, 2003-cü ildə suvarma kanalları və kollektor-drenaj şəbəkələrinin 10477 km hissəsi lildən təmizləndiyi halda, 2012-ci ildə bu 23211 km hissədə həyata keçirilmişdir. Çay məcralarında mexanizmlər vasitəsi ilə məcratəmizləmə və tənzimlmə işlərinin həcmi 2003-cü ilə nisbətən (7054 min kbm) 2012-ci ildə (16711 min kbm) 2,4 dəfə, dağ çaylarında mövcud olan daş-beton bəndlərdə aparılan təmir işlərinin həcmi 1,2 dəfə artmışdır.

Son illərdə mühüm dövlət əhəmiyyətli su təsərrüfatı obyektlərində, Yuxarı Xanbulançay su anbarının qülləli suburaxıcı qurğusunda, Ağstafaçay sağsol sahil magistral kanallarında, Mil-MuğanSamurçay hidroqovşaqlarının aşağı byefində, Türyançay hidroqovşağında, Yuxarı Qarabağ kanalının İncəçay çayı ilə kəsişməsindəki sutullayıcı qurğusunda, Yuxarı Şirvan kanalının TüryançayGirdimançay dükerlərində, Şəmkir Maşın kanalının I və II pillə nasos stansiyalarında, Göygöl rayonunda Gəncəçay baş suqəbuledici qurğusunda, 130 ədəd subartezian quyusunda, Zərdab, Kürdəmir, Ağsu, Imişli, Ismayıllı, Yevlax, Şamaxı və Xızı rayonlarının ərazisindəki nov kanallarda, ayrı-ayrı rayonların qış otlaq sahələrində yerləşən boru kəmərlərində, dağ çaylarında mövcud olan kilometrlərlə daş-beton mühafizə bəndlərində, suvarma kanallarındabir sıra digər obyektlərdə əsaslı təmir, bərpa və yenidənqurma işləri həyata keçirilmişdir. Son üç ildə uzun müddət istismarda olmuş, fiziki və mənəvi cəhətdən köhnəlmiş 112 ədəd tərpənməz və 65 ədəd üzən nasos stansiyaları müasir tələblərə uyğun olaraq tamamilə yenidən qurularaq işlək vəziyyətə gətirilmişdir. KürAraz çayları boyunca 876 km uzunluğunda mövcud torpaq mühafizə bəndlərində əsaslı surətdə hündürləndirmə, genişləndirmə və möhkəmləndirmə işləri görülmüş, çayların daha təhlükəli yerlərində 5,8 km uzunluğunda daş-betonla sahilbərkitmə işləri aparılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2006-cı il tarixli 83 nömrəli qərarına əsasən ayrı-ayrı su istifadəçiləri tərəfindən istifadə olunan nasos stansiyalarının və subartezian quyularının istismarında, xüsusi ilə enerji xərclərinin ödənilməsində yaranmış çətinliklər nəzərə alınaraq onların normal işinin təmin olunması, regionların sosial-iqtisadi inkişafı və yoxsulluğun azaldılması dövlət proqramlarında müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi məqsədilə ötən müddətdə Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansına 84,9 min hektar əkin sahəsinin suvarılmasına xidmət edən 68,1 m3/san məhsuldarlığa, 46,9 meqavat gücə malik 185 nasos stansiyası və 949 subartezian quyusu qəbul edilmiş, bu obyektlərdə müvafiq təmir-bərpa işləri aparılaraq işlək vəziyyətə gətirilmişdir.

Hazırda ölkədə meliorasiyasu təsərrüfatının inkişafına Möhtərəm Prezidentimiz Ilham Əliyev cənablarının göstərdiyi diqqət və qayğının nəticəsi olaraq sahəyə ayrılan vəsaitin və buna müvafiq olaraq yerinə yetirilən bərpa, tikniti və yenidənqurma işlərinin həcmi ildən - ilə artmaqdadır.

Möhtərəm Prezidentimiz 2007-ci il noyabr ayının 8-də Taxtakörpü su anbarının və 2009-cu il may ayının 25-də Şəmkirçay su anbarının SES-lə birlikdə tikintisinin təməlqoyma, 2010- cu il aprel ayının 29- da Cəlilabad rayonunda tikintisi başa çatdırılmış Göytəpə su anbarının, 2011-ci il avqust ayının 15- də Samur-Abşeron suvarma sisteminə daxil olan Vəlvələçay-Taxtakörpü kanalının birinci mərhələsinin açılış mərasimlərində iştirak etmişTaxtakörpü su anbarında tikintinin gedişi ilə tanış olmuş, 2011-ci il noyabr ayının 16- da Qax rayonunda Hamamçay çayı üzərində tikilmiş körpünün açılış mərasimində iştirak etmişIlisu kəndinin sel və daşqın sularından mühafizəsi üzrə aparılan sahilbərkitmə işləri ilə tanış olmuş, 2012-ci il mart ayının 13- də Masallı rayonunda su təchizatı, kanalizasiya sistemləri və sutəmizləyici qurğuların tikintisinin təməlqoyma, 2013-cü il iyul ayının 18-də Siyəzən şəhərində içməli su xəttinin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi, 2013-cü il iyul ayının 19-da Taxtakörpü su anbarının su ilə doldurulmağa başlanılması, Vəlvələçay-Taxtakörpü kanalının və Şabran şəhərində içməli su xəttinin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi mərasimlərində iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidenti Ilham Əliyev cənablarının 24 may 2007-ci il tarixli Sərəncamı ilə respublika iqtisadiyyatının, xüsusi ilə də aqrar sahənin inkişafında, regionların sosial- iqtisadi şəraitinin yaxşılaşdırılmasında, ölkənin ərzaq probleminin həllində meliorasiyasu təsərrüfatının rolu nəzərə alınaraq, bu sahədə çalışan işçilərin əməyinə verilən yüksək qiymətin nəticəsi olaraq «Meliorator» günü təsis edilmişdir. Bu günədək Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə bu sahədə çalışan işçilərdən 1 nəfər Şöhrət Ordeni, 106 nəfər Tərəqqi medalı ilə təltif edilmiş, 11 nəfər əməkdar mühəndis adına layiq görülmüş, 3 nəfərə isə Prezident təqaüdü verilmişdir.

«Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Fərmanı ilə Nazirlər Kabineti yanında MeliorasiyaSu Təsərrüfatı Komitəsi ləğv edilərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya Su Təsərrüfatı Agentliyi, «Meliorasiyasu təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» 23 fevral 2006-cı il tarixli 372 nömrəli Fərmanı ilə Agentliyin bazasında Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti («Azmelsutəsərrüfat» ASC) yaradılmışdır. «Azmelsutəsərrüfat» ASC meliorasiyasu təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən və səhmləri dövlətə məxsus səhmdar cəmiyyətidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyun 2006-cı il tarixli 149 nömrəli qərarı ilə «Azmelsutəsərrüfat» ASC-nin Nizamnaməsi və Strukturu təsdiq edilmişdir.

Idarəetmə işinin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mərkəzi aparatının və yerli idarəetmə orqanlarının yeni strukturuyeni Əsasnaməsi təsdiq olunmuş, sahənin idarəolunmasının yaxşılaşdırılması məqsədi ilə bir- birini təkrarlayan çoxpilləli və səmərəsiz struktur vahidləri ləğv olunmuş, bir sıra təşkilatların bazasında bazar iqtisadiyyatına uyğun daha çevik strukturlar yaradılmışdır.

2004-cü ildə əlavələr və düzəlişlər edilmiş «MeliorasiyaIrriqasiya haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq Sudan Istifadəedənlər Birlikləri şəbəkə prinsipi əsasında yenidən yaradılmış və qeydiyyatdan keçmişdir.

Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti 1997-ci ildən Dünya Su Şurasında, 2003-cü ildən Qlobal Su Əməkdaşlığı Təşkilatında, 2006-cı ildən IrriqasiyaDrenaj üzrə Beynəlxalq Komissiyada və digər beynəlxalq təşkilatlarda Azərbaycanı təmsil edir.

- 2003-2012-ci illərdə tikintisi aparılan meliorasiyasu təsərrufatı obyektləri haqqında məlumat verməyinizi xahiş edərdik...

- 2003-2012-ci illərdə ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edən bir sıra meliorasiyasu təsərrufatı obyektlərinin tikintisi işləri başa çatdırılmışdır.

Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilmişdir.

Samur- Abşeron suvarma sistemində kanalın qurğularla birlikdə ilk 50 km-lik hissəsinin və 188 km uzunluğunda təsərrüfatlararası kanalların yenidənqurulması işləri Dünya Bankının maliyyələşdirməsi ilə 2007- ci ildə, 67,2 km uzunluğunda Xanarx kanalının tikintisi Islam Inkişaf Bankının maliyyələşdirməsi ilə 2006-cı ildə başa çatdırılmışdır. Xanarx kanalının istifadəyə verilməsi ilə respublikanın şimal zonasında yerləşən 62,6 min hektar ərazidə, o cümlədən Qusar rayonunda 10,4 min hektar, Xaçmaz rayonunda 40,8 min hektar, Şabran rayonunda 11,4 min hektar torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılmışdır.

Bütün maliyyə mənbələrindən ayrılan vəsait hesabına 2003-2012- ci illərdə respublikanın sel və daşqın təhlükəli çaylarında 166732 pm sahilbərkitmə tədbirləri həyata keçirilmişdir ki, bu da əvvəlki 30 il ilə müqayisədə dəfələrlə çoxdur. Yalnız Asiya Inkişaf Bankının krediti ilə həyata keçirilən «Selə qarşı tədbirlər» layihəsi çərçivəsində 2006- 2008-ci illərdə respublikanın 11 rayonunda sel və daşqın təhlükəli çaylarında və Naxçıvan MR-in Şərur rayonunda Araz çayında 34089 pm uzunluğunda sahilbərkitmə işləri yerinə yetirilmişdir. Bu tədbirlərin yerinə yetirilməsi nəticəsində respublikada 80 min hektar ərazinin, 215 min nəfər əhalinin məskunlaşdığı 5 şəhər və 43 kəndin sel və daşqın təhlükəsindən müdafiəsi təmin edilmişdir.

Dünya Bankının krediti ilə 140 min hektar suvarılan sahələrə xidmət edən Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağının, respublikanın 9 rayonunun və Naxçıvan MR-in (Babək və Şərur rayonları) 52 min hektara yaxın ərazisində suvarma- drenaj şəbəkələrinin təmir- bərpası işləri 2010-cu ildə başa çatdırılmış, 2011-ci ildən isə respublikanın daha 15 rayonunda 85 min hektar ərazidə SIB-lərin inkişafına dəstək məqsədi ilə təsərrüfatdaxili suvarma- drenaj şəbəkələrinin təmir- bərpasına başlanılmışdır.

Ölkə əhalisinin daxili istehsal hesabına çörək və çörək məhsulları ilə təmin edilməsi məqsədi ilə iri taxılçılıq təsərrüfatlarının yaradılması barədə Azərbaycan Respublikası Prezidenti Ilham Əliyev cənablarının verdiyi tapşırığın icrası olaraq Yuxarı Mil kanalının 10,7 km -lik hissəsinin tikintisi tamamlanmış, Beyləqan və Ağcabədi rayonları ərazilərində 4800 ha sahədə özəl taxılçılıq təsərrüfatları yaradılmışdır. Cari ildə Füzuli və Ağcabədi rayonlarının ərazilərində 5725,6 hektar torpaq sahələrində iri taxılçılıq təsərrüfatlarının yaradılması məqsədi ilə «Yuxarı Mil kanalının tikintisinin davam etdirilməsi» obyekti daxilində kanalın 4,75 km-lik hissəsinin və onun üzərində 2 ədəd nasos stansiyasının tikintisi və 2,3 km hissədə kanalın yenidənqurulması, «Hacıqabul rayonunun Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədi ilə tədbirlərin görülməsi» obyekti daxilində Hacıqabul magistral kanalının 4,3 km-lik hissəsinin və Padar magistral kanalının tikintisi işləri aparılır.

- Ötən dövr ərzində Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı komitəniz tərəfindən hansı tədbirlər görülüb?

- «2011- 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməsi ilə bağlı Abşeron magistral kanalının 20 km-lik hissəsində yenidənqurma işləri aparılmış, Xəzər rayonunun Zirə qəsəbəsi, Sabunçu rayonunun Bilgəh, Suraxanı rayonunun HövsanAbşeron rayonunun Goradil kəndlərinin 2917 hektar əkin və həyətyanı sahələrinin su təminatının yaxşılaşdırılması və 2146 hektar yeni suvarılan sahələrin istifadəyə verilməsi üçün nasos stansiyalarının, suyığıcı hovuzların və 25,0 km təzyiqli və 62,6 km uzunluğunda suvarma boru kəmərlərinin tikintisi və təmir-bərpası üzrə işlər yerinə yetirilmişdir. Eyni zamanda Suraxanı rayonunun Zığ, Sabunçu rayonunun Zabrat, Maştağa, Kürdəxanı, Abşeron rayonunun Novxanı, Fatmayı, Saray, Məhəmmədli, MehdiabadDigah qəsəbələri üzrə layihə sənədləri hazırlanmışdır.

- Beynəlxalq qurumların dəstəyi ilə ölkəmizdə su və melorasiyanın inkişafı sahəsində hansı işlər görülür?

- Hacıqabul rayonunda Pirsaat, Şamaxı rayonunda Zoqalavaçay su anbarlarında əsaslı təmir işləri başa çatdırılmış, Tovuz rayonunda Tovuzçay su anbarının tikintisi üzrə işlər davam etdirilir.

Işğal zonası ilə təmas xəttində və sərhəd ərazilərdə yerləşən Ağdam, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl və Şəmkir rayonlarının ərazilərində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə 26,4 km uzunluğunda suvarma şəbəkəsi və təzyiqli boru kəmərləri tikilmişdir.

Dünya Bankının krediti hesabına respublikanın Şabran və Siyəzən rayonlarında içməli su təchizatı və kanalizasiya sistemlərinin bərpası və tikintisi işləri başa çatdırılmış, Ağsu, Ismayıllı, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarında isə bu işlər uğurla davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin «Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında» 15 may 2013-cü il tarixli 2894 nömrəli Sərəncamı ilə respublikanın əhalisi 310 min nəfərdən çox olan 29 rayonunun 104 yaşayış məntəqəsində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 107 ədəd subartezian quyusunun qazılması Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları və tədbirlər planlarında meliorasiyasu təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur. Hazırda «2008- 2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nda, «Azərbaycan Respublikası regionlarının 2009-2013 - illərdə sosial- iqtisadi inkişafı üzrə Dövlət Proqramı»nda və digərlərində icrası Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə aid olan tədbirlərin bir hissəsi artıq yerinə yetirilmiş, digərləri də müvəffəqiyyətlə həyata keçirilməkdədir. Səhmdar Cəmiyyəti «Azərbaycan Respublikası regionlarının 2014- 2018 -ci illərdə sosial- iqtisadi inkişafı üzrə Dövlət Proqramı» üzrə də meliorasiyasu təsərrüfatı sahəsində görüləcək işlərə və tələb olunan vəsaitə dair təkliflərini aidiyyəti təşkilatlara təqdim etmişdir.

- Əhməd müəllim, rəhbərlik etdiyiniz qurum gələcəkdə hansı işləri görməyi planlaşdırır?

- Bu tədbirlərin həyata keçirilməsi nəticəsində respublikamızda torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsinə, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə imkan yaranacaqdır.

 

Səs.- 2013.- 13 sentyabr.- S.8-9.