2003-2013 cü illər ərzində
Dövlət Sığorta Şirkətinin beynəlxalq
standartlara uyğun fəaliyyəti
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra siyasi və iqtisadi sabitliyi təmin etmək məqsədi ilə bütün sahələrdə məqsədyönlü islahatlar həyata keçirilmişdir. Hələ təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, onun layiqli davamçısı olan cənab İlham Əliyev tərəfindən davam etdirilən bu islahatlar nəticəsində ölkənin iqtisadiyyatı dinamik inkişaf etmiş, ümumi daxili məhsul istehsalı hər il yüksək templə artmaqda davam etmişdir. Respublika iqtisadiyyatının dinamik inkişafı, əmək haqlarının, pensiyaların artmasına, əhalinin digər sosial problemlərinin həllinə, şəhər və rayonlarda abadlıq işlərinin həyata keçirilməsinə zəmin yaratmışdır. Cari ilin 6 ayında iqtisadiyyata qoyulan investisiyanın 70%-ə yaxını daxili vəsait hesabına aparılmışdır.
Ümumiyyətlə Respublika Prezidenti cənab İlham Əliyevin Prezidentlik dövründə həyata keçirilən davamlı iqtisadi islahatlar ölkəni nəinki regionda, hətta dünya miqyasında iqtisadi cəhətdən lider dövlət kimi tanıtmağa başladı. İlham Əliyevin 2003-cü ildə Respublika Prezidenti seçildiyi 10 il ərzində insanların rifahı, güzəranı ilə bağlı məsələlər həll olunmuş, ölkə həyatının müxtəlif sahələrini əhatə edən möhtəşəm quruculuq proqramları həyata keçirilir.
İcra olunan mühüm dövlət
proqramları nəticəsində işsizlik 5,2%-dək,
yoxsulluq isə 6,0%-dək azalmış, 2009-cu ildə
dünya iqtisadiyyatı kəskin böhran keçirdiyi bir
vaxtda Azərbaycanda iqtisadi artım 9,3% təşkil
etmişdir. Ölkə iqtisadiyyatına 2010-cu ildə 17,6
milyard, 2011-ci ildə 20,0 milyard, 2012-ci ildə 22,1 milyard
dollar investisiya qoyulmuşdur. Son on ildə ölkə
iqtisadiyyatına qoyulan investisiyalar 130 milyard dollardan çox
olmuşdur.
Son 10 ilin
mühüm tarixi nailiyyətlərindən biri kimi Azərbaycanın
155 dövlətin səsini qazanaraq dünyanın yüksək
nüfuzuna malik ən ali qurum olan Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilmişdir. Həmçinin
2012-ci ilin may ayında Azərbaycanın həmin möhtəbər
quruma – BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi
Azərbaycan dövlətçiliyinin parlaq qələbəsi
olmaqla, beynəlxalq aləmdə yüksək nüfuz
qazanmışdır.
Əlamətdar tarixi hadisələrdən biri də Azərbaycanın
ilk peykinin 2013-cü ilin fevralında orbitə
buraxılması olmuşdur. Bununla da Azərbaycan
artıq kosmik ölkələr sırasına daxil olmuş və
dünya üzrə ən gəlirli sənaye sahələrindən
biri olan peyk səneyesinin əsası qoyulmuşdur.
Bununla yanaşı Azərbaycan artıq xarici ölkələrin
iqtisadiyyatına sərmayə qoyan, Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynayan, sivilizasiyalararası dioloqun, qlobal siyasi,
iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkan
kimi beynəlxalq aləmdə mövqeyini gücləndirir.
Ölkənin inkişaf proseslərində Heydər
Əliyev Fondunun, Fondun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın xidmətləri də
xüsusi qeyd edilməlidir. Respublikada mütərəqqi
ideyaların gerçəkləşməsi naminə Heydər
Əliyev Fondunun gördyü işlər, «Yeniləşən
Azərbaycanda yeni məktəb», «Uşaq evləri və
internat məktəblərinin inkişafı», «Təhsilə dəstək»
və digər mədəniyyət və incəsənətin
inkişafı naminə proqram və layihələr çərçivəsində
keçirilən tədbirlər Respublikanın tərəqqisi
naminə aparılan siyasətin icrasına dəyərli
töhfələr vermişdir.
Respublikanın bütün sahələrindən
olduğu kimi iqtisadiyyatın mühüm sahələrində
biri olan sığorta bazarında da çox mühüm
inkişaf olmuşdur. Sığorta bazarının daha da
inkişaf etdirilməsi, beynəlxalq standartlara
uyğunlaşdırılması, sığortalıların
mənafeyinin qorunması, hüquqi və fiziki şəxslərə
sığorta təminatı yaratmaq məqsədi ilə
2003-2013-cü illərdə sığorta bazarının
inkişafı ilə əlaqədar bir sıra qanunvericilik
aktları qəbul edilmişdir.
Belə
ki, 25 dekabr 2007-ci il tarixdə sığorta sisteminin
inkişafının, sığorta bazarı
iştirakçılarının, o cümlədən
sığortaçıların, təkrarsığortaçıların,
sığorta vasitəçilərinin fəaliyyətinin əsas
istiqamətlərini və prinsiplərini, habelə
sığorta sahəsində dövlət nəzarətinin və
tənzimlənməsinin hüquqi və iqtisadi əsaslarını
müəyyən edən «Sığorta fəaliyyəti
haqqında» qanun qəbul edilmiş, qanunun tətbiq edilməsinə
dair 13 mart 2008-ci il tarixdə fərman imzalanmışdır.
Bu qanun qəbul edildikdən sonra sığorta şirkətlərinin
xarici ölkələrin qabaqcıl sığorta şirkətləri
ilə əməkdaşlığı hər tərəfli
inkişaf etmiş, sığorta və təkrarsığorta
sahəsində fəaliyyət daha da vüsət
almışdır. Respublika Sığortaçılar Assosiasiasiyası tərəfindən
hər il Beynəlxalq
Sığortaçılar Forumu keçirilir. Bu
forumda dünyanın ən çox tanınmış
nüfuzlu sığorta şirkətləri iştirak edirlər.
Əhalinin maddi-rifah halının daha da
yaxşılaşdırılması, onların sosial
müdafiəsinə əlavə təminat yaratmaq məqsədi
ilə ölkə Prezidenti tərəfindən mütəmadi
olaraq müxtəlif tədbirlər görülür. Bu tədbirlərdən
bir qismi sığortalanma vasitəsi ilə həyata
keçirilir.
«Hərbi qulluqçuların dövlət icbari
sığortası» haqqında 1997-ci ildə qəbul
edilmiş qanunda sığorta məbləği 1100 manat
müəyyən edilmişdir. Hərbi xidmət dövrü xidməti
vəzifəsini icra edərkən həlak olan, xəsarət
alan və sair hadisələrdən hərbi xidmətə
yararsız olan hərbi qulluqçulara onların
ölümü halında 1100 manat, 1 qrup əlilliyə
görə 880 manat, II qrup əlilliyə görə 600 manat,
III qrup əlilliyə görə 440 manat, hərbi xidmətə
yararsız kimi tərxis olduqda 275 manat sığorta ödənişi
verilirdi.
Hərbi
qulluqçuların sosial müdafiəsinə əlavə təminat
yaratmaq, onların sosial vəziyyətinin daha da
yaxşılaşdırılması məqsədi ilə 20
oktyabr 2006-cı ildə «Hərbi qulluqçuların dövlət
icbari şəxsi sığortası haqqında» qüvvədə
olan qanuna dəyişikliklər və əlavələr edilməsi
barədə Azərbaycan Respublikasının qanunu qəbul
edilmişdir. Bu qanunla sığorta məbləği
on dəfə artırılaraq 1100 manatdan 11000 manata
çatdırılmışdır.
Qanuna dəyişikliklərdən
sonra hərbi qulluqçulara xidməti vəzifəsinin
icrası zamanı həlak olması ilə əlaqədar
11000 manat, I qrupp əlilliyə görə 8800 manat, II qrup əlilliyə
görə 6600 manat, III qrup əlilliyə görə 4400
manat, hərbi xidmətə yararsız kimi tərxis olduqda 2750
manat sığorta ödənişi verilir. Yalnız 2012-ci ildə
hərbi qulluqçulara 7450,8 min manat, məhkəmə və
hüquq mühafizə orqanlarında çalışan əməkdaşlara
baş vermiş sığorta hadisələri ilə əlaqədar
840,4 min manat sığorta ödənişi verilmişdir ki,
bu da onların sosial vəziyyətinin yaxşılaşdırılmasına
əlavə təminat verir.
İstehsalatda
baş verən bədbəxt hadisələrə və
peşə xəstəliklərinə məruz qalan
insanların problemlərinin həll olunması məqsədilə
11 may 2010-cu il tarixdə «İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında» Azərbaycan
Respublikasının qanunu qəbul edilmişdir. Bu
qanun istehsalatda baş verən bədbəxt hadisələrdən
və peşə xəstəliklərindən zərər
çəkən şəxslərə dəyən zərərlərin
ödənilməsini tənzimləyir. Qanun
hazırda sığorta bazarında müvəffəqiyyətlə
işləyir.
Yuxarıda qeyd olunduğu kimi Respublikada iqtisadiyyatın
inkişafı, əhalinin pul gəlirlərinin artımı,
şəhər və kəndlərdə müasir tipli, hər
cür şəraiti olan yaşayış evləri, müxtəlif
qeyri-yaşayış binalarının tikilməsinə şərait
yaradılmışdır. Lakin Respublika ərazisində
baş verən təbii fəlakətlər, yanğın, zəlzələ,
sel, daşqın və sair gözlənilməz hadisələr
nəticəsində vətəndaşlara məxsus
yaşayış evlərinin, mənzillərin və
qeyri-yaşayış binalarına böyük məbləğdə
zərər dəyir.
Dövlət
Sığorta Şirkəti tərəfindən
Respublikanın bütün şəhər və
rayonlarında hüquqi və fiziki şəxslər
arasında sığortanın əhəmiyyəti, onun səmərəliliyi
barədə, televiziya, radio və kütləvi informasiya vasitəsilə
təbliğat işləri aparılır ki, yanğın, zəlzələ,
daşqın, sel və digər təbii fəlakətlər nəticəsində
onlara məxsus daşınmaz əmlaka dəyən zərərin
sığorta şirkəti tərəfindən ödənilməsi
təmin edilsin. Lakin, mövcud olan
daşınmaz əmlak könüllü qaydada sığorta
ilə tam əhatə olunmurdu. Ona görə
də baş verən sığorta hadisələri zamanı əmlak
sahiblərinə dəyən zərərlərin ödənilməsində
problemlər yaranırdı. Belə
hallarda dövlət məcburiyyət qarşısında
qalıb öz vətəndaşlarının
qayğısına qalaraq büdcə vəsaiti hesabına
onlara yardım verilməsini və ya yeni yaşayış evlərinin
tikintilərini öz üzərinə götürür.
2010-cu
ilin may-iyun aylarında Kür-Araz çaylarında suyun səviyyəsinin
artması ilə əlaqədar baş vermiş daşqın
nəticəsində Sabirabad, Saatlı, Kürdəmir,
İmişli, Hacıqabul rayonlarında və Şirvan şəhərində
çoxlu sayda yaşayış evləri və ictimai binalar
ciddi zərər çəkmiş, yaşayış
üçün yararsış hala
düşmüşdür. Yaşayış
evlərinin vəziyyəti yoxlanarkən müəyyən
edilmişdir ki, evlərin heç biri könüllü
sığorta olunmamışdır. Ona
görə dəyən zərərlərin ödənilməsini
dövlət öz üzərinə götürür,
büdcədən və Prezidentin ehtiyat fondundan ayrılan vəsait
hesabına vətəndaşlara dəyən zərərə
görə yardım ödənilir və yeni
yaşayış evləri tikilir. Sabirabad,
Hacıqabul rayonlarında yeni tikilmiş yaşayış evlərinin
vətəndaşlara təqdimatı zamanı hörmətli
Prezident cənab İlham Əliyev öz
çıxışında bildirmişdir ki, təbii hadisələr
nəticəsində vətəndaşlara dəyən zərərlər
beynəlxalq aləmdə sığorta şirkətləri tərəfindən
ödənilir. Lakin, bizdə vətəndaşların
evləri sığorta olunmadığından bütün xərcləri
dövlət öz üzərinə götürmüş və
çox qısa bir zamanda əhalinin tələbatı ödənildi.
Dəyən
zərərlərin ödənilməsinə təminat
yaratmaq məqsdi ilə Prezidentin təşəbbüsü ilə
24 iyun 2011-ci il tarixdə «İcbari
sığortalar haqqında» Azərbaycan Respublikasının
qanunu qəbul edilmişdir.
«İcbari
sığortalar haqqında» Azərbaycan Respublikasının
Qanunu özündə 4 mühüm icbari sığorta
növünü - «Daşınmaz əmlakın icbari
sığortası», «Daşınmaz əmlakın istismarı
ilə bağlı mülki məsuliyyətin icbari
sığortası», «Avtonəqliyyat vasitəsi sahiblərinin
mülki məsuliyyətin icbari sığortası» və «Sərnişinlərin
icbari sığortası»nı əhatə edir.
Bu Qanunda nəzərdə tutulmuş daşınmaz əmlakın
icbari sığortası yanğın, zəlzələ və
digər təbii fəlakətlər nəticəsində zədələnməsi,
məhv olması yaxud qanunda nəzərdə tutulmuş hər
hansı bir hadisə ilə bağlı dəyən zərərin
ödənilməsi təmin edilir. Bu Qanuna əsasən
hüquqi və fiziki şəxslərə məxsus
yaşayış və qeyri-yaşayış binaları, mənzilləri,
habelə siyahısı müvafiq icra hakimiyyəti orqanları
tərəfindən müəyyənləşdirilən
dövlət əmlakı icbari qaydada sığortaya cəlb
olunur.
«Daşınmaz
əmlakın icbari sığortası» haqda qanun qüvvəyə
mindikdən sonra yaşayış evlərinin və mənzillərin
sığortası əvvəlki illərə nisbətən
xeyli artaraq, 2012-ci ildə Dövlət Sığorta Şirkəti
tərəfindən 58669 yaşayış evləri və mənzillər
sığorta olunmaqla 1838,1 min manat sığorta haqqı
toplanmasına nail olunmuşdur. Həmin dövrdə Yevlax
rayonunda 2988, Sabirabad rayonunda 2015, Göyçay rayonunda 1521, Gədəbəy
rayonunda 4338 Yardımlı rayonunda 1149, Cəlilabad rayonunda
1421, Şirvan şəhərində 1195, Ağstafa rayonunda
1041 yaşayış evi və mənzilicbari sığortaya cəlb
olunmuşdur.
Qeyd edilən
dövrdə qanunda nəzərdə tutulan sığorta hadisələri
nəticəsində zərərçəkmiş əmlak
sahiblərinə 687,0 min manat, o cümlədən Zaqatala,
Balakən və Qax rayonlarında zəlzələdən zərər
çəkmiş vətəndaşlara 249,0 min manat
sığorta ödənişi verilmişdir.
Respublika İqtisadiyyatının inkişafı
bütün sahələrdə olduğu kimi əhalinin maddi
rifah halının yüksəlməsi, pul gəlirlərinin
artımı, vətəndaşların avtomobilə olan
khtiyatlarının ödənilməsinə zəmin
yaradır. Belə ki, ölkəmizdə hazırda avtonəqliyyat
vasitələrinin sayı 1200 mindən çoxdur. Yol infrastrukturunun təkmilləşməsi və
texniki təhlükəsizliyə qarşı tədbirlər
görülməsinə baxmayaraq yol-nəqliyyat hadisələrinin
qarşısının alınması mümkün olmur.
«Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin
icbari sığortası haqqında» Azərbaycan
Respublikasının 31 may 1996-cı il tarixli qanununda ümumi
sığorta məbləği 5000 manat nəzərdə
tutulmuşdur ki, bu da yol nəqliyyat hadisəsi zamanı zərər
çəkən avtomobillərin tələbatını
ödəmirdi. Respublika Prezidentinin təşəbbüsü
ilə 24 iyun 2011-ci il tarixdə qəbul edilmiş «Avtonəqliyyat
vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari
sığortası haqqında» qanunda ümumi məsuliyyət
məbləği 55000 manat, o cümlədən əmlaka dəyən
zərər üzrə 5000 manat, səhhətə dəyən
zərər üzrə 50000 manat müəyyən
edilmişdir. Bu qanunda yol nəqliyyat hadisəsi
zamanı zərər çəkən avtomobil sahəblərinin
tələbi əsasən ödənilir.
Bu qanun qəbul
edildikdən sonra Dövlət Sığorta Şirkəti tərəfindən
bu növ sığorta üzrə 6758,4
min manat və ya 2011-ci ildən 5720,2 min manat çox
sığorta haqqı toplanmışdır. Eyni zamanda bu
növ sığorta üzrə 2011-ci ildə 284,8 min manat sığorta ödənişi
verilmişdirsə 2012-ci ildə 1139,7 min manat və yaxud 854,8
min manat çox sığorta ödənişi verilmişdir.
Bu qanunla hüquqi və fiziki şəxslərə məxsus
bütün növ avtonəqliyyat vasitəsi sahiblərinin
mülki məsuliyyətinin sığortası məcburidir.
Ölkənin mövcud iqtisadiyyatı və qüvvədə
olan normativ-hüquqi aktlar sığorta bazarının beynəlxalq
standartlara uyğun inkişafına öz müsbət təsirini
göstərir.
Belə
ki, sığorta bazarında fəaliyyət göstərən
28 sığorta şirkətləri tərəfindən
2003-cü ildə 57,5 mln.manat sığorta haqqı
toplanmışdırsa, 2012-ci ildə isə 342,5 mln.manat
sığorta haqqı toplanmışdır ki, bununda 10,0%-i
Dövlət Sığorta Şirkətinin payına
düşür. bu da həmin dövrdən
6 dəfə çoxdur.
Sığorta bazarının
iştirakçılarından biri olan Dövlət
Sığorta Şirkəti təməli 1921-ci ildə
qoyulmuş 20 sentyabr 1991-ci ildə Maliyyə Nazirliyinin nəzdində
fəaliyyət göstərən Dövlət
Sığortası baş İdarəsinin bazasında
yaradılmış və hazırda sığorta
bazarının formalaşmasında, təkmilləşdirilməsində
və inkişaf etdirilməsitndə fəal iştirak edir.
Şirkət
təsərrüfat hesablı olmaqla Respublikanın rayon və
şəhərlərində 81 filialları hüquqi və
fiziki şəxslərə 28 könüllü və 10 icbari
sığorta növü üzrə xidmət göstərir.
Şirkətin fəaliyyəti sığortalılar və
kütləvi informasiya vasitələri tərəfindən
yüksək qiymətləndirilərək sığorta
Şirkətləri arasında bir neçə il
mütəmadi olaraq «İlin Şirkəti» mükafatın
layiq görülmüşdür. Bu da Şirkətin
çoxsaylı kollektivinin daha yüksək nailiyyətlər
qazanmağa istiqamətləndirir, əzmlə
çalışmağa, sığortalılara daha dolğun
və önəmli sığorta xidməti göstərməyə
sövq edir.
Şirkətdə
Kompyuterləşdirmə və informasiyaların elektron idarə
edilməsi proqramı “Azərbaycan Respublikasının
inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları
üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” tələblərinə
uyğun işlənib hazırlanmışdır və
“Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində
son illər Respublikada aparılan uğurlu iqtisadi siyasət nəticəsində
makroiqtisadi sabitliyin qorunub saxlanılmış və
İqtisadi artımın davamlığı təmin
edilmişdir. Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyevin Sahibkarlığın İnkişafı,
xüsusilə də İnformasiya Texnologiyaları və
telekommunikasiya sahəsinin inkişaf etdirilməsi ilə
bağlı 2011-ci il 23 may tarixli 429 nömrəli Azərbaycan
Respublikası Prezidentinin “Dövlət orqanlarının
elektron xidmətlər göstərməsinin təşkili sahəsində
bəzi tədbirlər haqqında” və 2012-ci il 19 iyul tarixli
654 nömrəli Azərbaycan Respublikası Prezidentinin Azərbaycan
Respublikası “Dövlət orqanlarının internet informasiya
ehtiyatlarının və elektron poçt
ünvanlarının təhlükəsizliyinin təmin edilməsi
ilə bağlı bəzi tədbirlər haqqında” fərmanlarının
icrasına əsaslanaraq Şirkət özünün veb
saytını yaratmış, elektron poçt xidmətləri
qurmuş, şirkətin 81 filalları üçün fərdi
elektron poçt xidmətləri yaradılmış və
Şirkətin Veb Servis xidmətindən istifadə edərək
fasiləsiz və təhlükəsiz elektron poçt və
elektron informasiya mübadiləsi təşkil edilmişdir.
“Elektron
hökümətin” formalaşdırılması və
“Elektron Ticarətin” qurulması proqramı tələblərinə
uyğun Şirkətimiz tərəfindən bir sıra
geniş tədbirlər təşkil edilmiş, Sığorta
müqavilələrinin idarə edilməsi, elektron daxil edilməsi
və mühasibatlığın müasi tələblərə
uyğun qurulması üçün “1CMüəsissə” və
üçün “1C Mühasibatlıq” proqramları Şirkət
tərəfindən hazırlanmış və tətbiq
edilmişdir ki, bu da üçot və hesabatların
vaxtında tərtib edilməsinə təminat
yaratmışdır.
“İcbarı
sığorta haqqında” qanunun tələblərinə
uyğun olara avtonəqliyyat vasitələrinin sahiblərinin,
daşınmaz əmlak və daşınmaz əmlakın
istismarının mülkü məsuliyyəti İcbarı
sığorta müqavilələrini daxil edilməsi
üçün icbarı sığorta bürosunun(İSB) təkliflərinə
uyğun olaraq sığorta şəhadətnamələrin
elektron formada daxil edilməsi və müştərilərə
SMS vasitəsi ilə təsdiqinin çatdırılması
işləri yerinə yetrilmişdir ki, bununlada sığorta
müqavilələrinin vaxtında bərpa olnması,
sığortalılara xidmət səviyyəsi yüksəlmişdir.
Filallarla şirkət arasında informasiya
mübadiləsi əvvəlki dövürlərə nisbətən
sürətlənmişdir.
Hal-hazırda
"2013-2015-ci illərdə dövlət orqanlarında
elektron xidmətlərin genişləndirilməsi və
"elektron hökumət”in inkişafına dair Dövlət
Proqramı”nın layihəsi çərçivəsində
şirkətimiz tərəfindən bütun sənədlərin
elektron formada reallaşması işi həyata kecirilir, fərdi
məlumatların saxlanılması üçün proqramlar
yazılır və filiallrında çalişan işcilər
üçün İnformasiya Texnologiyalarından səmərəli
və məqsədi istifadə etmək məqsədi ilə
kurslar təşkil edilmiş və bir sıra xarici ölkələrlə
bu sahənin inkişaf etdirilməsi üçün muvafiq
informasiya texnologiyalar sahəsində bilik və hazırlıq
təcrübələri keçirilmişdir.
Şirkətimiz sığorta xidmətlərinin və
idarəetmənin beynəlxalq tələblərinə
uyğun təşkil etdiyinə, xidmət keyfiyyətinin
yüksəldilməsinə və təkmilləşdirilməsinç
görə Beynəlxalq İSO 9001 keyfiyyət
sertifikatını almışdır. Sığorta
işinin daha da inkişaf etməsi və beynəlxalq
standartlara uyğunlaşdırılması məqsədilə
dövlət tərəfindən 20-dən çox müxtəlif
qanunlar, fərmanlar və qərarlar verilmişdir.
Şirkətin
kollektivi Respublikada yaranmış əlverişli şəraitdən
və imkanlardan istifadə edərək 2003-cü ildə
sığortanın bütün növləri üzrə 4253,0 min manat sığorta haqqı topladığı
halda 2012-ci ildə 34583,8 min manat və ya 8 dəfə
çox sığorta haqqı toplanmasına nail olmuşdur. Bu da Şirkətin sığortalılar
qarşısındakı öhdəliklərinin vaxtında və
tam ödənilməsinə təminat yaradır.
Şirkətimiz öz fəaliyyətini «Sığorta fəaliyyəti
haqqında» qanunun, Mülki Məcəllənin və digər
normativ hüquqi aktların tələbinə uyğun
qurmuşdur. Hazırda Şirkətin bütün şəhər
və rayonlarında 81 filialı fəaliyyət göstərir
və bu filiallarda 513 nəfər mütəxəssis
çalışır.
Müdrik
xalqımızın ən fəal hissəsi kimi sığortaçılar
da, növbəti prezident seçkilərində düzgün
seçim edərək ulu öndər Heydər Əliyev siyasətinə,
bu siyasəti uğurla davam etdirən, ümumilli liderin
ideyalarını müvəffəqiyyətlə həyata
keçirən möhtərəm Prezidentimiz İlham
Əliyevə səs verərək onu yenidən Prezident
seçəcək, bununla da Azərbaycanın yeni
uğurlarına, özlərinin firavan
yaşayışlarına və xoşbəxt gələcəklərinə
səs vermiş olacaqlar.
Məmməd Məmmədov
Azərbaycan
Respublikası Dövlət Sığorta Şirkətinin Sədri
yap.org.az
Səs.- 2013.- 14
sentyabr.- S.8-9.