Azərbaycanın davamlı
inkişafına səs verək
Müsahibimiz xalq artisti Arif Babayevdir
- Arif müəllim, milli musiqimizin keçdiyi inkişaf yolunu necə şərh edərdiniz?
- Bugünkü reallıqlarımızın əsasında ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət dayanır. Milli musiqimiz çox rəngarəng və zəngindir. Dahi şəxsiyyət Heydər Əliyev daim musiqimizin inkişafına, dünyada tanıdılmasına diqqət göstərirdi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Sənət adamlarına qayğı göstərilir, onların daha səylə çalışmaları üçün stimulverici addımlar atılır. Adların verilməsi, mükafatların təltif olunması, sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində səylər göstərilməsi və s kimi addımlar da bu diqqətdən qaynaqlanır. Təkcə özümün timsalında sənət adamlarına verilən qiyməti qeyd etmək istərdim. Xalq artisti adına layiq görülmüşəm, «Şöhrət», «İstiqlal» ordeni ilə təltif olunmuşam. Həmçinin, «Beynəlxalq Qızıl Çinar» mükafatına layiq görülmüşəm. Prezident təqaüdçüsüyəm. Bu etimadı doğrultmaq üçün əlimdən gəlini etməyə çalışıram.
Son on ildə hər sahədə olduğu kimi, musiqimizin, incəsənətimizin inkişafı istiqamətində görülən işlər məhz ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə atılan addımların davamı kimi dəyərləndirilməlidir. Ümummilli lider Heydər Əliyevin ortaya qoyduğu ideyaların reallaşdırılması, «Muğam Azərbaycanın milli sərvətidir» deyən Prezident İlham Əliyevin dəstəyi, diqqət və qayğısı, «Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq» söyləyən Mehriban xanım Əliyevanın təşəbbüsləri nəticəsində muğam sənətinin yeni inkişaf mərhələsini yaşaması da deyilənlərin təsdiqidir. Dövlət başçısı İlham Əliyevin sərəncamı əsasında Beynəlxalq Muğam Mərkəzinin inşası, beynəlxalq müsabiqələrin keçirilməsi, elmi simpoziumların təşkili, eyni zamanda, muğamın YUNESKO səviyyəsində təbliği muğama olan marağı artırır, xüsusilə də gənc nəslin bu musiqiyə münasibətini müsbət istiqamətdə dəyişir. Muğam Mərkəzinin olması çoxdankı arzumuz idi. Artıq bütün tədbirlərimiz bu mərkəzdə təşkil olunmaqla musiqimizin təbliğinə geniş imkanlar açır.
Muğamımızın inkişafı Azərbaycanın müstəqillik illərinə təsadüf edir. Son on ildə aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq, muğam sənəti bir daha dünya musiqi incisi kimi təsdiqini tapdı. Azərbaycanda muğam sənətinə böyük əhəmiyyətin verilməsi bütövlükdə Azərbaycanın öz muğamına sahib çıxması deməkdir. Bu gün dünya ölkələrinin səhnələrində muğamımız sevilərək dinlənilir və sürəkli alqışlarla qarşılanır. Muğamımızın inkişafına töhfələri davamlı olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bildirir: «Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik- bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir- səhv etmərəm.»
Bu diqqət və qayğının nəticəsində qeyd etdiyim kimi, möcüzəli muğamımızı bütün dünya sevir və maraqlanır. Muğamımızın təbliği çox yüksək səviyyədədir və biz sənət adamları bundan qürur hissi keçiririk.
Beynəlxalq festivalların, müsabiqələrin ölkəmizdə keçirilməsi də Azərbaycanın uğurları sırasındadır. Hansı ki, vaxtilə bu müsabiqlərin Azərbaycanda keçirilməsi arzusu ilə yaşayırdıq. Demək, düzgün qurulan siyasət, ən əsası dövlətin, xalqın gələcəyini düşünmək uğurlara yol açan əsas faktordur. Millətini, xalqını sevən, bu sevgisini hər addımında sübut edən ulu öndər Heydər Əliyev azərbaycanlı olmağı ilə fəxr etdiyini ən yüksək tribunalardan bildirməklə, ölkəmizin bugünkü inkişafının təməlini qoydu. Onun hakimiyyəinin hər iki dövrü xalqına, dövlətinə xidmətləri ilə zəngindir. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xatırlasaq, cənab İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra bu fikri qeyd etmişdir ki, Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Eyni zamanda, hər bir vətəndaşın Prezidenti olacağını bildirmişdir. Son on ilin uğurlarına diqqət yetirmək kifayətdir ki, bu vədlərin konkret əməli işdə öz təsdiqinin tapdığının şahidi olasan.
- Azərbaycanın son on ildə keçdiyi yol sizdə hansı təsəvvürü yaradır?
- Mən dünyanın 63 ölkəsində olmuşam. Azərbaycan bu gün inkişafına görə heç bir ölkədən geri qalmır. Paytaxt və bölgələrimizin siması dəyişmiş, yeniliklər geniş vüsət alıb. Xalqda böyük ruh yüksəkliyi mövcuddur. Təbii ki, bu əhval-ruhiyyə ölkəmizin uğurlarından qaynaqlanır. Bölgələrimiz inkişafına görə paytaxtdan geri qalmır. Bu günümüzü 10 il, 20 il bundan öncə ilə müqayisə etdikdə böyük inkişafın şahidi oluruq. Bu gün hansı rayona gedirsən, böyük quruculuq, abadlıq işlərinin şahidinə çevrilirsən. Ölkəmiz birincilər sırasındadır. Bakımıza qonaq gələn hər kəs ölkəmizin inkişafını möcüzə kimi dəyərləndirir. Paytaxt Bakı qədimiliklə müasirliyin vəhdətini qoruyan şəhər kimi önə çəkilir. Hər gün ölkəmizin həyatında müəyyən yeniliklərlə yadda qalır. Bu, inkişaf, tərəqqi deyilmi? Biz fəxr edir, sevinirik ki, ölkəmiz belə sürətlə inkişaf edir, bu uğurlarımız milli musiqimizdən də yan keçmir. Hər sahəyə xüsusi diqqət və qayğı daha səylə çalışmağa stimul verir. Azərbaycanın daha da çiçəklənməsinə, qüdrətlənməsinə öz töhfəmizi verməli, birgə səylər göstərməliyik.
- Musiqi xalqlar, dövlətlər arasında bir körpüdür. Azərbaycanın bu körpünün möhkəmləndirilməsində rolunu necə dəyərləndirirsiniz?
- Bir mühüm hadisəni qeyd etmək kifayətdir. Bildiyiniz kimi, Azərbaycan 2011-ci ildə «Eurovision» mahnı yarışmasında birinciliyi əldə etdi. Müsabiqənin şərtlərinə uyğun olaraq növbəti il yarışmaya qalib ölkə ev sahibliyi edir. 2012-ci ildə ölkəmizdə keçirilən «Eurovision» mahnı müsabiqəsi Azərbaycan həqiqətlərinin dünyaya təqdimatında mühüm rol oynadı. Sizin fikrinizə istinadən bunu da qeyd etmək istərdim ki, hər bir ölkə musiqi körpüsünün daha da möhkəmlənməsi üçün səylərini artırmalıdır.
Ölkəmizdə keçirilən beynəlxalq müsabiqələr, festivallar da bu baxımdan önəmlidir. Qeyd etdiyimiz kimi, bu gün nəinki paytaxt, böləgələrimiz də beynəlxalq tədbirlərin keçirilməsi üçün məkan seçilir. Artıq ənənə halına alan Qəbələ Musiqi Festivalını xüsusi qeyd etmək istərdim. Bu il Qəbələdə keçirilmiş V Beynəlxalq Musiqi Festivalı da uğurlu nəticələrlə yadda qalmışdır. Bu kimi tədbirlər ölkəmizin tanıdılmasında, mövcud reallıqlarımızın təbliğində bir vasitə rolunu oynayırlar. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubunda da bu əsas məqamı xüsusi qeyd etmişdir. Bu gün Qəbələnin adının beynəlxalq tədbirlərin təşkil olunduğu şəhərlərin adları ilə bir sırada yer aldığını qeyd edən Mehriban xanım Əliyeva bildirmişdir ki, dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.
Azərbaycanımız doğrudan da çiçəklənən ölkəyə çevrilib. Kompleks tədbirlərin həyata keçirilməsi inkişafı daha da sürətləndirir, qarşıya qoyulan məqsədlərə qısa müddətdə nail olmağa əsas yaradır. Bu gün hansı sahəyə diqqət yetirsək, inkişafla bağlı eyni fikirləri söyləyə bilərik.
Reallıqlarımız göz qabağındadır. Görülən işlərin miqyası böyükdür. Onları hamısını bir yazı çərçivəsində qeyd etmək qeyri-mümkündür.
- 9 oktyabr prezident seçkilərinə az vaxt qalır. Bir sənət adamı, bir Azərbaycan vətəndaşı olaraq seçkilərlə bağlı fikirlərinizi bilmək istərdik...
- Uğurlarımız, cənab İlham Əliyevin son on ildə gördüyü işlər onun alternativsiz namizəd olduğunu təsdiqləyir. Uğurlarımızdan böyük qürur hissi keçiririk. Seçkilərdə də bu inkişafa dəstək olmaq üçün cənab İlham Əliyevə səs verəcəyik. İnkişafa, tərəqqiyə, firavan həyata səs vermək gərəkdir. Cənab İlham Əliyev biri-birindən əhəmiyyətli addımları ilə Azərbaycanı zirvələrə yüksəltdi. Müstəqil Azərbaycanımızın bayrağı uğurlarımızın təsdiqi olaraq daim yüksəkliklərdə dalğalanır. Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti nəticəsində yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də tezliklə ədalətli həllini tapacaq, bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq. O gün uzaqda deyil.
Son on ilin uğurları cənab İlham Əliyevin qələbəsini şəksiz edir. Xalqımız cənab İlham Əliyevi dəstəkləyir, onun ətrafında sıx birləşərək gələcəyə inamla irəliləyir. İlham Əliyevə səs verməklə Azərbaycanın işıqlı gələcəyinə səs vermiş olarıq. Xalqını, dövlətini sevən, hər an ölkəsinin gələcəyi haqqında düşünən liderə xalqın sevgisi böyükdür. Azərbaycanı qarşıda hələ daha böyük uğurlar gözləyir. Məqsəd uğurlara yol açan əsas amildir. Qarşıda on il üçün əsas məqsəd Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir. Bugunkü uğurlarımız bu məqsədə də yüksək səviyyədə çatacağımıza əsas verir. Azərbaycan xalqı cənab İlham Əliyevlə fəxr edir. Azərbaycanı işıqlı yola çıxaran Heydər Əliyev siyasəti uğurla davam edir. Azərbaycanın daha da qüdrətlənməsinə dəstək olaq.
yap.org.az
Səs.- 2013.- 21 sentyabr.- S.13.