Hikmət Babaoğlu: “İlham Əliyev xalqın həm rəsmi, həm də qeyri-rəsmi lideridir

 

 

 

Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlunun SƏS TV-yə müsahibəsi:

- Hikmət müəllim, artıq 9 oktyabrda keçiriləcək seçkilərdə prezidentliyə namizədlərin təbliğat, təşviqat kampaniyasına start verilib. Bununla bağlı İctimai Televiziyada Radioda tele-debatlar da təşkil olunur. Amma nədənsə bu debatlardaMilli Şura”dan prezidentliyə namizəd Cəmil Həsənli öz hisslərinə hakim olmayaraq təhqirlərə qeyri-etik hərəkətlərə yol verir. Bu barədə deyə bilərsiniz?

- Həmin debatlarda baş verən hadisələr onların faciəsi müxalif platformada fəaliyyət göstərməyə çalışan, özlərini siyasətçi adlandıranların ifşasıdır. Vaxtilə Azərbaycan cəmiyyəti Cəmil Həsənlini siyasi riyakar kimi tanıyırdı. Çünki o, zamanında mənimsədiyi, qəbul etdiyi təbliğ etdiyi dəyərlərin əleyhinə çıxıb. Bir vaxt kitablarında, çıxışlarında Ümummilli lider Heydər Əliyev siyasi kursunu dövlətçilik ideologiyasını təbliğ edən bir şəxs birdən-birə hər şeyin əksini söyləməyə başlayıb. Onun bu mövqeyi Azərbaycan cəmiyyətində ictimaiyyətində haqlı olaraq ikrah doğurub. Sonradan isə Cəmil Həsənli anti-azərbaycançı mərkəzlər tərəfindən müəyyənləşdirilən oyunda epizodik rol aldı. Belə ki o, Rüstəm İbrahimbəyova dublyorluq etməli idi. Məhz bu prosesdə Cəmil Həsənlinin yeni keyfiyyətləri ortaya çıxdı. Bəlli oldu ki, o, Azərbaycanda mövcud olan demokratik hüquqi sistemin imkanlarından sui-istifadə edərək prezidentliyə namizəd kimi meydana atılır. Sonradan isə məlum oldu ki, o saxtakardır. Əslində elə ilk debatdaca Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov tərəfindən ifşa edildi. Məlum oldu ki, prezident olmaq istəyən bu şəxs saxta sənədlərlə dövlət büdcəsindən xeyli miqdarda pul mənimsəyən adi bir oğrudur. Sonrakı debatlarda isə biz Cəmil Həsənlinin yeni bir keyfiyyətini gördük. Sən demə, o həm mahir bir provakatordır. Görünür ona təlimat verilib ki, Azərbaycanın ictimai rəyi, sosial psixologiyası hümanist olduğu üçün əziləni müdafiə edir. Məhz Cəmil Həsənli debatlar zamanıildırımıöz üzərinə çəkməklə bu cür obraz yaratmağa çalışdı. Amma o, heç bu rolu da düzgün oynaya bilmədi özünü son məqamda ifşa etdi. Əlbəttə ki, bu yaxşı hal deyil. Biz bilirik ki, bu oyunlar imperialist mərkəzlər, qlobalistlər tərəfindən milli dövlətə onun liderinə yönəlmiş oyunlardır. Anti-azərbaycançı mərkəzlər, o cümlədən qlobalistlər dünyada lidersizləşdirmə dövlətsizləşdirmə siyasəti həyata keçirirlər. Onlar ayrı-ayrı ölkələrdə vətəndaşı öz liderinə, dövlətinə qarşı qaldırmaqla vətəndaş müharibəsi yaradırlar. Sonda isə bunun adını demokratiya qoyurlar. Ancaq xoşbəxtçilikdən Azərbaycan cəmiyyəti intellektual cəmiyyətdir bu prosesləri kənardan müşahid etməyi bacarır. Çox təəssüf ki, professor Cəmil Həsənli bunu dərk etmir. O, elə bilir ki, onun oyunları Azərbaycanda reallaşacaq. Lakin Cəmil Həsənli bir şeyi unudur ki, ondan fərqli olaraq ölkəmizdə çox böyük analitik, intellektual keyfiyyətlərə malik geniş auditoriya var. Bu siyasi auditoriyanın adı isə Azərbaycan xalqıdır. Beləcə, ölkə vətəndaşları onun hansı oyunu oynadığını hansı məqsədlərə xidmət etdiyini (Rüstəm İbrahimbəyovun Dağlıq Qarabağı ermənilərə vermək istəməsini) gözəl dərk edir. Bu mənada hesab edirəm ki, Cəmil Həsənli hər qədər provokasiya etsə , öz dublyor rolunu professional səviyyədə oynamağa çalışsa da bu alınmır. Nəticədə bu insan Azərbaycan xalqına, dövlətinə, xəyanət hörmətsizlik etmiş olur. Cəmil Həsənli professor olmasına baxmayaraq, Azərbaycan ədəbi dilində danışa bilmir. Eləcə bu insan öz davranışlarına nəzartə etməyi bacarmır. Bu adam xalqın gözü qarşısında sənədlərlə ona yönəlmiş ittihamlara cavab verə bilmir. Sonda isə məlum olur ki, Cəmil Həsənli bir neçə ildir saxta sənədlərlə dövlət büdcəsindən pul oğurlayır bunun cavabını da verə bilmir. Belə olan halda Cəmil Həsənli qeyri-etik qeyri mədəni davranışlarla öz saxtakarlığını ört-basdır etməyə çalışır.

- Ölkə mətbuatında belə bir fikir səsləndirilir ki, bu seçkilər Əli Kərimlinin, İsa Qəmbərin digər müxalifət nümayəndələrinin sonu olacaq. Bir sözlə, onlar bu siyasi səhnədən silinəcəklər.  Bu haqda fikirlərinizi alardıq.

- Əslində Azərbaycan siyasi sisteminin radikal düşərgəsi kimi səciyyələndirdiyimiz bu qruplar çoxdan ölkə siyasətindən kənarda fəaliyyət göstərirlər. Çünki, onlar sistemdə heç bir prosesə müdaxilə edə qoşula bilmirlər. Belə olan təqdirdə isə onlar sistemdən kənar autsayderlərdir. Amma məsələ ondadır ki, normal siyasi mədəniyyətin formalaşdığı cəmiyyətlərdə onlar mütləq siyasi səhnədən çəkilirlər. Təəssüf ki, Azərbaycanın inkişafının önündə tormozlayıcı funksiya yerinə yetirməyə çalışan bu qruplar hələ ölkə siyasətinin yaxasından düşmək istəmirlər. Hesab edirik ki, bundan sonrakı yeni mərhələdə Azərbaycan siyasi sistemində necə ki, onlara yer yox idi, bundan sonra da olmayacaq. Bundan sonra isə konstruktiv müxalifət-iqtidar münasibətlərinə yeni güclər qoşulacaq. Yəni demokratiya inhisarçısı kimi səciyyələndirə biləcəyimiz AXCP Müsavat Partiyasının ətrafında olan 3-5 nəfər gənclər ölkəmizin dinamik hərəkətdə olan, normalar sistemi ilə tənzimlənən demokratik cəmiyyətinə transfer olacaqlar.

- Müxalifət bu seçkilərdə 5 illik nokauta düşdü.  Onlar bunu ört-basdır etmək üçün başqa namizədlərlə, xüsusən hakim partiya təmsilçiləri ilə konflikt yaratmağa can atırlar.

- Şübhəsiz ki, radikal müalifət ciddi və dərin depressiya içərisindədir. 1993-cü il hadisələrindən bu günə kimi onlar hələ də özlərinə gələ bilməyiblər. Sonrakı mərhələdə isə onlar bir dəyər, ideologiya müəyyənləşdirib onu mənimsəyə bilmədiklərinə və cəmiyyətə yeni konstruktiv, rasional bir fikir, ideya, məqsəd təqdim etmədiklərinə görə, günü-gündən az-çox qalan nüfuzlarını da itiriblər. Təbii ki, onların yenidən bərpası mümkün deyil. Müsavatçılıq Azərbaycan ictimai fikrinin bir mərhələsi və zənciridir. Sadəcə müsavatçılıq istismar olunaraq bu gün bir qrup radikalın silahına çevrilib. Bu mənada hesab edirəm ki, müsavatçılıq ideologiyasının özü bunların əlindən alınsın. Əminəm ki, bu gün bu ideologiyanı istismar edən o qrupların içərisində bunu dərk edən ağıllı insanlar var.

- Bu gün müxalifət növbəti dəfə aksiya keçirməyi planlaşdırır. Sizcə, onların cəmiyyətə deyə bilmədikləri hansı sözlər qalıb ki, bu aksiyada onu reallaşdırmaq istəyirlər?

- Kütləvi aksiyalar hər hansısa bir liderinya siyasətçinin, prezidentliyə namizəd olan şəxsin öz fikirlərini və nizamnaməsini müəyyən bir auditoriyaya emosianal formada, şüar şəklində çatdırmaq məqdsədini özündə əks etdirir. Lakin biz görürük ki, artıq bir neçə aydır Azərbaycanın siyasi sisteminə müdaxilə etməyə çalışan Cəmil Həsənli ümumiyyətlə, proqramının və məqsədinin nə olduğunu, aksiyalardan nə əldə etmək istədiyini müəyyənləşdirə bilməyib. Bununla yanaşı o, Azərbaycan seçicisinə öz fikrini ifadə edə biləcək düzgün bir cümlə ilə müraciət edə bilməyib. Təşkil olunan debatlarda isə Cəmil Həsənli dərsini bilməyən uşaqlar kimi sadəcə, saxta məsələləri təkrar etməklə işini bitmiş hesab edir. Belə olan halda onun təşkil etdiyi mitinqə kimin gələcəyi və bu mitinqdə Cəmil Həsənlinin seçicilərə nə deyəcəyi məlum deyil. Hesab edirəm ki, bu mitinqlər mənasız toplanışlardır və burada iştirak edənlərin sayı çox məhdud olacaq. Sadəcə, ola bilər ki, Cəmil Həsənli anti-azərbaycançı şəxslərdən aldığı maliyyə vəsaiti ilə bir qədər adam toplaya bilsin və elə mitinq dağılan anda da onun vəsaiti orada batıb qalacaq. Mitinqə gələnlər belə heç şübhəsiz Cəmil Həsənliyə səs verməyəcəklər. Çünki onun özünü aparmağı, danışığı, siayasi fəaliyyəti və siyasi riakarlığı Azərbaycan cəmiyyətində ümumi qınaq və ikrah yaradır.

 

- Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təbliğat və təşviqat kampaniyasını, ümumilikdə hakim partiyanın seçkilərə hazırlıq prosesini necə qiymətləndirirsiniz?

- Yeni Azərbaycan Paryiyası öz layiqli namizədinin təbliğat və təşviqat kampaniyasını yüksək səviyyədə qurmağı bacarıb. Seçki məcəlləsinə uyğun olaraq prosedurlar düzgün müəyyənləşdirilib, görüləcək işlər əvvəlcədən təyin olunmuş təqvim əsasında ardıcıllıqla müəyyən edilib və təbliğat-təşviqat işləri yüksək səviyyədə təşkil olunub. Lakin yerlərdə insan hiss edir ki, əslində Prezident İlham Əliyevin təbliğat və təşviqat kampaniyasına ehtiyac yoxdur. Çünki seçicilərlə görüşdə aydın olur ki, hər bir seçici prezidentin fəaliyyəti ilə bağlı onu təbliğ etməyə gedən insanlardan daha çox məlumatlıdır, daha dürüst və dəqiq mövqeyə malikdir. Bu Azərbaycan xalqının mövqeyidir. Son 10 il ərzində cənab Prezident hər gün televiziya ekranlarında, Azərbaycan xalqının gözləri önündədir. Ötən 10 il ərzində dövlət başçısı hər gün yeni obyektlərin açılışında iştirak edib. Ölkə rəhbərinin fəaliyyətinin şəffaf olması, onun gördüyü işlərin böyüklüyü, xalqın isə bu barədə yetərincə məlumatlı olması cənab Prezidentin xüsusi təbliğata ehtiyacının olmadığını göstərir. Dövlət başçısı öz təbliğatını əməlləri ilə yüksək səviyyədə təşkil edib. Buna görə də mən hesab edirəm ki, cənab İlham Əliyev Azərbaycan xalqının həm rəsmi, həm də qeyri-rəsmi lideridir. Rəsmi lider onun rəsmi seçkilərdə təsbit olunmuş, müəyyənləşmiş prezidentlik statusudur. Ayrı-ayrı ölkələrdə prezident seçildikdən sonra ölkə rəhbəri rəsmi lider hesab olunur. Lakin müəyyən zaman keçdikdən sonar onun reytinqi düşməyə başlayır və müxalifətdə olan hansısa siyasətçinin reytinqi onu üstələyir. Bu zaman müxalifətdə olan siyasətçi xalqın qeyri-rəsmi liderinə çevrilir. Prezident İlham Əliyev isə Azərbaycan xalqının rəsmi lideri olmaqla yanaşı, həm də qeyri-rəsmi lideridir. Ötən 10 il ərzində nəyinki onun reytinqi xalq arasında aşağı düşüb, əksinə olaraq yuxarı qalxıb. Bu sosial-siyasi göstərici ölkə rəhbərinin effektiv fəaliyyətinin nəticəsidir. Azərbaycanın dövlət və milli maraqlarının bariz şəkildə müdafiə edilməsinin nəticəsidir ki, bu fəaliyyət 2013-cü ilin oktyabr ayının 9-da keçiriləcək prezident seçkilərində seçici səsi olaraq Prezident İlham Əliyevin özünə qayıdacaq.

 

sia.az

Səs.- 2013.- 23 sentyabr.- S.5.