«Azərbaycan-2020: gələcəyə
baxış» İnkişaf
Konsepsiyasının reallaşdırılması nəticəsində
aqrar sektorun əhəmiyyətli
tərəqqisi müşahidə olunacaq
Müsahibimiz Milli Məclisin Aqrar
siyasət komitəsinin üzvü Tahir Süleymanovdur
-
Tahir müəllim, sevindirici haldır ki, artıq YAP-ın 600
mininci üzvünə partiya vəsiqəsi təqdim edildi. Bu
fakt bir daha partiyamıza olan ümumxalq sevgisini isbatladı, həmçinin,
onun ölkənin avanqard siyasi qüvvəsi olduğunu
sübut etdi. Sizcə, Yeni Azərbaycan Partiyasına olan bu
axın və inam nə ilə bağlıdır?
- Bu,
bir həqiqətdir ki, bu gün Yeni Azərbaycan Partiyası nəinki
ölkəmizin, hətta, regionumuzun ən güclü siyasi təşkilatıdır.
Yarandığı gündən YAP-ın Ümummilli lider Heydər
Əliyev tərəfindən müəyyənləşdirilən
və uğurla tətbiq edilən əsas proqram məramı
Azərbaycanın dövlət müstəqilliyinin qorunub
möhkəmləndirilməsindən, ərazi
bütövlüyünün təmin edilməsindən,
demokratik, hüquqi, dünyəvi cəmiyyət
qurulmasından əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik,
güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan
ibarət olub və hakim partiya bu 20 ildə öz proqram məqsədlərinə
uyğun fəaliyyət göstərib. Məhz buna görə
də, ümumxalq partiyasına çevrilən, 600 mindən
artıq üzvü olan YAP bu müddət ərzində
ölkədə keçirilən prezident, parlament və bələdiyyə
seçkilərində inamlı qələbələr qazana
bilib.
Müstəqil
Azərbaycan dövlətinin qurucusu, YAP-ın
yaradıcısı, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın
müstəqilliyinin dönməzliyinin təmin edilməsi,
ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi,
xalqın rifahının yaxşılaşması, uğurlu
neft strategiyasının həyata keçirilməsi, milli-mənəvi
dəyərlərimizin qorunması, ölkənin təhlükəsizliyini
təmin etmək iqtidarında olan ordunun yaradılması, Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə
ardıcıl siyasət həyata keçirdi və bu prosesdə
YAP daim ön sıralarda oldu. Bu gün də YAP üzvləri
ölkəmizin daha da güclənməsi naminə
partiyamızın Sədri, Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasətin ən fəal dəstəkçiləri
olmaqla bu siyasətin uğurlarını xalq arasında
geniş təbliğ etməkdədir.
-
Ölkənin inkişafından danışarkən, 2012-ci
ilin yekunları üzərində Azərbaycanın
bugünkü siyasi və iqtisadi vəziyətinə qısa təhlil
verməyinizi istərdik…
- Əlbəttə
ki, Azərbaycanın bu günkü inkişafından
danışarkən, ilk olaraq, iqtisadi sahədəki nailiyyətləri
vurğulamaq lazımdır. Məhz, yola
saldığımız 2012-ci ili uğurlu sosial-iqtisadi
göstəricilərlə başa vuran ölkəmizin
inkişaf tempi davam edib, iqtisadi indikatorlar sürətlənib,
güclü maliyyə sabitliyi potensialı möhkəmlənib,
inflyasiyanın birrəqəmli həddə qorunub saxlanması
təmin edilib, iqtisadiyyatın çoxşaxəliliyi sürətlənib.
Yola saldığımız ildə başlıca makroiqtisadi hədəfləri
milli iqtisadiyyatın artımı fonunda iqtisadi və sosial
proqramların icrasına maksimum nail olmaq, qiymət indekslərinə
koordinasiyalı şəkildə nəzarət etmək və
əhalinin pul gəlirlərinin artım dinamikasını
stimullaşdırmaq, eyni zamanda, çevik pul siyasətinin həyata
keçirilməsi sayəsində valyuta bazarında sabitliyi
qoruyub saxlamaqdan ibarət olub və hökumət bu meyarlara tam
nail olub.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən təmkinli, qətiyyətli və çevik
mükəmməl iqtisadi strategiya nəticəsində
islahatların davamlılığı təmin edilib, iqtisadi
inkişaf daha da sürətlənib. Həyata keçirilən
düşünülmüş iqtisadi siyasət,
liberallaşmanın struktur və keyfiyyət baxımından
dərinləşməsi, sahibkarlığa dövlət dəstəyinin
artırılması, rəqabət qabiliyyətinin təmin
olunması, kompleks islahatlar iqtisadiyyatın şaxələndirilməsinin
əsas komponentləri olub. Dövlət
başçısı tərəfindən həyata
keçirilən irimiqyaslı, məqsədyönlü
islahatların ardıcıllıq və peşəkarlıqla
həyata keçirilməsi ölkəmizin maliyyə qüdrətinin
daha da yüksəlməsinə, valyuta rezervlərinin
artmasına da zəmin yaradıb.
Digər
başlıca makroiqtisadi hədəfləri əhalinin real gəlirlərinin
artımı, milli valyutanın dəyərinin qorunması,
iqtisadiyyatda aktivlik əmsalının yüksəldilməsi və
digər amillərlə bağlı olub. Dövlətin həyata
keçirdiyi iqtisadi siyasət bu makrotələblərin
realizasiyası ilə nəticələnib. İqtisadiyyatın
çoxvektorluluğu, maliyyə, valyuta və sosial sabitliyin
gücləndirilməsi fonunda əhalinin pul gəlirlərinin
artması, sosial yaşayış imkanlarının
yaxşılaşması mümkün olub.
Azərbaycanda
həyata keçirilən güclü maliyyə siyasəti və
iqtisadi inkişaf dinamikası, eyni zamanda, ixrac
potensialının yüksək artımı
respublikamızın maliyyə sabitliyinin möhkəmlənməsinə
dərin zəmin yaradıb və eyni zamanda, valyuta gəlirlərinin
çoxalmasını təmin edib.
Ölkədə
yüz minlərlə insanı əhatə edən sosial tərəqqi
və əməkhaqlarının artırılması ilə
bağlı dövlət siyasəti hökumətin vətəndaşlara
olan yüksək diqqət və qayğısının nəticəsidir.
Sosial sahədə islahatlar prosesi dərinləşdikcə
dövlət vətəndaşların sosial müdafiəsi və
rifah halının yaxşılaşdırılması
üçün üzərinə götürdüyü
öhdəlikləri tam məsuliyyəti ilə həyata
keçirir, sosial reformaların bütün elementlərinin tətbiqini
dərinləşdirir.
Təbii
ki, sosial-iqtisadi sahədə həyata keçirilən siyasətin
nəticəsində formalaşan yüksək rihaf mühiti
siyasi-ictimai həyata da öz təsirini göstərir.
Hazırda ölkədə yüksək siyasi-ictimai sabitlik
hökm sürməkdədir və bu fakt da cəmiyyətimizin
bütün sahələrinin dinamik inkişafına öz təsirini
göstərir. Məhz, bu ictimai-siyasi sabitliyin fonunda da
xalq-hakimiyyət birliyinin aydın görünür.
Düşünürəm ki, ölkənin sabit və dinamik
inkişaf dövrü yaşaması perspektivdə də
öz bəhrələrini verəcək.
- Məlum
olduğu kimi, siz Milli Məclisin Aqrar siyasi komitəsinin
üzvüsünüz. Ölkənin aqrar sektorundakı vəziyyəti
necə qiymətləndirirsiniz?
- Bu
gün Azərbaycanda kənd təsərrüfatının
inkişafı istiqamətində olduqca münbit bir şərait
yaradılıb. Ulu öndərimiz Heydər Əliyevin əsasını
qoyduğu və bu gün hörmətli Prezidentimiz İlham Əliyevin
uğurla davam etdirdiyi aqrar siyasət kursunun nəticəsi
olaraq bu sahədəki boşluqlar aradan qaldırılıb, kənd
təsərrüfatının inkişafı ilə
bağlı mühüm sənədlər, o cümlədən,
ərzaq təhlükəsizliyi və regionların
sosial-iqtisadi inkişafı haqqında dövlət
proqramları təsdiq olunub. Bu proqramlar Azərbaycanın ərzaq
təhlükəsizliyinin təminatı istiqamətində
atılmış mühüm addımlardır.
Qeyd
etmək lazımdır ki, qloballaşan dünyanın vacib
problemləri sırasında artıq təhlükəlilik dərəcəsinə
görə ərzaq və su
çatışmazlığı problemi də çox
ciddidir. Kənd təsərrüfatı sahəsinin inkişaf
etdirilməsi Azərbaycanın təbii enerji resursları ilə
yanaşı hələ uzun müddət regionda lider ölkə
mövqeyini təmin edə bilər. Bütövlükdə təhlükəsizlik
sahəsində dövlət fəaliyyətinin hüquqi əsasını
müvafiq qanunvericilik aktları təşkil edir. Azərbaycan
Respublikasında bilavasitə əhalinin etibarlı ərzaq təminatı
ilə bağlı olaraq «Aqrar sahədə dövlət lizinq
şirkətlərinin maddi-texniki bazasının möhkəmləndirilməsinə
əlavə dəstək verilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin Sərəncamını xüsusi
qeyd etmək olar. Bu isə fermer və kəndli təsərrüfatlarına
maddi-texniki dəstəyin daha da artması və bununla da ərzaq
istehsalının həm daxili, həm xarici bazar
üçün təminatına şərait yaradıb. Bu
gün ölkəmizdə ərzaq təhlükəsizliyi məsələsi
ölkə əhalisini təmin edəcək həcmdə məhsulun
istehsalı və emalı potensialının mövcudluğu,
ölkə əhalisi tərəfindən istehlak edilən ərzağın
keyfiyyəti, dövlət əhəmiyyətli strateji ərzaq
məhsullarının ölkədaxili istehsalı kimi
komponentləri özündə birləşdirir.
Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramları da bu mənada
xüsusi əhəmiyyətə malikdir. Regionların sənayeləşməsilə
yanaşı aqrar sahənin inkişafı həm ölkənin
ərzaq təhlükəsizliyinin təminatı, həm də
yerlərdə məşğulluğun artırılması və
beləliklə, əhalinin sosial rifahının yüksəldilməsi
istiqamətində dövlətin səylərinin effektivliyinin
artırılmasına xidmət edir. 2009-2013-cu illəri əhatə
edən regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı daha geniş və əhatəli olmaqla bölgələrin
bütün ərazisində kompleks tədbirlərin həyata
keçirilməsini nəzərdə tutur. Dövlət
Proqramında ölkə iqtisadiyyatının bütün sahələri
və regionlar üzrə bu vaxta qədər həll
olunmamış bütün məsələlərin, o
cümlədən, bütün bölgələrdə hər
bir kəndin konkret problemlərinin, əhalini narahat edən məsələlərin
əks olunması prioritet vəzifə kimi qarşıya
qoyulub. Bu proqramda nəzərdə tutulan taxıl, xüsusilə
buğda istehsalının, üzümçülüyün,
meyvəçiliyin və digər məhsulların
inkişafının dəstəklənməsi, cins
heyvandarlıq komplekslərinin inkişaf etdirilməsi və
"Aqroferma"ların yaradılmasının dəstəklənməsi,
aqroemal müəssisələri şəbəkəsinin
genişləndirilməsinin və kənd təsərrüfatı
məhsullarının rəqabət qabiliyyətliliyinin
artırılması məqsədilə mütərəqqi
texnologiyaların tətbiqinin dəstəklənməsi də
kənd təsərrüfatında nəzərdə tutulan
başlıca layihələrdən hesab olunur. Fikrimcə,
qarşıdakı dövrdə bu proqramların göstərəcəyi
effekt daha qabarıq hiss olunacaq. Bu gün ölkəmizdə
demək olar ki, ərzaq təhlükəsizliyinin təminatı
ilə bağlı bütün problemlər öz həllini
tapır. Artıq Azərbaycan öz taxıl ehtiyacını
ödəməyə demək olar ki, hazırdır. Dövlət
Taxıl Fondunun yaradılması respublikamızın ərzaq
təhlükəsizliyinin təmin olunması ilə
bağlı həyata keçirilən mükəmməl
strategiyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Həmçinin, bu gün sevindirici haldır ki, Azərbaycan ətçilik
və taxılçılıq üzrə 80 faiz öz tələbatını
ödəyə bilir. Meyvə-tərəvəz məhsulları
ilə özümüzü təmin edirik.
Ümumiyyətlə,
ölkəmizdə kənd təsərrüfatının
inkişafı dövlətin diqqət və
qayğısı ilə əhatə olunub. Azərbaycanda həyata
keçirilən aqrar islahatların nəticəsində kənd
təsərrüfatında torpaq və əmlak üzərində
xüsusi mülkiyyətçilik bərqərar olunub,
kiçik və orta sahibkarlığın inkişafına
yaradılan şərait olduqca yüksək səviyyəyə
çatıb, aqrar sahədə müasir texnika və
texnologiyalar, yeni bilik və informasiyalar şəbəkəsi
genişlənib. Bununla yanaşı, kənd təsərrüfatında
torpaq və əmlakdan səmərəli istifadəyə
imkanlar artırılıb, qəbul edilən qanunlar, dövlət
proqramları, ayrılan subsidiyalar kənd təsərrüfatının
bütün sahələrinin paralel inkişafına yol
açıb. Bu mənada parlamentin Aqrar siyasət komitəsi də
öz üzərinə düşən məsuliyyəti dərk
edir və qanunlarımızın daha təkmil bir forma
alması üçün öz gücünü səfərbər
edir.
Bununla
yanaşı, düşünürəm ki, Prezident İlham Əliyevin
Sərəncamı ilə təsdiqlənmiş «Azərbaycan-2020:
gələcəyə baxış» İnkişaf
Konsepsiyasının reallaşdırılması nəticəsində
də aqrar sektorun əhəmiyyətli tərəqqisi
müşahidə olunacaq. Əlbəttə ki, bu gün qəbul
olunan qanunlar da həmin inkişafın labüdləşdirilməsində
mühüm rol oynayacaq.
Səs.- 2012.- 10 yanvar.- S.10.