“Eurovision” Mahnı
Müsabiqəsinin rəmzi açarı Azərbaycandan
İsveçə aparıldı
Şərqlə Qərbin kəsişməsində
yerləşən Azərbaycan “Eurovision-2012” Mahnı
Müsabiqəsində milliyyətindən və siyasi
baxışlarından asılı olmayaraq, Bakıya
toplaşanları bir məşəl ətrafında birləşdirdi
Son
illərdə ictimai-siyasi, sosial-mədəni həyatın
müxtəlif sahələrində beynəlxalq miqyaslı
layihələrə uğurla imza atan Azərbaycan
“Eurovision-2012” Mahnı Müsabiqəsinə ev sahibliyi etməklə
növbəti nailiyyətini də əldə etdi.
“Eurovision-2012” Mahnı Müsabiqəsi yarışmanın 57
illik tarixinə yeni səhifəni
yazdı. Bu tarixi hadisə avropalıların
yaddaşında işıqlı xatirə tək iz saldı.
Azərbaycan tarixi hadisəni yaşadı.
Qeyd
edək ki, Avropa ölkələri xalqlarının mədəni
hayatında böyük rol oynayan müsabiqəyə ölkəmiz
2008-ci ildən qoşulsa da, qısa bir zamanda qələbələr
əldə etdi. “Eurovision” Mahnı Müsabiqəsində 3 il
ardıcıl iştirak edən Azərbaycan hər dəfə
ilk yerlərdən birini tutmaqla, artıq bu layihənin qalibi
adına iddiaçı olduğunu qətiyyətlə ortaya qoydu.
2011-ci ildə keçirilən yarışmada 43 ölkə
arasında Azərbaycan təmsilçiləri Nigar Camal və
Eldar Qasımov 221 xal qazanaraq, Azərbaycanın adını
“Eurovision” Mahnı Müsabiqəsi tarixinə qalib ölkə
kimi yazdılar. Bununla da ölkəmiz növbəti
yarışmaya ev sahibliyi etmək hüququna yiyələndi.
Tarixi nailiyyətdən sonra Prezident İlham Əliyevin
“Eurovision-2012” Mahnı Müsabiqəsinin Bakı şəhərində
keçirilməsi haqqında” Sərəncamına əsasən,
yaradılan Təşkilat Komitəsinin fəaliyyəti nəticəsində
müsabiqəyə hazırlıq işləri ilə
yanaşı, “Baku Crystal Hall”un inşası da qısa zamanda
uğurla sona yetdi. Əldə olunan nəticələr
“Eurovision” Mahnı Müsabiqəsinin rəhbərliyi, Avropa
Yayımları Birliyi, ümumiyyətlə, dünya ictimaiyyəti
tərəfindən yüksək qiymətləndirildi.
Azərbaycan
müsabiqəyə yüksək səviyyədə ev
sahibliyi etməklə bütün Avropaya, dünyaya təşkilatçılıq
bacarığını və yüksək qonaqpərvərlik
ənənəsini göstərə bildi. “Eurovision” layihəsinin
rəhbəri Yan Ola Sand müsabiqəyə
hazırlığı hələ Cenevrədə keçirilən
Məşvərət Qrupunun iclasında belə dəyərləndirmişdir:
“Bir neçə dəfə ölkənizdə olduğum
üçün Azərbaycanın bu yarışmaya çox
ciddi, sevinc, maraq və məsuliyyətlə
hazırlaşdığının şahidiyəm. Bu tədbirin
Azərbaycanın hüdudlarından kənarda
yayımlanması ən müasir texnoloji vasitələrlə
həyata keçiriləcək”.
Bəli,
hər şey möhtəşəm şəkildə təşkil
olundu. Şəhərimizin görkəmi, abadlıq işləri,
tarixi-mədəni dəyərlərin qabarıq təqdimatı
və s. ən xırda məqamlar nəzərə
alınmaqla, Azərbaycan qapısını
Avropalılırın üzünə açdı. Ölkəyə
şöhrət gətirəcək tarixi bir gün kimi
dünyaya səs saldı. Hər bir kəs Bakıda təşkil
olunan bu şouya heyrətini belə gizli saxlaya bilmədi.
Azərbaycan
bütün Avropaya mədəniyyətini və xalqını
tanıtmaq, qonaqpərvərliyinin şahidi olmaq
imkanını yaratdı. Ta qədimdən “Odlar Yurdu” kimi
tanınan Azərbaycanın “Odlar Diyarı” olduğunu əks
etdirmək və “Eurovision” ab-havasını yaşatmaq
üçün müsabiqənin “Light Your Fire!”
şüarı altında keçirilməsi də əbəs
deyildi. Avropa ölkələrinin təmsilçiləri məşəl
ətrafına toplaşıb, sevgilərini izhar etdilər.
Milliyyətindən, dinindən və siyasi
baxışlarından asılı olmayaraq, Bakıya
toplaşanları gözəl musiqi ahəngi öz ətrafında
birləşdirdi.
Azərbaycan
dövləti gücünü ortaya qoya bildi. Bu, ölkədə
gedən iqtisadi, siyasi islahatlar, aparılan böyük quruculuq
işləri nəticəsində gerçəkləşdi.
Onu da etiraf edək ki, Azərbaycanın bu səviyyədə
yüksəlməsi, beynəlxalq tədbirlərə ev
sahibliyi etməsi heç də dünya məkanında birmənalı
olaraq qarşılanmır. Dövlətimizə qarşı
anti-Azərbaycan siyasəti bir çox hallarda özünü
göstərir. Bu, bir sıra qüvvələrin, beynəlxalq
təşkilatların dövlətimizə qarşı
qısqanclıq hissinin məntiqi olaraq təzahür olunur.
Azərbaycana
qarşı təşkilatlanmış, böyük maliyyə
imkanlarına malik olan erməni lobbisi və dünya erməniləri
tərəfindən ölkəmizə qarşı kampaniya
aparılsa da, əsassız ittihamlar, əsassız iddialar,
düşmənçilik addımları heç bir nəticə
vermir. Ermənistanın, erməni lobbisinin riyakar siyasətçilərinin
əsassız ittihamları Azərbaycan reallıqları
qarşısında qüvvəsini itirir. Aparılan təbliğat
işləri qarşısında Azərbaycanın əsaslı
faktları bu addımların qarşısına sədd
çəkir. Bir sıra beynəlxalq təşkilatlar və
dairələr tərəfindən “Eurovision-2012” müsabiqəsinə
kölgə salmağa, müəyyən təxribatların
törədilməsinə, beynəlxalq ictimaiyyətdə
fikir çaşqınlığı yaradılmasına cəhd
olunsa da, Azərbaycan müsabiqəni tam uğurla sona
çatdırdı və hər kəs reallıqları
gözü ilə görüb, ölkəmizin sabit
mühitində dövlətlərini lazımı şəkildə
təmsil etdilər.
Bəli,
bu gün Azərbaycan dünya arenasından tamam fərqli
görünür. Dünyanın aparıcı dövlətlərinin
rəsmi nümayəndələrinin, eləcə də,
müsabiqə təmsilçilərinin ölkəmizlə
bağlı söylədiyi fikirlər Azərbaycan həqiqətlərinə
yetirilən diqqətin təzahürü tək meydana
çıxır. Ölkəmizin artan iqtisadi potensialı,
milli- mənəvi dəyərlərimiz, qonaqpərvərliyimiz
şəhərimizdəki xarici qonaqların diqqətindən
kənarda qalmadı və dünya mətbuatının səhifələrində
Azərbaycan reallıqları işıqlandırıldı.
Bir daha dünyaya bəlli oldu ki, coğrafi baxımdan Şərqlə
Qərbin kəsişməsində, əlverişli mövqedə
yerləşən Azərbaycan zəngin mədəniyyətə,
tarixə malik olmaqla yanaşı, inkişaf etmiş müstəqil
dövlətdir.
“Eurovision-2012”
Mahnı Müsabiqəsində İsveç təmsilçisi
Lorinə “Eyforiya”, yəni “Həddindən
çox şadlanmaq” mahnısı qələbə gətirdi.
Möhtəşəm “Bakı Kristal Zalı” səhnəsində
Lorinin final şousundaca Bakıya sevgi etirafları da səsləndi.
“Səni sevirəm, Bakı”- deyərək öz hisslərini
Azərbaycan xalqına çatdıran İsveç təmsilçisi
Lorinin bu sözləri coşğu ilə
qarşılandı. Yan Ola Sand tərəfindən
“Eurovision-2013”-ün İsveçdə keçiriləcəyini
təsdiqləyən sənədlər Lorinə təqdim
edildi.
Müsabiqənin
məlum şərtlərinə görə, Azərbaycan qalib
olmuş ölkəyə musiqi yarışmasının
açarını rəsmi olaraq təqdim etməlidir.
Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbov musiqi yarışmasının
rəmzi açarını Malmö şəhər
meriyasının qədim binasında Şəhər
Şurasının başçısı Kent Anderssona təqdim
edərək, isveçli həmkarına uğurlar
arzulayıb.
“Eurovision” Musiqi Müsabiqəsi
xalqlar arasında bir körpüdür. Sağlam rəqabət
və əməkdaşlığın
genişlənməsində müstəsna rola malikdir. İnanırıq ki, 2012-ci ilə
böyük uğurla
dünyaya səs salan yarışmanın builki tarixi də
möhtəşəm keçəcək
və Azərbaycan təmsilçisi musiqi tariximizə daha bir əlamətdar zamanı həkk edəcək. Dünyada gedən
qloballaşma prosesləri
Azərbaycandan yan ötməsə də, milli mədəniyytimiz, milli musiqimizə xüsusi önəm verilir, orijinal şəkildə dünya
ictimaiyyətinə təqdim
olunur.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2013.- 19 yanvar.- S.5.