Azərbaycanın dünyaya inteqrasiyasında xarici siyasət resursları və mexanizmlərinin rolu

 

     Azərbaycanın xarici siyasətinin müəyyən edilməsi və həyata keçirilməsində əsasən ölkə Prezidenti, Milli Məclis, Baş nazir, Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi və digər mərkəzi icra orqanları iştirak edirlər. Dövlətin xarici siyasətini xarakterizə etmək baxımından məhz bu strukturların rolunun, səlahiyyətlərinin, vəzifələrinin (Konstitusiyaqanunlara uyğun olaraq), xarici siyasət idarəsinin strukturunun, formalarının, səfirliklərin, nümayəndəliklərin fəaliyyətinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.

     Azərbaycan Respublikasında daxilixarici siyasət sahəsində ali icra hakimiyyəti funksiyasını Azərbaycan Prezidenti həyata keçirir. Ölkə Konstitusiyasına görə (maddə 8), dövlət başçısı Azərbaycanın xarici siyasətinə rəhbərlik edir, dövlətin adından danışıqlar aparır, müqavilələr bağlayır, xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edir, xarici işlər nazirini, xarici ölkələrdəki ölkə səfirlərini və nümayəndələrini təyin edir, səfirlik və nümayəndəlikləri təsis etmək üçün Milli Məclisə təqdimat verir, ayrı-ayrı vəzifəli şəxslərə ölkə adından danışıqlar aparmağa, müqavilə və sazişlər imzalamağa səlahiyyətlər verirbaşqa funksiyaları həyata keçirir.

     Prezident dövləti xarici aləmdə, beynəlxalq münasibətlər sistemində təmsil edir, ölkənin xarici aləmlə gündəlik ali təmaslarını yaradır, dövlət başçıları ilə əlaqə qurur, vacib sənədləri, xarici siyasət aktlarını, bəyanatları, teleqram və məktubları imzalayır.

     Əli Həsənov yazır: "Dövlətin -xarici siyasət fəaliyyətinin və ölkə başçısının müəyyən etdiyi xarici siyasət kursunun əsas icraçı orqanı Xarici İşlər Nazirliyidir. Bu orqan ölkənin xarici aləmlə gündəlik təmaslarını qurur, ölkə başçısının tapşırıqlarını icra edir, xarici ölkələrdəki səfirlik və nümayəndəliklərin işinə rəhbərlik edir, Azərbaycanda akkreditasiya olunmuş xarici ölkə səfırlikləri və nümayəndəliklərinin fəaliyyətinə, onların hökumətlə təmaslarına şərait yaradır.

     Azərbaycanın xarici siyasət fəaliyyətində iştirak edən orqanlardan biri ali qanunverici hakimiyyət - Milli Məclisdir. Konstitusiyaya görə, Milli Məclisin xarici siyasət fəaliyyətinin həyata keçirilməsindəki birbaşa rolu əsasən diplomatik nümayəndəliklərin yaradılması, diplomatik fəaliyyət haqqında qanunların qəbulu, xarici ölkələrlə bağlanan dövlətlərarası müqavilələrin ratifikasiyası, yaxud ləğv edilməsi, ölkənin beynəlxalq konvensiya və sazişlərə qoşulması haqqında qərar qəbul edilməsindən ibarətdir. Xarici İşlər Nazirliyi ilə birlikdə Milli Məclis beynəlxalq münasibətlər sistemində, bilavasitə də iştirak edir, xüsusən, xarici ölkələrin qanunverici hakimiyyət orqanları ilə əlaqələrin qurulması və əməkdaşlıq sahəsində mütəmadi fəaliyyəti qeyd etmək lazımdır.

     Milli Məclis beynəlxalq və regional parlament təşkilatlarında dövləti təmsil edir, üzv dövlətlər üçün məcburi xarakter daşıyan mühüm qərarların qəbul edilməsində, Beynəlxalq Konvensiyalara qoşulmaqda və öhdəliklərin gotürülməsində iştirak edir.

      Milli Məclis dolayı yolla da ölkənin xarici siyasət fəaliyyətində iştirak edir. Belə iştirak büdcənin qəbulu zamanı Xarici İşlər Nazirliyinə, xarici nümayəndəliklərə və səfirliklərə ayrılan vəsaitlərin təsdiq edilməsi, xarici siyasətə aidiyyatı olan qanunların qəbul edilməsi, mühüm beynəlxalq hadisə və aksiyalara münasibət bildirilməsi və s. şəklində özünü göstərir.

     Müəllifin fikrincə, Azərbaycanın xarici siyasəti və beynəlxalq əlaqələrində Xarici İşlər Nazirliyi ilə yanaşı digər nazirliklər, komitələr, şirkətlər və idarələr də iştirak edir. Ölkədə fəaliyyət göstərən 65 mərkəzi icra hakimiyyəti orqanlarının, demək olar ki, hamısı xarici aləmlə, ayrı-ayrı dövlətlərin müvafiq idarələri, beynəlxalq, regional qurumlarla, hökumətlərarası  regional  qununlarla,  hökumətlərarası və qeyri-hökumət təşkilatları ilə əlaqələrə girirlər.

     Azərbaycanan milli təhlükəsizlk maraqlarının qorunması, beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirilməsi, beynəlxalq terrorizmə narkobiznesə qarşı birgə mübarizə aparılması sahəsində Milli Təhlükəsizlik Nazirliyinin apardığı də ölkənin xarici siyasət fəaliyyətinin mühüm tərkib hissəsidir. Bu nazirlik ölkənin Milli Təhlükəsizlik Konsepsiyasının reallaşdırılması məqsədilə dünyada yaşanan beynəlxalq təhlükəsizlik məsələlərinin öyrənilməsi və onun ölkə təhlükəsizliyinə təsiri ilə bağlı analitik məlumatların hazırlanması və ölkənin müvafiq qurumlarına göndərliməsi; ölkə başçısına, Xarici İşlər Nazirliyinə və digər dövlət qurumlarına beynəlxalq və milli təhlükəsizlk məsələləri ilə bağlı prioritet təkliflərin, mülahizələrin verilməsi; Müdafiə Nazirliyi ilə birlikdə ölkənin, regionun və dünyanın hərbi-siyasi vəziyyəti ilə bağlı təhlili material və təkliflər verilməsi; sərhəd xidmətlərinə, gömrükdaxili işlər orqanlarına Milli Təhlükəsizlik Konsepsiyasının həyata keçirilməsi ilə bağlı zəruri tədbirlər haqqında tövsiyələr verilməsi və s. vəzifələri həyata keçirir.

     Xarici siyasət fəaliyyəti və beynəlxalq münasibətlər sahəsində ölkənin milli təhlükəsizlik maraqlarının koordinasiyasını Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurası həyata keçirir. Şura Xarici İşlər, Müdafiə, Milli Təhlükəsizlik, Daxili İşlər nazirlikləri, Sərhəd Xidməti ilə birgə ölkə maraqlarına xələl gətirə biləcək xarici təhlükələr haqqında analitik məruzələr və görülə biləcək mümkün tədbirlər haqqında təkliflər hazırlayır. Bundan başqa, daxilixarici təhlükələrin ölkənin milli təhlükəsizliyinə təsirini azaltmaq üçün dövlət qurumlarının atacağı addımlar, görə biləcəyi işlər haqqında təkliflərin müəyyənləşdirilməsi, bu qanunların daimi fəaliyyətinin koordinasiya edilməsi də bilavasitə Təhlükəsizlik Şurasının vəzifəsi hesab olunur.

     Göründüyü kimi, xarici siyasət fəaliyyətinin koordinasiyası və vahid xarici siyasət xəttinin aparılması işi Xarici İşlər Nazirliyinin üzərinə qoyulsa da, digər dövlət qurumları da bu işdə yaxından iştirak edirlər.

     Azərbaycan dövlətinin xarici siyasəti və beynəlxalq münasibətlərinin gündəlik operativcari işlərini Xarici İşlər Nazirliyi həyata keçirir. Nazirlik özünün aparatı, xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və səfirlikləri vasitəsilə ölkənin xarici əlaqələrinin vahid sxemini planlaşdırır və həyata keçirir.

     Ə.Həsənov qeyd edir ki, bir dövlətin beynəlxalq münasibətlər sistemindəki yerirolu başqa digər faktorlarla yanaşı əsasən onun xarici siyasət resursları ilə də müəyyən edilir. Xarici siyasət resursları anlayışına dövlətin maddi və mənəvi həyatının bütöv varlığı (güc faktorlarının cəmi) daxildir ki, beynəlxalq münasibətlər sistemində dövlət bu resurslara arxalanaraq, öz siyasətini yürüdür, məqsədyönlü fəaliyyət həyata keçirir.

     Xarici siyasət resurslarını tədqiqatçılar əsasən iki qrupa ayırırlar: maddiqeyri-maddi resurslar. Maddi resurslara aid olan sahələr:

     - coğrafı resurslara - dövlətin ərazisinin həcmini və yerləşdiyi əlverişli, yaxud əlverişsiz coğrafı mövqeyini, nəqliyyat kommunikasiyalarına yaxınlığı, bu ərazini əhatə edən xarici aləmin vəziyyətini və sairəni aid edirlər;

     - demoqrafık resursları - əhalinin sayı və keyfiyyət tərkibinə, miqrasiyaurbanizasiya tendensiyalarına görə qiymətləndirirlər;

     - iqtisadi resursları - istehsal və təsərrüfat sistemlərinin vəziyyəti, başqa ölkələrdəki müvafiq sahələrlə müqayisədə üstünlüyüyaxud çatışmazlığı, öz hərbi sənayesini təmin etmək qabiliyyəti, başqa ölkələrin iqtisadiyyatına təsir etmək imkanları və s. ilə dəyərləndirirlər;

     - hərbi resurslara - ölkənin müdafiə qabiliyyəti, sərhədləri xaricində güc tətbiq etmə imkanları ilə qiymət verirlər.

     Qeyri-maddi resurslar sırasına:

     - siyasi resursları - dövlətin effektiv fəaliyyəti, xarici alyanslarda iştirakı, dünya siyasətinə təsir gücü olan dövlətlərlə münasibətləri, beynəlxalq institutlarda, təşkilatlarda iştirakı və yaxud onlarla əlaqələri, qlobalregional siyasətə təsir imkanları, effektli daxilixarici siyasət mexanizmlərinə malik olması;

     - sosial resursları - vətəndaşların daxili birliyinin vəziyyəti, yürüdülən xarici siyasətə münasibəti, dövlət maraqlarının qorunması naminə nümayiş etdirdiyi iradə və əzm;

     - reputasiya resursları - dövlətin və onun liderinin beynəlxalq aləmdə təsdiq olunmuş nüfuzubu nüfuzun dünya dövlətlərinin fəaliyyətinə təsir imkanları;

     - ideoloji-mədəni resursları - başqa dövlətlərin ictimaiyyətinə göstərə biləcəyi intellektualideoloji təsir imkanları;

     - informasiya resursları - qlobal informasiya məkanında iştirakona təsir etmə, dünya informasiya axınını yönəltmək imkanları, müstəqil beynəlxalq informasiya resurslarına malik olmaq;

     - elmi, elmi-texniki və təhsil resursları - intellektual potensialonun inkişaf perspektivləri, iqtisadi, siyasi, hərbi və digər sahələrin ixtisaslı kadrlarla təmin olunması və s. aid edirlər.

     Xarici siyasət resursları qarşıya qoyulmuş məqsədlərə çatmaq baxımından dövlət üçün həm pozitiv, həm də neqativ rol oynaya bilir.

     Azərbaycanın coğrafi resurslarına onun 86,6 min kvadrat kilometr ərazisi, Avropa və Asiyanı birləşdirən əlverişli geosiyasigeoiqtisadi vəziyyəti, Xəzər dənizi vasitəsilə Rusiya, Orta Asiya və Qazaxıstana, İrana, avtomobil-dəmir yolu vasitəsilə GürcüstanaQara dəniz bölgəsinə, İrana, Türkiyəyə (Naxçıvan ərazisi vasitəsilə), Rusiyaya, Ermənistana çıxışı olan nəqliyyat-kommunikasyia xətləri daxildir.

     Coğrafi və ərazi resurslarına görə Azərbaycan Cənubi Qafqazın ən böyük və əlverişli dövləti hesab olunur. Baxmayaraq ki, onu əhatə edən geosiyasi mühit (Ermənistan, İranRusiya faktoruna görə) tam müstəqil siyasət yürütmək və beynəlxalq aləmlə milli maraqlara uyğun sərbəst hərəkət etmək imkanını müəyyən qədər məhdudlaşdırır, Cənubi Qafqazdaonun ətrafında ciddi konfliktlər yaşanır, bölgə dövlətləri arasında təhlükəsizlik, Qərb, yaxud Şərq oriyentasiyaları məsələsində fikir ayrılığı mövcuddur, bütün bunlar Azərbaycanın əlverişli coğrafi mövqeyinin əhəmiyyətinə ciddi kölgə salmır.

     Azərbaycan Avrasiyanın giriş qapısı, Şərq-Qərb nəqliyyat-kommunikasiya və enerji dəhlizinin mərkəzi dövləti hesab olunur. Bu mənada, Azərbaycan Rusiyaya rəqib (alternativ), Şərq-Qərb ölkələrinə isə bağlayıcı (körpü) rolunu icra edir. Xüsusən, qədim "İpək yolu" (Çindən Avropayabütün dünyaya açılan ən yaxın və əlverişli dəhliz) adlanan TRASEKA nəqliyyat-kommunikasiya layihəsinin, strateji Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin hərəkətverici qüvvəsi və əsas təminatçılarından biridir.

     Bundan başqa, Cənubi Asiya, Rusiya, İranAvropa nəqliyyat-kommunikasiya dəhlizində də iştirak edən Azərbaycan özünün əlverişli coğrafi resurslarına malik olduğunu bir daha təsdiq edir. Hazırda Azərbaycan Avrasiya bölgəsinin əsas tranzit ölkələrindən biri olaraq Şərq-Qərb əmtəə, enerji-yanacaqbaşqa əlaqələrinin əsas mərkəzləri sırasında mühüm yer turur. Bu mövqe getdikcə güclənir və Azərbaycan özünün tranzit imkanlarını daha da genişləndirir. Ən əsası isə, dünyanın əsas qloballaşmaregional inteqrasiya mərkəzləri (Avropa Birliyi, ABŞ, Yaponiya, Çin, Cənub-Şərqi Asiya ölkələri və b.) Azərbaycanın tranzit ölkə mövqelərinin güclənməsində maraqlıdırlar və bu işə ciddi səy qoyurlar.

     Azərbaycanın demoqrafık resursları da digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə üstündür. Ölkə əhalisinin sayı 9 mln nəfərə çatmışdır. Azərbaycanın demoqrafik göstəriciləri (əhalinin artım sürəti) az da olsa, müsbət istiqamətdə inkişaf edir. Keyfıyyət tərkibinə görə də ölkə əhalisi dünya standartlarına yaxındır. Əhalinin təhsili, texniki və peşə hazırlığı, sağlamlıq və yaş meyarları, miqrasiya, urbanizasiya göstəriciləri həm daxili inkişaf üçün, həm də qlobal iqtisadi əlaqələr baxımından yararlıdır.

    

 

 Vahid Ömərov,

 fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 22 yanvar.- S.14.