"Asiyanın sonuncu fatehi"

 

 

Hərb elmindən məlumdur ki, fillərə qarşı vuruşmaq təcrübəsinin tarixi qədim  dövrlərə gedib çıxır. Makedoniyalı İskəndər onlara qarşı vuruşmağın əsasını qoymuşdu. O, atların  üstünə bərkidilmiş adama oxşar samavarların içini odunla dolduraraq onlara od vurdurmuşdu. Fillər öz xortumları ilə bu "əsgərləri" götürmək istəyəndə istidən xortumları yanmış və dəhşətlə geri qaçaraq öz əsgərlərini əzmişlər. Beləliklə də İskəndər qələbə çalmışdı. Tarixi mənbələrə görə, bu təcrübəni bir qədər başqa şəkildə 1398-ci ildə Əmir Teymur təkrar etmişdi. Müharibə tarixini, xüsusən özünün sələfi saydığı Əmir Teymurun apardığı müharibələrin tarixini yaxşı öyrənmiş Nadir dəvələrin bellərinə neft tuluqlarını bərkitmiş, onlara od vuraraq fillərin üstünə göndərmişdi. Dəhşətə gəlmiş fillərdən biri hətta moğolların qoşun böyüyünü Nadir şahın qərargahına gətirib çıxarmışdı. Buna oxşar fəndi Ağa Məhəmməd şah Qacar da işlətmişdi. Kərim xan Zəndin oğlu Zülfəli xanın qoşununa qarşı dəvələrdən istifadə etmiş, dəvələrin iyindən qorxan atlar hürküb çidarlarını qırmış, qaçıb dağılmış, piyada qalan qoşunun isə bir hissəsi öldürülmüş, çox hissəsi isə əsir götürülüşdü.

Ə.Tağıyev göstərir ki, Nadir şah  Hindistandan,  eləcə də, digər işğal etdiyi ölkələrdən və öz ölkəsindən  toplanan vergilər hesabına o qədər sərvəti və pulu bir yerə toplamamışdı. Təkcə Hindistandan gətirdiyi ləl-cəvahirat 60 sandıq idi. "Şah Almaz" ləreyantı da bunların içərisində idi. 81 karatlıq bu ləreyant sonradan Fətəli şah zamanında Şahzadə Xosrov Mirzə tərəfindən Peterburqa Qriboyedovun qan bahası olaraq verilmişdirindiorada silah palatasında saxlanılır.

Nadir şah Hindistandan İrana qayıdanda ölkəyə çapar göndərib xəbər vermişdi ki, əhalini tam bir il bütün vergilərdən azad edir. Ağır vergilər altında inləyən xalq bu xəbəri sevinclə qarşılaşmışdır. Onu da deyək ki, Nadiri öldürüb yerinə keçən qardaşı oğlu Əliqulu şah (Adil şah) da toplanan bu sərvətin hesabına xalqın rəğbətini qazanmaq ümidilə əhalini iki il vergilərdən azad etmişdi.

Eynilə Nadir şah kimi Bonapart da taladığı ölkələrin hesabına xəzinəsini doldururdudeyirdi: "Pul, pul, yenə də pul". Napoleon Türin sarayının alt-üstünü qızıla çevirmişdi.  Bütün Avropadan və Misirdən gətirilən var-dövlət bu sarayın zirzəmilərində gizlədilirdi. İtaliyadan qarət olunub gətirilən sənət əsərlərinin qiyməti yox idi. Vergilər, tənzimatlar, zorlakönüllü yığılan pullar "böyük ordunun" ehtiyacları üçün sərf olunurdu. Könüllü yığılan pullar "böyük ordunun" ehttyacları üçün sərf olunurdu. Bundan başqa o da bəzən Nadir şah kimi çox əliaçıq olurduona xidmət göstərənləri yüksək mükafatlandırırdı.

İstər Nadir, istərsə də Napoleon şübhəsiz ki, böyük sərkərdə idilər. Amma "təkcə Napoleon özü şərait üçün yetişməmişdi, həm də şəraitin özü Napoleon üçün yetişmişdi". Yaranmış tarixi şərait Fransada kralın devrilməsi və başının kilyotlindən keçirilməsi, Yakobin diktaturası və onun süqutu, direktoriya rəhbərlərinin kəmağıllığı və s. kimi amillər artilleriya generalı Bonapartın yeni vəzifə pillərilə yüksəlməsilə və hadisələrin ağasına çevrilməsilə nəticələndi. Eləcə də, İrandakı başıpozuqluq, ölkənin xarici işğallara məruz qalması, son Səfəvi hökmdarlarının fərsizliyi ölkədə qüdrətli bir əlin olmasını tələb edirdi. Eynilə İranın düşdüyü vəziyyət də Fransadakı kimi idi. Burada da daxilixarici irtica ölkənı didib parçalayırdı. Ölkəni bütövləşdirmək, inqilabin nailiyyətlərini qoruyub saxlamaqona xaricdən olan təsirləri neytrallaşdırmaq və aradan qaldırmaq üçün dəmir əl lazım idi. Bu dəmir əl İranda Nadir şahın, Fransada isə Bonapartın timsalında reallaşdı. Onlar nəinkı ölkələrini xilas etdilər, hətta onu imperiyaya çevirdilər. Napoleon Avropada feodalizmin kökünü kəsdi, burjua münasibətlərinin qərarlaşmasına nail oldu, "feodalizm axırına top çıxdı, kapitalizmin axırına isə kağız-qələm çıxacaq", - deyə o yazırdı. Nadir şah da İrandakı feodal-bəy münasibətlərinin, dini xürafatı aradan qaldırmağa, yeni modern İran yaratmağa çalışdı. Bununla əlaqədar gəmi sənayesini və gəmiçiliyi, silah istehsalını, bəzi ağır və yüngül sənaye sahələrini yaratmağı planlaşdırır, təhsildə dünyəviliyə böyük əhəmiyyət verirdi.

Ə.Tağıyevin fikrincə, Nadir şahla Napoleon arasında bir oxşarlıq və paralellik də onların hər ikisinin artillerist olması idi. Döyüş zamanı iriçaplı və nisbətən  xırda çaplı  topların yerləşdirilməsi  üsulu  atəşin troektoriyasının  müəyyən  edilməsi,  topların  cinahlarda  necə yerləşdirilməsi    məsələsi      s.   sahəsində   onların   hər   ikisi  onlaradək mövcud  olmayan  yeni  qaydaların  tətbiq  edilməsi döyüşdə   qazanılan   qələbələrin   əsas   rəhnini   təşkil   edirdi. Toplardan yeni qaydada istifadə onların hər ikisinə böyük şöhrət qazandırmışdı.   Hər ikisi  öz ölkələrində artilleriyanın  əsasını qoymuşdur.  Onların  faciəli  sonluqlarında fərq  Nadir şahın xaincəsinə   öldürülməsi,    Napoleonun    isə  öz    sərkərdələri tərəfindən satqıncasına tərk edilməsi oldu. Nadir şah o dünyaya, Napoleon  isə əlçatmaz bir  adaya  (əvvəlcə  Elbaya,  sonra isə müqəddəs Yelena adasına sürgünə) göndərildi. Amma Napoleon özünün 100 günlük ikinci hakimiyyəti zamanı bir də parladı və Vaterlooda satqınlıq nəticəsində məğlub edildi. Nadir şah isə heç vaxt məğlub olmadı, onun məğlubiyyəti ölümü oldu.

Hər ikisi qorxmaz və mərd  idilər. Onları döyüşün ən qızğın yerində görmək olardı. Öz sərkərdələrini  at üstündə döyüşən görən əsgərlər daha da cürətlənir və düşmən üzərinə yeriyirdilər. Napoleon hətta bir neçə dəfə özünü döyüşün  lap mərkəzinə atmış, sağında və solunda parlayan mərmilər  ona dəyməmişdi. Generallarının  biri  mərmidən  qorunmaq  üçün başını  yana əyəndə   isə   Napoleon   gülüb   demişdir:   "Əgər  o  səninçün göndərilsəydi, torpağın altında olsan belə yenə səni tapardı", Osmanlılarla vuruşda Nadir şah atını üç dəfə dəyişməli olur, amma ölüm ondan yan keçirdi. Bu adamlar bir növ Allah əmanətində idilər. Elə döyüşlər olurdu ki, hər tərəfdən 40-50 min adam qırılırdı, amma onlar sağ qalırdı. Onlarda nəsə bir illət vardı.  Bu, böyük sərkərdələrin bir çoxunun həyatında sınaqdan keçmişdi.   İskəndər,   Atilla,   Çingizxan, Hannibal,   Teymur, Babur və b. böyük sərkərdələrin də həyatında buna oxşar çoxlu hadisələr olmuşdu,  çünki  onlar tanrı elçiləri idilər. Dünyaya gəlmişdilər ki, orada qayda-qanun, nizam-intizam yaratsınlar, cızığından çıxanları düz yola dəvət etsinlər. Ona görə də, Allah onları qoruyurdu. Ta o vaxta qədər ki, onlar lazım idilər, öz missiyalarını yerinə yetirəndən sonra isə təbii ki, yerlərinə başqaları gəlirdi. Bu dünya  tarixində adları qızıl hərflərlə yazılan böyük şəxsiyyətlərin hamısı üçün xarakterik olmuşdur. Nadir şah da, Napoleon da hazır taxt-taca sahib olmamışdılar. Ona görə də, buna nail olanadək özlərini təsdiq etməli idilər, qonşu hökmdarların və hər şeydən qabaq öz xalqlarının və ölkələrinin sanksiyasını almalı idilər. Onlar buna nail oldular, amma bununçün nə qədər çətin və əzablı yollardan keçməli oldular. Onlar bunu etdilər, əfkari-ümumiyyənin ümumi razılığı əsasında hökmdarlığa çatdılar. Ona görə də, bəzilərinin yazdığı kimi onları heç də "samozvanets" adlandırmaq olmaz. Onların hakimiyyətə sahib olmaları tam obyektiv xarakter daşıyırdı. Hərçənd ki, burada subyektiv amillərin rolu də olmuşdur.

İstər Napoleon Fransasında, istərsə də Nadir şah İranında aramsız müharibələr xeyli var-dövlətin, sərvətin ölkəyə axması ilə yanaşı xalqı hədsiz məşəqqətə salır, insanlar ölür, kəndlər və şəhərlər boşalır, ölkənin təsərrüfat həyatı dağılırdı. Napoleon düzgün yazırdı ki, hakimiyyətə süngü ilə gəlmək olar, amma onu süngü ilə əbədi idarə etmək olmaz. Ona görə də, hər iki ölkədə aparılan siyasət aparıcı elitanın narazılığına və üsyanlara səbəb olurdu. Adamlar başa düşürdü ki, daim belə davam edə bilməz və bunun bir sonu olmalıdır, oldu da. Napoleon məğlub edilib devrildi, Nadir şah isə öldürüldü. Fransa öz işğallından əl çəkməli oldu, İran isə xanlıqlara və bəyliklərə parçalandı, qonşu dövlətlər onlardan qoparılıb alınmış torpaqlarını geri tələb etdilər, ölkə yerlixarici dərəbəylərin vuruş meydanına çevrildi.

Bonaprt da, Nadir də döyüşçü idilər. Onlar daim at üstündə idilər. Fərq burasında idi ki, Bonapartın vahid paytaxtı olduğu halda Nadir şahın paytaxtı gah İsfahan, gah Məşhəd, gah da digər şəhərlər olurdu. Burada vahid idarəçilik sistemi yox idi. Hamını və hər şeyi cəmi bir despot idarə edirdi.

Ə.Tağıyev göstərir ki, qəddarlı və amansızlıq Şərq despotizminin xarakter xüsusiyyəti olmuşdur. Burada hakimyyəti həyata keçirməyin başqa forması da yox idi, balaca mülayimlik və güzəştə getmək ölümlə nəticələnirdi. Necə ki, Böyük Pyotr "vəhşi Rusiyaya qarşı vəhşi metodlardan istifadə edirdi", eləcə də Nadir şah sərt tədbirlərə əl atmalı olurdu. Buna onu yaranmış şərait, adamların xəyanəti və ikiüzlülüyü vadar edirdi. Napoleon isə əksinə, mədəni Fransa dünyasında bəzən bir Barbar, "müsəlman", "antixrist" donlarını geyməli olurdu. Odur ki, Parisə gələn Birinci Aleksandra yaltaqlanaraq Taleyran ona demişdir: "Sizin özünüz mədəni, ölkəniz isə vəhşidir, bizim  özümüz  isə mədəni, imperatorumuz isə  vəhşidir, ona görə də sizi bizim tərəfimizdə durun." Lakin Nadir şah qəzəbi tutduğu əyalətləri, tayfaları cəzalandırdığı kimi onları, eləcə  də, adamları bağışlamağı və hətta mükafatlandırmağı da bacarırdı. Bu xüsusiyyətlər Bonapartda da var idi. Prussiyanı işğal edərkən hökmdarın gözəl arvadı xahişə gəlir, onların otaqda çox qalmasına dözməyən ər içəri girəndə Napoleon yaxınlarına demişdi: "Bir qədər də içəri gec girsəydi, Maqdenburq da əldən gedəcəkdi". Halbuki ölkənin bütün var-dövləti və silah ehtiyatı elə məhz bu şəhərdə idi. Hər ikisi haqqında çoxlu əsərlər, kitablar yazılmışdır. Məhəmməd Mirzənin min səhifəlik "Tarixi-Nadir"indən tutmuş Məşədi İbadın yarısınadək oxuduğu səhifə yarımlıq "Tarixi-Nadir"ə qədər. Napoleon haqqında isə iki mindən çox kitab yazılmışdır.

Bir dəfə ingilis qəzetlərinin birində belə bir məqaləyə rast gəldim: "Asiyanın sonuncu fatehi". Məqalə Nadir şah, onun keçirdiyi döyüşlər, sərkərdəlik məharəti və şərçlilərə məxsus cəngavər xüsusiyyətləri haqqında idi. Həqiqətən də Nadir şah Şərqdə sonuncu fateh idi. Xırda feodal dövlətlərə parçalanan İranı və Azərbaycanı birləşdirən Nadir şah ona Qafqazı, Orta Asiyanı, Əfqanıstanı, Hindistanı, Bağdadı və s. yerləri də birləşdirməklə qədim İran imperiyasının sərhədlərini bərpa etmiş  və hətta onu bir qədər də genişləndirmişdir. Nadir şahı dini-təriqət ayrıseçkiliyinə son qoymuş, şiələrlə sünniləri Cəfərilik (İmam Cəfər Sadiqin təriqəti) təriqəti əsasında birləşdirmiş və dini-təriqət təəssübkeşliyi üstündə gedən bütün intriqaları rəsmi qadağan etmişdi. Belə ki, o, Səfəvilərin şiəlik ideologiyası əsasında yaratdıqları dövləti yeni bir istiqaməti yönəltmiş, bu sahədə xarici müdaxiləyə heç bir əl yeri qoymamışdı. Çünki xaricilər daim İranın və Azarbaycanın sünni-şiə təriqətlərinin mübarizə meydanına çevrilməsinə çalışıb və onlar arasında ziddiyyəti məhz bu əsasda yaradırdılar.

Ə.Tağıyev  yazır ki, Nadir şah çox ağıllı və ehtiyatlı sərkərdə idi. O, qarşıdakı rəqibinin xırdaca səhvindən belə istifadə edər və yararlanardı. Şah İsmayılın "Mən quldur və karvanbasan deyiləm" ifadəsi ona yaxşı məlum idi. Bilirdi ki, Səfəvilər hakimiyyətə yeni ideologiya ilə gəlmişdilər və ona görə də hakimiyyətləri uzun sürmüşdü. Ona görə də, istəyirdi ki, yeni bir ideoloji görüş gətirsin və Əfşar dövlətinin ömrünü bununla uzatsın. Çünki onun sülaləsi Səfəvi ideologiyasını özünə bayraq etməklə çox da uzağa gedə bilməzdi. Haçansa Səfəvilərdən kimsə üsyan qaldıracaq və köhnə sülaləni bərpa etmək istəyəcəkdi. Ona görə də, bütün ciddi-cəhdlə Cəfəriliyi yeni dini dünyagörüşə çevirmək istəyirdi. Bununla o, həm də Osmanlıları ideoloji cəhətcə tərksilah etmək və gələcəkdə Xəlifəliyi də onlardan özünün ixtiyarına keçirməyi planlaşdırırdı. Osmanlılar isə bunu çox yaxşı bildiklərindən əvvəlcə vaxtı uzatmağa, sonra isə rədd cavabı verməyə başladılar. Osmanlılar həm də Nadirin imperiyasının daxilində ixtişaşlar törətməyə və bununla onu zəiflətməyə nail oldular. Bir sözlə Nadir şah regionda uzun illərdən bəri formalaşmış və stabilləşmiş ideoloji tarazlığı poza bilmədi. İkinci bir tərəfdən İranın çürümüş feodal-patriarxal quruluşu Nadirə imkan vermədi ki, onu Osmanlı imperiyası kimi modernləşdirsin, dövrə və şəraitə uyğun bir şəklə salsın. Nəhayət, Nadirin öz şəxsi keyfiyyətləri də onun süqutunu sürətləndirdi.

Nadir İranı dəniz dövlətinə çevirdi. İran körfəzində ağalığı əlinə keçirdi. Ərəbistan yarımadasına çıxdı. Xəzərdə donanma yaradan Nadir rusları buradan sıxışdırıb çıxarmaq, Kubant və Tereki keçib Krıma girməyi planlaşdırırdı. Lakin daxildəki iğtişaşlar və yeni-yeni yalançı Şam Mirzələrin meydana çıxması onun planlarını pozurdu. Napoleon da Fransanın dəniz dövlətinə  çevirmək, dənizlərdə İngiltərənin ağalığına son qoymaq istəyirdi. Amma o, İngidtərəyə qoşun çıxara bilmsədi. Fultonun buxar gəmisi yaratmaq planına laqeyd qalan Napoleon öz səhvini sonralar başa düşdü.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 12 aprel.- S.15.