Səbail rayonunda 2014-cü ilin birinci rübünün yekunları müzakirə olunub

 

 

Dünən Səbail rayon icra hakimiyyəti başçısı yanında şuranın rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə  Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr mövzusunda toplantı keçirilib.

İclası giriş sözü ilə açan Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına   həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, birinci rüb ərzində iqtisadiyyat 2,5 %, qeyri-neft sektoru 8,8 %,  orta əmək haqqı 7 %,  əhalinin banklardakı əmanətləri 20 %-dən çox artmışdır. İnflyasiya   cəmi 2 % təşkil etmiş və beləliklə əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələmiş, ölkənin valyuta ehtiyatları 53 milyard dollar təşkil edir ki, bu da ölkə başçısı Cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir: "2014-cü ilin ilk üç ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən 5562,8 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, nəqliyyat müəssisələri tərəfindən 115,5  milyon manatlıq, rabitə müəssisələri tərəfindən 101,7 milyon manatlıq xidmətlər göstərilmişdir. Bütün maliyyə mənbələri hesabına  əsas kapitala investisiya 1203,9 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 16,0  %  çoxdur.  Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın  həcmi 553,7  milyon manat   olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 54,7 % çoxdur" .

3 ay ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə  56 milyon manat məbləğində  və ya ötən ilin eyni dövründən 22,7 % çox istehlak malları satılmış, xidmət müəssisələri tərəfindən əhaliyə 67 milyon manatlıq pullu xidmət göstərildiyini deyən icra başçısı eyni zamanda qeyd edib ki,  bu da 2013-cü  ilin müvafiq dövrü ilə müqayisədə 2,7 % çoxdur: "I rübdə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 56 milyon manatlıq və ya əvvəlki ilin yanvar-mart aylarından 22,7 % çox əmtəə satılmış,   18,7 milyon  manatlıq    ya  əvvəlki  ilin  eyni  dövrünə nisbətən  29,4  % çox  iaşə  xidmətləri  göstərilmişdir.  Cari ilin əvvəlindən pullu xidmətlərin həcmi 2013-cü ilin eyni dövrünə nisbətən  2,3 % artaraq 67 milyon manat olmuşdur. Səbail rayonu üzrə daimi əhalinin sayı 100650 nəfər olmuş, əlavə olaraq rayonda 10615 nəfər məcburi köçkün məskunlaşmışdır.  Rayonda çalışan işçilərin sayı 112407 nəfər, orta aylıq əmək haqqının məbləği isə 905,1 manat olmuşdur ki, bu da keçən illə müqayisədə  1 % çoxdur. 2014-cü ilin I rübündə Səbail rayonu ərazisində 537  (ilkin məlumat) yeni iş yeri açılmışdır. Bunlardan hamısı daimi iş yerləridir. 2014-cü ilin ilk 3 ayı ərzində 2 saylı şəhər poliklinikasında, "Turac" uşaq bağçasında, Bibiheybət qəsəbəsində Mədəniyyət Evi və qəsəbə kitabxanasıda aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılmış, 20-ci sahə ərazisində 109 saylı 35 kilovoltluq   yeni yarımstansiyanın və  Badamdar qəəsəbəsində  yeni idman kompleksinin və  3 ədəd yeni su anbarlarının tikintisi davam etdirilir".

Daha sonra qeyd edilib ki, hesabat dövründə Səbail rayon icra hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilib. Belə ki, Novruz bayramı ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri ənənəvi olaraq  rayonun hamilik etdiyi, cəbhənin ön xəttində yerləşən hərbi hissənin şəxsi heyətinə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bayram sovqatlarını çatdırmış,  incəsənət ustaları tərəfindən onlara böyük bayram konserti verilmişdir: "Bayramla əlaqədar  rayonda 5530 aztəminatlı ailəyə bayram payları verilmiş, ümumilikdə isə 3 ay  ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların,  müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 6450 olmuşdur". 

İclasda RİH başçısının müavini Eldar Ağayev, Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova, Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, 236 saylı orta məktəbin direktoru Xanlar İmaməliyev, Səbail rayon Qaz İstismar Sahəsinin rəisi Sadıx Rəhimov və  başqaları da  əldə edilən uğurlardan bəhs ediblər.

İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, rayondakı dini durum və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.

 

Rəfiqə HÜSEYNOVA

Səs.- 2014.- 17 aprel.- S.6.