Ulu Öndər Heydər Əliyev və müstəqil Azərbaycan elminin inkişafı

 

 

Ulu Öndər Heydər Əliyev şəxsiyyətini dəyərləndirmək olduqca çətindir. AMEA-nın eks-prezidenti, mərhum akademik Mahmud Kərimov yazır: "Çünki Heydər Əliyev şəxsiyyəti fərqli-subyektiv ölçülərə, bütövlükdə tarixə, zamana sığmır. Özünün böyük həyatı ilə zamanın çərçivəsinə sığmayan bir insan sözə heç vaxt sığa bilməz. Çünki bu tarixi şəxsiyyətin fəaliyyətinin hər səhifəsi, hər mərhələsi son əlli illik Azərbaycan tarixinin mərhələləri ilə üst-üstə düşür, bəzən, hətta indi arxada qalmış o tarixin bütövlükdə dərkini şərtləndirir.

Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlı idi. Heydər Əliyevin siyasi arenada rəhbərliyə gəlməsi bütün maneələri dəf edərək müstəqil düşüncəyə yol açdı. Onun həyat və fəaliyyəti tarix üçün bir nümunədir. Heydər Əliyev nəsillərin minillik arzusunu tarixi reallığa çevirdi. Azərbaycan xalqına böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini - müstəqil, demokratik Azərbaycanı qoyub getdi. O, Azərbaycanı öz şəxsi nüfuzu və əməli fəaliyyəti ilə dünyada tanıtdırdı. Heydər Əliyev Azərbaycanı Avropa ölkələri ailəsinin tamhüquqlu üzvü etdi, ona Qafqaz regionunun iqtisadi, hərbi təsir gücünə malik ən nüfuzlu dövləti statusunu qazandırdı.

Görkəmli dövlət xadimi təkcə öz ömrünün bir insan həyatının müdriklik zirvəsində deyildi, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində idi. Bu zirvədən baxanda yalnız bir, ömrün yaşandığı illər deyil, bir xalqın dünəni, bu günü, sabahı görünürdü.

Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. O, çiyinlərində bütöv bir xalqın varlığını, bütün bəşəri keyfiyyətlərini, dövlətçilik missiyasını daşıyan böyük lider kimi millətin xarakterini, milli iradəni atdığı hər bir addımında əks etdirirdi.

M.Kərimov daha sonra göstərir ki, Heydər Əliyev həm də böyük bir elm adamı idi. Onun müdrik siyasətinin dərinliyinin məhz elmi prinsiplər üzərində qurulması, intellektual potensiala arxalanmasında idi. Azərbaycan elminə respublikada rəhbərlikdə olduğu bütün dövrlərdə göstərdiyi qayğı və dəstək elə buradan qaynaqlanırdı. Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanırdı. O, cəmiyyətin, xalqın inkişaf zəminini elmdə, intellekdə görürdü. Bu dahi insan elmimizin, mədəniyyətimizin, ədəbiyyatımızın gözəl bilicisi və araşdırıcısı idi. O, həm də polad iradəsi, dəmir məntiqi və dərin mənalı nitqi ilə istənilən auditoriyanı sükuta qərq edən gözəl natiq idi. Bütün bunların fövqündə Heydər Əliyev təkrarsız bir insan, onun keçdiyi yol zəngin bir həyat ensiklopediyası idi. Hələ bundan sonra neçə nəsil bu zəngin ensiklopediyanı sətir-sətir öyrənəcək, özünə əqidə yolu seçəcək.

Heydər Əliyev Elmlər Akademiyasının, bütövlükdə Azərbaycan elminin böyük hamisi idi. O, elmə, alimə həmişə yüksək qiymət verirdi. Bu elm ocağının yeni yüksəlişi də məhz Heydər Əliyevin adı ilə bağlı idi. 70-ci illərdə akademiya onun böyük təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazandı, özünün kadr potensialını, texniki arsenalını yaratdı. Heydər Əliyevin özünün qeyd etdiyi kimi, akademiyanın əlli ilinin yarısından çoxu onun həyatı, rəhbərliyi ilə bağlı idi.

Azərbaycan xalqının milli fikir və mədəniyyətinin çoxəsrlik inkişaf yollarında mühüm dönüş nöqtəsi olan, 60 ilə yaxın bir müddətdə şərəfli yol keçmiş, respublikada fundamental elmin beşiyi olan Milli Elmlər Akademiyasının intibahı keçən əsrin 70-ci illərinə təsadüf edir. Məhz bu illərdə Azərbaycan elmi, təhsili və mədəniyyəti dünya elminə birbaşa inteqrasiya olunmaq imkanı qazandı. 70-ci illərdə akademiya onun böyük təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazandı, özünün kadr potensialını, texniki arsenalını yaratdı.

AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov yazır: "Özünün məhz quruculuq, yaradıcılıq ənənələri ilə Azərbaycan xalqının qəlbində dərin iz salmış Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın sosializm dövründən qalmış iqtisadi və mədəni-mənəvi sərvətlərinin dağıdılması proseslərinə son qoyduyeni quruculuq işlərini, varislik prinsipi əsasında, əvvəlki mərhələlərdə xalqımızın əldə etdiyi nailiyyətlərin davamı kimi həyata keçirməyə başladı.

90-cı illərin əvvəllərində ən böyük milli sərvətlərimizdən biri olan Elmlər Akademiyasının taleyisual altına alınmışdı və məhz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu tərəddüdlərə və narahatçılıqlara son qoyuldubu barədə Prezidentin qəti fikri bəyan edildi: "Akademiyanın indiyə qədər topladığı təcrübə bizim üçün əzizdir, onu qorumalı, saxlamalıyıq".

Son illərdə elmin yeni müstəqil Azərbaycan Respublikasının maraqlarına və ehtiyaclarına uyğun surətdə yenidən qurulması, daha optimal surətdə təşkilatlanması sahəsində ciddi fikir mübadiləsi gedir, Milli Məclisdə "Elmelmi-texniki siyasət" haqqında yeni qanun müzakirə olunur. Lakin bu proseslərin ləngiməsi, habelə, Elmlər Akademiyasına seçkilərin uzun müddət təxirə salınması elmi ictimaiyyət arasında müəyyən narahatlıq yaratmışdı. 2001-ci ildə, nəhayət, bu seçkilərin də mütəşəkkil surətdə həyata keçirilməsi akademiyanın potensialının artmasına şərait yaratdı".

S.Xəlilovun qənaətinə görə, elm sahəsində quruculuq işləri, bu sahədə çalışan adamların əməyinin müasir tələblər səviyyəsində qiymətləndirilməsi, akademiya üzvlərinin orta yaş həddinin aşağı salınması və s. bu kimi yeniliklər MEA-da geniş islahatlar aparılması üçün şərtdir. bu gün biz qətiyyətlə deyə bilərik ki, yaxın vaxtlarda akademiyada ciddi quruculuq işləri həyata keçiriləcək və elmin müasir tələblərə uyğun surətdə təşkilatlanması ilə bağlı ciddi tədbirlər görüləcəkdir.

Milli Elmlər Akademiyasının taleyi ilə bağlı son vaxtlar yayılmış bəzi şayiələri qəti şəkildə təkzib edərək yada salmaq istəyirik ki, MEA bilavasitə Prezident Heydər Əliyevin himayəsi altında olmuşonun şəxsi Sərəncamı olmadan burada heç bir dəyişiklik aparıla bilmədi. Xüsusən onun, dağıdılmasına yönəldilmiş heç bir addım atıla bilməzdi. Cənab Heydər Əliyev ona məxsus uzaqgörənliklə bu sahədə ortaya çıxa biləcək belə söz-söhbətlərin qarşısını almaq üçün bu məsələ ilə bağlı qəti mövqeyini qabaqcadan bildirmişdi: "Heç vaxt imkan vermək olnaz ki, kimsə, o cümlədən, Prezident öz əhval-ruhiyyəsi ilə bunu dağıtsın. Ola bilər, başqa prezident bunu etsin, amma mən heç vaxt edə bilmərəm".

"Müqəddəs elm ocağı!" Bu sözlər də Cənab Heydər Əliyevə məxsusdur və Elmlər Akademiyası haqqında deyilmişdir. Bəli, Prezident Heydər Əliyev Azərbaycanda elmin inkişafını və bu məsələdə MEA-nın rolunu çox yüksək qiymətləndirir.

Beləliklə, Azərbaycanda elminMilli Elmlər Akademiyasının taleyi ilə bağlı bədbin əhval-ruhiyyə üçün heç bir əsas yoxdur. Lakin bu, o demək deyildir ki, hər şey elə əvvəlki kimi qalmalıdır. Biz bu sahədəki sərvətlərimizi qoruyub saxlamaqla yanaşı, onları inkişaf etdirmək barədə də düşünməliyik. Bu baxımdan, Azərbaycanda elmin təşkilati strukturunun təkmilləşdirilməsi, müxtəlif tabelikli elm-təhsil, elmi-tədqiqat müəssisələrinin və sahə elmlərinin əlaqələrinin optimallaşdırılması ilə bağlı ciddi tədbirlər görülməsinə böyük ehtiyac vardır.işin xeyrinə həyata keçirilə biləcək hər hansı islahata qısqanclıqla yanaşmaqguya nəyinsə dağıdılması haqqında əsassız şayələr yaymaq işin ancaq ziyanına ola bilər. Bu gün ölkəmizdə elmin inkişafı ilə bağlı qarşımızda duran ən mühüm vəzifələrdən biri onun maliyyələşdirilməsi məsələsidir. Əlbəttə, əgər hər hansı bir ölkənin o dərəcədə böyük iqtisadi imkanları olsaydı ki, "elm üçün elm" prinsipi ilə işləyən elmi-tədqiqat mərkəzləri yaratsın və onları ən müasir avadanlıqlarla təchiz etsin, bu, dünya elminin inkişafına böyük töhfə olardı.

M.Kərimov göstərirdi ki, Heydər Əliyev Azərbaycan Respublikasının inkişafında Azərbaycan elminin rolunu nəzərə alaraq və AMEA-nın respublika ictimaiyyəti arasında nüfuzunu yüksəltmək məqsədilə 30 mart 2001-ci il və 1 iyul 2002-ci il tarixli sərəncamları ilə AMEA Rəyasət Heyəti və akademiyanın bütün işçilərinin əmək haqlarını əhəmiyyətli dərəcədə artırdı.

Məlumdur ki, 2001-ci ilin iyun ayında Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin seçkiləri keçirilmişdir. Bu seçkilər AMEA-nın tarixində xüsusi yer tutmuşdur. Heydər Əliyev seçki ərəfəsində akademiya üzvlərinin ümumi sayının 200 nəfər müəyyən edilməsi haqda xüsusi Sərəncam imzalamışdı.

2002-ci ildə dövlət başçısı Naxçıvan MR-in geosiyasi vəziyyətini nəzərə alaraq, AMEA-nın Naxçıvan bölməsinin yaradılması haqqında tarixi Sərəncam imzaladı, avqustun 12-də Naxçıvan Ali Məclisinin iclas zalında bu yeni bölmənin yaradılmasına həsr olunmuş müşavirə keçirildi. Müşavirədə Heydər Əliyev blokada şəraitində yaşayan bu qədim Azərbaycan diyarının indiki şəraitdə tarixinin, arxeologiya və etnoqrafiyasının, dilinin və ədəbi irsinin öyrənilməsinə daha çox ehtiyac duyulduğunu qeyd etdi, bu sahədə genişmiqyaslı tədqiqatların aparılması üçün müəyyən göstərişlər verdi.

Bundan başqa, dünya və Azərbaycan ensiklopedik ədəbiyyat nəşri təcrübəsi əsasında yaradılmış və 2003-cü il fevralın 21-də Azərbaycan MEA-nın Rəyasət Heyətinin iclas salonunda ictimaiyyətə təqdim edilmiş "Naxçıvan Ensiklopediyası" müstəqil Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əlamətdar hadisələrdən biri olmuşdur. Bu nəşr, mədəniyyətimizin, ədəbiyyatımızın gözəl bilicisi, Heydər Əliyevin "Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında" 1999-cu il 12 fevral tarixin Sərəncamına əsasən, Milli Elmlər Akademiyasının Rəyasət Heyəti nəzdində yaradılmış "Naxçıvan Ensiklopediyası" qurumu tərəfindən hazırlanmışdır.

2003-cü il yanvarın 4-də MEA-nın respublikada elmin inkişafını təşkil və təmin etdiyini, dövlətin elmielmi-texniki siyasətini həyata keçirdiyini, elmi müəssisə və ali məktəblərin elmi fəaliyyətini əlaqələndirdiyini və istiqamətləndirdiyini, respublikamızı xarici ölkələrdə elmielmi-texniki fəaliyyət sahəsində təmsil etdiyini nəzərə alaraq əbədiyaşar Prezidentimiz Heydər Əliyev Milli Elmlər Akademiyasının statusu, Nizamnaməsinin və MEA prezidentinin təsdiqi haqqında Fərman imzaladı, akademiyanın işini daha intensiv qurması və dünya elminə inteqrasiya olunması üçün müəyyən tapşırıqlar verdi.

"Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir. Onu qoruyub saxlamalıyıq", - əbədiyaşar Prezidentimizin dediyi bu sözlər bütövlükdə Azərbaycan elminə, akademiya əməkdaşlarına verilən ən yüksək qiymət, ən böyük məsuliyyət idi.

Biz, həmişə bu Böyük İnsanın himayəsini, qayğısını və diqqətini üzərimizdə hiss etmiş elm adamları daim Onun işıqlı ideyalarının davamçıları olaraq, müdrik siyasətini dəstəkləyərək, Ona dayaq durduq, qüdrətli, çiçəklənən yeni Azərbaycan quruculuğunda yaxından kömək etdik. Daha neçə-neçə uğurlara imza atmaq arzusu və ümidi ilə Onu qorumağa çalışdıq. Lakin bunu axıra kimi bacara bilmədik. Tanrı Azərbaycan xalqına xilaskar kimi göndərdiyi bu Dahi İnsanı - şərəfli missiyanın daşıyıcısını aramızdan apardı. Dahi insanlara zaman, tarix özü qiymət verir. Lakin müdrik tarix Heydər Əliyevə qiyməti hələ sağlığında vermişdi. Bu gün tərəqqi edən Azərbaycanın hansı sahəsinə baxsan, gözümüzün önündə Heydər Əliyevin Vətən və xalq üçün gördüyü işlər canlanır. Demək o, mənən ölməyib - heç kəsin bacarmadığı işlərində, əməllərində o, Azərbaycan xalqı ilə daim yaşayacaq!

M.Kərimov yazırdı: "Onun arzuları sonsuz idi. Bu arzuları gerçəkləşdirmək üçün bu Dahi İnsan bizə möhkəm dövlətçilik təməli, öz siyasi kursunun layiqli davamçısi İlham Əliyevi qoyub getdi. Bu gün xalqımız Heydər Əliyevin qurduğu Azərbaycan dövlətini, işıqlı arzularını, ideyalarını Onun ən layiqli, ən etibarlı davamçısı, Azərbaycan Respublikasının Prezidenti İiham Əliyevlə birlikdə böyük gələcəyə doğru aparır. Bu gün Heydər Əliyevin nurlu dühası yolumuzu işıqlandırır və işıqlandıracaq!"

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 19 aprel.- S.15.