AZƏRBAYCAN TARİXİNDƏ HEYDƏR ƏLİYEV FENOMENİ

 

 

 

Azərbaycan tarixinin son yarım əsrlik dövrü dünya miqyaslı dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin adı və şəxsiyyəti, dövlətçilik təfəkkürü və yorulmaz fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev öz xalqının tarixi taleyində, onun mənəvi, siyasiictimai həyatında misilsiz xidmətlər göstərən dahi bir şəxsiyyətdir. Böyük rəhbərin hakimiyyətdə olduğu dövr Azərbaycan elminin, təhsilinin, səhiyyə və mədəniyyətinin, xalq təsərrüfatının, iqtisadiyyatının, ümumiyyətlə, mənəviyyatının sürətli inkişafı ilə yadda qalmışdır. Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində Azərbaycanda sağlam millətçilik ideyalarının yayılmasında, xalq arasında milli mənlik və milli şüur hissinin tərbiyə olunmasında nəhəng işlər görmüşdür. Milli-mənəvi dəyərlərimizin qorunması, vətəndaşların sosial həyat tərzinin yaxşılaşdırılması, demokratik inkişafın yüksəlişi, təhsilin səviyyəsinin möhkəmləndirilməsi, dünya azərbaycanlılarının monolit bir qüvvə kimi təşkilatlanması, qadınlarımızın və gənclərimizin, dövlətçiliyimizin tərəqqisi prosesinə cəlb edilməsi Heydər Əliyev strategiyasının uğurlu təzahürü kimi qeyd olunmalıdır.

Azərbaycan xalqı bu illər ərzində çox mürəkkəb problemlərlə üzləşmiş və hər dəfə də tarixin çətin imtahanlarından uğurla çıxmışdır. İndi millətin tərəqqisi üçün təfəkkür azadlığı, yüksək mədəniyyət, ağıl, qanunun aliliyi, düşünülmüş, dərk olunmuş intizam, məsuliyyət hissi əsas amillərdəndir. Bu gün bütün dünya təkzibedilməz bir həqiqəti təsdiqləyir: Heydər Əliyev nəinki xalqımızın, XX əsrin yetirdiyi ən böyük siyasi xadimdir. Heydər Əliyev xalqın canlı tarixi, onun yaradıcısıdır. Əgər insan yalnız özü üçün çalışırsa, o, bəlkə də məşhur alim, müdrik adam, gözəl şair, bəstəkar, sənətkar ola bilər. Amma heç vaxt həqiqi, kamilböyük insan ola bilməz. Heydər Əliyev ömrünün yarım əsrdən çoxunu öz xalqına xidmət etmişdir və dəfələrlə demişdir ki, qalan ömrünüxalqa qurban verməyə hazırdır. Bu baxımdan, bir həqiqət unudulmamalıdır: millət özünün ağıllı, zəkalı, çevikmüdrik şəxsiyyətinə daim arxalanmış və onun ardınca getmişdir. Biz bundan sonra da Vətən qayəsini, millət duyğusunu əsas tutub fəaliyyətimizi Heydər Əliyev ideyaları istiqamətində qurmalı, çalışmalıyıq. İndi elə bir dövr gəlib çatmışdır ki, gərək hamı millətin taleyionun xoş gələcəyi uğrunda mübarizə aparsın. Elə bilirəm ki, tariximiz qarşısında məsuliyyət hissini dərk edən hər kəs bu ideyaya şərik olacaqdır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində cəmiyyətin həyatının bütün sferalarını bürümüş anarxiya, siyasi xaossosial destabilizasiya ölkənin dinamik inkişafını təmin edə bilən ümumi strategiyanın mövcud olmadığını nümayiş etdirirdi. Bu, hər şeydən əvvəl xalqın kütləvi etimadına güvənən hakimiyyətin yoxluğunun nəticəsi idi. Yalnız 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ictimai münasibətlər sistemində normal vəziyyətin yaradılması, iqtisadi sferada nəzərəçarpacaq uğurların əldə olunması, dövlətin və bütövlükdə xalqın təhlükəsizliyini təmin edən idarəetmə mexanizminin qurulmasına nail olundu. Heç şübhəsiz ki, bu gün yaşadığımız ölkədə Heydər Əliyev siyasi kursunun dövlətçiliyin inkişaf konsepsiyası kimi qəbul edilməsinin səbəblərini də elə burada axtarmaq lazımdır.

Azərbaycan xalqının tarixin sınaqlarından çıxmış təcrübəsi onun Heydər Əliyevə adi bir siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəksiz və şəriksiz müəllifi kimi baxdığını təsdiqləyir. Hansı siyasi şəraitdə və hansı tarixi mərhələdə yaşamasmdan asılı olmayaraq Azərbaycan xalqı bu siyasi kursun həyati əhəmiyyət daşıyan prinsiplərinə həmişə sadiqdir, çünki bu, onun bir millət olaraq inkişafını təmin etməyə qadir konseptual ideologiyanı əhatə edir. Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdurola da bilməz. Çünki Heydər Əliyevin siyasəti elə dövlətçiliyin özü deməkdir və bunu çox da uzaq olmayan keçmişimizin təcrübəsi sübut etmişdir. Heydər Əliyev Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın, bütün vətəndaşların hər növ hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu, yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Lakin bunların hər birini həyata keçirmək üçün ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli Liderimizin gərgin səyləri bu sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.

Heydər Əliyevin tarixi xidmətlərinin həqiqi mahiyyətini təsvir etmək çox çətin məsələdir. Təkcə ona görə yox ki, bu böyük şəxsiyyət Azərbaycan dövlətçiliyinin banisi olmuşdur. Həm də ona görə ki, Onun siyasi fəaliyyətinin hər bir məqamı tarixi uğurlarla zəngindir və onların hamısını bir yerdə sistemləşdirilmiş şəkildə təhlil etmək, hansı texnologiyalar əsasında həyata keçirildiyini aydınlaşdırmaq, elmi-ideoloji əsaslarının müəyyənləşdirilməsinə nail olmaq üçün Heydər Əliyevin bir siyasi fenomen kimi şəxsi keyfiyyətlərini araşdırmaq zərurəti ortaya çıxır. Bu isə etiraf edək ki, asan deyildir. Heydər Əliyev kimi böyük şəxsiyyətlərin fəaliyyətinin araşdırılması illər, bəlkə də onilliklər tələb edir, amma əlbəttə ki, hamının eyni dərəcədə xəbərdar olduğu çox adi bir həqiqət var: Heydər Əliyev Azərbaycan xalqı üçün tarixin bəxş etdiyi şansdır və bu xalq Onun nə dərəcədə qiymətli olduğunun çox gözəl bilir. Mən, sadəcə olaraq, Heydər Əliyevin fəaliyyətinin yalnız bir neçə istiqaməti barədə faktları nəzərə çatdıracağam və heç şübhəsiz ki, bu faktların hər biri Onun şəxsi keyfiyyətlərinin bütün çalarlarını özündə ehtiva edir.

Möhtərəm Heydər Əliyev Azərbaycanda rəhbərlikdə olduğu bütün dövrlərdə qadınların vəziyyətinin yaxşılaşdırılması sahəsində yetkin dövlət siyasətinin həyata keçirilməsini sosial-iqtisadi siyasətin əsas aparıcı istiqamətlərindən biri hesab etmiş, bu sahəyə xüsusi diqqət və qayğı göstərmişdir. "Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır. Qadın hərəkatı böyük qüvvədir" deyən Ümummilli Liderimiz həmişə Azərbaycan qadınının mərdliyini, dözümünü, səmimiyyətini, paklıq və sədaqətini, vəfa və ismətini ən ali dəyər kimi qiymətləndirmişdir. İctimai gerçəkliyin, əxlaqi problemlərin həllində, yeni həyat tərzinin mənəvi axtarışlarında, ideya mübarizələrində qadınlarımız öz əzmkarlığı, fəal müasirliyi, biliyi, bacarığı, sərt, möhkəm əqidə saflığı ilə həmişə ön cərgələrdə olub. Təbii ki, qadın hərəkatının önündə ilk növbədə ziyalı qadınlarımız gedir. Çünki ziyalının xidmət yeri onun vətənidir. Ziyalı elin ən ağır günlərində həmişə ön cərgələrdə gedir, xalqına arxa olub, dayaq durur. Ziyalılıq mənəvi zənginlik, möhkəmlik, yenilməzlik, insan ləyaqətinin ömürdən də üstün tutulmasıdır. Ziyalıların əsas təbəqəsini isə müəllimlər, alimlər, təhsil işçiləri təşkil edirlər. Heydər Əliyevin bu illər ərzində ziyalılığa, təhsilə, elmə, mədəniyyətə, bütövlükdə Azərbaycan müəllimlərinə töhfələri olduqca çoxdur. Milli tariximizin ən yaddaqalan məqamları, maarifimizin intibahı, təhsilimizin uğurları böyük şəxsiyyət Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Heydər Əliyevin ömür boyu hazırladığı və praktik olaraq həyata keçirdiyi müstəqil Azərbaycan dövlətinin təhsil siyasəti həm də pedaqoji bir nəzəriyyədir, milli təhsilimizin ideya əsasıdır. Bu nəzəriyyəni dərindən öyrənmək və öyrətmək həm də dövlət əhəmiyyətli bir işdir. Təhsil və dövlətçilik qoşa qanaddır, ayrılmazdır. Onların vəhdəti xalqın mənəvi, siyasiiqtisadi qüdrətini daim artırır, onu tərəqqiyə aparır. Bu mənada böyük Öndər Heydər Əliyevin milli təhsilin inkişafına göstərdiyi qayğı və diqqət özünəməxsusluğu ilə seçilirdi. Onun hakimiyyətə gəldiyi vaxtdan başlanan tarixi mərhələ bugünkü Azərbaycan təhsilinin və elminin inkişaf dövrü kimi qavranılır. Sivilizasiyaların tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə yüksək qiymət verən dövlət başçıları bununla, nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də dünya təhsilinə böyük töhfələr vermiş olurlar. Heydər Əliyev epoxasında milli təhsilin üstün inkişafı, ölkənin intellektual potensialının zənginləşdirilməsi, təhsil quruculuğu sahəsində aparılan islahatlar milli tərəqqimizin əsas amili olmuşdur. Böyük rəhbər hələ SSRİ kimi superdövlətin hökmranlığı dövründə - ötən əsrin 80-cı illərində təhsil islahatlarına rəhbərlik etmişbütün hallarda Azərbaycan xalqının uğurlu gələcəyini düşünmüş, bu yolda nə lazımdırsa hamısnı, hətta mümkün olmayanları belə həyata keçirə bilmişdir.

Keçən əsrin 70-80-cı illərini haqlı olaraq Azərbaycan təhsilinin intibah dövrü adlandırırlar. Heydər Əliyev hələ o zaman özünəməxsus müdriklik və uzaqgörənliklə dərk edirdi ki, elmi və təhsili inkişaf etməyən millətin ümumi tərəqqisini təmin etmək mümkün deyildir. Ona görə də bu müdrik şəxsiyyətin respublika rəhbərliyinə gəlməsi ilə elmin və təhsilin inkişafı prioritet vəzifə kimi müəyyənləşdirildi. 1970-1980-ci illərdə Azərbaycanda yeni ali məktəblər şəbəkəsi yaradıldı, çoxlu yeni ixtisaslar, kafedralar açıldı, 800-dən çox yeni orta məktəb binası tikilib istifadəyə verildi. Həmin illərdə nə qədər müəllimlərimizin xidmətləri yüksək qiymətləndirildi, onlar ordenmedallara layiq görüldülər. 800-dən artıq təhsil işçisi əməkdar müəllim, üç nəfər Sosialist Əməyi Qəhrəınanı adını aldı. Totalitar rejimin tüğyan etdiyi bir dövrdə bu işlərin necə çətinliklə görüldüyünü indi hamı yaxşı dərk etməlidir.

Heydər Əliyevin quruculuq fəaliyyətində gənc nəslin Vətənə, millətə, torpağa məhəbbət ruhunda tərbiyəsi, azərbaycançılıq ideologiyasının təməl prinsiplərinin müəyyənləşdirilməsi mühüm yer tutur. Ümummilli Liderin azərbaycançılıq təliminin birinci və aparıcı prinsipi öz milli mənsubiyyətini qoruyub saxlamaq kimi müəyyənləşdirilmişdir. Bu son dərəcə çoxtərəfli və azərbaycançılığın mahiyyətini ifadə edən prinsipdir. Heydər Əliyev bütün çıxışlarında göstərirdi ki, "hər bir milli və dövlət ideologiyasının məqsədi dövlətçilik anlayışı ilə bağlıdır, ümummilli baxımdan dövlətçilik xalqı daxilixarici ədalətsizliklərdən, təzyiqlərdən, istilalardan qorunmaq, milli dövlətin sərhədləri daxilində vətəndaşlar üçün siyasiiqtisadi baxımdan sabit həyat imkanları yaratmaqdır."

Milli ideologiya dövlətçiliyin ümumxalq dəyərlərini və mənsubiyyətini ifadə edir, insanları öz dövlətinə bağlayır. Milli dövlətin əhəmiyyətini isə Qarabağ müharibəsində itirdiyimiz torpaqların taleyi yaxşı açıqlayır. Torpaqlarüçün getdi? Çünki 1988-1993-cü illərdə dövlətçiliyimiz zəifləmişdi və bunun nəticəsində dövlət xalqı qorumaq, onun siyasiiqtisadi sərhədlərini müdafıə etmək kimi əsas funksiyasını icra edə bilmirdi. Milli ideologiya, o cümlədən azərbaycançılıq ilk növbədə xalqı dövlət, onun maraqları və dəyərləri ətrafında birləşdirən bir hadisədir. Bu baxımdan, Heydər Əliyev bütün dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirdi. Ümummilli Lider dünya azərbaycanlılarının birinci qurultayında azərbaycançılığın ikinci aparıcı prinsipi kimi milli-mənəvi dəyərlərin qorunub saxlanılmasını müəyyənləşdirmişdir. Bu prinsip hər bir azərbaycanlıya aiddir.

Heydər Əliyev mənəvi dəyərlər içərisində dilimizin qorunub saxlanılmasına xüsusi əhəmiyyət vermişdir, Azərbaycan dilinin dövlət stastusu haqqında dəyərli fərman və sərəncamlar imzalamışdır. Dövlət dili haqqında qanun qüvvəyə minmişdir. Ümummilli Liderimizin müəyyənləşdirdiyi üçüncü mühüm prinsip isə milli- mənəvi dəyərlərin ümümbəşəri dəyərlərlə inteqrasiyasına nail olmaqdır. Bu prinsip Azərbaycan xalqının bütün türk və müsəlman dünyasında xüsusi tarixi mövqeyini və missiyasını ifadə edən bir müddəadır. Bu mühüm müddəa isə xalqımızın mənəvi-tarixi təcrübəsindən irəli gəlir. Azərbaycan Qərblə Şərqin sərhədində yerləşdiyindən bu iki sivilizasiyasının vəhdətini özündə təcəssüm etdirən tarixi mədəniyyətə malikdir. Böyük rəhbər Heydər Əliyev azərbaycançılıq ideologiyasının həyata keçirilməsində bu vacib amilləri diqqət mərkəzində saxlamağın zəruri olduğunu dəfələrlə göstərirdi. Millətin gələcəyinin memarı olan Dahi Liderin şəxsiyyət kimi böyüklüyü ondan ibarət idi ki, hakimiyyətə gəldikdən qısa vaxt keçməmiş O, Azərbaycanın milli kadr siyasətini həyata keçirdi. Bunun üçün qüdrət, ardıcıllıq, öz mövqeyini müdafiə və qəbul etdirmək bacarığı, insanlara təsir etmək, onları inandıra bilmək istedadı lazım idi.

Bu illərdə Ümummilli Liderin təşəbbüsü ilə 15 mindən yuxarı azərbaycanlı gənc SSRİ-nin ən nüfuzlu və məşhur ali məktəblərində o dövr üçün nadir ixtisaslar üzrə təhsil almağa göndərilirdi. 12 il ərzində Azərbaycan Sovet Respublikasının əvvəlki iqtisadi potensialına az qala bərabər olan sənaye potensialı yaradıldı. Kondisionerlər zavodu, nəhəng neft emalı kompleksləri, Soyuducular zavodus. açıldı, neçə-neçə müəssisə tikildi. Ölkə rəhbərinin tribunalardan verdiyi raportlar, əslində, xalqımıza, onun gələcəyinə ünvanlanmışdır. Amma qəlbi qara, naşı adamlar bu işlərin tarixi mənasını anlamır, xalqın taleyində gedən hərəkatın istiqamətini duymurdular. Tarix isə hər şeyi öz yerinə qoydu. İkinci dəfə 1993-cü ilin yayında böyük rəhbərin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, milli təhsil sisteminin də bərpası və yeni şəraitin tələblərinə uyğun olaraq daha da inkişaf etdirilməsi üçün əlverişli siyasi, iqtisadi, mədəni, hüquqi, mənəvi, əxlaqi mühit yaratdı. Bu günrespublikada aparılan irimiqyaslı layihələrin müəllifi Heydər Əliyevdir.

XX əsrin sonu Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşması mərhələsidir. Bu mərhələnin şəriksiz müəllifı alternativi olmayan unudulmaz şəxsiyyət Heydər Əliyevdir. O, yaşadığımız ölkədə və onun hüdudlarından kənarda yalnız dövlət başçısı kimi deyil, həm də dövlət qurucusu, banisi kimi qəbul olunurdu. Azərbaycan cəmiyyətində Cənab Heydər Əliyevin ictimailəşmiş obrazı Ümummilli Lider anlayışını özündə təcəssüm edirdi. Ötən uzun illərdə böyük Öndər Heydər Əliyevin mühüm nailiyyətlərə imza atması Azərbaycanın siyasi tarixində Onun əvəzolunmaz bir şəxsiyyət olaraq qalmasını təmin etmişdir. Öz xalqının gələcəyi uğrunda çalışarkən Heydər Əliyev heç vaxt kimdənsə mükafat ummamışdır, təltif gözləməmişdir, çünki bu, Onun xarakterinə yad idi. Azərbaycan xalqı birmənalı şəkildə Heydər Əliyev siyasi kursundan kənarda dövlətçilik anlayışının mövcud rol oynadığını özü üçün müəyyənləşdirmişdir. Bu, həm də o deməkdir ki, hakimiyyəti kimin idarə etməsindən asılı olmayaraq həmin siyasi kursun davam etdirilməsi tarixi zəruridir. Bu mənada Cənab İlham Əliyevin Prezident vəzifəsinə seçilməsinin xalqın bütün sosial sferasının təqdiredici münasibəti ilə qarşılanması tamamilə təbiidir. Yaşadığımız məmləkətdə Heydər Əliyev təkcə Ümummilli Siyasi Lider kimi deyil, həm də xalqın etimadını qazanmış böyük bir strateji konsepsiyanın müəllifı kimi qavranılır. Bu baxımdan, Onun siyasi kursunun davam etdirilməsinin vacibliyi yalnız tariximüasir siyasi reallıqlara əsaslanmır, həm də mənəvi-ideoloji amillərin təsirinin gerçək təzahürü kimi meydana çıxır.

"Şübhəsiz ki, bu böyük həqiqəti bütün parametrləri ilə dərk etmiş cəmiyyət Heydər Əliyevin davamçısı kim ola bilər" sualına cavab axtarmağa məhkum idiİlham Əliyev faktoru bu axtarışların ən optimal cavab variantı kimi qiymətləndirilir. Bu, heç də təsadüfı deyil, çünki ictimai şüur heç vaxt təsadüflər üzərində dayanmır, real hadisələrə və faktlara əsaslanaraq çıxış edir. Cənab İlham Əliyev Azərbaycan siyasətində qazandığı uğurlar, müasir bir siyasətçi kimi özünü təsdiq etməsi, siyasi proseslərin inkişafında təsiredici gücə malik olması, milli maraqların gerçəkləşdirilməsinə istiqamətlənmiş prinsipial davranışları, eləcə də mənəvi-əxlaqi məziyyətləri Heydər Əliyev müdrikliyinin və uzaqgörənliyinin xalqın istəklərini təmin edən faktor oldu. Görünür, elə buna görə də o, Azərbaycan xalqının böyük əksəriyyəti tərəfindən dövlətçiliyimizin yeganə inkişaf modeli kimi qiymətləndirilən Heydər Əliyev siyasi kursunun alternativsiz varisi olaraq qəbul edilir. "Mən bu yüksək kürsüdən əziz Prezidentimiz Cənab Heydər Əliyevə müraciət edərək deyirəm: əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələdoğru gedəcəyik." Bu sözlər Azərbaycanın yeni Prezidentinin andiçmə mərasimindəki çıxışından götürülübOnun siyasi platformasının əsaslarını müəyyənləşdirən tezis kimi qəbul oluna bilər. İlham Əliyev bu tezisləri həyata keçirməyə qadir siyasətçidir və biz çox da uzaq olmayan gələcəkdə bunun əyani şahidlərinə çevriləcəyik.

İndi Azərbaycan vətəndaşı öz sabahından narahat olmaya bilər. Heydər Əliyevin ölkəyə sabitlikrifah gətirən siyasi kursu hələ uzun illər davam edəcəkdir. Bu, həm də Prezident İlham Əliyevin siyasi keyfiyyətlərinə, xarizmasına və perspektivinə inamdan, ümumxalq etimadından irəli gəlir. Qarşıda duran dövr tarixi-siyasi məzmununa görə əvvəlkilərdən xeyli dərəcədə fərqlənir və bu da təsadüfi deyil. Çünki artıq Azərbaycan tamamilə yeni bir mərhələyə qədəm qoymuşdur: dövlət quruculuğu prosesi uğurla başa çatdırılıb, iqtisadi sahədə kifayət qədər böyük nailiyyətlər var, demokratikləşmənin müsbət nəticələri göz qabağındadır və bütün bunlarla bərabər, beynəlxalq münasibətlər sistemində respublikamızın mövqeləri nəzərəçarpacaq səviyyədə möhkəmlənmişdir. Bu baxımdan, indiki müvəffəqiyyətlərin davam etdirilməsi, əslində cəmiyyətin özünün daxili siyasi və mənəvi tələbatlar sisteminin diktəsi ilə ortaya çıxan mühüm zərurətdir.

Bu gün dövlətçiliyimizin Heydər Əliyev mərhələsi uğurla davam etməkdədir. Ümummilli Liderin ideyaları Azərbaycanın inkişafının hələ bir neçə onillikləri üçün nəzərdə tutulurböyük rəhbərin fundamental elmi prinsiplərə əsaslanan strategiyası ölkəmizin yüksəlişinə ən etibarlı təminatdır. Heydər Əliyev Azərbaycanda müstəqil dövlətimizin ənənələrinin yaradıcı və milli dövlətçilik təfəkkürünün formalaşmasında tarixi rol oynayan böyük şəxsiyyətdir. Azərbaycan dövlətinin mövcudluğu Onun adı ilə bağlıdır, çünki Heydər Əliyev siyasi kursundan kənarda bu dövlətin varlığı barədə danışmaq qeyri-mümkündür. Heydər Əliyevin siyasi kursu bizim sabahımızın, gələcəyimizin, inkişafımızın, tərəqqimizin qarantıdır.

 

NURLANA ƏLİYEVA,

YAP Qadınlar Şurasının sədri, filologiya elmləri doktoru, professor

Səs.- 2014.- 23 aprel.- S.8-9.