Milli dövlətçilik: milli maraqlar və dəyərlər

 

 

 

Müstəqilləşdikdən sonra postsovet Azərbaycanı modernləşmək, bazar iqtisadiyyatı, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda böyük müvəffəqiyyətlər qazanmışdır. Azərbaycanın inkişaf meylində milli ideya, vətəndaş cəmiyyətinin siyasi etikası, siyasidini dözümlülüyün tərbiyəsi sintez şəklində və vəhdət halındadır və durmadan pozitiv halda inkişaf edir. Müstəqillikdən sonra demokratik dəyərlər, vətəndaş əxlaq normaları, milli dövlət ideologiyası, mənəvi, sosial-mədəni dəyərlər bərqərar oldusosial-iqtisadi islahatlar həyata keçirildi. Ateizmdən, islam dəyərlərinə qayıdış baş verdi. AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov yazır: "Qərb demokratiyasının milli özünəməxsusluğumuzu nəzərə almadan Azərbaycana tətbiqini qəbul etməyərək, Azərbaycan dövləti milli mentalitetə və dövlətçilik ənənələrinə söykənən canlı demokratik rejim qurmaq yolu seçdi".

İslam mənəvi tərəqqinin mühüm tərkib hissəsi kimi qəbul edildi. Lakin insanların mənəviyyatında xurafatfanatizmin daxil olması kimi mürtəce mənəvi meyillərin yaranması təhlükəsi də meydana çıxdı. Məlumdur ki, Azərbaycan xalqının özünəməxsus varlığının və milli ruhunun əsrlər boyu mühafizəçisi məhz onun əxlaqı, adət-ənənəsi, dini şüuru və mədəniyyəti olmuşdur. Bu baxımdan, müstəqilliyimizin taleyi də dövlətçiliyin və iqtisadiyyatın möhkəmləndirilməsi, etnik milli-mənəvi dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsindən çox asılıdır. Güclü iqtisadiyyat dövlətçiliyin möhkəmləndirilməsinə, mədəni-mənəvi həyatın inkişafına təkan verir. Milli ideologiya da milli mənəviyyata arxalanmasa güclü olmaz. Bütün bunların dialektik vəhdəti müstəqilliyin möhkəmləndirilməsinin vacib şərtləridir. S.Xəlilov yazır: "Möhkəm dövlətçilik təməli ancaq ictimai-iqtisadi sabitlik şəraitində, beynəlxalq nüfuzun yüksəldilməsi və beynəlxalq ictimai-iqtisadi əlaqələr sisteminə daxil olmaqla mümkündür".

Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin bərqərar olması müstəqil Azərbaycanın keçirdiyi başlıca prinsiplərdir. Ulu Öndər Heydər Əliyev bu barədə deyirdi ki, "respublikarmızda demokratik cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin tətniq edilməsi çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir. Müstəqilliyin möhkəmləndirilməsi, milli iqtisadiyyatın və milli mənəviyyatın inkişafı üçün mühüm şərtdir. Eyni zamanda, güclü iqtisadiyyat dövlətçiliyin möhkəmləndirilməsinə, mədəni-mənəvi həyatın təşəkkülünə səbəb olur. Milli mənəviyyat olmasa, müstəqillikdən söhbət gedə bilməz.

Filologiya üzrə fəlsəfə doktoru Şəhla Musayeva göstərir ki, müasir qloballaşma milli dövlətlərin və cəmiyyətlərin bütün sahələrində qərbləşmə, müasirləşmə amili kimi özünü göstərir, siyasi, sosial, iqtisadi, mədəni və mənəvi sahələrə öz müsbət və mənfi cəhətləri ilə çıxış edir. Qərb həyat tərzi və kütləvi mədəniyyət dünya standartları kimi açıq cəmiyyət ideologiyası, dövlətin liberal siyasi modeli təbliğ olunur. Qlobal mənəvi dəyərlər həyat tərzi ilə davranış formalarına, düşüncə və təfəkkürə hakim kəsilir. Milli mənəvi ənənələr, adətlər, tarixi dəyərlər sıxışdırılır. Dövlət, cəmiyyət, fərdi maraqlar və ideologiyanın qarşılıqlı münasibətlərinin fəlsəfi-etik cəhətdən təhlilinin aktuallığı ondadır ki, kosmopolit ruhlu bəzi adamların milli mənəviyyatımızı, əxlaqımızı pozmaq cəhdinin qarşısı alınmalıdır.

Qloballaşma şəraitində milli mənəviyyatlara, adət-ənənələrə qarşı yönəlmiş məqsədyönlü proseslərdən ümumbəşəri dəyərləri ön plana çəkmək üçün milli-mənəvi dəyərlərin arxa plana keçirilməsinin qarşısı alınır. Qloballaşma şəraitində formalaşmış yeni mədəniyyətdə və mənəvi dəyərlərdə ümumbəşəriliklə millilik vəhdət təşkil etməlidir. Ulu Öndər Heydər Əliyev Azərbaycan cəmiyyətində "milliliklə ümumbəşəriliyin vəhdəti"nin gerçəkləşməsi tərəfdarı idi.

Qloballaşma prosesi elm, texnika, texnologiya ilə ümumbəşəri dəyərlərlə yanaşı, milli kimliklə bağlı mədəni-mənəvi amillərə də sirayət etməyə cəhd edir. Azərbaycan xalqının milli kimliyinin formalaşması türk təfəkkürü, islam mədəniyyəti və mənəviyyatı ilə bağlı olmuş Azərbaycan mentalitetinin - türkçülüyün və islamçılığın vəhdəti və sintezi ilə formalaşmış, azərbaycançılıq və müasirlik ilə inkişaf etməkdədir. Azərbaycan milli kimliyinə Rusiya amili də həm müsbət, həm də mənfi təsir etmişdir. Rusiya həm Azərbaycanı ümumbəşəri dəyərlərə qovuşdurmuş, həm də Azərbaycan əleyhinə antimilli siyasət yürütmüşdür. Milli özünüdərk sahəsində intibah baş verməkdədir. Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu həm Azərbaycan Respublikasının Konstitusiyasına təsbit edilmiş, Azərbaycan Respublikası müstəqillik qazanandan sonra əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda özünün inkişaf yolu ilə qətiyyətlə irəliləyir.

Tədqiqatçı Rasim Quliyevin fikrincə, "Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu gedişində totalitarizm ləğv olunub siyasi plüralizm, çoxpartiyalılıq, demokratik hüquq və azadlıqlar bərqərar olub, dövlət idarəçilik sistemində ciddi dəyişikliklər baş verib, özəlləşdirmə həyata keçirilib, mənəviyyatda vətəndaş əxlaqının formalaşması baş vermişdir. Lakin vətəndaş cəmiyyətinin başlıca elementi olan fərdlərin əksəriyyəti psixoloji və mədəni cəhətdən yeni əxlaqi-mənəvi proseslərə, qlobal həyat tərzinə hazır deyil. Həqiqi vətəndaş cəmiyyəti dəyərlərinin kütləvi şəkildə ənənəvi-etik normalarla əvəzlənməsi və bazar iqtisadiyyatı haqqında primitiv təsəvvürlər özünü göstərməkdədir.

Hazırda cəmiyyət, dövlət və fərdlərin qarşılıqlı münasibətlərini öyrənən etik nəzəriyyələr elm və ideologiyanın məcmusu şəklində çıxış edir. Vaxtilə sosialist ideologiyası sovet cəmiyyətində dövlət ideologiyası hesab olunurdu. Müasir dövrdə cəmiyyətin müxtəlif sosial qrup və təbəqələrinin müxtəlif siyasi partiya, hərəkat, cəbhələrin spesifik maraqlarını əks etdirən proqram və modellər kimi irəli sürülən etik nəzəriyyələrə də təsadüf olunur. Buradan da cəmiyyət və onun həyatı haqqında müxtəlif qrup və təbəqələrin təsəvvürünü əks etdirən ideoloji, nəzəri plüralizm meydana gəlir.

Müasir dövrdə reallaşan taleyüklü problemlər - vətəndaş cəmiyyəti, millət, milli dövlət, milli ideologiyainsan, onların maraqlarının qarşılıqlı əlaqəsi vətəndaş cəmiyyəti, onun milli-dövlət marağı, mentalitet, siyasi-mənəvi tələbatlarla qarşılıqlı əlaqəsi diqqət mərkəzində olan məsələlərdir. Tədqiqatçılar vətəndaş cəmiyyətini demokratiya forması kimi təqdim edirlər. Vətəndaş cəmiyyəti hüquqi dövlət quruluşunun digər formaları ilə də yanaşı mövcuddur. Vətəndaş cəmiyyətinin formalaşması və mövcudluğu milli xarakterdən asılıdır. Bəzən fəlsəfi ədəbiyyatda vətəndaş cəmiyyətini qeyri-siyasi münasibətlər sahəsinə aid edirlər. Vətəndaş cəmiyyətini "xüsusi həyat" (Kant), xüsusi həyat sahəsi və insanların maraqları sahəsi, insanların müstəqil olduqları sahə kimi (Hegel) təqdim etmişlər.

Fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə vətəndaş cəmiyyəti, onun fəlsəfəsi və etikasının dövlət və fərdin maraqları ilə qarşılıqlı əlaqəsi məsələsinə toxunaraq yazır: "Fikrimizcə, vətəndaş cəmiyyəti, onun fəlsəfəsi və etikası elə bir sahə ilə əlaqədardır ki, orada fərdlər ənənələrə və hüquqa hörmət əsasında, zorakılığa yol verilmədən öz münasibətlərini tənzimləyirlər. Buna görə də vətəndaş cəmiyyəti - tarixən qeyri-məhdud, zamandan kənar müəyyən mənada öz formalarını dəyişən, bəzən öz yayılma arealını genişləndirən, bəzən isə məhdudlaşdıran müəyyən mənada fenomendir. Buna görə də vətəndaş cəmiyyəti üçün (fərdlərlə qarşılıqlı münasibətlərin özünütənzimləmə sahələri) siyasət və hakimiyyətlə öz qarşılıqlı münasibətlərini qaydaya salmaq çox mühümdür. Vətəndaş cəmiyyətinin fəlsəfəsi və etikasının meydana gəlməsilə bu qarşılıqlı münasibətlər nəzəri tədqiqatların diqqət mərkəzində durdu. Onların aktuallığı bu gün də saxlanmaqdadır".

Tədqiqatçılar dövlətin vətəndaş cəmiyyətinə nəzarəti və əks prosesinbaş verdiyini bildirirlər. Milli maraqlar, insanların maraqları, onların mənəviyyatı, mədəniyyəti, dinis. problemləri vətəndaş cəmiyyəti və onun etikası tərəfindən tənzimlənir. Bu sahələr dövlət və siyasətin müdaxiləsinə məruz qalmamalıdır. Fərdlər öz maraqları naminə müxtəlif təşkilatlar yaradırlar. Bu təşkilatlar vasitəsilə fərdlər öz maraqlarını ifadə ediröz vətəndaş hüquqlarını qoruyurlar. Azərbaycanın müstəqilliyi dövlət və cəmiyyət - fərd maraqlarının və milli ideologiyanın qarşılıqlı münasibətlərinin ahəngdarlığından və mövcudluq formaları və obrazlarından çox asılıdır.

Ş.Musayeva qeyd edir ki, vətəndaş cəmiyyəti, mənəviyyat, din və iqtisadiyyatın qarşılıqlı münasibətlərində əmlak münasibətləri və maraqlar, iqtisadi münasibətlər bəzən ilkin hesab edilir. Bəziləri mənəviyyat və mənəvi şüurdakı dəyişiklikləri birinci hesab edirlər. Əsas odur ki, iqtisadiyyat əxlaq və dini-milli həyatın, milli inkişafın mahiyyətidir. Sovet dövründə dövlətin sərəncamında güclü polis, ordu, təbliğat aparatı və hər hansı dialektikaya "haqq qazandıran" böyük məmurlar ordusu var idisə, postsovet məkanında "milli birlik", "milli müstəqillik" şüarlarına haqq qazandırılır. Hakim elita belə hesab edir ki, yalnız dövlət, yəni hakim elita özü millətin marağını ifadə edir, cəmiyyətin digər hissəsi isə ona tabe olmalıdır. Bu isə dövlətin, millətin həyatının bütün sahələrinə müdaxilə etməsinə, millətin inkişafdan geri qalmasına gətirib çıxarır.

Dövlət milləti dirçəltməli deyil, onun inkişafı, dirçəlişi üçün şərait yaratmalıdır. İ.Məmmədzadənin fikrincə: "Şərait yaradılması o deməkdir ki, dövlət millətin xüsusi həyatına müdaxilə etmir, dövlətə vətəndaş cəmiyyəti tərəfindən nəzarət mexanizmləri yaradılır. Bu nəzarət mexanizmlərinə xüsusi mülkiyyət, çoxpartiyalılığı, hakimiyyət bölgüsünü, Konstitusiya Məhkəməsini aid edirlər".

Azərbaycan cəmiyyətində milli-dövlət maraqları və milli ideologiyanın reallaşması uğurla davam edir, dövlət və ideologiya ümummilli maraqları müdafiə edir.

Milli ideologiya konsepsiyasının tarixi keçmişimiz, milli, mədəni, dini ənənələrimiz üzərində qurulması fikri indi çox aktualdır. Milli ideologiya Azərbaycan dövlətinin, cəmiyyətinin və vətəndaşının maraqlarını ifadə edir.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 23 aprel.- S.15.