Qəbələdə tanınmış rəssamın fərdi yaradıcılıq sərgisi açılıb

 

Qəbələdə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilən Olimpiya atıcılıq növləri üzrə Beynəlxalq “Qran-pri” yarışları çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Akademiyasının fəxri akademiki və Beynəlxalq “Qran-priturnirinin loqosunun müəllifi Rəşad Mehdiyevin fərdi yaradıcılıq sərgisi açılıb.

AzərTAc xəbər verir ki, rayonun Bum qəsəbəsində inşa edilən stendox atıcılığı kompleksinin inzibati binasında təşkil edilən sərgidə nümayiş olunan əsərlərə çoxsaylı yerlixarici qonaqlar, idmançılar baxmışlar.

Sərginin açılışından əvvəl Rəşad Mehdiyev AzərTAc-a müsahibəsində bildirib ki, nümayiş olunan əsərlər onun fikirlərinin, düşüncələrinin, emosiyalarının ifadəsidir. Sərgidə əsasən kağız, karton və kətan üzərində yağlı boyaqrafit texnikası ilə çəkilən 14 əsər nümayiş olunur. Rəssam vurğulayıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mədəniyyətimizə və incəsənətimizə böyük qayğı və diqqət göstərir. Biz rəssamlar bu diqqət və qayğıdan böyük qürur duyuruqyeni əsərlər yaratmağa ruhlanırıq. Belə bir mühitdə biz də gərək əsərlərimizlə bu sahəyə öz töhfəmizi verək.

Rəşad Mehdiyev diqqətə çatdırıb ki, bu sərginin əsas məqsədi son illərdə yaratdığım sənət incilərini geniş tamaşaçı auditoriyasına təqdim etmək, eləcə də beynəlxalq yarışda iştirak edən əcnəbi idmançılar və qonaqlar arasında Azərbaycan mədəniyyətinin təbliğinə nail olmaqdır.

Tanınmış rəssam sözünə davam edərək deyib: “Mənim 2006-cı ildə BMT-nin Vyanada yerləşən Avropa ofisində fərdi sərgim təşkil olunub. İşə ciddi, professional yanaşmafikrin ifadə tərzi bütün əsərlərimdə özünü göstərir. Sevinirəm ki, əsərlərim vasitəsilə tamaşaçıya fikrimi aydın çatdırmağa müvəffəq olmuşam”.

Yaradıcılıq uğurlarından danışan rəssam bildirdi ki, 1995-ci ildə Sankt-Peterburqda, 1991, 1994, 1996 və 2000-ci illərdə isə Bakıda fərdi sərgilərim keçirilib. 2001-ci ildə Azərbaycanı TÜRKSOY rəssamlarının müsabiqə-sərgisində təmsil edərək birinci mükafata layiq görülmüşəm. Vyanada 2002-ci ildə 2 dəfə, 2006-cı ildə isə 3 dəfə fərdi sərgim keçirilib.

İstedadlı rəssam BMT-nin Vyana Bölməsinin Millətlər Sarayında Azərbaycan incəsənətini uğurla təmsil edib. Onun əsərləri milliAvropa incəsənətinin ənənələrini özünəməxsus şəkildə əks etdirir, fərdi dəst-xətti, yaradıcılıq üslubu, orijinal yaradıcılıq axtarışları, Azərbaycan miniatürlərində gördüyümüz əlvan və parlaq rənglərin zəngin koloriti ilə seçilir. Tanınmış fırça ustasının əsərləri təkcə sənətsevərlər üçün deyil, həm də rəssamlar üçün maraqlıdır.

Tədbirdə iştirak edən qonaqlar sərgini yüksək qiymətləndirib və rəssamı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Sərgi avqustun 21-dək davam edəcək.

 

Zümrüd

Səs.- 2014.- 20 avqust.- S.12.