Sülh mədəniyyəti hüquqi dövlətin əsas cəhətidir

 

 

 

Azərbaycanın zorla düçar olduğu müharibə Ermənistanın əzəli torpaqlarımızın yersiz ərazi iddiaları ilə bağlı olduğunu göstərən Ulu Öndər deyirdi: "Biz müharibə istəmirik, Ermənistanın torpaqlarına göz dikməmişik. Biz öz torpaqlarımızı, öz ərazimizi, öz Vətənimizi qoruyuruq".

Politoloqlar tərəflərin maraqları nəzərə alınmaqla münaqişənin dinc həlli və sülh mədəniyyətinin formalaşması mühitinin yaradılmasını labüd hesab edirlər: "Belə bir şəraitdə isə danışıqların gedişi sülhün imzalanmasının elə şəraitinin tapılmasına imkan verir ki, onlar münaqişənin yenidən qızışmasının və onun hərbi yolla həllinin bütün imkanlarını istisna edir. Burada sonuncu bənd xüsusilə vacibdironun əhəmiyyəti insanların bunu rasional pozitivpraqmatik həll kimi dəstəklədiklərini, iradə və qətiyyətləri ilə bir daha təsdiq etmiş olur. Sülh mədəniyyəti prinsiplərinin praktiki formalaşması keçmiş opponentlərin ümumi demokratiya prinsipləri əsasında, vətəndaş və hüquqi dövlətin çoxsahəli mədəni və elmi əlaqələrin yaranması ilə iqtisadiyyat, dövlət quruculuğu sahəsində tərəf- müqabillik və əməkdaşlığın formalaşması və inkişafı yolu ilə gedir. Bu vaxtlar bir-birilə barışmaz surətdə vuruşan, yaxud münaqişə halında olan ölkələrin müasir fəal əməkdaşlığı, sülh mədəniyyətinin praktiki olmasına gözəl illüstrasiyadır".

Bəşəriyyət daim əbədi sülh axtarışında olmuş, sülh, dinclik, əmin-amanlıq uğrunda mübarizə aparmışdır. Beləliklə, hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu prosesində sülh mədəniyyəti formalaşmışdır. Sülh mədəniyyəti bəşəriyyətin idealı olmuş, idealı olaraq da qalmaqdadır. Beynəlxalq təşkilatların BMT-nin, YUNESKO-nun nizamnamələrində sülh mədəniyyəti öz əksini tapmışdır. BMT nizamnaməsində göstərilir: "Birləşmiş millətlərin xalqları, gələcək nəsilləri müharibə fəlakətindən xilas etmək qətiyyətilə insanların əsas hüquqlarına, insan şəxsiyyətinin ləyaqət və dəyərinə inam hissini yenidən tədqiq etmək və bu məqsədlərlə dözümlülük nümayiş etdirmək və mehriban qonşular kimi bir-biri ilə dinc yanaşı yaşamaq əzmindəyik".

1998-ci ilin sonunda isə yenə də YUNESKO-nun təşəbbüsü ilə 2000-ci ili rəsmən Sülh Mədəniyyəti İli elan etmişdir. Bununla əlaqədar olaraq, Nobel mükafatları laureatlarının təşəbbüsü ilə 2000-ci il sülh manifesti hazırlandı və YUNESKO bu təşəbbüsü bəyəndi. Sülh mədəniyyəti qeyri-zorakılığı, əsas hüquqlara və azadlıqlara hörmət, qarşılıqlı anlaşmaya, dözümlülüyə və həmrəyliyə, qadınların fəal iştiraka cəlb edilməsinə və onlara hakim funksiyaların tapşırılmasına, azad məlumat axınının qəbul edilməsinə və mübadiləsinə əsaslanmış ümumi məqsədlər, məqamlar, nəzərlər və davranışlar məcmusudur. Onu da deyək ki, Azərbaycan Respublikası Sülh Manifestini imzalayan ilk dövlətlərdən biridir.

Sülh mədəniyyəti - qeyri-zorakılıq, zor işlətməmək prinsipi dünya dinləri - xristianlıq, buddizmislamda XVIII-XIX əsrlərin Qərbi Avropa filosofları və siyasətşünaslarının əsərlərində özünə geniş yer almışdır. Bütün dinlər, bir qayda olaraq, xalqlar arasında, Allah və bəşəriyyət arasında, barışın insan və canlılar arasında ahəngdarlığın ilahi qanun əsasında bərqərar olmasına sosial sülh - ədalət əsasında cəmiyyət daxilində sülhün bərqərar olmasını bəşəriyyətin inkişafında mühüm addım hesab edir.

İslam təliminə görə, "barışda Allahın rizası" olur. İslamda qadağan olunan əməllərdən biri sülh bağlanandan sonra müharibəni davam etdirməkdir. Bu barədə Həzrət Əli "Nəhcül-Bəlağə"də belə buyurmuşdur: "Özünlə düşmən arasında bir sülh müqaviləsi bağladıqda, yaxud ona aman paltarı geydirdikdə, əhdinə vəfa et, verdiyin amana riayət et".

İran islamşünas alimi M.Müstəva Müvavilari özünün "İslam və Qərb mədəniyyəti" əsərində göstərir ki, islam dini sülhsevərliyi insanların batinində bərqərar etmək istəyir. Əgər insanlar daxilən sülh tərəfdarı olmasalar, zahirdə elan olunan  sülhün heç bir faydası olmaz. Bəşər öz mənəvi keyfiyyətlərinə görə yüksək səviyyəyə çatmazsa, sülh müqavilələri və əhdnamələrə əməl etmək imanAllah qanunlarına əsasən olmazsa, həmin müqavilələr gec-tez pozulacaq və sülhsevərlik yalnız şüar olaraq qalacaq.

Əgər insanların daxilində vicdani hisslər baş qaldırsa, qəlblərinə mərhəmət nuru hopsa, onlar çəkişmələrin əsl səbəblərini anlayarbu halda bütün ədalətsizliklər və keşməkeşlər tədricən zəifləyər və nəhayət, tamamilə aradan gedər. Onda həqiqi sülh bəşər cəmiyyətində bərqərar olar. Sülh mədəniyyətinə Şərqdə və Qərbdəki münasibəti müqayisə edən alim islamın sülhpərvərliyinin üstünlüyünü göstərir.

İndisülhün islam və "mədəni cəmiyyət"lər nəzərindən necə bir anlayış olduğunu araşdıraq. İslamın irəli sürdüyü sülh proqramı böyük dövlətlərin qəbul etdiyi sülhdən əsaslı şəkildə fərqlənir. Böyük dövlətlərin nəzərincə sülh kiçik dövlətlərin təbii sərvətlərini öz aralarında bölüşdürmək üçün yaradılan şərait deməkdir. Belə sülhlə onlar dünyanın bütün məntəqələrində öz nüfuzlarını daha rahat yaya bilirlər. Onların təşkil etdikləri sülh konfransları və məclisləri zahirdə bu ideyadan bol-bol danışmaq, əslində isə, öz məqsədlərini həyata keçirmək üçün əlverişli şərait yaratmaqdan ötrü olan başqa bir şey deyil. Amma islam dini dünyanın müxtəlif millətlərinin hüquq bərabərliyinə əsaslanan sülh istəyir. Heç bir ayrı-seçkilik olmadan, dövlətləri "böyük" və "kiçik"liyə bölmədən, zəiflər və qüdrətlilər üçün eyni olan, hər cür təcavüz və zoru rədd edən həqiqi sülhün bərqərar olunması islamın ən ali hədəflərindəndir.

BMT bütün dünyada sülh və əmin-amanlığın təmin olunması, ixtilafların aradan qaldırılması və müharibəyə yol verilməməsi üçün çoxlu səylər edir. Amma beynəlxalq aləmdə böyük dövlətlər münaqişələri "həll etmək" üçün heç BMT-yə məhəl qoymur və istədikləri kimi hərbi gücə əl atırlar. Hansı ölkəyə hərbi müdaxilə etmək istədikdə onları dünya ictimaiyyətinin nəzəri zərrə qədər də olsa, maraqlandırmır.

Sülh mədəniyyətini, sülh fəlsəfəsini müharibə, savaş fəlsəfəsinə qarşı qoyanlar arasında L.Tolstoyun, M.Qandinin, F.M.DostoyevskininT.Toronun adlarını xüsusi qeyd etmək olar. M.Qandi qeyri-zoraki yolla Hindistanda milli-azadlıq hərəkatına başçılıq etmiş, hindlilər və müsəlmanlar arasında sülh yaratmağa nail olmuşdur. Sülh mədəniyyətinin inkişafına XX əsrdə Martin Lüter Kinq, A.Saxarov, A.Şveytser, V.Qabelöz töhfələrini vermişlər. Çexlərin görkəmli ictimai xadimi V.Qabelin "hakimiyyətsiz hakimiyyət", ideyası bu sahədə xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan tədqiqatçısı Ə.Abbasov sülh mədəniyyətinin vətəndaş cəmiyyətinin inkişafında oynadığı rol haqqında yazır: "Demokratiyanın plürallığı şəraitində antimilitarist şüurun yaranması sülh mədəniyyətinin formalaşdırılması istiqamətində bütün siyasi sistemdə deyil, hələlik, yalnız vətəndaş cəmiyyətində olsa da "patriarxallıq fəlsəfəsinin" korroziyasının ilk əlamətidir. Deməli, vətəndaş cəmiyyətində sülh mədəniyyəti mentallığının inkişafı - formalaşmış ümumbəşəri dünyagörüşünün dəyişdirilməsi yoludur ki, bu da totalitarizmdən demokratiyaya keçməkdə olan ölkələr üçün xüsusilə vacibdir. Qədəm qoymuş XXI əsr bəşəriyyətin, münaqişələrin həllinin güc metodlarının virtuallaşdırılması yollarının mənimsənilməsi dövrünə çevrilməlidir ki, bu da qısa vaxt ərzində sülh mədəniyyətinin və "yeni şüur fəlsəfəsinin" inkişafını tələb edir. Müasir dünyada sülh mədəniyyəti haqqında təsəvvürlər hələ də qeyri-müəyyəndir. Özüonun əhəmiyyəti və aktuallığının qiymətləndirilməsində fikirlərin kəskin qütbləşməsi mövcuddur. Bununla bağlı əsas məsələ münaqişə tərəflərinə sülh mədəniyyətinin pozitivpraqmatik rolunu nümayiş etdirməkdən, onun üstünlüklərini əyani surətdə göstərməklə və ətrafında yaranmış stereotip və mifləri tədricən dağıtmaqdan ibarətdir".

Sülh mədəniyyəti məğlubiyyətçilik, milli maraqların nəzərə alınmaması deyil. Bu mədəniyyət milli maraqların müdafiəsi, tolerantlıq və kompromisin vəhdətindən ibarətdir. Azərbaycan MEA-nın müxbir üzvü S.Xəlilov özünün məşhur "Lider. Dövlət. Cəmiyyət" əsərində sülh mədəniyyətinin mahiyyəti, strukturu haqqında ətraflı bəhs etmişdir: "Nədir sülh mədəniyyəti? Sülhü passiv mövqe kimi, milli maraqlar uğrunda mübarizədən əl çəkilməsi, təslimçilik əhvalı kimi başa düşənlər səhv edirlər. Daha doğrusu, belələri "sülh mədəniyyəti"ndən uzaq olanlardır. Sülh mədəniyyəti sülhün mürəkkəb daxili quruluşunu, dinamikasını, dramatizmini dərk etmək, incə yollarla, qansız-qadasız mübarizə üsullarına yiyələnməkdir. Coğrafi-iqtisadi siyasət də, coğrafi transsiyasət də, azad ticarət və iqtisadi məkan uğrunda mübarizə də "sülh mədəniyyəti"nin tərkib hissələridir".

S.Xəlilov sülh mədəniyyətinin mürəkkəb struktura malik bir fenomen olduğunu da göstərir: "Sülh vəziyyətinin dinamik strukturunun araşdırılması böyük dövlətlərin iqtisadi-siyasi və mədəni-mənəvi maraqlarının planetin geosiyasi xəritəsində bir fon kimi götürülməsini və münasibətdə olan dövlətlərin öz maraqlarının bu fonda, bu kontekstdə ikinci qat kimi yerləşdirilməsini nəzərdə tutur. Bu struktura, habelə, hər bir ölkənin milli-mənəvi dəyərləri, din faktoru da daxil edilməlidir. Nəticədə sülhün strukturuna iqtisadi, siyasi, mədəni, milli-mənəvi və dini faktorların daxil edilməsi lazım gəlir. Buraya beynəlxalq hüquqla, ümumbəşəri dəyərlərlə və böyük dövlətlərin maraqları ilə şərtlənən infrastruktur da əlavə edildikdə sülhün, əslində, necə mürəkkəb struktura malik olduğu ortaya çıxır".

Hüquqi-demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu yolu ilə gedən  Azərbaycan sülh mədəniyyətinin bərqərar olduğu bir məkandır. Azərbaycanda sülh mədəniyyətinin formalaşmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidməti olmuşdur. Ulu Öndər böyük Atatürk kimi cahanda sülh, ölkədə sülh prinsipinə sadiq dahi şəxsiyyət idi. Ulu Öndər deyirdi: "İyirminci yüzilliyin sonunda Avropa qarşısında həqiqi sülhsabitlik yolu açılmışdır".

S.Xəlilov Ulu Öndərin sülh siyasətinin mahiyyəti haqqında belə deyir: "Bəli, Heydər Əliyevin siyasəti sülh siyasətidir. Lakin hər şey "sülh" anlayışını necə başa düşməkdən asılıdır. Sülh siyasəti heç də mübarizənin dayandırılması kimi başa düşülməməlidir, əksinə, qarşıdurmanın bəsit, primitiv həll üsulu olan və əslində, heç vaxt, heç bir məsələni tam həll edə bilməyən müharibə yolundan fərqli olaraq, sülh yolu çox çətin və mürəkkəb bir yoldur. Burada siyasi konsepsiyaların, ideologiyaların mübarizəsi gedir".

Ulu Öndər dünyada və ölkədə sülhün vəhdət təşkil etdiyini yaxşı anlayırdı: "Biz istəyirik həqiqətən Avropada təhlükəsizlik, sülh, əmin-amanlıq olsun, eyni zamanda, öz problemimizin həllini, yəni Qafqazda əmin-amanlıq, sülh olmasını istəyirik".

R.Quliyevin fikrincə, sülh mədəniyyətinə birtərəfli yanaşmaq düzgün deyildir. Bu mənada, Ulu Öndərin münaqişəni həll etmək, sülhə nail olmaq konsepsiyası dahiyanə düşünülmüş sülh fəlsəfəsidir: "Əgər torpağımız sülh yolu ilə azad olunmazsa, biz nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad edəcəyik. Dünya bilməlidir, hamı bilməlidir və o cümlədən, Ermənistan tərəfi də bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir metrini də, bir qarışını da heç kəsə verməyəcəyik. Dünya belə qalmayacaq. Heç kəs güman etməsin ki, torpaqlarımızın bir hissəsi - Dağlıq Qarabağ, yaxud başqa bir hissəsi zorla əlimizdən alına bilər. Xeyr, biz bununla heç vaxt razı ola bilmərik və heç vaxt razı olmayacağıq. Bizim xalqımız heç vaxt bununla razı ola bilməz, Azərbaycan Prezidenti heç vaxt bununla razı ola bilməz!"

Ulu Öndərin layiqli siyasi varisi ölkə Prezidenti İlham Əliyev də Azərbaycanın ərazi bütövlüyünə qəsdlə heç cür razılaşmır və sülh danışıqları baş tutmazsa, hərbi qüvvə yolu ilə məsələni həll etməyi açıq-aşkar bəyan etmişdir. Buna Azərbaycanın haqqı da var, ərazi bütövlüyünü bərpa etmək üçün yenilməz gücü də!

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 21 avqust.- S.15.