İlham Əliyev – "böyük
dördbucaq"da strateji əməkdaşlıq şəbəkəsinin
memarı
Prezident İlham Əliyevin Yunanıstana səfəri
ilə əlaqədar
yunan mətbuatında
bir neçə məqalə dərc olunub. Məqalələrdə böyük bir
ərazini – Mərkəzi
Asiya-Qafqaz-Yaxın Şərq-Avropanı
əhatə edən geosiyasi məkanda strateji əməkdaşlıq
şəbəkəsinin formalaşması
tezisi irəli sürülür və bu prosesin təməlində
Azərbaycanın xarici
siyasətinin durduğu
vurğulanır.
Cənubi Qafqaz: xarici siyasətdə uğurlu
model axtarışı
Müasir beynəlxalq aləmdə yalnız strateji təfəkkürə və
diplomatik istedada malik olan liderlər
uğurlu xarici siyasət yeridə bilərlər. SSRİ dağılanda, Cənubi Qafqaz məkanında yerləşən ölkələrin
hamısı üçün
başlanğıc şərtlər
təqribən eyni idi. Hətta bir sıra dövlətlər digərlərini,
məsələn, Azərbaycanı
münaqişələr vasitəsi
ilə daha ağır vəziyyətə
salmışdı. Ermənistanın Azərbaycan ərazilərinə
xarici dəstəklə
təcavüzü, dalbadal
terror aktlarının törədilməsi
ölkədə ciddi
siyasi, iqtisadi, mədəni problemlər yaratmışdı. Dövlətin təhlükəsizliyinə böyük
təhdidlər vardı.
Buna görə də digər postsovet məkanı ölkələrindən fərqli
olaraq, Azərbaycan müstəqil xarici siyasət kursunu bir qədər gec formalaşdırmaq məcburiyyətində idi.
Amma bu gün, Azərbaycan
postsovet məkanının
ən uğurlu dövlətidir! Bu, məhz xarici siyasətin mükəmməlliyi
nəticəsində mümkün
oldu. Əsası ulu öndər
Heydər Əliyev tərəfindən qoyulan
bu kurs ölkəni
bütün keşməkeşlərdən
uğurla keçirdi.
Prezident İlham Əliyev isə onu yeni
səviyyəyə yüksəltdi.
Bu kontekstdə Cənubi Qafqaz ölkələrinin hazırkı
geosiyasi vəziyyətinə
nəzər salsaq, çox məqamlar aydın olar.
Ermənistan tamamilə qeyri-müəyyən
geosiyasi mövqedədir. Bu ölkənin hələ də təcavüzkarlıqdan
başqa, xarici siyasətdə bir fəaliyyəti yoxdur.
Ötən müddətə diqqət yetirdikdə görürük ki, rəsmi İrəvan bir dənə də olsun, konseptual xarakterli layihə təklif etməyib, regionun geosiyasi dinamikasını müsbətə doğru
dəyişən addım
atmayıb. Onun
"arqumentləri" belədir:
"Ermənistan qədim
dövlətçilik ənənəsinə
malikdir, bütün qonşuları ona torpaq verməlidir, regionda mədəniyyətin
beşiyi ermənilərdir,
dünyanın bütün
böyük dövlətləri
Ermənistanı qorumalı,
"soyqırımı"nı hamı etiraf etməlidir" və s. Sovet İttifaqı dağılandan bu yana rəsmi
İrəvan bunlardan fərqli heç bir siyasi və
ya geosiyasi tezis irəli sürməyib.
Bu səbəbdəndir ki, heç bir regional layihədə ermənilərin imzası
yoxdur, bu günə qədər onlarla strateji əhəmiyyətli müqavilə
imzalanmayıb. Yalnız Rusiya və
İran himayəçilik
xarakteri daşıyan
sazişlərə qol
qoyublar. S.Sarkisyanın bu yaxınlarda Latın Amerikası ölkələrinə səfəri
bir daha göstərdi ki, havadarlarından başqa, kimsə İrəvanla
real əməkdaşlıq etmək niyyətində deyil.
Gürcüstan bir qədər fərqli vəziyyətdədir. Onun Qərblə, xüsusilə
ABŞ-la müəyyən isti münasibətləri
vardır. Bu aspektdə
Tbilisinin xarici siyasətini Vaşinqton və Brüssel dəstəkləyir. Lakin bütövlükdə
bu model müasir tələblərə cavab
verə bilməz.
Reallıq da bunu sübut edir.
Çünki bu model, əvvəla, birtərəflidir. Burada Rusiya kimi böyük dövlətlə
Gürcüstanın münasibətləri
qeyri-müəyyən olaraq
qalır; ikincisi, Gürcüstan ciddi geosiyasi əhəmiyyəti
olan layihələr təklif etmək potensialına malik deyil. Rəsmi Tbilisinin yürütdüyü
xarici siyasət zərərsizdir, qonşulara
ziyanı dəymir, lakin müasir dövrün tələbləri
çərçivəsində yaradıcı və məhsuldar ola
bilmir.
Onun xarici siyasəti hələlik özünün mövcudluğunu
bu və ya digər şəkildə
qoruyub saxlamaqla məhdudlaşır. Təsadüfi deyil ki, Ukrayna hadisələrindən
sonra rəsmi Tbilisi təhlükəsizliyinin təmini
üçün Qərbə
bir neçə dəfə müraciət
edib, ona qarşı tələblər
irəli sürüb.
Məlum
olur ki, öz təhlükəsizliyini
təmin etmək üçün Gürcüstanın
daxili potensialı və real imkanları çox zəifdir.
Yeni əməkdaşlıq formatları: Azərbaycanın
təşəbbüslərinin strateji əhəmiyyəti
Bunların fonunda Azərbaycanın xarici siyasəti çox uğurlu görünür. Hər şeydən əvvəl,
ölkədə tam daxili
sabitlik hökm sürür. Prezident İlham
Əliyevin vurğuladığı
kimi, Azərbaycan üçün daxildən
heç bir təhlükə yoxdur.
Digər
tərəfdən, Azərbaycan
bütün qonşuları
ilə münasibətlərini
qarşılıqlı və
bərabərhüquqlu faydalılıq
prinsipi əsasında
qura bilib. Bunlardan başqa, rəsmi Bakı enerji siyasəti ilə regionda və dünyada təhlükəsizliyin
təmini üçün
ciddi töhfələr
verib. Bunu ölkə rəhbərliyinin
irəli sürdüyü
konkret təkliflər
sübut edir.
Məsələn, Prezident İlham Əliyev ikitərəfli və üçtərəfli
əməkdaşlıq modellərinin
təşəbbüskarıdır. Bu, regional miqyasda müxtəlif geosiyasi konfiqurasiyalar formalaşdırmağa imkan
yaradıb. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran,
Azərbaycan-Türkiyə-Türkmənistan
üçtərəfli formatları
kimi əməkdaşlıq
formatlarının perspektivləri
etiraf olunur.
Başqa bir misal rəsmi
Bakının Avropa İttifaqı ilə əməkdaşlığına strateji tərəfdaşlıq
statusunun verilməsini
təklif etməsidir. Bu, assosiativ üzvlükdən
fərqli geniş imkanlara malik əməkdaşlıq formatıdır.
Brüssel təklifə münasibət
bildirib və həmin istiqamətdə işlər görülür.
Nəhayət, Azərbaycan böyük geosiyasi əhəmiyyəti
olan iri enerji layihələrinin təşəbbüskarı və
müəllifidir. Onların sırasında dünyanın
aparıcı analitiklərinin
də diqqətini çəkən TAP və
TANAP layihələri xüsusi
yer tutur. Bu layihələrin aşağıdakı
iki aspekti var: birincisi, onlar iqtisadi baxımdan olduqca səmərəlidirlər; ikincisi,
geosiyasi kontekstdə qlobal enerji təhlükəsizlik
sisteminin formalaşmasında
həlledici rol oynaya bilərlər.
Təsadüfi deyil ki, bütün
bunlara əsaslanaraq Avropada mütəxəssislər
əmindirlər ki, Azərbaycan böyük bir geosiyasi məkanda
– Qafqaz-Mərkəzi Asiya-Yaxın
Şərq-Avropa dördbucağında
strateji əməkdaşlıq
şəbəkəsinin qurulmasına
nail olub.
Müstəqilliyini əldə etmiş bir müsəlman dövlət üçün
bu, böyük dəyərdir. Mərkəzi Asiya, Qafqaz, Yaxın Şərq, Avropa məkanı müasir dünya siyasətinin əsas diqqət mərkəzində
yerləşir. Burada strateji
əməkdaşlıq şəbəkəsini
qurmaq siyasi ustalıq, bacarıq və uzaqgörənliklə
yanaşı, iradə,
qətiyyət tələb
edir. Siyasətçi
özünə əmin
olduqda, buna nail ola bilir.
Deməli, Prezident İlham
Əliyev həyata keçirdiyi xarici siyasət kursuna tam əmindir və yüksək qətiyyətlə
onu reallaşdırır.
Məsələnin geosiyasi aspekti xüsusi əhəmiyyət
kəsb edir. Yunanıstan
mətbuatı bunun konkret nümunələri
kimi iki ölkə arasında aparılan danışıqların
məzmununu və imzalanan sazişləri göstərir (bax: məs.,
President Papoulias meets with Azeri counterpart, Ilham Aliyev /
"Protothemanews.com", 16 iyun 2014). Dövlət
başçısı Yunanıstan
Prezidenti ilə görüşdə enerji
layihələrinin geosiyasi
və strateji əhəmiyyətini dəqiq
ifadə edən fikirlər söyləyib.
Yunan mətbuatı onlara istinadən Azərbaycanın
qlobal geosiyasətə
və enerji təhlükəsizliyinə verdiyi
töhfələri xüsusi
vurğulayıb. Prezident
İlham Əliyev deyib: "Enerji təhlükəsizliyi strateji
əhəmiyyət daşıyır.
TAP boru xətti təkcə enerji layihəsi deyil, həm də Azərbaycanla Yunanıstan
arasındakı münasibətlərin
modernləşməsidir… TAP-ın çəkilməsi
və "Şahdəniz"
yatağının istifadə
verilməsi Avropa üçün əhəmiyyətlidir".
Azərbaycan Prezidentinin bu maraqlı fikirlərinin əhəmiyyətini, onun
Yunanıstana səfəri
ərəfəsi KİV-də
dərc edilən bir yazıda ifadə olunan məqamların fonunda daha dərindən dərk etmək olar. Yunanıstanın "The
TOC" nəşri iyunun 12-də
vurğulayırdı ki, ölkə
hökumətinin rəhbəri Antonis Samaras müxtəlif sahələrə qoyulacaq sərmayələrlə bağlı əhəmiyyətli
görüşlər keçirəcək. O cümlədən,
yunan lider Küveytin baş nazirinin müavini, Azərbaycan
Prezidenti, Portuqaliya, Finlandiya, Macarıstan rəhbərliyi ilə
görüşəcək. Nəhayət, Afina Çinin baş nazirini qəbul edəcək (bax: Samaras'
sprint of foreign investment meetings / "The TOC", 12 iyun 2014).
Göründüyü kimi, Azərbaycan Avropa üçün ciddi mənada sərmayə yatıran dövlətdir. İlham Əliyevin yuxarıda
gətirdiyimiz fikrində
də Bakının strateji mahiyyət daşıyan layihələrə
qatıldığı və
bu istiqamətdə fəaliyyətini müasir
qlobal geosiyasətin tələblərinə uyğun
qurduğu vurğulanıb.
Bunlar Azərbaycanın
xarici siyasətdə yeni bir mərhələyə
yüksəldiyini və
onun geosiyasi nüfuzunun artdığını
göstərir. Artıq onun
fəaliyyəti Mərkəzi Asiya-Qafqaz-Yaxın Şərq-Avropa
geosiyasi məkanı miqyasında qiymətləndirilir.
Səs.- 2014.- 1 avqust.- S. 3.