Avropa özünün bəyan etdiyi dəyərləri, hüququn aliliyi prinsipini əsas götürməli və ikili standartlara yol verməməlidir

 

 

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə

- Asim müəllim, məlum olduğu kimi, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eştonqurumun genişlənmə üzrə komissarı Ştefan Füle, eyni zamanda, bəzi xarici hüquq-müdafiə təşkilatları növbəti dəfə Azərbaycanda insan haqlarının pozulması iddiası ilə çıxış ediblər. Ölkə ictimaiyyətinin nümayəndələri bu yanaşmanı subyektiv, qərəzli mövqe kimi dəyərləndirir və klassik ikili standart nümunəsi hesab edirlər. Sizin bu məsələyə münasibətiniz necədir?

- Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eştonqurumun genişlənmə üzrə komissarı Ştefan Fülenin, həmçinin bəzi xarici hüquq-müdafiə təşkilatlarının bu yanaşması, heç şübhəsiz, subyektiv və qərəzli xarakter daşıyır. Bu gün bir çox ölkələrdə, o cümlədən postsovet məkanında insan hüquqlarının vəziyyəti ilə bağlı müəyyən fikirlər söylənilir. Amma təəssüflər olsun ki, bu qurumun timsalında bir daha görünür ki, məhz Azərbaycana qarşı qərəzli münasibət mövcuddur. Bu cür bəyanatlar, əslində, Avropanın, yaxud Qərbin bir çox məsələlərə reallıqlardan uzaq yanaşmasını göstərir. Azərbaycana qarşı bu münasibətin səbəbi isə Avropanın erməni lobbisi və ermənipərəst dairələrin təsiri altında hərəkət etməsidir. Avropa erməni lobbisinin Azərbaycana qarşı təbliğatının, yayılmış qeyri-dəqiq və qərəzli məlumatların əsasında hərəkət edirbu, haqlı olaraq Azərbaycan ictimaiyyətində ciddi narazılıq yaradır. Avropa özünün bəyan etdiyi dəyərləri, hüququn aliliyi prinsipini əsas götürməli və bu cür hallara, ikili standartlara yol verməməlidir. Şübhəsiz, bu cür yanaşma Avropanın özünün imicinüfuzuna ziddir.

Avropa ayrı-ayrı ölkələrdə insan hüquqlarının qorunması, demokratik inkişaf naminə əməkdaşlığın davam etdirilməsi prinsiplərindən bəhs edir. Amma buna paralel olaraq həm də bir çox ölkələrə, o cümlədən Azərbaycana qarşı ikili standartlara, qərəzli yanaşmalara yol verir. Zənnimcə, bu, qəbuledilməzdir.

- Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə hər kəs qanun qarşısında bərabərdir. Məhz buna görə də ictimai asayişin qorunması və qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində adekvat strukturlar tərəfindən müvafiq tədbirlər görülür. Qanunların aliliyi prinsipinin üstün tutulması hər zaman qanunçuluq prinsipidemokratiyadan bəhs edən Avropanı, o cümlədən ayrı-ayrı hüquq-müdafiə təşkilatlarının timsalında Qərbi  niyə narahat edir?

- Təəssüf ki, biz bu cür hallara da rast gəlirik. Bilirsiniz ki, Avropa strukturları, o cümlədən Qərb həmişə hüququn aliliyi, demokratik dəyərlərin üstünlüyü, insan hüquqlarının toxunulmazlığı kimi prinsiplərdən bəhs edir. Amma bəzi hallarda məhz bu məsələlər ətrafında subyektiv mövqe sərgilənir, reallıqdan kənar yanaşmalar ortaya çıxır. Bu, ilk növbədə, Azərbaycan reallıqlarının təhrif olunması ya ölkəmizlə bağlı qeyri-dəqiq, etibarsız mənbələrdən istifadə edilməsi ilə əlaqədardır. Azərbaycan reallıqları beynəlxalq ictimaiyyətə çatdırılır. Amma bununla yanaşı, hüquq mühafizə orqanları müvafiq məsələ proseslərlə bağlı məlumatları beynəlxalq ictimaiyyətə çatdırmalıdır ki, Azərbaycanla bağlı yanlış, qərəzli məlumatların qarşısı alınsın.

 Erməni lobbisi, ermənipərəst dairələr Azərbaycan əleyhinə təbliğat çərçivəsində məkrli, yanlış məlumatlar yayırlar. Bununla mübarizə aparılır Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində müvafiq addımlar atılır. Lakin qeyd etdiyim kimi, yaxşı olar ki, hüquq mühafizə orqanları ayrı-ayrı qanun pozuntuları, eləcə bu cür hallara asayişin qorunmasına yönəlik tədbirlər barədə davamlı olaraq beynəlxalq ictimaiyyətin müvafiq strukturları ilə məlumat mübadiləsi aparsınlar. Bu, qeyri-dəqiq qərəzli məlumatların qarşısının alınması istiqamətində mühüm əhəmiyyət daşıyır.

- Məlumdur ki, bu gün Qərb ölkələrində, eləcə Avropa məkanında qanun pozuntularına, insan hüquqlarının məhdudlaşdırılmasına dair çoxsaylı faktlar mövcuddur. Bəs üçün bəhs edilən qurumun nümayəndələri, eləcə insan hüquqları, demokratiya kimi dəyərlərdən təsir təzyiq vasitəsi kimi istifadə edən hüquq-müdafiə təşkilatları bu faktlara dair hər hansı bir bəyanatla çıxış etmir, bu məsələlərdən yan keçməyi üstün tuturlar?

- Qeyd etdiyim kimi, Avropanın özündə, bütövlükdə Qərbdə qanun pozuntularına, insan hüquqlarının heçə sayılmasına dair ciddi faktlar mövcuddur. Amma buna baxmayaraq, ayrı-ayrı ölkələrə qarşı ikili standartlardan istifadə olunur. Bəzən ikili standartlar prinsipinə müxtəlif ölkələrə təzyiq göstərilməsi üçün istinad edilir. Buna görə paradoksal vəziyyət yaranır. Təəssüflər olsun ki, Azərbaycanın insan hüquqlarına riayət etməməkdə günahlandırılması qərəzli xarakter daşıyır. Azərbaycanı elə ölkə günahlandırır ki, o, özü bu hüquqa heç vaxt riayət etmir bir çox hallarda demokratik dəyərlərə qarşı çıxır. Azərbaycan ilə bağlı hallarda buna, üstəlik, erməni diasporunun aktivliyi təsiri əlavə olunur.

- Asim müəllim, insan hüquqlarının qorunmasını, hüququn aliliyi prinsipini əsas tutduğunu iddia edən Avropa Qərbin müvafiq təşkilatları üçün Ermənistanın təxribatçı hərəkətlərinə, 1 milyondan çox soydaşımızın hüquqlarının pozulmasına adekvat reaksiya vermirlər?

- Avropa Qərbin bir sıra hüquq-müdafiə təşkilatları bu cür subyektiv mövqe tutmaq əvəzinə, Ermənistanın beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrin icra etməməsinə, işğal edilmiş Azərbaycan torpaqlarının boşaldılması məsələsinə xüsusi diqqət yetirməlidir. Qanunların, hüququn aliliyi məsələsindən bəhs edərkən 1 milyondan çox soydaşımızın hüquqlarının pozulması məsələsinə nəzər salmaq lazımdır.

Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinə mane olan Ermənistana qarşı müvafiq tədbirlər görülməli, hətta sanksiyalar tətbiq edilməlidir. Bu ölkənin aqressiv, təcavüzkar siyasəti dünya ictimaiyyətinə yaxşı məlumdur. Son günlər ərzində atəşkəsin tez-tez pozulması Azərbaycan ordusunun verdiyi itkilər erməni cinayətlərinin təkrarıdır. Azərbaycan beynəlxalq təşkilatların, dünya dövlətlərinin diqqətini Ermənistanın atəşkəsi pozaraq, cinayət törətməsinə yönəltməyə çalışır. Bu istiqamətdə, hesab edirəm ki, əhəmiyyətli nəticələr əldə ediləcək. ATƏT, Avropa Şurası, digər Qərb təşkilatları bu hadisələrə adekvat reaksiyalar verməlidirlər. Lakin təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində acizlik nümayiş etdirir. Beynəlxalq təşkilatlar boş bəyanatlarından başqa heç etmir. Təcavüzkarın siyasətinə adekvat qiymət verilməli, Ermənistana qarşı müvafiq sanksiyalar həyata keçirilməlidir. Ukrayna, Gürcüstan, Moldovadakı hadisələr Dağlıq Qarabağın analoqudur. Eyni texnologiyalarla, eyni qüvvələr tərəfindən həyata keçirilən bu münaqişələrin həlli beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmalıdır. Biz bütün beynəlxalq təşkilatlardan BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası istiqamətində müvafiq addımların atılması təcavüzkara qarşı sanksiyaların tətbiq etməsini tələb edirik. Əks halda həm Ukrayna, həm digər bölgələrdə gərginlik artacaq. Biz qətiyyətlə bütün həmsədr ölkələri münaqişənin həlli ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələri yerinə yetirməyə çağırırıq.

Bundan başqa, münaqişənin nizamlanması çərçivəsində beynəlxalq hüququn kobud şəkildə pozulmasına, eləcə BMT Təhlükəsizlik Şurasının başqa beynəlxalq təşkilatların münaqişənin həlli üzrə qəbul etdikləri qətnamələrin implementasiyasına göz yumulur. Ermənistanın təcavüzünə qarşı hansısa konkret sanksiyalar tətbiq edilmir ona ciddi təzyiq göstərilmir. Bütün bunlar Ermənistan üçün cəzasızlıq mühiti yaradır. Məhz belə hallar yolverilməzdir. Avropa, Qərb öz növbəsində insan hüquqlarından təzyiq vasitəsi kimi istifadə etmək əvəzinə, bəhs etdiyimiz istiqamətdə real tədbirlər görməli cinayətkarın cəzalandırılması yönündə konkret nəticələr əldə etməlidir.

 

yap.org.az

Səs.- 2014.- 23 avqust.- S.7.