Vətəndaş cəmiyyətində müəllimlərin etik davranış qaydaları

 

        

     Vətəndaş cəmiyyəti quruculuğunda Təhsilin İnkişaf Strategiyasında aşağıdakılar xüsusi qeyd edilir:

     - ölkənin modernləşməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycan Respublikasının beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək;

     - məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə, insanın hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;

     - milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyaninkişaf etdirən, geniş dünyagörüşünə malik olan təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq;

     - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini, təhsil alanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.

     Bu vəzifələrin həyata keçirilməsi müəllimin hazırlıq səviyyəsindən, mədəniyyətindən, etik davranış qaydalarına riayət etməsindən asılıdır. Məhz bu məqsədin həyata keçirilməsini təmin etmək məqsədilə təhsil naziri 16 may 2014-cü ildə 600 nömrəli əmrlə "Müəllimlərin etik davranış qaydaları"nı təsdiq etmişdir.      Bu qaydalar müəllimlərin etik davranış prinsiplərini və onlara uyğun tələbləri, təhsil prosesi iştirakçılarının qarşılıqlı münasibətlərinin xüsusiyyətlərini müəyyən edir və onları tənzimləyir. Qaydalar bütün növ təhsil müəssisələrində çalışan müəllimlərə şamil edilir.

     Bu qaydaların tətbiqində əsas məqsəd təhsil müəssisələrində sağlam, işgüzar durumun bərqərar olmasına, vətəndaşların təhsil müəssisəsinə və müəllimə etimadının artırılmasına, təhsil müəssisələrinin idarə olunmasında valideynlərin və cəmiyyətin daha yaxından iştirakının təmin edilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına, təhsil müəssisəsində korrupsiya hallarının və maraqların toqquşmasının qarşısının alınmasına və müəllim nüfuzunun yüksəlməsinə nail olmaqdan ibarətdir.

     Əmrdə etik davranış prinsipləri (qanunun aliliyi, vicdanlılıq, peşəkarlıq və fərdi məsuliyyət, loyallıq, mədəni davranış, qərəzsizlik, gender bərabərliyi, ictimai etimad) konfidensiallığın təmin edilməsinə diqqəti cəlb edirbu baxımdan müəllim şəxsiyyətinin vəzifələri açıqlanır. Onlar da əvvəldə qeyd etdiyimiz kimi, müəllim şəxsiyyəti, müəllimin peşə fəaliyyəti qanunvericiliklə müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqlarının təmin olunması ilə əlaqədar fəaliyyətdir. Burada xüsusi qeyd olunmalıdır (maddə 3.4): "Müəllim əlavə təhsil və özünütəhsil yolu ilə ixtisasını, elmi-pedaqoji və peşəkarlıq səviyyəsini daim artırır, təhsilin nəticə və göstəriciləri üzrə araşdırma və təhlillər aparır, keyfiyyətin yüksəldilməsi və nailiyyətlərin əldə edilməsi üçün təkliflərlə çıxış edir". Müəllim işin keyfiyyətinə və nəticələrinə görə və hər bir təhsilalanın intellektual, emosional, mənəvi inkişafı üçün məsuliyyət daşımalıdır. "Müəllim bu sadalananlar üçün, doğrudan da, məsuliyyət daşıyırmı?" Bu sual əslində cavabını tapırmı? Ya da xüsusi qeyd edilir ki, müəllim pedaqoji etika və əxlaq normalarına riayət etməlidir, o, ziyalılıq nümunəsi göstərməlidir və s. "Əslində müəllim qeyd edilən normaları ödəyə bilirmi?" Bu suala da, yəqin ki, cavab tapmaq müşkül məsələdir.

     Professor R.H.Məmmədzadə göstərir ki, müəllim pedaqoji münasibətlərdə əsassız münaqişə və mübahisələrə yol verməməlidir. Münaqişə yarandıqda isə onun konstruktiv həllinə çalışmalıdır. Rəhbərliklə münasibətlərində etik davranış qaydalarına riayət etməli, korrupsiyaya qarşı mübariz olmalıdır. Müəssisə rəhbərliyi kollektivin etik davranış qaydalarına əməl etməsinə məsuliyyət daşıyır. Müəllim valideynlər və cəmiyyət ilə əməkdaşlıq etməli və bu münasibətlərdə vətəndaşlıq borcuna sədaqətli olmalıdır.

     Nəhayət, müəllim içdiyi anda əməl etməlidir. Müəllim bu qaydaları pozarsa, rəhbərlik ona qarşı mübarizə aparmalı, vaxtında ölçü götürməlidir. Rəhbərlik özübu qaydalara riayət etməyi unutmamalıdır. Bu qaydalar pozulduqda mütləq müzakirə olunmalı və ölçü götürülməlidir. Belə hallar kollektivdə baş verirsə, ictimaiyyət məlumatlandırılmalıdır. Bu etik normalara əməl etmək heçasan deyildir. Onları həyata keçirmək üçün müəllimlər pedaqoji etika elmini öyrənməli, etik normalara riayət etməlidirlər. Bu etik normalar isə bir sıra problemlərə münasibətlərin formalaşmasını tələb edir. Onlar uşaqları sevmək, ona kömək etmək, onlara nümunə olmaq, həyatda düz yaşamaq, qanunları pozmamaq, insanlara zərər gətirməmək, əməksevər olmaqs. bacarıqlara sahib olmalıdırlar.

     AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov yazır ki, təhsil öz səviyyə və yönümündən asılı olaraq üç müxtəlif məqsədə xidmət edə bilər. Birincisi, bilik və təcrübə buya digər fəaliyyət sahəsində istifadə olunmaq, praktikada tətbiq edilmək üçün əldə edilir. Həkimlərin, mühəndislərin, bəstəkarların və s. Tətbiqi fəaliyyəti (yaradıcılıq fəaliyyətindən fərqli olaraq hazır bilik və vərdişlərə əsaslanan fəaliyyət) bu qəbildəndir. İkincisi, bilik və təcrübə başqalarına öyrətmək üçün əldə edilir. Müəllimlik sənəti qarşısına heç bir başqa praktik məqsəd qoymadan, yalnız təhsil sisteminin kadrla təmin olunmasına, başqa sözlə, onun öz inkişafına xidmət edir. Fənn müəllimləri əslində fizik, riyaziyyatçı yox, məhz fizika müəllimi, riyaziyyat müəllimi olduğu icimi, müəllim-mühəndis, müəllim-həkim də peşəsinə görə məhz müəllimdir. Üçüncüsü, bilik və təcrübənin səviyyəsini yüksəltmək üçün, yeni biliklər əldə etmək üçün lazım olan fəaliyyət sahəsi - elmi ilkin təhsil mərhələsini tələb edir. Yəni ancaq əvvəlki nəsillərdən miras qalan bilik və təcrübə öyrənildikdən sonra hər bir nəsl öz payını bura əlavə edə bilər. Yeni biliklərin alınması istiqamətində fəaliyyət nəzəri yaradıcılıq - alimlik, yeni təcrübə əldə etmək sahəsində fəaliyyət isə əməli yaradıcılıq (yaradıcı həkim və ya alim-həkim, ixtiraçı-mühəndis və s.) adlanır.

     Birinci - bilik və təcrübənin tətbiqinə, ikinci - yayılmasına, üçüncü - artırılmasına xidmət edir. Lakin bu fərqlər təhsilin məqsədində və yüksək mərhələsində özünü göstərən fərqlərdir. İlkin mərhələdə isə hər üç istiqamət eyni geniş yoldan ayrılır, üst-üstə düşür. Yəni bütün hallarda əvvəlcə keçmiş nəsillərin əldə etdiklərini öyrənmək, mənimsəmək lazımdır. Bu isə sözün dar mənasında, məxsusi mənada təhsildir. Bu mərhələdə təhsil hələ başqa fəaliyyət sahələri ilə çarpazlaşmır və xalis təhsil sahəsi kimi mövcud olur. Bünövrədə və ilk mərtəbələrdə daxili bölgü, şaxələnmə yoxdur. Yalnız məqsədə (müxtəlif məqsədlərə) yaxınlaşdıqca ümumi təhsil prosesində şaxələnmə başlanır və getdikcə dərinləşir. Hansı sahə üçün kadr hazırlanmasından asılı olaraq təhsil buya digər ictimai fəaliyyət sahəsi ilə sıx surətdə əlaqələnmiş olur.

     S.Xəlilov yazır ki, insanın bir fərd kimi mənəvi və intellektual inkişafı arasında sıx qarşılıqlı əlaqə vardır. Əxlaqi-mənəvi prinsiplər insanın dünyagörüşündən, müxtəlif sahələrdə bilik dərəcəsindən və ümumi humanitar mədəniyyətindən ayrı təsəvvür edilə bilməz. Hər bir insana adi məişət bilikləri, əməli bilik və vərdişlər lazımdır. Lakin bu bilik və vərdişlərin çoxu ailədə öyrədilir. Məktəb isə daha çox dərəcədə nəzəri biliklərin sahələr üzrə və sistemli şəkildə öyrədilməsinə üstünlük verir.

     Məktəbə gedənlərin heç də hamısı gələcəkdə alim olmur. Əksinə, özünü elmə həsr edənlərin nisbi sayı çox azdır. Bəs nəyə görə müasir məktəb nəzəri biliklərin öyrədilməsinə üstünlük verir? Müasir dövrdə bütün ixtisas sahələri xeyli dərəcədə diferensiallaşmışdır. Əməli fəaliyyət sahələrinin çoxunda müvafiq elmi-nəzəri biliklər tələb olunur. Yəni elm həyatın bütün sahələrinə nüfuz etmişdir. Görünür, təhsilin məzmununda elmi-nəzəri biliklərə üstünlük verilməsi də əsasən bununla bağlıdır. Bəs elmi biliyin əsaslarını öyrədən müəllimlər ümumiyyətlə elm haqqında, onun mahiyyəti və funksiyaları, praktik əhəmiyyəti haqqında nə bilir və tələbələrə bunu necə izah edirlər? Elm nədir və onun məqsədi nədən ibarətdir?

     İncəsənətin məqsədi insanın emosional-mənəvi dünyasını zənginləşdirmək, estetik zövqünü təkmilləşdirmək, habelə onu daha saf, daha təmiz etmək, onun mənəvi-estetik imkanlarını artırmaqdır. Elmin məqsədi isə insanın intellektual dünyasını zənginləşdirmək, onu daha məlumatlı, daha bilikli etmək və bu biliyin sosial gücə çevrilməsi sayəsində onun imkanlarını artırmaqdır. Elmi biliyin maddi qüvvəyə çevrilməsi təbiətlə mübarizədə insanı daha qüdrətli edir. Lakin insanın maddi gücü-qüdrəti artdıqca bu gücü düzgün yönəldə bilmək üçün onun mənəvi kamillik səviyyəsi də artmalıdır.

     S.Xəlilov daha sonra göstərir ki, din, əxlaq, incəsənət daha çox dərəcədə fərdə, ayrıca götürülmüş bir insanın dünyasına, mənəvi aləminə təsir edironu yönləndirir. Elmin məqsədi isə insanın özünü yönəltmək, yüksəltmək yox, onun vasitəsilə təbii və ictimai gerçəkliyi dəyişdirmək, insanın maraq dairəsinə uyğunlaşdırmaqdan ibarətdir. Elmi biliklər insan üçün özü-özlüyündə dəyər təşkil etmir. Onlar elmi-texniki fəaliyyət və texnoloji biliklər sayəsində ikinci təbiətin, maddi mədəniyyətin yaradılmasına və inkişafına xidmət edir ki, insanın mənəviyyatına, onun mədəni-mənəvi həyatına da ancaq bu dəyişikliklər sahəsində, dolayası ilə təsir etmiş olur. Başqa sözlə desək, din, əxlaq və incəsənət mənəvi mədəniyyət sferasına aid olduqları halda, elm, elmi-texnikitexnoloji biliklər daha çox dərəcədə maddi mədəniyyətin yaradılması prosesində bir mərhələ təşkil edirlər.

     İnsanın əqli, intellektual fəaliyyəti təbii ki, mənəvi həyatın dəyərləndirilməsində də iştirak edə bilər, dinşünaslıq, sənətşünaslıq, etika, estetika kimi sahələr elmin bölmələri olsalar da, onların predmeti  maddi yox, mənəvi həyatdır. Lakin bununla belə, elmi biliklər mənəvi həyatın strukturuna bilavasitə daxil olmurbir qayda olaraq onun fövqündə dayanır.

     Ulu Öndər Heydər Əliyev demişdir: Təhsil, elm sahəsində islahatlar çox ağıllı düşünülmüş şəkildə həyata keçirilməlidir: dəb naminə yox, yalnız əldə etdiyimiz səviyyədən daha yuxarı qalxmaq üçün, təhsilin səmərəliyini, elmin səmərəliyini artırmaq üçün aparılmalıdır.

    

     Vahid ÖMƏROV,

     fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 4 dekabr.- S.23.