Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda təfəkkür mədəniyyətinin rolu

 

 

 

Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində yeni nəslin təfəkkür mədəniyyətinin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. S.Xəlilov bu məsələyə xüsusi önəm verərək yazır ki, təhsilin müasir maddi-texniki baza ilə təchizatı, müasir təhsil texnologiyalarından istifadə, elmi prinsiplərə əsaslanan təhsil menecmentis. nə qədər önəmli olsa da, təhsil prosesinin canı müəllim-tələbə münasibətində, müəllim şəxsiyyətində, onun yaradıcı düşüncə aşılamaq qabiliyyətində, şəxsi mənəvi nümunəsindədir. Ona görə də, müəllim hazırlığında vəziyyət təhsilin bugünkü vəziyyətini və gələcəyini müəyyənləşdirmək üçün ən əsas meyardır.

Müasir dövrdə Azərbaycanda təhsilin əsas problemlərindən biriyeni ictimai-iqtisadi münasibətlərə keçid şəraitində yaranmış fərqli sosial-mənəvi mühitlə ənənəvi pedaqoji təlimlər arasındakı uyğunsuzluqdur. Dünya sosializm sistemi süquta uğradı, SSRİ dağıldı, kommunist ideologiyasından rəsmən imtina edildi, lakin Azərbaycanda etikapedaqogika sovetlər dövründə formalaşmış etalonlardanmeyarlardan hələ də xilas ola bilmir, hələ də ənənəvi mövzularda dissertasiyalar yazılır, kitablar çap olunur, yeni-yeni "alimlər" əmələ gəlir.

Pedaqoji prinsiplərdə, təlim və tərbiyənin elmi-nəzəri əsaslarında yeni dövrün tələblərinə uyğun dəyişiklik etmədən aparılan təhsil islahatları nə kimi fayda verə bilər? Avropada da pedaqogika fəlsəfi fikrin "çuxasından çıxmışdır". Lakin Avropada pedaqoji fikir birdəfəlik fəlsəfədən ayrılaraq öz ətaləti ilə baş alıb getmir. O, hər dəfə yeni fəlsəfi konsepsiyalardan qaynaqlanır və yeni siyasi gerçəkliyin, yeni sosial-iqtisadi mühitin, yeni təfəkkür səviyyəsinin tələblərinə uyğun olaraq, təzədən doğulur.

Biz uşaqları tərbiyə etmək, onlara müxtəlif sahələrdə bilik öyrətmək istəyirik. Əgər nəzəri biliklər, elmin əsasları öyrədilirsə, burada söhbət əsasən təlimdən gedir və tərbiyə arxa plana keçir. Bu biliklərin daha çox hansı sahələrdə və hansı həcmdə verilməsi insanın seçəcəyi ixtisasdan asılıdır. Humanitar biliklər isə hamıya lazımdır və daha çox tərbiyəvi funksiya daşımalıdır. Təəssüf ki, bizdə humanitar fənlər də ancaq bilik öyrədir; tərbiyədən daha çox, təlimə üstünlük verilir. Halbuki tərbiyə təhsilin daha önəmli bir funksiyasıdır. V.Q.Belinskinin dediyi kimi, təhsilin müxtəlif növləri içərisində ən yüksək mərtəbəni mənəvi-əxlaqi təhsil tutur. Yaxud A.Sent- Ekzüperi deyir: "Tərbiyə təhsildən üstündür. Çünki insanı tərbiyə yaradır". Yeri gəlmişkən, "alim olmaq asandır, insan olmaq çətin", - deyən Azərbaycan atalar sözü də tərbiyənin daha önəmli olduğuna işarədir. Ona görə də, təlimin tərbiyəvi funksiyası həmişə diqqət mərkəzində saxlanmalıdır.

İcbari təhsil pilləsində öyrədilməsi gərək olan bilik və vərdişlər insanın adi həyatda, məişətdə, cəmiyyətdə normal fəaliyyəti zamanı istifadə olunur. Məsələn, məişət texnikası, nəqliyyat vasitələri və onlardan istifadə qaydaları haqqında, bizi əhatə edən mühitbu mühiti qorumağın şərtləri haqqında, sağlamlığın profilaktikası və elementar tibbi yardım haqqında biliklər hamıya lazımdır. Təsadüfi deyildir ki, son vaxtlar Rusiyada ixtisasından asılı olmayaraq bütün müəllimlərə sağlam həyat tərzini öyrədən xüsusi fənn "valeologiya" tədris olunur.

Dilləri bilmək, nitq və yazı da insanlar arasında ünsiyyət üçün zəruridir. Lakin ali riyaziyyat, atomun quruluşuya elektromaqnit sahəsi haqqında hərtərəfli biliklər, nəzəri təlimlər heç də hamıya lazım olmur. Deməli, icbari təhsil pilləsi uşaqları ilk növbədə əməli həyata hazırlamalı, onları cəmiyyətin bir üzvü və vətəndaş kimi formalaşdırmalıdır. Sonuncular daha çox dərəcədə humanitar fənlərin sayəsində mümkün olduğundan ümumi orta təhsil pilləsinin humanitarlaşdırılması XXI əsrin təhsil paradiqmasını müəyyənləşdirən başlıca şərtlərdən biri hesab olunur. Professor Y.M.Neymətov yazır: "Humanitar təhsil paradiqmasının mənası peşə təlimi və təhsilin üzvi vəhdətindədir. Belə ki, təhsil şəxsiyyətin inkişafı, təlim isə bu məqsədə çatmağın vasitəsidir. Əgər peşə təlimi özü məqsədə çevrilsə, məqsəd və vasitənin yeri qarışıq salınmış olar ki, bu da texnokratik və amiranə-inzibati təhsil sisteminə xasdır... Bu paradiqmanın dəyişdirilməsi qaçılmazdır". Həm də humanitarlaşdırma prosesi ancaq icbari təhsil müddətində deyil, sonrakı təhsil pillələrində də davanı etdirilməlidir.

Bəli, ictimai-siyasihümanitar fənlərin tədrisi həm də tərbiyə məqsədi daşıyır. Bəs tərbiyə qarşısında qoyulan minimal tələb nədən ibarətdir? Orta məktəbdə tərbiyənin hansı aspektləri ilk növbədə əhatə olunmalıdır? Ənənəvi pedaqogika yeni dövrün, texnokratik cəmiyyətin yaratdığı problemlər şəraitində nəzərə alınmalı olan tərbiyə aspektlərini əhatə edirmi? Bu sualların cavabı müvafiq fəlsəfi araşdırmalardan kənarda verilə bilməz.

Vətəndaş cəmiyyətində yeni nəslin təfəkkür mədəniyyətinə xalqın milli-mənəvi dəyərləri təsir edir. Ə.İsmayılov və Q.Əliyev yazır ki, özünün siyasi əqidəsindən və partiya mənsubiyyətindən asılı olmayan hər bir kəs gözəl Vətəni böyük tarixi olmasından, xalqının tarixi qələbələri və nailiyyətləri ilə iftixar hissi keçirir. Hər bir xalqın tarixi nailiyyətləri və onun dünya sivilzasiyasına töhfəsi milli  qürurunmilli ləyaqətin mənbəyi, mənəvi əxlaqi və mədəni dayağıdır. Xalqımızın yaratdığı yaxşı, gözəl, ülvi, mütərəqqi nə varsa bizim qürurumuzun predmeti və mənbəyidir, millətin müasir dünyanın mədəni, intellektual, həmçinin, siyasi məkanında özünütəsdiqinin mənəvi, sosial və mədəni  dayağıdır.

Müəlliflər göstərirlər ki, Ulu Öndər Heydər Əliyevin ideyaları ictimaihumanitar elmlər üçün, hər şeydən əvvəl, fəlsəfə üçün prioritetsosial tərəqqinin və milli inkişafın tələbləri  ilə aktullaşdırılmış, aşağıdakı  problem qruplarını nəzərdən keçirək.

Birinci qrup problemlər - bu, dövlət quruculuğu, Azərbaycanın suverenliyinin qorunması və möhkəmləndirilməsi, onun ərazi bütövlüyünün bərpa olunması ilə bağlı problemlərdir. Son zamanlar sosial materiyanın obyektiv-ağıllı təhlili üzərində üstünlük təşkil edən səthi sosiologizmemosional - bədii hay-küydən fərqli olaraq müsbət elm (klassik termin) obyektiv amillərin-dövlətin, cəmiyyətin, ölkənin, iqtisadi bazisi, insanların həyat fəaliyyətinin maddi şəraitinin rolu, əhəmiyyəti və real funksiyalarını qiymətləndirməyə bilməz.  Buna görə də milli ləyaqət problemi, onun qorunması və yaxud təhqir olunması ilə bağlı müxtəlif məsələləri  daxilində və bütün varlığında milli həyatın fəaliyyət göstərdiyi obyektiv əmillərlə əlaqəsiz düzgün başa düşmək olmaz. Dövlətdən və Vətəndən kənar, doğma torpaqdan və ölkədən kənar, yaşamaq üçün maddi vəsait olmadan milli ləyaqətin qorunması problemi bayağı xarakter daşıyır və onun müzakirəsi ilə adi sofistikaya çevrilər. Yeni inqilabi yeniləşmənin yükündən tədricən qurtularaq, həmçinin, tədricən hisslərini, emosiyaların, şüurun, psixikasının obyektiv əsaslarının dialektik-materialist və yaradıcı rasionalist təhlili mövqelərinə keçərək, elm, maddi əsasların və obyektiv amillərin müəyyənedici rolundan çıxış etməyə borcludur. Yeni cəmiyyətdə və yeni şəraitdə özünün layiqli yerini  tutmaqla elm-nəzəri fikri belə bir ideyaya yönəltməlidir ki, həm ayrıca fərd, həm də millət özünün ləyaqətini ölkənin və dövlətin şərəfindən ayrı təsəvvür edə bilməz. Doğma torpağının hər qarışını müdafiə edən şəxsiyyət bununla özünün şərəfini, ləyaqətini və beləliklə də öz xalqının şərəfini və ləyaqətini qorumuş olur. Yaxud da hər bir şəxsiyyətin, hər bir vətəndaşın mənəviyyatını, şərəfini və ləyaqətini qorumaqla xalq özünün milli ləyaqətini qorumaqla xalq özünün milli ləyaqətini qorumaq üçün etibarlı ilkin şərtlər yaradır. Ulu Öndər Heydər Əliyev daim Azərbaycan xalqının milli ləyaqətinin öyrənilməsində məhz bu aspekti vurğulayır. Əgər ölkənin, dövlətin, öz diyarının, soydaşlarının şərəfi və ləyaqəti sənin üçün əzizdirsə, onda sən əsl vətənpərvər, öz xalqının milli ləyaqətinin etibarlı qoruyucususan. Özünün suveren dövlətini qurmaqla, öz suverenliyini müdafiə etməklə xalq bununla öz "Mən"ini təsdiq edir. Heydər Əliyevin ardıcıl olaraq dəstəklədiyi bu ideyadan Azərbaycan xalqının milli ləyaqətinin başlanğıc məqamlarının sonrakı elmi tədqiqində metodoloji prinsip kimi istifadə etmək zəruridir. Öz suveren dövlətinin quruculuğu və çiçəklənməsi, onun mövqeyininnüfuzunun möhkəmləndirilməsi, insanların həyat və fəaliyyət şəraitinin yaxşılaşması, insan varlığının nəcibləşdirilməsi naminə atılan hər bir addım, əslində, xalqın milli ləyaqətini qoruyan amillər sisteminin tərkib hissələridir.

S.Xəlilov vətəndaş cəmiyyətinin təfəkkür mədəniyyətində biliyin özününküləşdirilməsinə xüsusi önəm verir: "Biliyin yaradıcı səciyyə daşıması üçün onun elə bil ki, yenidən kəşf olunması - özününküləşdirilməsi lazımdır. Bilik hafizə faktından fikir faktına, canlı düşüncə prosesinin bir ünsürünə çevrildikdə, o özü də canlanır və sonrakı nəzəri və əməli fəaliyyət üçün təməl olur.

 Qərb fəlsəfəsi bu fərqin pedaqoji prosesdə də nəzərə alınması üçün metodoloji əsas rolunu oynamışdır. Başqalarının fikirlərinin hazır şəkildə mənimsənilməsi, insanların başqaları tərəfindən müəyyən edilmiş qaydalar əsasında yaşamağa vərdiş etməsi, kənardan göstəriş gözləməsi sərbəst düşüncədən qorxmağın, fikir tənbəlliyinin nəticəsidir. Kant "Maariflənmə nədir, - sualına cavab" əsərində yazır: "Maariflənmə - insanın qeyri-yetkinlik halından çıxmasıdır ki, o, bu vəziyyətdə öz təqsiri üzündən qalmış olur... Öz təqsiri üzündən qeyri-yetkinliyin səbəbi düşüncənin çatışmazlığı yox, kənardan kimin isə himayəsi olmadan öz düşüncəsindən istifadə etmək üçün qətiyyətin və qeyrətin çatışmazlığıdır.Sapere aude! - Öz ağlından istifadə etməyə qeyrətin olsun! - Maariflənmənin devizi belədir." Bəli, Qərbi Qərb edən, ona sivilizasiyanın önündə getmək imkanı yaradan düşüncənin ətalətdən və passivlikdən xilas olması hər kəsə öz ağlı ilə çalışmaq imkanının yaradılmasıdır. İnsanın öz düşüncəsinin məhsulu olan biliklə başqasından hazır şəkildə alınan biliyin fərqləndirilməsidir. Kant demişkən: "Əgər sənin əvəzinə düşünən kitabın varsa... onda mənim düşünməyimə nə ehtiyac var; qoy bu ən cansıxıcı işlə mənim əvəzimə başqaları məşğul olsunlar".

Şərqdə isə fikir tənbəlliyi daha dərin kök salmışdır. Burada biliyə diferensial münasibət heç vaxt hakim düşüncə tərzinə çevrilməmişdir. Bilik həmişə vəsf olunmuş, şəninə təriflər deyilmiş, şeirlər qoşulmuşdur. Lakin hansı bilik, nə qədər bilik, - fərqinə varılmamışdır. Burada biz biliklərin sahələr üzrə fərqləndirilməsini nəzərdə tutmuruq. Burada biz biliyin çoxpilləli və mürəkkəb idrak prosesindəki məqamı nəzərdə tuturuq. Bu prosesdə iştirak edən canlı bilik bir şeydir, ondan kənarda, passiv hafizədə saxlanan, artıq yerbəyer edilmiş və Şərq ənənəsinə uyğun olaraq bər-bəzəkli don geydirilmiş, naxışlanmış bilik başqa bir şeydir. İdrak prosesindən kənarda müstəqil dəyər kimi təqdim olunan bilik bütün bər-bəzəyinə baxmayaraq, cansız və ölüdür. O, donundan çıxıb münbit idrak mühitinə düşməsə cücərməz. Təhsilin məqsədi məhz bu münbit mühiti yaratmaqdır. Məqsəd bilikləri şagirdə hazır şəkildə vermək yox, onun şəxsi düşüncəsinin məhsuluna çevirmək və sonrakı müstəqil düşüncələr üçün əsas yaratmaqdır.

Təəssüf ki, hafizənin rolunun önə çəkilməsi, əzbərçilik ənənələri çox dərin kök salmışdır. "Bilikli adam" kultu da ancaq Şərqə məxsusdur. Avropada isə çox bilmək yox, düşüncə, təhlil qabiliyyəti önəmli sayılır.

Ulu Öndər Heydər Əliyev deyirdi: "Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır."

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 10 dekabr.- S.15.