Vətəndaş cəmiyyəti: elmi uğurlar, bilik və əməli fəaliyyət

 

               

          Vətəndaş cəmiyyətinin inkişafı elmi uğurlarından və bilik səviyyəsindən asılıdır. S.Xəlilov yazır ki, vətəndaş cəmiyyətində "elmin, elmi biliyinkimi bir yolla əməli fəaliyyət sahəsi ilə əlaqələndiyinin şahidi oluruq. Elmi biliklərin heç də əməli biliklər zəminində deyil, koqnitiv biliklərin zəminində formalaşdığını göstərməklə, biz elmin bütövlükdə praktika sahəsinə daxil olmadığını, ona nəzərən nisbi müstəqilliyə malik olduğunu izah etmişdik. Digər tərəfdən də elmin məhz praktik tələbatla əlaqədar inkişaf etdiyi inkarolunmaz həqiqətdir. İlk baxışda bir-birinə zidd görünən bu iki hal elmin daxili mürəkkəbliyindən və ikili funksiyasından irəli gəlir.

          Elmin ikili təbiəti - bir tərəfdən sosial-mədəni, digər tərəfdən də praktik bir hadisə kimi çıxış etməsi əksər hallarda unudulsa da, son vaxtlarda bir sıra tədqiqatlarda bu məsələyə diqqət yetirilmişdir. Əlamətdar haldır ki, iqtisadçı-akademik A.İ.Ançişkinelmin sosial-mədəni hadisə olmasını nəzərə alır və yalnız bununla yanaşı elmin praktik, iqtisadi funksiyasını tədqiq edir. A.İ.Ançişkin yazır: "Elmin məzmunu və onun inkişaf məntiqi ilk növbədə idrakın obyekti ilə müəyyən olunur, texnika isə özündə iki başlanğıcı - elmipraktik başlanğıcları ehtiva edir. Bu, həm də onu göstərir ki, elmin praktik ehtiyaclara meyili, eyni zamanda onun texnika ilə birləşmə dərəcəsində baş verir; yalnız texnika ilə vəhdətdə elm təkcə sosial-mədəni hadisə olmaq hüdudundan kənara çıxır, praktiklik kəsb edir, bilavasitə məhsuldar qüvvəyə çevrilir». Burada elmin ikili təbiəti çox aydın nəzərə alınmışdır. Bircə bunu qeyd etmək lazımdır ki, elmin praktik funksiyasını texnika ilə məhdudlaşdırmaq düz deyil.

          S.Xəlilov göstərir ki, elm ictimai həyatın bütün sahələrinə nüfuz etməklə praktik istifadə miqyası baxımından texnikanın sərhədlərini çoxdan keçmişdir. Texnikanın əhatə dairəsini dəqiq təsəvvür edə bilmək üçün insan-təbiət münasibətində insanın vasitəçi sistemlə münasibətinin müxtəlif spesifik formalarını nəzərdən keçirmək lazımdır. Bu münasibətin kənar hallarından biri (sərhəd şərti) maddi fəaliyyətin subyekti olan insanın əslində vasitəçi texniki sistemə bir ünsür kimi daxil olmasıdır. Bu zaman insan-təbiət münasibətində birinci tərəf heç də bilavasitə maddi fəaliyyətin subyekti olan insan yox (zira o, bir ünsür kimi aralıq mərhələyə - texnikaya daxil olur), həmin texniki sistemi ixtira edən, quraşdıran və adam-robotlarla birlikdə bütöv bir mexanizm kimi işə salan insandır. Beləliklə, baxılan kənar halda, icraçı insan yaradıcı insanla təbiət arasında vasitəçi sistemə daxil olur. Elmin müasir inkişaf mərhələsində bu nisbət özünü daha aydın şəkildə büruzə veririnsan-insan münasibətinin daha bir çaları da ortaya çıxmış olur. Elm və texnikanın müasir mərhələdəki inkişafı yeni mənəvi, əxlaqi problemlər qoymuş olur.

          S.Xəlilov yazır: "Tədqiqat göstərir ki, elmi biliklər heç də yalnız induktiv metodla əldə edilməmişdir. İnsanların maddi fəaliyyəti ilə bilavasitə bağlı olançox vaxt ondan ayrılmayan, ayrıla bilməyən, müstəqilləşməyən, ideal mövcudluq statusu kəsb etməyən əməli biliklər nəinki elmi biliklərin yeganə mənbəyi deyil, hətta çox vaxt onunla əks-qütb təşkil edir. Elmi biliklərin əsasında ilkin koqnitiv biliklər dayandığı halda, əməli biliklər nisbi müstəqilliyini indiyə qədər saxlamaqla müasir texnoloji biliklərin əsasında dayanır. Ona görə, müasir dövrdə elm ilə texnologiya arasındakı münasibətin mənşəyi də koqnitiv və əməli biliklərin dialektikasında axtarılmalıdır".

          Digər tərəfdən də, bu biliklərin inkişaf yolu insan-təbiət münasibətlərinin inkişaf yolu ilə üst-üstə düşür. Maddi fəaliyyətin, insanın təbiətlə münasibətinin xarakteri dəyişdikcə, onun şüur tərzi və malik olduğu biliklərin xarakteri də dəyişmiş olur. C.Bernal ovçuluqdan əkinçiliyə keçidi bu baxımdan təhlil edərək belə qənaətə gəlir ki, əmək məhz əkinçiliyə keçid sayəsində mümkün olur. Doğurdan da, ovçuluq mərhələsində məqsədlə fəaliyyət hələ vəhdət halında idi, onlar hələ ayrılmamışdı. Məqsəd, fəaliyyət və onun nəticəsi arasında vasitələndirici mərhələlər, xüsusi keçid prosesi hələ yox idi. Lakin burada C.Bernal belə bir cəhəti qeyd etməyi unudur ki, ovçuluğun əkinçiliyə nəzərən belə spesifik cəhəti, struktur fərqi ovçuluğun yalnız ilk mərhələlərinə aiddir. İnsanın sonrakı inkişafı sayəsində ov məqsədilə qabaqcadan xüsusi alətlər hazırlanır ki, bu da məqsəd, fəaliyyət və nəticənin artıq bir-birindən ayrıldığını, məqsədlə əməli nəticənin vasitələndiyini göstərir və bu şüurlu, məqsədəuyğun fəaliyyət mənasında əmək ovçuluq sahəsinə də aiddir. Əsas məsələ "mədəniyyətin yaratdığı istehsal alətlərinə" əsaslanan əkinçiliyə keçidin bir keyfiyyət sıçrayışı kimi qiymətləndirilməsidir.

          S.Xəlilov qeyd edir ki, bu iki mərhələ arasındakı fərq yalnız əmək səhələrinin fərqləndirilməsindən ibərət olmayıb daha prinsipial xarakter daşıyır və fizikizehni əmək bölgüsünün əsasında dayanır. Lakin əkinçilik gözlənilən məhsulun alınması üçün bir sıra aralıq fəaliyyət formalarının icrasını tələb edirdi. Bu baxımdan, ovçuluğun əkinçiliklə deyil, maldarlıqla müqayisəsi daha əyanidir. Heyvanı hazır şəkildə ovlayıb yemək (xüsusən bişirmədən yemək; çünki oddan istifadə aralıq mərhələlər zəncirində daha bir halqadır və vasitələndirici fəaliyyətə aiddir) üçün onu bəsləyib-yetişdirmək və bu məqsədlə onun həyatını öyrənmək, bilmək vacib deyil. Lakin əgər insanlar sonradan gərək olacaqları üçün heyvanları əhliləşdirir və bəsləyib böyüdürlərsə, bu, artıq vasitələndirici prosesdirilkin koqnitiv və əməli biliklərə əsaslanmadan, kortəbii olaraq həyata keçirilə bilməz. Bu çoxpilləli fəaliyyətin müvəffəqiyyətlə icra edilməsi üçün maddi fəaliyyətdən ayrılmamış əməli biliklərlə yanaşı, məqsədəuyğun surətdə idarə edilməli olan hadisələr haqqında obyektiv məlumat - koqnitiv biliklər zəruri şərtdir. Bu biliklər, yuxarıda artıq göstərdiyimiz kimi, seyrlə başlayır. C.Bernal yazırdı: "...Bu vaxt artıq heyvanbitki həyatının bütün tarixi müşahidə predmetinə çevrilmişdir. Yalnız heyvanı necə tutmağı, yaxud bitkini necə yığmağı deyil, həm də onların necə çoxaldığını və böyüdüyünü də bilmək zəruri idi".

          Məqsədlə fəaliyyətin nəticəsi arasında dayanan əlaqələndirici vasitə, süni alətlər və bu alətlərdən istifadə vərdişləri ilk texniki nümunələr idi və onların tarixi sivilizasiyanın tarixi ilə üst-üstə düşür. V.M.Mejuyev yazır: "Mədəniyyət, hər şeydən əvvəl, tarixən yaranmış təbiətə insani münasibətdir". Bu fikri dəqiqləşdirərək demək olar ki, mədəniyyət insanın özünü təbiətdən ayırmasından və ya təbiətə vasitəli münasibətindən başlanır. Bilavasitə əldə, əlin hərəkətlərində maddiləşən şüur zaman keçdikcə, fəaliyyət çoxpilləli quruluş kəsb etdikcə, vasitələndirici mərhələlərdə maddiləşməyə başlamışdır. Bu vasitə isə məhz texnikadır. Deməli, texnika tarixən elmdən əvvəldir və sivilizasiyanın təməli məhz texnika ilə qoyulmuşdur.

          S.Xəlilovun fikrincə, elmin bir sosial sistem kimi formalaşması da məhz bu dövrə təsadüf edir. zaman ki, informasiyanın ötürülməsi vasitələrinin inkişaf səviyyəsi elmi nailiyyətlərin bütün cəmiyyət miqyasında yayılmasına imkan vermişdir, nə zaman ki, elmi yaradıcılıqla istehsalın qoyduğu tələblər arasında müntəzəm qarşılıqlı əlaqə yaranmışdır, o vaxtdan başlayaraq elmqlobal miqyas kəsb etmiş, bir sosial sistem kimi formalaşmışdır.

          Müəllif göstərir ki, biliklərin nəsildən-nəslə ötürülməsi prosesi müxtəlif dövrlərdə və müxtəlif xalqlarda fərqli üsullarla həyata keçirilmişdir. Bununla belə, bir sıra ümumi cəhətlər və prinsiplər vardır ki, onlar həmişə və hər yerdə özünü doğruldur. Əvvəla, fikir, bilik başqasına çatdırılmaq üçün hansı isə formada maddiləşməlidir. İkincisi, bilik müvafiq maddi ifadə vasitəsi ilə başqasına çatdırıldıqdan sonra o, yenidən ideya, fikirbilik formasına keçməlidir.

          Kiminsə öz bildiklərini başqalarına çatdırması ilk dövrlərdə əsasən şifahi nitq, şərti işarələr vasitəsilə və ya təcrübənin bilavasitə bölüşdürülməsi ilə mümkün olmuşdur. Sonralar bu vasitələr getdikcə çoxalmış, yazının müxtəlif formaları, kitablar, sxem və qrafiklər, radioteleviziya, audio və videokasetlər, kompyuter, internets. də biliyin saxlanması və ötürülməsi vasitələri kimi çıxış etmişdir. Lakin əhəmiyyətli olan biliyin hansı təbii və texniki vasitələrlə ötürülməsi yox, onun necə əldə edilməsi, həqiqətə nə dərəcədə uyğun olması və nə dərəcədə dəqiq ifadə edilməsidir. Ötürülmə mərhələsi fikrin ifadə olunmasından sonra gəlir. Bundan sonra isə ötürülmüş informasiyanın nə dərəcədə adekvat mənimsənilməsi və yenidən insanın fikir dünyasına daxil olaraq öz yerini tutması, aktiv bilik formasına keçməsi problemi gəlir.

          S.Xəlilov göstərir ki, Avropa ölkələrinin təhsil müəssisələrində tədris prosesi, dərslərin məzmunu və qiymətləndirmə meyarları ilə tanış olduqda məlum olur ki, orada bizimkinə nisbətən xeyli az informasiya verildiyi halda, daha çox dərəcədə düşünmək, mühakimə yürütmək və öz fikirlərini müstəqil surətdə şərh etmək qabiliyyəti formalaşdırılır. Səbəbi isə budur ki, onlar "cansız biliyin" inkişafa xidmət etmədiyini çoxdan bilirlər.

          Canlı bilik, fəaliyyətdə olan bilik iki istiqamətdə fayda verir: ya yeni biliklərin yaranması üçün baza rolunu oynayır, ya da müvafiq əməli fəaliyyət sahələrində tətbiq olunur. Cansız bilik isə başqalarının təfəkkürünün məhsulu olmaqla, ancaq nitq qəlibinə salındıqdan sonra - hazır şəkildə qəbul edildiyindən, bir təfəkkür aktı yox, bir hafizə aktı kimi mövcud olurancaq informasiya kimi dəyərə malik olur.

          Biliyin yaradıcı səciyyə daşıması üçün onun elə bil ki, yenidən kəşf olunması - özününküləşdirilməsi lazımdır. Bilik hafizə faktından fikir faktına, canlı düşüncə prosesinin bir ünsürünə çevrildikdə, o özü də canlanır və sonrakı nəzəri və əməli fəaliyyət üçün təməl olur.

          Qərb fəlsəfəsi bu fərqin pedaqoji prosesdə də nəzərə alınması üçün metodoloji əsas rolunu oynamışdır. Başqalarının fikirlərinin hazır şəkildə mənimsənilməsi, insanların başqaları tərəfindən müəyyən edilmiş qaydalar əsasında yaşamağa vərdiş etməsi, kənardan göstəriş gözləməsi sərbəst düşüncədən qorxmağın, fikir tənbəlliyinin nəticəsidir. Kant "Maariflənmə nədir, sualına cavab" əsərində yazır: "Maariflənmə - insanın qeyri-yetkinlik halından çıxmasıdır ki, o, bu vəziyyətdə öz təqsiri üzündən qalmış olur... Öz təqsiri üzündən qeyri-yetkinliyin səbəbi düşüncənin çatışmazlığı yox, kənardan kimin isə himayəsi olmadan öz düşüncəsindən istifadə etmək üçün qətiyyətin və qeyrətin çatışmazlığıdır. Sapere aude! Öz ağlından istifadə etməyə qeyrətin olsun! - Maariflənmənin devizi belədir". Bəli, Qərbi Qərb edən, ona sivilizasiyanın önündə getmək imkanı yaradan düşüncənin ətalətdən və passivlikdən xilas olması hər kəsə öz ağlı ilə çalışmaq imkanının yaradılmasıdır. İnsanın öz düşüncəsinin məhsulu olan biliklə başqasından hazır şəkildə alınan biliyin fərqləndirilməsidir. Kant demişkən: "Əgər əvəzimə düşünən kitabım varsa... onda mənim düşünməyimə nə ehtiyac var; qoy bu ən cansıxıcı işlə mənim əvəzimə başqaları məşğul olsunlar".

          Şərqdə isə fikir tənbəlliyi daha dərin kök salmışdır. Burada biliyə diferensial münasibət heç vaxt hakim düşüncə tərzinə çevrilməmişdir. Bilik həmişə vəsf olunmuş, şəninə təriflər deyilmiş, şeirlər qoşulmuşdur. Lakin hansı bilik, nə qədər bilik, fərqinə varılmamışdır. Burada biz biliklərin sahələr üzrə fərqləndirilməsini nəzərdə tutmuruq. Burada biz biliyin çoxpilləli və mürəkkəb idrak prosesindəki məqamını nəzərdə tuturuq.

         

  Vahid ÖMƏROV,

 fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 18 dekabr.- S.15.