Hüquqi dövlət, vətəndaş cəmiyyətində mənəvi-əxlaqi, sosial-estetik dəyərlər

 

 

         

Liberal-demokratik dəyərlərə söykənən hüquqi-dövlət və vətəndaş cəmiyyətində milli-mənəvi, əxlaqi, sosial-estetik dəyərlər də əsas rol oynayır. Ə.İsmayılov və Q.Əliyevin qeyd etdiyi kimi, Milli Lider Heydər Əliyevdən ötrü keçmişə müraciət özünəməqsəd deyildir. O, milli köklərə və tarixi dəyərlərə müraciət formalaşdırmaq üçün mənbə və zəmin axtarır və görür. O, ulu babalarımızın adlarına, ideyalarına və şüurlarına müraciət edərkən öz xalqının şərəf və ləyaqətini dəyanət və sədaqətlə qorumuş Vətən övladlarına özünün dərin hörmətini nümayiş etdirir tarixin dəyərlərindən daha çox ona görə bəhrələnirdi ki, daha dərindən və daha düşünülmüş şəkildə irəliləyişi təmin etmək üçün zəmin , daha doğrusu, ideya-əxlaqi və mənəvi meydan hazırlasın.

Heydər Əliyevin nitqlərində, çıxışlarında, müsahibələrində, bütövlükdə, nəşrlərində bir çox ideyalar və fikirlər təkrar olunurdu. Bu, tamamilə təbiidir, çünki Heydər Əliyev  müxtəlif adamlarla görüşməli, müxtəlif auditoriyalarda çıxış etməli, Azərbaycan cəmiyyətinin inkişafının, dövlətin daxilixarici siyasətinin prioritet problemlərinə diqqəti daha çox cəlb etməli olurdu. Bununla belə, o, eyni problemə qayıdarkən hər dəfə yeni çalarları, yeni fikirləri və ideyaları vurğulayır, bir növ əvvəllər, həm də başqa məcrada söylədiyi ideya və fikirləri tamamlayır və inkişaf etdirirdi.

Bir qayda olaraq, Ulu Öndər Heydər Əliyev fərmanlarında, nitqlərində, çıxışlarında, müsahibələrində və   söhbətlərində nəzəri fikri bütöv mənzərəyə cəlb edir, total hadisəni öz bütövlüyündə və ziddiyyətlərində müasirliklə inteqrasiya olunmuş və tələblərə cavab verəcəyi səviyyədə əlaqəsində qavramağa yönəldildi. Siyasətçi və faktların qiymətləndirilməsində, müəyyən tezisləri və yaxud prinsipləri elan etməkdə imkanları məhdud idi. Lakin müəyyən meyili əks etdirən və müəyyən mahiyyəti ifadə edən kütləvi xarakterli hadisələri və faktları qeyd edərkən Heydər Əliyev  bununla hissə ilə tamın, ayrıca ilə ümuminin qırılmaz vəhdətinə diqqət verir. Məsələn, o, XX əsrin görkəmli Azərbaycan  şairi Məhəmməd Hüseyn Şəhriyarın 90 illik yubileyinin təntənə ilə qeyd olunması haqqında Fərman vermişdir. İlk baxışda bu Fərmanı Ulu Öndər Heydər Əliyevin Cənubi azərbaycanlı soydaşımız, böyük Azərbaycan şairinin şəxsiyyətinə və istedadına xüsusi hörmət və məhəbbətini sübut edən adi hadisə kimi təsnif etmək olar. Lakin bu, yalnız "ilk baxışda" belə görünə bilər. Əslində isə, söhbət bütün Azərbaycan mədəniyyətinin yubileyindən gedir. Bu Fərman 200 il bundan əvvəl iki imperiya tərəfindən Azərbaycan xalqının iki hissəyə bölünməsini, bununla da Azərbaycan xalqının millitarixi şüurunun bütövlüyünə, onun milli ideyasına və sosial ovqatına vurulmuş ağır zərbəni bir daha yada salmağa xidmət edir.

Ə.İsmayılov və Q.Əliyev yazır ki, Heydər Əliyevdən ötrü vətənimizin elm və mədəniyyət nəhənglərinin, siyasi xadimlərini yubileyləri xalqın tarixi yaddaşına müraciət etmək, milli şüuru canlandırmaq üçün daha bir yaxşı səbəbdir. Hətta Azərbaycan xalqının tarixi mədəniyyətinin ən qədim abidələrində o, tərbiyəvi əhəmiyyət kəsb edən, milli mənlik şüurunu formalaşdırmaq üçün lazım olan ünsürləri  və faktları tapır. Folklor tədqiqatçılarından biri M.Qusev yazır: "Tarixi  keçmişlə bağlı rəvayətlər bir   növ xalqın poetik tarixi olub təhsil-tərbiyə funksiyasını yerinə yetirərək kütlələrin tarixi şüurunu formalaşdırır və eyni zamanda onların öz tarixi təcrübəsinin estetik qavrayışını inkişaf etdirir." Heydər Əliyevin milli mədəniyyətin köklərinə, onun "poetik tarixinə" müraciət etməsini insanların tariximilli şüuruna yeni impuls vermək, bununla da milli ovqatının intellektual və mənəvi dayaqlarını gücləndirmək arzusu ilə izah etmək olar.

"Dədə Qorqud"un, Füzulinin, Şəhriyarın, Rəşid Behbudovun və digərlərinin yubileyləri xalqın tarixinə, onun mənəvi, əxlaqi, sosialestetik dəyərlərinə müraciət etmək, bugünün və sabahın vəzifələri mövqeyindən tarixən itirdiklərimizin və qazandıqlarımızın nəticələrini dərk etmək, xalqın sosialtarixi yaddaşını qidalandıran, onu birləşdirən daha sabit dəyərləri müəyyənləşdirmək üçün özünəməxsus imkandır. Bu cür yubileylər bir daha keçmişin öz tarixi kimi baxmaqbu günü həmin keçmişin keyfiyyətcə yeni durumu kimi dərk etmək üçün yaxşı imkandır. Lakin yeni durum həm təkmil, həm də deformasiyaya məruz qalmış varlıqdır.

Buna görə də sadədən (zəif və kifayət qədər inkişaf etməmiş durumdan) aliyə yüksəlmək və alidən (sosialmilli varlığın inkişaf etmiş, müasir durumdan) sadəyə, yəni nisbi zəif inkişaf formalarına və durumlarına getmək yolu ilə biz milli inkişafın bir çox sirlərini,  bir zaman bütöv, lakin sonralar isə bölünmüş sistemin inkişafını başa düşürük. Əgər sıravi vətəndaşın həyat şəraitini fərdiləşdirmiş reallıq kimi təsnif etsək, onda xalqın böyük övladlarının həyat şəratini və millətin dahi yaradıcılarının  meydana gəldiyi şəraiti daha böyük, "epoxa" anlayışında ifadə etdiyimiz ümuminin əsas xarakteristikalarını özündə daşıyan hamı üçün əhəmiyyət kəsb edən bir sistem kimi qəbul etmək olar. Məhz buna görə də,  həmin yubileylərin keçirilməsi "Dədə Qorqud"un meydana gəldiyi dövrlə, Füzulinin, Şəhriyarın və Rəşid Behbudovun yaşayıb-yaratdıqları dövrlə nəzəri ünsiyyət üçün yaxşı imkandır. Aydındır ki, hər bir ayrıca götürülməş halda bir zaman baxımından bir-birilərindən ayrılmış müxtəlif vaxt ölçülərinə malik, həmçinin, spesfik tarixi həyatları olan tarixi təkcələrin durumlarının varlığına nüfuz etmək imkanı əldə edirik. Lakin predmet aləminin, yəni təbiət hadisələrinin təkcə  şeylərindən və durumlarından fərqli olaraq, hər bir dövr sürəkliyindən asılı olmayaraq, keçmiş epoxaların davamı olub, bir tərəfdən həmin dövrün məhsulu, onun meydana gətirdiyi mədəniyyət tiplərinin mövcudluğu ilə xarakterizə olunur, digər tərəfdən isə hər bir dövr uzaq dövrlərin mədəniyyəti, əxlaqi, mədəni, sosial, iqtisadisiyasi həyatı ilə genetik bağlı olur. Sonrakı dövrlər əvvəlki dövrlərin atəşindən və həyatından, onların dəyərlərindən, belə demək olarsa, müdrikliyindən nurlanırlar.

Bunlar, nəsildən-nəsilə ədəbiyyat, incəsənət vasitəsilə, insanın hissi-predmetli fəaliyyətinin zənginləşməsi yolu ilə ötürülərək xalqın sosial təcrübəsində, onun sosialtarixi yaddaşında qorunub saxlanır.

Ə.İsmayılov və Q.Əliyev yazırlar: "Böyük həyat müdrikliyinə və zəngin mənəvi potensialına söykənən Heydər Əliyev həmin dəyərlərə nəinki yüksək qayğı göstərir, özükeçmiş dövrlərin müdrikliyindən nəcib fəaliyyəti üçün qüvvə ehtiyatı və impuls alır. Onun kitablarında, digər nəşrlərində dövrlər bir-birindən nə qədər uzuq olmasından asılı olmayaraq bir-biriləri ilə çulğaşaraq, biri digərini davam etdirir."

S.Xəlilov doğru onları qeyd edir ki, Ümummilli Liderimiz Heydər Əliyevin milli-mənəvi dəyərlərlə bağlı verdiyi  bəyanatda deyilir: "Ölkəmizin ictimaiyyətinin müxtəlif təbəqələrinə mənsub olan şəxslər, bəzi adamlar verilmiş, azadlıqdan öz şəxsi mənafeləri, şəxsi məqsədləri üçün sui-istifadə edirlər. Ümummilli Lideri anlamırlar, ya da anlayaraq bizim xalqımızın mənəviyyatını, əxlaqını və xüsusən gənclərin əxlaqını pozmağa cəhd göstərirlər." Ən pisi odur ki, belə adamların  şəxsi maraqları qloballaşma şəraitində milli mənəviyyatlara, adət-ənənlərə qarşı yönəldilmiş məqsədyönlü kütləvi proseslə üst-üstə düşür. Belə ki, qloballaşma dünya miqyasında xalqlar arasında fərqlərin aradan götürülməsini stimullaşdırır. Lakin başqası kimi olmaq üçün ilk növbədə özün kimi olmaqdan imtina etməlisən. Ona görə də, ümumibəşəri dəyərləri daha rahat şəkildə ön plana çəkməyin ən asan yolu milli-mənəvi dəyərlərin arxa plana keçirilməsi hesab edilir. Lakin bu, səhv təsəvvürdür.

Ən doğru yol-yeni ümumibəşəri mədəniyyətin milli mədəniyyətlərin fövqündə deyil, onlarla sintez halında formalaşmışdır. Bu baxımdan, Heydər Əliyevin milli ideologiyamızın əsas prinsipi kimi irəli sürdüyü "milliliklə ümumi bəşərililiyin vəhdəti" ideyası əsas götürülməlidir. Biz başqalarından öyrəndiyimiz kimi, başqaları da bizdən öyrənməlidir. Həm də burada "ortaq məxrəc" prinsipi əsas tutulmamalıdır. Hansı millətdə hansı milli-mənəvi keyfiyyət üstündürsə, onun bütün bəşəriyyət tərəfindən qəbul olunması ideal qloballaşma modelinə daha çox uyğundur.

Bizim bəzi kütləvi informasiya vasitələri isə hüquqi məhdudiyyətlərin aradan götürülməsindən sui-istifadə edərək və daha varlı olandaha çox qonararreklam haqqı vermək iqtidarında olan kosmopolit ruhlu, qərbpərəst şəxslərin və təşkilatların təsiri altında fəaliyyət göstərirlər və bununla guya Qərb mədəniyyətinə qovuşduqlarını zənn edənlər əslində yanılırlar. Çünki Qərb dünyası ilkin kapital yığımı mərhələsini-"mənəviyyatsızlıq" dövrünü arxada qoymuşdurindi mənəvi inkişaf uğrunda mübarizə aparır. Biz isə bəzən əsl yüksək Qərb mədəniyyətindən xəbərsiz halda məqsədyönlü surətdə və böyük səxavətlə bizə transfer edilən "vülqar kütləvi mədəniyyət" nümunələrini az qala Qərbin əsas göstəricisi kimi qəbul edirik. Bu səhv təsəvvürdən daşındırmaq üçün Ümummilli Liderimiz  Heydər Əliyev bu məsələni xüsusi qeyd edirdi: "Ayrı-ayrı jurnallarda, qəzetlərdə pornoqrafiya səviyyəsində fotoşəkillər nümayiş etdirənlər nə düşünürlər? İndi ən inkişaf etmiş Avropa ölkələrində, Amerikada, başqa ölkələrdə belə şeylər yoxdur. Vaxtilə, nə vaxtsa olubdur. Amma indi belə şeylər yoxdur."

    

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 Səs.- 2014.- 20 dekabr.- S.15.